Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsədin Namazov
Müsədin Əhməd oğlu Namazov (4 avqust 1963, Düzəyrəm, Kaxetiya) — Azərbaycan Respublikasının əməkdar memarı, "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru. Müsədin Namazov 4 avqust 1963-cü ildə Gürcüstan Respublikasının Saqareco bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. 1970–1980-ci illərdə Düzəyrəm kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu fərqlənmə diplomu ilə memar ixtisası üzrə bitirmişdir. M. Ə. Namazov ali təhsilini tamamladıqdan sonra "Azərdövlətlayhə" İnstitutunun 1 nömrəli Emalatxanasında memar kimi öz ixtisası üzrə ilk əmək fəaliyətinə başlamışdır. O, 1986-cı ildə ordu sıralarına çağrılmış və 1988-ci ilə kimi SSRİ Silahlı Qüvvələri sırasında əvvəlcə sıravi əsgər, sonra isə manqa komandiri olmuşdur. Müsədin Namazov ordudan tərxis olunduqdan sonra yenidən "Azərdövlətlayihə" İnstitutuna qayıtmış, əvvəlcə 1 nömrəli Emalatxanada memar (1988–1990), aparıcı memar (1990), qrup rəhbəri (1990–1993), layihənin baş memarı (1993–2007), 2 nömrəli Emalatxananın rəisi (2007–2009), sonra isə 2 nömrəli Memarlıq Planlaşdırma şöbəsinin müdiri (2009–2011) olmuşdur. M. Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır. O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövləttikintilayihə" DLİ-nin direktoru təyin olunmuşdur. Müsədin Namazov 27 may 2014-cü ildə fövqəladə hallar nazirinin əmri ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunub.
Mirhaşım Talışlı Müsafir
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Müsafir ibn İbrahim
Müsafir ibn İbrahim (v. 1062) — Salarilərin hakimiyyətdə olmuş son nümayəndəsi. Qardaşı Cüstanı əvəz etmiş, 1062-ci ildə Toğrul bəyə 100.000 dinar bac vermişdi. Həmin il Xaşxaşilər tərəfindən öldürülmüşdür.
Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu. Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi.
Məhəmməd ibn Müsafir
Məhəmməd ibn Müsafir əl-Deyləmi əl-Kanqari (v. 953) — Salarilərin banisi, Tarım hakimi. Həyatının ilkin dövrlərinə aid məlumat yoxdur. 916-cı illərdə artıq Tarım hakimi kimi bilinirdi. 919-cu ildə III Cüstanın öldürülməsi onun üçün Cüstanilərin işinə qarışmağa bəhanə oldu və taxta çıxan qardaşı Əli ibn Vəhsudanı və ondan sonra digər qardaş Xosrov Firuzu məğlub etdi. Taxta onun oğlu Mehdi Siyahçeşmi oturaraq Cüstaniləri öz vassalına çevirdi. 930-cu ildə Mərdavicin hücumuna məruz qalan Məhəmməd onunla diplomatik danışığa getdi və vassalı olduğu Əsvar ibn Şiruyəyə üsyan qaldırmağa sövq etdi. Məhəmmədin köməyi ilə Mərdavic üsyan qaldırdı və Ziyarilər dövlətini qurdu. Məhəmmədin zülmkar hakimiyyəti 941-ci ildə oğulları Mərzban və Vəhsudan tərəfindən devrilməsinə gətirib çıxardı. O Tarımda həbs olunaraq hakimiyyəti Vəhsudana verməli oldu.
