Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Möhsin Pak Ayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Muhsin Ertuğral
Muhsin Ertuğral (15 sentyabr 1959, İstanbul) - Türkiyəli futbol mütəxəssisi. Türk əsilli çalışdırıcı indiyədək Almaniya, CAR və Tunis klublarını çalışdırıb. 1995-1996-cı illərdə isə o, Konqo Demokratik Respublikası milli futbol komandasına rəhbərlik edib. Bülənt Uyqunun istefasından sonra baş məşqçi axtarışına çıxan Sivasspor rəhbərliyi komandanın taleyini ona tapşırıb.
Muhsin Mahmelbaf
Muhsin Mahmelbaf (fars. محسن مخملباف‎; 29 may 1957, Tehran) — məşhur iranlı kinorejissor və ssenaristdir. Hazırda Asiya Kino Akademiyasının prezidentidir. 1979-cu il İran inqilabında fəal iştirak edib. İnqilabdan əvvəl, polislə toqquşduğuna görə 4 il azadlıqdan məhrum edilib. Mahmelbafın filmləri 1990-2000-ci illərdə beynəlxalq kinofestivallarda geniş rəğbət qazanıb. 2001-ci ildə Time jurnalı "Qəndəhər" filmini bütün zamanların ən yaxşı 100 filmindən biri adlandırdı. Eyni 2001-ci ildə Mahmelbaf YUNESKO-nun "Federiko Fellini Qızıl medalı" ilə təltif edilmişdir. 2006-cı ildə Mahmelbaf Venesiya Film Festivalında münsiflər heyətinin üzvü olub. 2006-cı ildə dünya kinosuna verdiyi görkəmli incəsənət töhfəsinə görə Sergey Paracanov mükafatını alıb.
Möhsün Abbasov
Möhsün Abbasov (tam adı: Möhsün Nəsir oğlu Abbasov; 15 may 1922 və ya 15 fevral 1922, Əhmədalılar, Qaryagin rayonu – 27 may 1990, Əhmədalılar, Füzuli rayonu) – Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941–45) iştirakçısı. Möhsün Abbasov 1922-ci ilin fevral ayının 15-də Azərbaycanın Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. 1990-cı il may ayının 27-də Füzulinin elə həmin kəndində vəfat etmişdir. M.Abbasov 1949-cu ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Möhsün Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Möhsün Fəxrizadə
Möhsün Fəxrizadə Mahabadi (fars. محسن فخریزاده مهابادی‎; 21 mart 1961, Qum – 27 noyabr 2020) — İranlı fizika və nüvə alimi, İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri. O nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə universitetin Professoru olmuşdur. Qeyd etmək lazımdır ki, Möhsün Fəxrizadə Amerikanın Foreign Policy nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə dəfə çıxışlarında İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri olan nüvə alimi Mohsen Fəxrizadənin bu ölkənin nüvə texnologiyası sahəsində mühüm şəxslərdən biri və İsrailin hədəfində olduğunu demişdi. İranda Korona epidemiyası başlayarkən və Ağciyər, ürək xəstəlikləri baş verərkən, İran Müdafiə Nazirliyi İran Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək diaqnostika dəsti və ürək-damar xəstəliyi peyvəndi də daxil olmaqla lazımi avadanlıqları hazırlamışdır. İran Müdafiə Nazirliyinin korona peyvəndi artıq sınaq ərəfəsində idi. İran Müdafiə naziri Fəxrizadənin, Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının sədri olaraq bu kəşfdə mühüm rol oynadığını bildirdi. 27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olub. Günorta saatlarında bir qrup silahlı şəxs Tehran yaxınlığında aliminin olduğu avtomobilə hücum edib.
Möhsün Hüseynov
Möhsün Hüseynxanlı (tam adı: Mövsüm Turbəndə oğlu Hüseynov; 13 iyun 1958, Laçın, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olmuşdur. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu bitirib. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirir. 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Yük (film, 1995) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Otel otağı (film, 1998) Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Bomba (film, 2005) Heydər Əliyev (film) Vəkil hanı?
Möhsün Hüseynxanlı

Möhsün Həştrudi
Möhsün Həştrudi (13 dekabr 1908, Təbriz – 4 sentyabr 1976, Tehran) — azərbaycanlı şair, alim, riyaziyyatçı. Həştrudi Möhsün İsmayıl oğlu 1907-ci il dekabrın 13-ü Təbriz şəhərində anadan olub. Orta təhsilinə Təbrizdə başlayır. Sonradan isə Tehrana köçərək burda məşhur Darülfünun məktəbində oxuyaraq 1925-ci ildə həmin məktəbi bitirir. 1936-cı ildə Sarbonna Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq müdafiəsi Difernsial Həndəsə mövzusuna həsr olunub. Doktorluq dərəcəsini aldıqdan sonra İrana geri dönür. Təbriz və Tehran universitetlərində fəaliyyət göstərir. Bütün fəaliyyəti ərzində daima beynəlxalq elmi assosiasiyalar ilə əlaqə saxlamışdır. Bir müddət Harvard universitetində mühazirələr verib.
