Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mülki hüquq
Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə ilə yaranan öhdəlik münasibətlərini və əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı; şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; pozulmuş hüquqların bərpasının təmin edilməsi; mülki hüquqların məhkəmə müdafiəsi. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.
Girov (mülki hüquq)
Mülki hüquqda girov — girov qoyanın məhdud mülkiyyətində olan əmlak və digər mülki hüquq obyektləri (pul istisna olmaqla) şəklində öhdəliklərin yerinə yetirilməsini təmin etmək və borcun və ya digər mülki öhdəliklərin ödənilməsinə zəmanət vermək üsulu. Girov, o cümlədən qarantiya əsas təminatlı öhdəliyə münasibətdə əlavə (əlavə) öhdəlikdir ki, bu da xüsusilə aşağıdakı nəticələrə səbəb olur: əsas öhdəlik etibarsız olduqda, girov öhdəliyi etibarsız olur, girov öhdəliyi ilə bağlı hüquqların keçməsi əsas öhdəlik ipoteka və s. Daşınmaz əmlakın girovu ipoteka adlanır. == Hüquqi mənası == Girov hüququ həm daşınar əmlakın kreditora-girova (mülkiyyət girovuna) faktiki verilməsi (lombard), həm də girov hüququnun (mülkiyyətsiz girov) yaradılması haqqında müqavilənin bağlanması nəticəsində yaranır. ). Eyni zamanda, həm əsas (təminatlı) öhdəlik üzrə borclunun özü (öz borcları üzrə girov), həm də üçüncü şəxs (başqa şəxslərin borcları üzrə girov) girov qoyan kimi çıxış edə bilər. Girov hüququnun mühüm xüsusiyyəti onun real mahiyyətidir. O, təkcə borcluya — girov qoyulmuş əmlakın sahibinə münasibətdə deyil, həm də onun əlində olan bütün üçüncü şəxslərə münasibətdə etibarlıdır. Girov hüququ vərəsəlik, satınalma və s. yolu ilə əldə edilmiş əmlakla birlikdə keçir.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Mülki
Mülki, beynəlxalq hüquq normalarına əsasən heç bir ölkənin silahlı qüvvələrinə və ya digər silahlı qruplara aid olmayan şəxsdir. Mülki şəxslər hər hansısa bir müharibələrdəki silahlı münaqişələrdə iştirak etməyən şəxslərdirlər və onların hüquqları və təhlükəsizlikləri müxtəlif beynəlxalq müqavilələr ilə qismən təmin edilmişdir. Mülki sözü bəzən müxtəlif peşə qrupları tərəfindən həmin peşə qrupuna daxil olmayan insanları müəyyən etmək üçün məcazi mənada da istifadə olunur. Türk dilinə fransız dilindəki söz olan "sivil" sözündən daxil olmuşdur. Bu sözün mənşəyi latın dilindəki civilis sözü və ondan əvvəlki civis (vətəndaş) sözüdür. Mülki sözü həmçinin də bir anlayışın və ya orqanın qeyri-hərbi olduğunu göstərmək üçün sifət kimi istifadə olunur. Məsələn: mülki aviasiya və s.
Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hüquq Klinikası
Hüquq Klinikası — Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə, klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Hüquq fakültəsi
Hüquq fakültəsi — hüquq elminin tədris olunduğu və bu elm daxilində müxtəlif sahələr üzrə tədqiqatların aparıldığı fakültədir. Onun məzunları hüquqşünas, hakim, prokuror, hüquq məsləhətçisi, notarius və icra hakimi kimi fəaliyyət göstərə bilərlər. Türkiyədə təhsil müddəti 4 ildir. Türkiyədə ilk hüquq fakültəsi 1874-cü ildə yaradılan İstanbul Universiteti Hüquq Fakültəsi olub, Respublika dövründə isə ilk yeni açılan fakültə 1925-ci ildə yaradılmış Ankara Universiteti Hüquq Fakültəsi olmuşdur. Ankara Universiteti Hüquq Fakültəsi 5 Noyabr 1925-ci ildə Atatürk tərəfindən Ankara Ədliyyə Hüquq Məktəbi adı ilə təsis edilmişdir. İstanbul Hüquq Fakültəsinin əsasını 1874-cü ildə Qalatasaray Liseyində “Dârülfünun-u Sultani” şöbəsi olaraq açılan “Məktəb-i Hüquq” təşkil edir. Konya Hüquq Məktəbi 1907-ci ildə qəbul edilmiş qərarla yaradılmış və 1908-ci ildən bu universitetdə təhsil verilməyə başlanmışdır. Ege Universiteti Hüquq Fakültəsi 1978-ci ildə yaradılmışdır. 1982-ci ildə Dokuz Eylül Universitetinin yaradılması ilə hüquq təhsili bu universitetə ​​keçmişdir.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. == Hüquq jurnalistlərindən perspektivlər == Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hüquq müdafiəçiləri
Hüquq müdafiəçiləri — müxtəlif insan hüquqlarının dinc vasitələrlə, bir qayda olaraq, dövlət strukturlarının və ya vəzifəli şəxslərin özbaşınalığından müdafiəsi məsədi ilə ictimai fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar jurnalistlər, ekoloqlar, məlumat verənlər, həmkarlar ittifaqı işçiləri, hüquqşünaslar, müəllimlər, birbaşa fəaliyyətin iştirakçıları və ya sadəcə təkbaşına fəaliyyət göstərən şəxslər ola bilərlər. Onlar işlərinin bir hissəsi kimi və ya könüllü olaraq hüquqlarını müdafiə edə bilərlər. Fəaliyyətləri nəticəsində insan hüquqları müdafiəçiləritez-tez qarayaxma, müşahidə, təqib, saxta ittihamlar, əsassız həbs, birləşmək azadlığının məhdudlaşdırılması, fiziki hücum və hətta qətllər də daxil olmaqla repressiyalara məruz qalırlar. 2020-ci ildə 25 ölkədə ən azı 331 hüquq müdafiəçisi öldürülüb. Beynəlxalq ictimaiyyət və bəzi milli hökumətlər müxtəlif müdafiə vasitələri ilə bu zorakılığa cavab verməyə cəhd göstərmişlər, lakin hüquq müdafiəçilərinə qarşı zorakılıq artmaqda davam edir. Qadın hüquq müdafiəçiləri və ətraf mühitin mühafizəsi ilə məşğul olan insan hüquqları müdafiəçiləri digər məsələlərlə məşğul olan hüquq müdafiəçilərindən daha çox repressiya və risklərlə üzləşirlər. 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı insan hüquqları müdafiəçilərinin işini qanuniləşdirmək və insan hüquqları fəaliyyətinin müdafiəsini genişləndirmək üçün İnsan Hüquqları Müdafiəçiləri haqqında Bəyannaməni qəbul edir. == Tərif == İnsan hüquqları müdafiəçisi termini BMT Baş Assambleyası tərəfindən hamılıqla tanınmış insan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün fərdlərin, qrupların və cəmiyyət orqanlarının hüquqları və məsuliyyəti haqqında Bəyannaməni qəbul etdikdən sonra beynəlxalq insan hüquqları ictimaiyyətində geniş istifadə olunmağa başlanır. Bu Bəyannamədən əvvəl “fəal”, “işçi” və ya “müşahidəçi” insan hüquqlarını müdafiə etmək üçün çalışan insanlara qoyulmuş terminlər idi.
Hüquq normaları
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq norması
Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır. == Hüquq normalarının əlamətləri == Hüquq normalarının aşağıdakı əlamətləri var: insanların davranışını tənzimləyir. ümumi xarakter daşıyır. dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir. rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir. sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyət təşkil etmirlər. == Hüquq normalarının quruluşu == Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur: Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. == Hüquq prinsiplərinin növləri == Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Hüquq sosiologiyası
Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır. == Tarixi == "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar. == Hüquq sosiologiyası anlayışları == Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanır.
Korporativ hüquq
Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir. Bu, hüquqi şəxslərin statusunu, fəaliyyətini və yaradılmasını tənzimləyən, eləcə də korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Həmçinin korporasiyanın idarəetmə orqanları tərəfindən müəyyən edilən, onların üzvlərinin iradəsini əks etdirən, korporasiyanın bütün iştirakçıları üçün mütləq olan və korporativ məcburiyyət gücü ilə qorunan, onun yetərsizliyi zamanı isə dövlət məcburiyyəti gücü ilə qorunan normaların cəmidir. Korporativ hüquq elmi biliklərin bir sahəsi kimi özündə korporativ normaların, doktrinal tədqiqatların, eləcə də əsas anlayışların təyini, korporativ münasibətlərinin hüquqi tənzimləməsi prinsipləri, nəzəriyyələri və korporativ hüququn predmeti olan tətbiqi baxışların işlənib hazırlanması da daxil olmaqla korporativ hüquqi münasibətləri birləşdirir. Korporativ hüquq elmi dedikdə təşkilatın hüquqi tənzimlənməsi və korporasiyanın fəaliyyəti haqda olan dinamik inkişaf edən bilik sahəsi (sistemi) başa düşülür. O, korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir. == Ədəbiyyat == Emin Kərimov. Azərbaycan korporativ (şirkətlər) hüququ. Bakı, 2014, 233 səh.
