Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mario Püzo
Mario Püzo (ing. Mario Puzo) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi. Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur. Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu. Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır.
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Pinus mugo
Pinus mugo (lat. Pinus mugo) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Taliya (muza)
Taliya və ya Faliya (yun. Θαλία, Θαλεία; θάλλω — çiçək açmaq, çiçəklənmək) — yunan mifologiyasına görə komediya muzası. Taliya əsasən başında çələng, əlində komik maska tutmuş təsvir edilir. Taliya və Apollondan Karibantlar dünyaya gəlmişdirlər. Zevs kərsəng cildində onun könlünü alaraq Taliyanı özünə arvad etmişdir. Heranın zəhimindən qorxaraq muza Taliya Etnada Palikləri dünyaya gətirmiş və yerin tərkində gizlətmişdir. Palikləri buna görə Etnada qaynayan iki isti bulağın ruhları da adlandırırlar.
Uraniya (muza)
Uraniya (yun. Οὐρανία, lat. Ūrania, Ūraniē) yunan mifologiyasında astranomiya muzasıdır. Zevs və Mnemosinanın qızı və Himeneyin anasıdır.
Yoşinori Muto
Yoşinori Muto (d. 15 iyul 1992) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuki Muto
Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Yuzo Koşiro
Yuzo Koşiro (古代 祐三, Koşiro Yuzo, 12 dekabr 1967, Tokio[d]) — Yaponiya bəstəkarı və Ancient oyun inkişaf etdirmə şirkətinin prezidenti. O, tez-tez haus, elektro, texno, trans və hip-hop kimi müxtəlif elektron janrlarda, eləcə də caz, rok, simfonik musiqi kimi müxtəlif janrlarda musiqi istehsal edən çiptun və videooyun musiqisinin ən nüfuzlu yenilikçilərindən biri kimi qəbul edilir. Koşiro və onun bacısı Ayano 1990-cı ildə Ancient oyun şirkətini qurdular. O, Nihon Falcom-un Dragon Slayer və Ys seriyaları, eləcə də Sega-nın The Revenge of Shinobi və Streets of Rage seriyaları kimi oyunlara töhfə verən 1980 və 1990-cı illərin ən yaddaqalan oyun musiqilərini yaratmış şəxs kimi qəbul edilir. Yuzo Koşiro 12 dekabr 1967-ci ildə Tokioda anadan olub. Anası Tomo Koshiro pianoçu idi. Üç yaşında ona fortepianoda ifa etməyi öyrətdi və beş yaşına qədər o, bu sənətə güclü hakim oldu. 1975-ci ildə o, məşhur film bəstəkarı Co Hisayşidən (sonralar Hayao Miyazakinin filmlərinə saundtrekləri ilə tanınıb) musiqi dərsləri almağa başladı və üç il onunla təhsil aldı. Bundan sonra Oqi özü-özünü öyrədək inkişaf edib. 1980-ci illərin əvvəllərində hələ orta məktəbdə oxuyarkən, Koshiro NEC PC-8801-də Namco, Konami və Sega-dan erkən arkada oyun musiqilərinin mokapları daxil olmaqla hobbi kimi musiqi bəstələməyə başladı.
Yuzo Kurihara
Yuzo Kurihara (d. 18 sentyabr 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Yuzo Taşiro
Yuzo Taşiro (22 iyul 1982, Fukuoka) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tsubouçi Yuzo
Tsubouçi Şoyo (坪内 逍遥, 22 may 1859, Ota-cuku[d] – 28 fevral 1935[…], Tamai[d]) – Yaponiya tərcüməçisi, tənqidçisi, dramaturqu və romançısı. Yaponiya ədəbiyyatının və teatrının modernləşdirilməsinin qabaqcılı olmuşdur. == İlk illəri və karyerası == Tsubouçi Şoyo 1859-cu ildə Yaponiyanın Mino əyalətində yerləşən Ota kəndində Tsubouçi Yuzo adı ilə doğulmuşdur. Ovari klanına mənsub olan Tsubouçi Heynoşinin 10-cu oğlu idi. Ayçi İngilis Məktəbini bitirdikdən sonra 1876-cı ildə Tokioya köçərək hazırlıq məktəbinə daxil olmuşdur. 1883-cü ildə Tokio Universitetini bitirərək Vaseda Universitetinin professoru olmuşdur. 1891-ci ildə universitetin "Vaseda Bunqaku" adlı ədəbi jurnalının redaktoru təyin olunmuşdur. 1896-cı ildə Vaseda orta məktəbini, 1920-ci ildə Vaseda Universitetində mədəniyyət təşkilatı təsis etmişdir. 1899-cu ildə doktorluq dərəcəsini vermiş, 1915-ci ildə Vaseda Universitetinin emerit-professoru olmuşdur. Şoyo yaradıcılıq fəaliyyətinə tərcüməçiliklə başlamışdır.