Əbül-Müsafir Fəth
Əbül-Müsafir Fəth ibn Əbu Sac (İran – 929, Ərdəbil) — Məhəmməd ibn Əbu Sacın ikinci oğlu, Sacilərin son əmiri. 928-ci ilin fevralında hakimiyyətə başlamış, 929-cu ildə öz qulamı tərəfindən öldürülmüşdür. Oğlu Əbül Fərəc xəlifə ordusunda sərkərdə idi. Azərbaycan əmirliyinə ondan sonra Vasif əl-Şirvani gətirildi. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R. N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
Kəlbəli xan Müsahib-Gəncəvi
Kəlbəli xan Müsahib-Gəncəvi — şair, Qacar elinin Ziyadoğlu oymağının başçısı, Qarabağ bəylərbəyi, Kaxetiya hakimi, elçi, Cavad xanın babası. == Həyatı == Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. II Şah Abbas Səfəvinin (1642-1666) yaxınları cərgəsində idi. Onun göndərişi ilə İstanbula, Osmanlı sarayına elçi getmişdi. Şah Sultan Hüseyn Səfəvinin hakimiyyətinin ilk illərində Qarabağın bəylərbəyi, 1694-cü ildən 1702-ci ilədək Kaxetiyanın hakimi olmuşdu. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseyhqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Şahverdi xan adlı oğulları vardı. Kəlbəli xan şair idi. Müsahıb təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Şeyx Adi bin Müsafir
Şeyx Adi bin Müsafir (ərəb. عدي بن مسافر الاموي‎; kürd. Şêx Adîyê Şamiyê kurrê Misafirî) - Yezdanizm inancının əsas filosoflarından biri. Yezidilər tərəfindən müqəddəs olaraq qəbul edilən şəxs. Şeyx Adi bin Müsafir Adâvv’îyye Sufi təriqətinin qurusucu hesab olunur. 1075-1162-ci illər arasında yaşamışdır. Qısaca Şeyx Adi olaraq adlandırılan Şeyx Adi bin Müsafir bu gün Livan ərazisində yerləşən Bekka vadisində 1075-ci ildə dünyaya gəlmişdir. Dönəminin tanınmış filosları Əbu Hamid əl-Qəzali və Qadiriyyə təriqətinin qurucusu olan Əbdülqadir Gilaniin əsərlərindən təsirlənmişdir. 1116-cı ildə Məkkəni ziyarət etdikdən sonra, İraqın şimalında yerləşən Laliş məbədində yaşamağa başlamışdır. 1162-ci ildə vəfat etməsinin ardından həmin məbəddə dəfn olunmuşdir.
Musasir
Musasir — Urartu və Assur mixi yazılarında tez-tez adı xatırlanan müqəddəs bir şəhərdir. Urartu dövründə Haldi məbədi, İspuini və Menuanın ortaq krallıqları dövründə inşa edilmişdir. Assur kralı II Sarqon e.ə.714-cü ildə Xaldi məbədini ələ keçirmiş və qənimətlərin siyahısını tutmuşdu. Bu siyahıya görə ən gözəl əsərlərdən biri, Urartu kralı İşpuininin oğlu Sardurinin heykəli, məbədə hədiyyə edilmiş bir buğa və buzov heykəlidir. Aşşur şəhəri Dur Sarqonda tapılmış bir qabartmada, Musasir şəhəri və Haldi məbədi detalları ilə təsvir edilmişdir. XIX əsrdə Flandin, indi harada olduğu bilinməyən bu məşhur qabartma şəkilininin sürətini köçürmüşdür.Qabartmada məbəd və yanındakı çoxmərtəbəli strukturların bəzisi üçbucaq bəzisi isə dördbucaqlı şəkildədir. Evlər yastı damlı göstərilmişdir.