Mülki (Abaran)
Mülki — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonununda kənd. Abaran çayının sahilində yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kəndin digər adı Mülkünkənd, Mülkümkənd olmuşdur. Toponim ərəb dilində «dövlətə aid», «qeyri-hərbi, qeyri-əsgəri» mənasında işlənən mülki sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Ermənilər buraya 1829-cu ildə İrandan köçürülüb yerləşdirilmişdir.
Mülki aviasiya
Mülki aviasiya, həm özəl, həm də kommersiya baxımından bütün qeyri-hərbi aviasiyaları təmsil edən iki əsas uçuş kateqoriyasından biridir. Dünyanın əksər ölkələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür və bu agentlik vasitəsilə mülki aviasiya üçün ümumi standartlar və tövsiyə olunan təcrübələrin yaradılması üçün birlikdə çalışırlar. Civil aviation includes two major categories: Planlaşdırılmış hava nəqliyyatı, müntəzəm marşrutlarda işləyən bütün sərnişin və yük uçuşları daxil olmaqla; və Ümumi təyinatlı aviasiya, özəl və ya kommersiya kimi bütün digər mülki uçuşlar da daxil olmaqla Planlaşdırılmış hava nəqliyyatı sərnişin sayı baxımından daha böyük əməliyyat olsa da, ümumi təyinatlı aviasiya uçuşların sayında daha böyükdür (və uçuş saatlarına görə). Bəzi ölkələr, təyyarələrin istifadəyə verildiyinə görə tənzimləmə fərqi də göstərir: Kommersial aviasiya uçuşların əksəriyyətini və ya hamısını, xüsusən də hava yollarında planlaşdırılan xidmətlər daxildir; və Özəl / biznes aviasiya hər hansı bir mükafat almadan öz məqsədləri (istirahət, işgüzar görüşlər və s.)üçün uçan pilotlar daxildir. Bütün planlaşdırılan hava nəqliyyat kommersiya, lakin ümumi aviasiya həm kommersiya və özəl ola bilər. Normalda, pilot, təyyarə və operatorun hamısı ayrıca kommersiya lisenziyası, qeydiyyatı və istismar sertifikatları vasitəsilə kommersiya əməliyyatları aparmaq səlahiyyətinə sahib olmalıdırlar. İkinci dünya müharibəsindən sonra ticarət aviasiyası sürətlə böyüdü və əsasən hərbi təyyarələrdən istifadə edərək insanları və yükləri daşıdı. Bu böyümə, B-29 və Lancaster kimi ağır və həddindən artıq ağır bombardmançı təyyarələrini kommersiya təyyarələrinə çevrilməsi ilə nəticələndi. DC-3 də daha asan və uzun kommersiya uçuşları üçün düzəldi. Reaktiv təyyarə ilə ilk kommersial uçuş de Havilland Comet təyyarəsi ilə yerinə yetirilib.
Mülki müdafiə
Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki tac
Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat. Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır. Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.
Mülki tarix
Mülki bənd
Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik. İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır. Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir: Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.
