Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbas Lisani
Abbas Lisani (az-əbcəd. عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.
Kitap əl idrak li lisan əl ətrak
Kitabü'l-idrak li-lisani'l-Ətrak (Türklərin dilini anlama kitabı) — 1312-ci ildə Əsirüddin Əbu Hayyan tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış Qıpçaqca qramər kitabı və lüğət.
Bizans
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
Liasis
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Lisandr
Lisandr - (Lysandros)(doğ.tarixi naməlum - e.ə 395-ci ildə ölüb, Aliartos, Beotiya) Afina ilə Sparta arasında olan Peloponnes müharibəsinin strateqlərindən biri, spartalı donanma və ordu sərkərdəsi. Yunan ədavətində maraqlı olan pers satrapı Kiçik Quruşdan alınan vəsait hesabına sürətlə böyüyən Sparta donanmasına e.ə 407-ci ildə komandan təyin olunmuşdu. Həmin il Lisandrın başçılığı altında Sparta donanması Afina donanmasını Noti burnu yanında məğlub etdi. Lisandr Kiçik Asiya şəhərlərində Afinaya düşmən olan oliqarxik partiyaları dəstəkləyirdi. E.ə 405-ci ilin dekabrında spartalı eskadra Eqospotamı yaxınlığında Afina donanmasını məhv etdi. Lisandr Afinaya müttəfiq bir neçə Frakiya və Hellespont şəhərini işğal etdi və orada hakimiyətə öz tərəfdarlarını qoydu. E.ə 404-cü ildə Afinanı qurudan və dənizdən mühasirəyə alaraq Afinanı tutdu. Spartanın Afinaya diqtə etdiyi sülh şərtləri olduqca sərt idi. Lisandrın tələbi ilə şəhərdə demokratik quruluş ləğv edilirdi və "otuz tiran"dan ibarət oliqarxik quruluş bərqərar olurdu. Pirey divarları və başqa istehkamlar uçurulmalı, donanma qalibə təhvil verilməli idi.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Liqand
Liqand (lat. ligare "bağlamaq") — donor-akseptor qarşılıqlı təsiri ilə başqa bir atoma (akseptor) bağlanmış atom, ion və ya molekul. Anlayış kompleks birləşmələrin kimyasında istifadə olunur, bir və ya bir neçə mərkəzi (kompleks əmələ gətirən) metal atomlarına bağlanmış hissəcikləri ifadə edir. Çox vaxt bu cür bağlanma "koordinasiya" adlanan donor-akseptor rabitəsinin meydana gəlməsi ilə baş verir, burada liqandlar Lyuis əsasları kimi çıxış edir, yəni elektron cütünün donorları kimi. Liqandlar mərkəzi atoma bağlandıqda, kompleksləşdirici agentin kimyəvi xassələri və liqandların özləri çox vaxt əhəmiyyətli dəyişikliklərə məruz qalır. Əslində, liqandın komplekslər yaratmaq və D-orbitalını öz-özünə məhv etmək qabiliyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa imkan verən ən vacib xüsusiyyəti - bütövlükdə birləşmənin məhv edilməsidir. Birinci təxmin olaraq, liqandın koordinasiya rabitəsi yaratmaq üçün ayıra bildiyi elektron cütlərinin sayını və bağlayan atomun və ya funksional qrupun elektronmənfiliyini ehtiva edir.
Likan
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Libas
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Cyperus distans
Cyperus strigosus (lat. Cyperus strigosus) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus hansenii Britton Cyperus stenolepis Torr. Mariscus strigosus (L.) C.B.Clarke Cyperus distans Pursh Cyperus enslenii Pursh Cyperus praelongatus Steud.
Dəniz limanı
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Eleusine distans
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Hava limanı
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Epipactis distans
Heydərpaşa limanı
Heydərpaşa limanı — İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən, əsasən yükdaşıma üçün nəzərdə tutulmuş liman. Limanda 250.000 ton daşıma tutumuna malik bir kran, 3 dəmiryolu bərəsi, 3 ədəd 2500 at gücündə sənaye kəndiri və 2 ədəd bağlama qayığı mövcuddur. Hal-hazırda, Mərmərə Bölgəsindəki ən böyük konteyner limanı və illik altı milyon metrik ton (MT) yük həcmini transferi ilə Mərsin və İzmir limanından sonra Türkiyənin üçüncü ən böyük limanıdır. Limanda sərnişin gəmi salonu tikilmişdir. 2017-ci ildən etibarən sərnişin limanı olaraq da xidmət edir. Limanın tikintisinə 20 aprel 1899-cu ildə Anadolu Dəmiryolları Şirkəti tərəfindən başlanmışdır. Şirkət limanı 24 may 1924-cü ilə qədər istismar etmiş, 31 may 1927-ci ildən etibarən isə liman milliləşdirilərək İctimai təsərrüfat və yaşayış nazirliyi nəzdində olan "Türkiyə Dövlət Dəmiryolları" adlı təşkilatın balansına verilmişdir. 1953–1967-ci illərdə limanın maddi-texniki infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır.