Möhsün Möhsünov
Möhsün Möhsünov (tam adı:Möhsünov Möhsün Şərif oğlu; 10 may 1937, Naxçıvan – 6 yanvar 1995) — yazıçı,nasir,publisist Möhsünov Möhsün Şərif oğlu 1937-ci il 10 mayda Naxçıvan şəhərində anadan olmuşdur. 1995-ci il 6 yanvar-da vəfat etmişdir. 1955-ci ildə Naxçıvan şəhərində Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Ali məktəbdə təhsilini davam etdirməklə yanaşı, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi kimi çalışmışdır. 1964-cü ildə Naxçıvana qayıdaraq Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor işləmişdir. 1965-1972-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, əvvəlcə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında müəllim işləmişdir. Sonrakı fəaliyyətini “Şərq qapısı” qəzetində xüsusi müxbir, Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzetinin Naxçıvan Muxrar Respublikası üzrə zona müxbiri, “Respublika” qəzetində müxbir vəzifələrində davam etdirmişdir. 1992-ci ilin iyulundan ömrünün sonunadək “Real” İnformasiya Agentliyinin baş redaktoru işləmişdir. 1963-cü ildən başlayaraq məqalələri “Azərbaycan gəncləri “, “Vışka”, “Ədəbiyyat və incəsənət“ qəzetlərində, “Kirpi”, “Ulduz”, “Azərbaycan qadını“, “Azərbaycan“ jurnallarında, “Odlu ürəklər” almanaxında və başqa mətbu nəşrlərin səhifələrində müntəzəm dərc olunmuşdur. Yeddi kitabı müəllifidir.
Möhsün Nağısoylu
Nağısoylu Möhsün Zellabdin oğlu (1 sentyabr 1946, Xok, Noraşen rayonu) — Azərbaycan alimi, Filologiya elmləri doktoru, Professor, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2015–2021), AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017), AMEA-nın müşaviri (2021). Möhsün Nağısoylu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1972-ci ildən Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1976–1980-ci illərdə kiçik elmi işçi, 1981–1988-ci illərdə böyük elmi işçi vəzifələrində çalışmışdır.1988–2015-ci illərdə "Farsdilli əlyazmaların tədqiqi" şöbəsinin müdiri olmuşdur. İnstitutda işlədiyi müddətdə əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışmışdır. Hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun 1, 2 və 3-cü cildlərinə daxil edilmişdir. Rus dilində nəşr olunmuş farsdilli əlyazmalar kataloqunun 2-ci və 3-cü cildlərinin elmi redaktorudur. M. Z. Nağısoylu 1979-cu ildə "XVI əsr Azərbaycan tərcümə əsəri "Şühədanamə" (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" mövzusunda namizədlik və 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. M. Z. Nağısoylu 48 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir.
Möhsün Pakayin
Möhsün Pakayin (fars. محسن پاک‌آیین‎; 1954, İran) — İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən) Möhsün Pakayin 1954-cü ildə Fars əyalətində anadan olub. 1987-1991-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməmişdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub. 2012-ci ildən İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.
Möhsün Poladov
Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru. 1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir. 1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir. 1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur. Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün Qədiroğlu
Aslanov Möhsün Qədir oğlu – şair, publisist, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2003). Möhsün Qədiroğlu 1970-ci il aprelin 20-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra 1988-1990-cı illərdə hərbi xidməti borcunu yerinə yetirmişdir. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. 1994-2002-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində xəbərlər şöbəsində redaktor işləmişdir. 2004-cü ildən Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbir olaraq çalışır. Eyni zamanda Kiyevdə 2003-cü ildən Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunan "Azərbaycanın səsi" qəzetinin baş redaktorudur. Ədəbi fəaliyyətə orta məktəbdə ikən başlamışdır. İlk qələm təcrübələri Basarkeçər rayon qəzeti "Vardenis"də dərc edilmişdir. Sonra dövri mətbuatda vaxtaşırı şeir, oçerk və publisistik yazılarını çap etdirmişdir.
Möhsün Rezayi
Mohsen Rezayi Mirqaed (1 sentyabr 1954, Məscid Süleyman, Xuzistan ostanı) — İran hərbçisi. 1981–1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-e pasdaran-e enqelab-e eslami) 16 il müddətinə komandanı olmuşdur. 1997-ci ildən İİR Məsləhət Şurasının katibidir.
Möhsün Rəis
Möhsün Rəis (1896, Tehran – XX əsr) — İranın xarici işlər naziri. Möhsün Qacarlar dövründə Xarici İşlər vəzarətində şöbə müdiri işləyən Hüseyn Zəhirülmülkün oğlu idi. Xarici İşlər naziri Rəis Möhsün diplomat idi. 1935-37-ci illərdə Almaniyada, 1940-cı ildə Yuqoslaviyada, 1941-ci ildə "Vişi hökumətində" (Fransa) səfir işləmişdi. Hələ o, Əhməd Qəvam hökumətində poçt tеlеqraf naziri işləyəndə, 23 yanvar 1943-cü ildə Roma radiosu bеlə bir məlumat vеrmişdi: "Yеni poçt-tеlеqraf naziri Rəis Möhsün rusların qatı düşməni kimi tanınır... Biz ümid еdirik ki, o, anqlo-saksların əlində alətə çеvriləcəkdir". Möhsün Rəis 1975-ci ildə vəfat edib. Möhsün Rəis Mehrmah xanım Əbdülhüseyn mirzə qızı Fərmanfərma ilə ailə qurmuşdu.