Mülki (dəqiqləşdirmə)
Mülki - qeyri-hərbi
Müdafiəçi (hüquq)
Müdafiəçi — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə fəaliyyət göstərən vəkil. Ümumi hüquq sistemli ölkələrdə bu fəaliyyətlə əsasən barristerlər məşğul olur. ABŞ-də müdafiəçilər həbs, cinayətlərin istintaqı, cinayət təqibi, hökm çıxarılması, apelyasiya və məhkəmə araşdırmaları ilə bağlı məsələlərlə məşğul olurlar. Çox zaman vəkillərin bir qismi xüsusi olaraq müdafiəçi kimi ixtisaslaşırlar. Məsələn, ABŞ-də narkotik vasitələrlə əlaqədar törədilən cinayətlər üzrə müdafiəçilər və sərxoş vəziyyətdə nəqliyyat vasitəsitəsinin idarə edilməsi cinayətləri üzrə ixtisaslaşmış müdafiəçilər fəaliyyət göstərirlər. Müdafiəçilər, həmçinin, müdafiə etdikləri şəxslərin ittiham olunduqları cinayət üzrə cinayət tərkibinin əlamətlərini də araşdırırlar. Onlar öz müştərilərinə prokuror tərəfindən ittiham aktı tərtib olunanadək yardım edə bilirlər. Bu, adətən, həmin şəxs haqqında təhqiqat aparılanda və ya şəxs tutulanda həyata keçirilir. Təqsirləndirilən şəxslər polis və digər təhqiqatçılarla münasibətlərdə təmsil edilmək, cinayət işi barədə təhqiqat aparılması, eləcə də prokurorun ittihamlarına qarşı müdafiə olunmaq məqsədilə sübutların toplanması üçün müdafiəçi tuturlar. ABŞ-də qraflıq, dövlət və federal hökumətİ kimi dövlət idarələrində çalışan müdafiəçilərə çox zaman ictimai müdafiəçilər və ya məhkəmə tərəfindən təyin edilmiş vəkillər də deyilir.
Azərbaycan mülki hüququ
Azərbaycan mülki hüququ — Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra RSFSR-in sosialist hüququnun mənimsənilməsi yolu ilə mülki hüquq sisteminin tam əvəz olunması baş verdi. 1923-cü ildə Azərbaycan SSR-də ilk mülki məcəllə qəbul olundu. Məcəlləyə nikah, ailə və qəyyumluq hüququnu əhatə edən bölmələr daxil edilmişdi (digər ittifaq respublikalarında bu münasibətlər ayrı-ayrı məcəllələrlə tənzimlənirdi). Sovet dövründə Azərbaycanın mülki hüququ digər ittifaq respublikalarının mülki hüququndan mahiyyətcə fərqlənmirdi. İkinci ümumittifaq məcəllələşdirilməsi nəticəsində 1964-cü ildə Azərbaycan SSR-in yeni mülki məcəlləsi qəbul olundu ( bundan sonra–MM Azərbaycan SSR). Sovet dövrünün Mülki Məcəlləsi mülki hüquq münasibətlərinin subyekti qismində vətəndaşları və hüquqi şəxsləri-dövlət müəssisə, idarə və təşkilatları, kolxozlar, kolxozlararası və kollektiv birlikləri müəyyən edirdi. Sosialist cəmiyyətində istehsal vasitələri hesabına yalnız dövlət mülkiyyətinin müəyyən olunmasını nəzərə alaraq, Azərbaycan SSR-nin MM-ə uyğun olaraq mülkiyyət sosialist mülkiyyətinə yəni dövlət, kolxoz-kooperativ, həmkarlar ittifaqı və s və vətəndaşların əmək gəlirlərindən təşkil olunan şəxsi mülkiyyətə bölünürdü. Sosialist mülkiyyətindən şəxsi gəlir əldə etmək məqsədi ilə olunmasını qadağan edən xüsusi normalar mövcud idi. MM həmçinin vətəndaşın şəxsi mülkiyyətin həcminin hədlərini müəyyən edirdi. Azərbaycan SSR-nin MM-nin xüsusi hissəsi müxtəlif növ müqavilələri nəzərdə tuturdu: alqı-satqı, bağışlama, göndərmə, dövlət satın almaları, dövlət sığortası, podrat, daşınma və s.
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər. Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması. Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı.
Qanun (hüquq)
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Subyektiv hüquq
Subyektiv hüquq, subyektiv mənada hüquq, və ya hüquq; c.h. hüquqlar — subyektin hər hansı bir yaxşı və ya davranış forması üçün tanınmış tələbi. Subyektiv qanun xüsusi sosial normaların kompleks sistemi olan və sosial tənzimləyici rolunu oynayan obyektiv qanundan (obyektiv mənada qanun) fərqlənməlidir. Subyektiv hüquq hüquqşünaslığın ən vacib kateqoriyalarından biridir və azadlıq, vəzifə və qadağa anlayışları ilə yanaşı hüquq nəzəriyyəsinin əsas anlayışlarından birini ifadə edir. Azadlıq kimi, subyektiv hüquq, öhdəliyin əksinə — düzgün davranış ölçüsü və qadağan — yolverilən davranış ölçüsü, uyğun bir subyektin mümkün (yəni icazə verilən) davranışının ölçü və hədlərini müəyyənləşdirir. Subyektiv qanun, obyektiv hüquq normaları əsasında mövcuddur, onların hüquqi tənzimlənməsi nəticəsində hüquqi iştirakçılara subyektiv hüquqları və qanuni öhdəlikləri olan münasibətlər olur. Hüquq münasibətlərinin məzmunu subyektiv hüquqların həyata keçirilməsinə və qanuni vəzifələrin yerinə yetirilməsinə yönəlmiş iştirakçıların davranışıdır. İctimaiyyətlə əlaqələr çərçivəsində subyektiv hüquq və vəzifələr iştirakçılar arasında qarşılıqlı əlaqə zamanı özünü göstərir. Obyektiv hüquq norması müəyyən şəxslərin qanuni davranışlarını müəyyənləşdirir, yəni müəyyən subyektiv hüquq və vəzifələrin kimə məxsus olduğunu göstərir. Subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir.
