Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lida qalası
Lida qalası (belar. Лідскі замак, lit. Lydos pilis) — Litva knyazlığının Böyük Şahzadəsi Qediminas tərəfindən 14-cü əsrin əvvələrində Tevton ordeninini genişlənməsinə qarşı torpaqlarını müdafiə etmək üçün tikdirilmiş qala. Bu müdafiə zəncirindəki digər qalalara Qrodno, Novoqrudok, Krevo, Myadininkay və Trakai də daxil idi. Müasir Belarusiyanın Lida şəhəri bu qalanın ətrafında böyüdü. Lida qalası dəniz səviyyəsindən 141 metr (463 ft) yüksəkdə yerləşir.Qala üçün seçilmiş yer təbii olaraq şərqdən qərbə Kamenka və Lida çayları tərəfindən qorunur. Qala divarlarının bərpası 1323, 1324 və 1325-ci illərdə aparılmışdır. Sonradan divarların fasadı qırmızı kərpiclə üzlənir. Qalada iki qüllə və 1533-cü ildə divarların xaricinə köçürülmüş bir kilsə vardı. Hər iki qüllənin yuxarı mərtəbələrində yaşanılırdı.
Lida Əbdül
Lida Əbdül (1973[…], Kabil) — müasir əfqan video-art rəssamı və ifaçıdır. == Həyatı == Lida Abdul 1973-cü ildə Kabildə anadan olub, lakin gənc yaşda Sovet-Əfqan müharibəsi zamanı ailəsi ilə birlikdə Hindistana köçüb. Daha sonra Almaniya və ABŞ-da yaşayıb. O, 2000-ci ildə Kaliforniya İrvine Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsini almışdır.. == Mükafatları == Lida Abdulun əsərləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb: 2006 — Şahzadə Klaus Mükafatı, 2007 — BƏƏ-dən sənətin populyarlaşması üzrə YUNESKO Mükafatı, 2009 — Avropa Media İncəsənət Festivalının Mükafatı, 2015 — Merz Fondunun birinci mükafatı (Turin).
Xosrov və Lida Abdullayevlər (film, 1974)
== Məzmun == Film Azərbaycanın tanınmış sirk ustası Xosrov Abdullayev və onun həyat yoldaşı Lida Abdullayevaya həsr olunmuşdur. Burada onların Moskva sirkində fəaliyyətlərindən, sirkin arenasında məşqlərindən, yeni sirk nömrələrini necə hazırlamalarından danışılır.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
LiSA
Lisa (Fransız musiqiçi)
Lidl
Lidl — Avropa və ABŞ-də 10.000-dən çox mağazası fəaliyyət göstərən, mərkəzi Almaniyanın Nekkarzulm şəhərində yerləşən topdan satış supermarketlər şəbəkəsi. Mağazalar şəbəkəsi, Handelshof və Kauflandın sahibi olan Dieter Şvarza məxsusdur.Lidl, ABŞ-nin da daxil olduğu bir neçə bazarda, bəzi ölkələrdə Aldi adı altında, digər topdan satış supermarket şəbəkələrinə meydan oxumağı bacarır. Latviya və Estoniya istisna olmaqla Avropa İttifaqının hər bir üzvü olan ölkədə Lidl mağazalarına rast gəlmək mümkündür. Həmçinin, Lidl mağazaları İsveçrədə, Serbiya və ABŞ-də da mövcuddur. == Tarixçəsi == Şəbəkənin təsisçisi Jozef Şvarzdır. Biznesin başlanğıcı 1930-cu ildə qoyulub; 10 il ərzində Jozef Şvarz, şirkəti qida məhsullarının topdan satışı bazarında əhəmiyyətli müəssisəyə çevirib. 1945-ci ildə Almaniyanın müharibədə məğlub olmasından sonra şirkət öz fəaliyyətini dayandırdı. Növbəti 10 il ərzində şirkət yeni canlanmağı bacardı. 1977-ci ildə, atasının ölümündən sonra şirkət oğlu Diter Şvarsın əlinə keçdi. Eyni zamanda, şirkət iki istiqamətdə aktiv şəkildə inkişaf etməyə başladı — həm təsərüffat malları həm də ərzaq məhsulları.
Lids
Lids — Böyük Britaniyada İngiltərənin şimalında Yorkşir və Humber bölgəsində olan Vest Yorkşir kantlığında yerləşən bir böyük şəhərdir.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa.DigərLinda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Lira
Lira (yun. λύρα , lat. lyra) – simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır. == Antik dövr == Qədim Yunanıstan və Qədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Liza
Liza (lat. Liza) — kefallar fəsiləsinə aid balıq cinsi.
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 218 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
MİDA
Mənzil İnşaatı Dövlət Agentliyi — Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirən qurum. İlham Əliyevin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir. İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov təyin edilmişdir. == Tarixi == 1991-ci ildə dövlət müstəqilliyini əldə etdiyi gündən ölkədə davamlı sosial-iqtisadi inkişaf təmin edilmişdir. Azərbaycan Respublikasında bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirliməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da bu məsələ öz əksini tapmışdır. Konsepsiya ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir və onun həyata keçirilməsi məqsədli dövlət proqramları vasitəsilə gerçəkləşdirilir. Bu sənəddə strateji xətt olaraq ön plana çəkilən əsas məqamlardan biri də ölkə əhalisi üçün keyfiyyətli sosial xidmətlər hazırlamaq və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr üçün əlçatanlığını təmin etməkdir. Bununla bərabər, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən işlərin davam etdirilməsi və genişləndirilməsi də əsas hədəflərdən biri kimi müəyyən olunub.Azərbaycan hökumətinin sosial siyasətinin bəyan edilmiş məqsədlərindən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir == Nida haqqında == Nidaların müxtəlif məna növləri var:Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Qida
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. == Tarixi == XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
AIDA (marketinq)
AIDA (ing. attention, ing. interest, ing. Desire, ing. action sözlərinin ilk hərflərindən yaranıb) – hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır. 1896-cı ildə E. Levis tərəfindən yaradılıb. Attention-diqqət,İnterest-maraq,Desire-arzu və Action-fəaliyyət ingilis sözlərinin baş hərflərindən ibarət abviaturadır. == Attention-diqqət == İlk mərhələdə alıcının diqqətini cəlb etmək lazımdır. Bu zaman etibar üçün zəmin yaradılır. Maksimum səmərəlilik üçün qabaqcadan istehlakçı haqqında məlumat olmalıdır, onun dəyərləri, motivləri, stimulları öyrənilməlidir.