Müşavir
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Muradin Ölməzov
Muradin Ölməzov (qaraç.-balk. Ёлмезланы Мурадин Мусса улу; 20 mart 1949, Taldıkurqan) — Balkar şairi, dramaturq, yazıçı, tərcüməçi, Kabardin-Balkar Respublikası Dövlət Mükafatı laureatı (2000). Muradin Musa oğlu Ölməzov 20 mart 1949-cu ildə sürgündə — Qazaxıstanın Taldı Kurqan vilayətinin Ernazar kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə alıb. 1958-ci ildə Balkar xalqının reabilitasiyasından sonra Muradinlər ailəsi vətənlərinə — Kabardin-Balkar Muxtar Respublikasına dönmüşlər. Orta təhsilini Nalçikdə tamamladıqdan sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Muradin Ölməzov yaradıcılığa 1969-cu ildə başlamışdır. Onun əsərləri janr baxımından rəngarəngdir: şeir, poema, hekayə, povest, pyes, ədəbi tənqid, tərcümə və s. Şimali Qafqaz Milli Teatrlarının II “Sərhədsiz səhnə” festivalında dramaturqun “Tahir və Zöhrə” pyesi (Vladikavkaz, 2002) ən yaxşı milli tamaşa kimi qiymətləndirilib. Muradin Ölməzovun “Sükutun içi” («Изнанка тишины») pyesinin konflikti yüksək dağlıq ərazidə yerləşən Balkar kəndindəki hadisələr fonunda cərəyan edir.
Muradım (Avurğazı)
Muradım (başq. Мораҙым, rus. Мурадым) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 42 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Məhəmməd Musaddıq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 16 iyun 1882, Tehran, Qacar dövləti – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Pəhləvilər İranı[d]) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Musanın övladları
Musanın övladları (türk. Musa'nın Çocukları) — Ərgün Poyraz tərəfindən yazılmış, 2007-ci ildə nəşr olunan və əsasən Rəcəb Tayyib Ərdoğanı, eyni zamanda onun həyat yoldaşı Əminə Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AKP) hədəf alan antisemit kitab. Ərgün Poyraz keçmişdə əsasən Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanı, eyni zamanda AKP, Abdullah Gül, Bülənt Arınc, Dəniz Baykal və Fətullah Güləni hədəf alan bir çox başqa kitablar yazmışdır. O, həmin şəxsləri ABŞ və İsrail üçün agentlikdə və ya onlara işləyən gizli yəhudi olmaqda ittiham etmişdi. Kitabda Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan İsrail kəşfiyyatı ilə əməkdaşlıq edən kripto-yəhudi olmaqda, özlərini türk kimi təqdim edərək türk sekulyarizmini zəiflətmək üçün islamçılığı qəsdən artıraraq türk cəmiyyətini daxildən məhv etməkdə və öz növbəsində din vasitəsilə türkləri asanlıqla manipulyasiyaya məruz qoymaqda ittiham olunurdular. Kitabda həmçinin, Rəcəb Tayyib Ərdoğanın özünün və həyat yoldaşının türk olmayan mənşəyini qürurla bəyan etdiyi və özlərini türk hesab etmədiyi müxtəlif məqamlarda sitat gətirilmişdir. Ərdoğanın Türkiyə və onun qurulmasına qarşı düşmənçilik ifadələri də yer almışdır. Onun yəhudi təşkilatları ilə əlaqələri də qeyd edilmişdir. Kitaba görə, Ərdoğan ictimaiyyəti müsəlman türk vətənpərvəri olduğuna inandırmaq üçün geniş tədbirlər görür. ABŞ və Birləşmiş Krallıq Türkiyəyə qarşı işlərində Ərdoğan və İsrailə kömək etməkdə günahlandırılmışdır.
Musanın əsası
Musanın əsası, həmçinin Tanrının əsası — Bibliya və Quranda Musanın istifadə etdiyi ək ağacı kimi adı çəkilən əsa. "Çıxış" kitabına görə, əsa (ivr. ‏מַטֶּה‏‎, matteh) qayadan su çıxarmaq üçün istifadə edilmiş, ilana və kürəyə çevrilmiş, Qırmızı dənizin ayrılması zamanı istifadə olunmuşdur. Musanın əsasının onun qardaşı Harunun istifadə etdiyi çubuq ilə eyni olub-olmaması ravvin alimləri tərəfindən müzakirə edilmişdir. Harunun və Musanın çubuğunun hər ikisinə oxşar, zahirən bir-birini əvəz edə bilən səlahiyyətlər verildiyi üçün ravvin alimləri bu iki çubuğun bir və eyni olub-olmadığını müzakirə etmişdilər. Sonrakı yəhudi əfsanəsində çubuğun dünyanın əvvəlində yaradılışın altıncı günündə formalaşdığı və Musaya miras qalmadan əvvəl böyük patriarxların əlindən keçdiyi deyilir. "Əl-Kafi" kitabında rəvayət olunur ki, Cəfər Sadiq "Musanın lövhələri və Musanın əsası bizimlədir. Biz peyğəmbərlərin varisləriyik" deyə iddia etmişdir.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Kamil Musavi
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı və fəaliyyəti == Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur. 2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır. Evlidir, iki oğlu var. == Təltifləri == "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı.