Hüquq fəlsəfəsi
Hüquq fəlsəfəsi hüququn təbiətini və hüququn digər normalar sistemləri, xüsusən də etika və siyasət fəlsəfəsi ilə əlaqəsini araşdıran fəlsəfənin bir qoludur. Hüquq fəlsəfəsini Analitik hüquq və Normativ hüquqa bölmək olar. Analitik hüquqşünaslıq hüququn əsas xüsusiyyətlərini müəyyən etməklə hüququn nə olduğunu və nəyin olmadığını müəyyən etmək məqsədi daşıyır. Normativ hüquqşünaslıq həm hüququ formalaşdıran qeyri-hüquqi normaları, həm də qanunun yaratdığı və insan fəaliyyətinə rəhbərlik edən hüquq normalarını araşdırır. == Analitik Hüquq == Sosial elmlərin metodlarından istifadə etməklə hüquqi anlayışların məzmununu araşdıran eksperimental hüquqdan fərqli olaraq analitik hüquqşünaslıq konseptual təhlil alətləri vasitəsilə hüququn mahiyyəti haqqında ümumi məlumat verməyə çalışır. Hüquqşünaslar konkret yurisdiksiyada konkret məsələ ilə bağlı qanunun nə olduğu ilə maraqlandıqları zaman, hüquq filosofları mədəniyyətlər, zamanlar və məkanlar arasında paylaşılan hüququn xüsusiyyətlərini müəyyən etməkdə maraqlıdırlar. Birlikdə götürüldükdə, hüququn bu təməl xüsusiyyətləri filosofların ardınca getdikləri universal tərifi təklif edir. Ümumi yanaşma filosoflara, məsələn, hüququ əxlaqdan, siyasətdən və ya praktiki səbəblərdən ayıran şeylər haqqında suallar verməyə imkan verir. Çox vaxt bu sahənin alimləri qanunun onu digər hadisələrdən ayıran unikal xüsusiyyətlər toplusuna malik olduğunu güman edirlər, baxmayaraq ki, hamısı bu ehtimalı bölüşmür. Bu sahə ənənəvi olaraq hüququn mahiyyəti haqqında məlumat verməyə diqqət yetirsə də, bəzi alimlər qanun çərçivəsindəki sahələrin təbiətini, məsələn, hüquq pozuntusu hüququ, müqavilə hüququ və ya cinayət hüququnu araşdırmağa başlamışlar.
Hüquq ailəsi
Hüquq ailəsi və ya hüquq sistemi — müqayisəli hüququn mərkəzi anlayışlarından biri; ümumi hüquq mənbəyi, əsas anlayışlar, hüququn strukturu və onun formalaşmasının tarixi yolu ilə birləşdirilən milli hüquq sistemlərinin geniş məcmusu. Hüquqi ailə termini elmi dövriyyəyə alman alimi Qotfrid Leybnits tərəfindən daxil edilmişdir, o, 1667-ci ildə Nova Methodus Discendae Docendaeque Iurisprudentiae (hüquq elminin öyrənilməsi və tədrisinin yeni üsulları) əsərini latın dilində nəşr etdirmişdir. Məhz bu əsərdə Leybnits ailə-genetik yanaşmadan istifadə edərək bir sıra ölkələrin qanunlarının vahid mənbəsinin olması və inkişafın oxşarlığını vurğulayaraq unikal ailələrdə mümkün birləşməsi ideyasını irəli sürmüşdür . Bir qədər əvvəl Leybnits dil ailəsi (dillər ailəsi) terminini yaradaraq dillərlə bağlı oxşar ideyalar irəli sürmüşdür. Hər bir hüquq sistemi unikaldır, lakin müqayisəli hüquq onların oxşar və fərqli cəhətlərini müəyyən etməklə hüquq sistemlərinin tipologiyasını yaratmağa imkan verir. Bu yolla hüquq ailəsi adlanan hüquq sistemlərinin növləri formalaşır. Meyarlar aşağldakılardır: hüquq mənbələrinin əlaqəsi və istifadəsi, presedentlərin yaradılmasında məhkəmənin rolu, hüquq sisteminin mənşəyi və inkişafı. Ən məşhuru fransız alimi Rene Davidin təsnifatıdır, ona görə aşağıdakılar fərqlənir: Roman-german hüquq ailəsi, Anqlosakson hüquq ailəsi, dini hüquq ailəsi (müsəlman, yəhudi və s.), sosialist hüquq ailəsi, ənənəvi hüquq ailəsi , bəzi digər hüquq ailələr. == Roman-german hüquq ailəsi == Roman-german hüquq sistemi kontinental Avropanın bütün ölkələrinin hüquq sistemlərini birləşdirir. Bu hüquq sistemi Roma hüququnun əsasında yaranmışdır.
Prosessual hüquq
Prosessual hüquq — prosessual qaydanı tənzimləyən hüquq normalarının məcmusu, maddi hüququn praktiki həyata keçirilməsi və icrası prosedurları. Prosessual hüquq onun həyata keçirilməsi və qorunması üçün zəruri olan prosessual formaları müəyyən etdiyi üçün maddi hüquqla ayrılmaz şəkildə bağlıdır. Məhkəmə prosesinin aşağıdakı əsas formaları var: konstitusiya, mülki, cinayət, inzibati. Mülki prosessual hüquq – mülki işlərin məhkəmələr tərəfindən həlli qaydasını tənzimləyən hüquq normalarının məcmusudur (hüquq sahələrindən biri). Məsələn, hazırda Rusiyada geniş məhkəmə orqanları sistemi (Konstitusiya Məhkəməsi, Arbitraj məhkəmələri, ümumi yurisdiksiya məhkəmələri) mövcuddur. Mülki prosessual hüququn predmeti yalnız ümumi yurisdiksiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yaranan ictimai münasibətlərin məcmusudur. Xüsusiyyətləri İşin başlanması təşəbbüsü maraqlı şəxslərə məxsusdur (o cümlədən kassasiya və apellyasiya icraatında). Mövzu tərkibinin spesifikliyi ondan ibarətdir ki, hüquq-mühafizə orqanı mütləq iştirak edir - məhkəmə və ona səlahiyyət verilir, məhkəmə ilə iştirakçılar arasındakı münasibət həmişə tabeçilik səlahiyyəti üzərində qurulur, lakin cavabdeh arasında münasibətlər. və iddiaçı həmişə bərabərlik üsuluna görə qurulur (bu, iki üsulun birləşməsidir). Mülki prosessual hüquqda sanksiyaların unikallığı, ən çox yayılmış əlverişsiz prosessual nəticələrdir (bu sanksiya yalnız mülki prosessual hüquqda istifadə olunur): kassasiya şikayəti vermək üçün son tarix buraxılıbsa, siz onu verə bilməzsiniz; cavabdeh məhkəməyə gəlməzsə, işə onun iştirakı olmadan baxılır ki, bu da açıq-aşkar iddiaçının əlinə keçir; və digər unikal sanksiyalar - aşağı orqanın prosessual aktının ləğvi, məcburi icra və s.
Sübut (hüquq)
Hüquqda Sübut — qanunla müəyyən edilmiş qaydada əldə edilmiş, onların əsasında işə düzgün baxılması və həlli üçün əhəmiyyət kəsb edən halların olub-olmadığını müəyyən edən faktlar haqqında məlumat. Beləliklə, fiqhdə dəlil məlumat, yəni idrak fəaliyyətinin nəticəsi kimi başa düşülürsə, məntiqdə dəlil həqiqətin, yəni əməlin əsaslandırılmasıdır. Həqiqəti müəyyən etmək üçün dəlil əldə etməyə yönəlmiş idraki fəaliyyət fiqhdə sübut adlanır. Sübut sübutların toplanması, təmin edilməsi, yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Sübut hüququnda ən mühüm anlayışlar sübut predmeti və müxtəlif iş kateqoriyaları üçün fərqli şəkildə müəyyən edilən sübutun hüdudlarıdır.