Möhsün Sədr
Möhsün Sədr (1871, Məhəllat, Mərkəzi ostanı – 19 oktyabr 1962, Tehran) — İranın baş baziri. 1945-ci ilin iyununda Güney Azərbaycanda İşlər ciddiləşdi. İranda yeni hökumət böhranı dərinləşməyə başladı. Bir tərəfdən İbrahim Həkimi hökuməti istefa vermişdi, digər tərəfdən yeni təyin edilmiş Baş kazir, 70 yaşlı Möhsün Sədr (Sədr-ül-Əşrəf) Məclisdən etimad ala bilməmişdi. Məclisin müxalifət azlığı və Xalq Partiyası Baş Nazir vəzifəsinə Möhsün Sədrin namizədliyini müdafiə etmirdilər. Onlar Sadri irticaçı şəxslərdən biri hesab edirdilər. Seyid Ziya tərəfdarlarının və Məclisdə müxalifət çoxluqunun ciddi cəhdlərinə baxmayaraq Məclisdən etimad almaq məsələsi iki aya qədər yubandı. Əşrəf Sədr Rza şah dövründə Ədliyyə naziri işləmişdi. Onun dövründə Mazandaran düzənliyinin Rza şaha verilməsi hüquqi cəhətdən əsaslandırılmışdı. O, Məhəmmədəli şah dövründə Qanuni Əsası və demokratiya uğrunda mübarizə aparıb Rusiyanın köməkliyi ilə həbs edilmiş demokratların istintaq işini aparmışdı.
Möhsün Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Möhsün Sənani
Möhsün Sadıq oğlu Cəfərov (Sənani) (19 iyun 1900, Tiflis – 11 fevral 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1949). Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olmuşdur. 4–5 yaşında ikən ata-anasını itirmiş, nənəsinin himayəsində qalmışdır. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət, Azərbaycanın xalq artisti Əli Qurbanovun anasıdır. Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur.
Möhsün Xəlili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Möhsün Yazıçıoğlu
Möhsün Yazıçıoğlu (türk. Muhsin Yazıcıoğlu; 31 dekabr 1954, Sarqışla, Sivas ili – 25 mart 2009, Göksun[d], Qəhrəmanmərəş ili) — türk siyasətçisi. Böyük Birlik Partiyasının yaradıcısı. Möhsün Yazıçıoğlu 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alan Möhsün Yazıcıoğlu 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olur. Gələcək partiya sədrinin siyasi fəaliyyətə başlaması da bu illərə təsadüf edir. Hələ məktəb illərində Sarkışla Gənc Ülkücülər Hərəkatına qoşulan Möhsün Yazıçıoğlu Ankaraya gəldikdən sonra Ülkü Ocaqları Genel Mərkəzində çalışmağa başlayıb. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977–1978-ci illərdə Ülkü Ocaqları Genel Başqanının müavini və Ülkü Ocaqları Genel Başqanı vəzifələrində çalışan Möhsün Yazıçıoğlu 1980-ci ilə kimi həmçinin MHP lideri Alparslan Türkeşin müşaviri də olub. Ülkücü hərəkatda önəmli bir yeri olan Möhsün Yazıçıoğlu Susurluq hadisəsinin baş qəhrəmanı olan Abdullah Çatlının köməkçisi olub. 1978-ci ildə Ülkücü Gənclik Dərnəyini yaradan Möhsün Yazıçıoğlu ölkəni sarsıdan bir sıra bəyanatları ilə yadda qalıb.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möksin (Auırqazı)
Möqsin (başq. Мөҡсин, rus. Муксино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (İşli): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (92%) üstünlük təşkil edir.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın

Mohsen Furuzan
Möhsün Furuzan (3 may 1988, Rəşt) — İranlı futbol qapıçısı. Furuzan 2011-ci ilin iyun ayından Təbrizin İran milli futbol çempionatında çıxış edən Traktor Sazi futbol klubunun qapıçısıdır. Buna qədər isə o Gilanın "Pegah", Ənzəlinin "Mələvan", Rəştin "Damaş", Təbrizin Göstəriş Polad futbol klublarının qapısını qoruyub.
Mohsen Namcu
Mohsen Namjoo (fars. محسن نامجو‎; 4 mart 1976, Türbət Cam, Rəzəvi Xorasan ostanı) — İran musiqi ifaçısısı, bəstəkarı və yazıçısı. Mohsen Namcu Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, peşəkar musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı. 1994-cü ildə universitetə qəbul oldu.
Mohsen Namjoo

Mohsen Xalili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.