Miyamoto Musaşi
Miyamoto Musaşi (yap. 宮本 武蔵; 1584 – 5 iyun 1645) — gənclik dönəmlərində Miyamoto Bennosuke və ya Miyamoto Musana adları ilə tanınan məşhur yapon qılınc ustası. Tarixdə ən məşhur qılınc ustalarından hesab olunur. Gənc yaşlarından etibarən iştirak etməyə başladığı qılınc duelləri nəticəsində bir çox məşhur rəqibini məğlub etmişdir. Hiyoho Niten İçi-riyu döyüş stilinin atası sayılır. Miyamoto Musaşi fəlsəfi və taktiki fikirlərinin yazıldığı və günü bu gündə geniş şəkildə istifadə olunan Beş çevrə kitabının müəllifidir. Miyamoto Musaşinin həyatı ilə bağlı tarixi mənbələrdə bir çox faktlar olsa da, onun həyatının bütün dövrləri məlum deyil. Tarixçilər tərəfindən qəbul edilmiş, ümumi fikir belədir ki; böyük qardaşı Sirota (1578-1660) və Musaşi, Mimasaka əyalətinin Miyamoto kəndində yaşayan, Hiratalar olaraq adlandırılan varlı samuray nəslindəndir. Digər bir ehtimala görə isə Miyamoto həmin əyalətdə yerləşən Bansu kəndində dünyaya gəlmişdir. Musaşi ailəsi Şinmen boyuna mənsub idi.
Musalı (Cəlilabad)
Musalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Musalı kəndi Cəlilabad rayonun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrlərin axırlarında salınmışdır. Cənubdan Cənubi Azərbaycanla (İran İslam Respublikası), şərqdən Ləkin kəndi ilə,qərbdən Zəhmətabad kəndi ilə,şimaldan Burovar dağ silsiləsi ilə həmsərhəddir. Orta əsrlər dövrünə aid silahlar,qablar,bəzək əşyaları,insan sümükləri tapılsada təəssüf ki,bunların hansı dövrə aid olduğunu dəqiq demək çətindir. Hələki burda arxeoloji qazıntı aparılmayıb.[mənbə göstərin] Musalı oyk., sadə. Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli məlumata görə, XV əsrin sonlarında Cənubi Azərb.-dan köçüb gəlmiş Musa və Müslüm qardaşlan meşə ətəyindəki çeşmənin ətrafında yurd salmışlar.
Musalı (Heris)
Musalı (fars. موسالو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (43 ailə).
Musalı (Neftçala)
Musalı — Azərbaycan Respublikasının Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Neftçala rayonunun Cəngan kənd inzibati ərazi vahidinin tərkibindəki Musalı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Musalı (Saatlı)
Musalı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1025 nəfərdir. Mübariz Əhmədov (jurnalist) Saatlı r-nunun Nərimanov i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış mən­təqəsini vaxtilə Musa adlı şəxs və onun nəs­linə mənsub ailələr saldığına görə belə adlan­dırılmışdır.
Namiq Musalı
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır. Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır.
Mir Hüseyn Musavi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Hacı Muradın nəşinin oğurlanması
Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu il tarixində baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, iyunun 2-də öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir. == Təkrar dəfn == Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y.Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur.