MÜSAİDƏ

[ ər. ]
1. is. İzin, icazə, rüsxət.
Qapıçı telefon ilə müdirdən müsaidə istəyib səyyahları içəri buraxdı. Çəmənzəminli.
O, sonra aşağı qatda pəncərəyə yaxın oturmuş bir gəncin müsaidəsini alaraq tez pəncərə önünə keçdi. A.Şaiq.

□ Müsaidə etmək – bax müsaidə vermək.
[Xanım:] Müsaidə edin, bir məktub yazım, qoyum. Çəmənzəminli.
Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, – dedim. C.Cabbarlı.

Müsaidə vermək – izin vermək, icazə, razılıq vermək, rüsxət vermək.
Mən onun davam etməsinə müsaidə vermədim. Mir Cəlal.

2. Müsaidənizlə şəklində zərf – icazənizlə, izin versəniz.
Müsaidənizlə bir neçəsini təqdim etmək istəyirəm. T.Ş.Simurq.
[Yaşlı kişi:] İndi müsaidənizlə mətləb üstünə qayıdaq. S.Hüseyn.

MÜSAİD
MÜSALİHƏ

Digər lüğətlərdə