Kobe limanı
Kobe limanı — Hanşin Sənaye Bölgəsində yerləşən Keihanşin ərazisindəki Hyoqo prefekturasındakı Kobe şəhərində Kansa Yaponiyanın dəniz limanıdır. Rokkonun dağı ətəyində yerləşən düz ərazilər məhduddur və Port adası, Rokko adası, Kobe hava limanı və digərlərini yaradılması üçün süni adaların konstruksiyaları həyata keçirilir. Orta əsr dövründə liman Hyoqo no Tsu (yap. 兵 庫 津) kimi tanınırdı. 1858-ci ildə Amiti və Ticarət müqaviləsi Hyoqqo limanını əcnəbilərə açdı. İkinci Dünya müharibəsi sütunlarından sonra Müttəfiq Qüvvələri, daha sonra Birləşmiş Ştatların Qüvvələri tərəfindən işğal edildi. (Sonuncu 1973-cü ildə dönmüşdür.) 1970-ci illərdə liman dünyadakı ən çox konteynerləri idarə etdi. 1973–1978-ci illərdə dünyanın ən sıx konteyner limanı idi. 1995-ci ildə Böyük Hanşin zəlzələsi nəticəsində limanın şəhər hissəsinin çoxunun məhv edildi və oradakı obyektlərin və xidmətlərin çoxununun fəaliyyətinin dayandırılmasından sonra təxminən 10 trilyon yen və ya 102,5 milyard dollar həcmində zərərl hesablandı və bu Yaponiyanın ÜDM-lərinin 2,5 faizini təşkil edərdi. Kobe sahəsindəki əmlakın yalnız 3% -i zəlzələnin sığortası ilə əhatə olunduğuna görə, itkilərin əksəriyyəti sığortalanmadı, Tokioda isə 16% idi.
Mentha distans
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mius limanı
Mius limanı — Azov dənizinə tökülən Mius çayının estuarisini təşkil edir. Limanın uzunluğu təqribi olaraq 33 kilometrdir. Limanın orta eni 2 km olsa da bəzi hissələrdə en 200metr, ən enli yeri isə 3000 metr təşkil edir. Limanın orta dərinliyi 0,96 metrdir. Su səthinin sahəsi 59 km²-dir. Suyun qabarma və çəkilməsi elədə böyük edildir. Cəmi 60-70 sm təşkil edir. İqlimi Taqanroq körfəzindən kəskin fərqlənmir. Demək olar ki tam eynidir. Mius çayında çoxlu sayda mineral vardır.
Muuqa limanı
Muuqa limanı (est. Muuga sadam, 1993-cü ilə qədər Novotallinski (rus. Новоталлинский) idi) — Estoniyanın şimal-mərkəzi hissəsinin Haryumaa vilayətində, Muuqa körfəzinin sahilində yerləşən ticarət dəniz limanı. Estoniyanın beynəlxalq əhəmiyyətli ən böyük dəniz limanıdır. Maardu şəhərinin inzibati ərazisində yerləşir. Limanın kodu: EE MUU. Tallin limanının bir hissəsidir. Liman ərazisi 5,242,000 m2 quruda və 7.520.000 m2 su üzərində yerləşir. Limana girə biləcək gəmilərin maksimal uzunluğu 300 m, eni 48 m, icazə verilən maksimal keçid enişi isə 13,7 m-dir. Fin körfəzinin bu hissəsindəki naviqasiya şəraiti limanın demək olar ki, il boyu işləməsinə imkan verir. Dəmir yolu əlaqəsi Muuqa — Narva — Sankt-Peterburq dəmir yolu şəbəkəsinin xətti vasitəsilə həyata keçirilir.
Narcissus pisanus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
LaManş
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Luşan
Luşan və ya Mount Lu (çin. 廬山) — qədim zamanlarda Kuanglu (匡庐) adı ilə bilinən, Çinin cənub-şərqindəki Szyansi əyalətinin şimal hissəsindəki ən məşhur dağlardan biridir. Oval formalı dağlar təxminən 25 km uzunluğunda və 10 km genişliyindədir. Şimalda Şanxay şəhəri və Yanszı çayı, cənubda Nançanq şəhəri və Poyanq gölü ilə əhatə olunmuşdur. Dağın ən yüksək nöqtəsi Dahanyang təpəsidir (大 汉阳 峰) və dəniz səviyyəsindən 1474 metr yüksəklikdədir. Mount Lu dağı möhtəşəmliyi, dikliyi və gözəlliyi ilə seçilir və Lushan Milli Parkı 1996-cı ildən bəri YUNESKO-nun Dünya İrsinə daxil edilmişdir və xüsusilə yay aylarında hava soyuduğunda bu yer turistləri özünə cəzb edir. Lushan Çindəki Qərb missionerləri üçün yay kurortu idi. Perl Bakın atası Avessalom Sidenstriker dağda daşınmaz əmlak alan ilk beş missionerdən bir idi. 1935-ci ilin əvvəllərində mart ayında kommunist və respublikaçı qüvvələr arasında bu bölgədə bir döyüş baş verdi, bundan sonra Çin Kommunist Partiyasının baş katibi olan Hu Yaoban ağır yaralandı. Luşan dağı vaxtilə Çin Respublikasının xiadu ("yay paytaxtı") adını almışdı.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.