Hüzn
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Muz TV (Azərbaycan)
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Muz TV Azərbaycan
MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı-ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir… 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib. 2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb. 2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Mazı
Mazı — adətən şüşə, gil, polad, plastik və ya əqiqdən hazırlanan kiçik kürəsəl obyektdir. Mazıların müxtəlif növləri var və adları bölgədən bölgəyə dəyişir.
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Müşk
Müşk — xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5–2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Quru halda qoxu vermir. Yenidən nəmləndirdikdə ətri "bərpa olunur". Xalis müşk parçaya hopmamalıdır. Maralın ayrıca növü olan "müşk maralı"dan əldə olunan müşk xüsusilə qiymətlidir. Marallarda xüsusi vəz olur ki, o, ətir ifraz edir. Vəzdəki ətir güclü olduğundan hətta uzaq məsafədən də hiss olunur. Qədimdə maralı ovlayandan sonra kəsir, emal edib ətirli maddəni alır və onu ətir kimi istifadə edirdilər.
Məzə
Məzə (fars. مزه‎; türk. meze; ing. meze/mezze; yun. μεζές; serb. мезe / meze; bolq. мезе; mak. мезе; ərəb. مقبلات‎; alb. Meze) Yaxın Şərqdə, Balkanlarda və Mərkəzi Asiyanın bəzi bölgələrində kiçik həcmdə yemək növləridir.
Muro: Lənət olsun içimdəki insan sevgisinə
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Culfa düzü
Culfa düzü- Culfa rayonunda maili düzənlik. Arazboyu düzənliklərdən biri.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Haramı düzü
Haramı düzü — Füzuli rayonunu və Beyləqan rayonunun böyük bir sahəni əhatə edən ərazi. Toponim 2 sözdən ibarətdir. Düz coğrafi termini mənfi relyef forması ifadə edir. Oronimiyada enişi, yoxuşu, təpəsi, çuxuru olmayan,ümumi fondan çox da kənara çıxmayan hamar relyef səthinə düz deyilir. Oronimin tərkibindəki haram sözü ərəbcə "qadağan edilmiş", "yasaq olunmuş", "toxunulmaz", "haram mala əl uzadan", "yolkəsən", "quldur", "qaçaq","soyğunçu" mənalarındadır. Ərazi vaxtilə bu düzlərdə məskən salmış qaçaq-quldurlara (Azərbaycanın bəzi zonalarında onlar haramı adlanır) görə belə adlandırılmışdır. Bəzi araşdırıcılar isə oronimin tərkibində olan haramı sözünü İran dillərindəki hor/har ("isti") komponenti ilə əlaqələndirir.Bu yerlər xüsusilə yay aylarında çox isti olur. Şamaxı rayonu ərazisində, Udulu kəndinin cənub-qərbində Haramı dağı, Quba rayonu ərazisində Qudyal çayının sahilində yerləşən Haramtala dağı toponimləri də bu qəbildən olan coğrafi adlardandır. armenianvandalism.
Küzyö (En)
Küzyö (fr. Cuzieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01141. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 407 nəfər təşkil edirdi. 2010-cu ildə 250 (15-64 yaş) əmək qabiliyyətli insanlar arasında 190 nəfər iqtisadi cəhətdən aktiv, 60 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 76.0, 1999-cu ildə 74.5%). 190 aktiv sakindən 173 nəfər işləyirdi (92 kişi və 81 qadın), 17 işsiz var (7 kişi və 10 qadın).
Mazi körpüsü
Mazi körpüsü — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kəndindən 0,5 km cənub-qərbdə yerləşən, Qoşqarçay üzərindən keçən tarixi piyada körpüsü. Körpü XII–XIII əsrlərə aiddir. Bu, XIX əsrin sonlarında dağıdılmışdır. Məlumdur ki, 1988-ci ilə qədər Qoşqarçayın hər iki sahilində hələ də körpü dayaqları mövcud olmuşdur. Mazi körpüsü 10,15 metr, keçid uzunluğu 3 metr olan daş tağlı körpüdür. Körpünün bünövrəsi altında yerləşən qaya tamamilə açıqdır və çay qayanın arasından keçərək məcrasını təxminən 10 metr dərinləşdirmişdir.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Mizu şobay
Mizu şobay (水商売) və ya hərfi tərcümədə su ticarəti – Yaponiyada seks, bar, gecə klubu, karaoke kimi əyləncələrdən ibarət gecə həyatını bildirən termin. Əsasən kişiləri məmnun etməyə diqqət ayıran bu cür əyləncə şirkətləri Tokionun Akasaka və Qinza rayonlarında cəmlənib. Edo dövründə Tokuqava şoqunluğu tərəfindən lisenziyalaşdırılan həzz kvartalları "ukiyo" (üzən dünya) adlandırılırdı. Bu kvartallardan ən məşhuru Tokioda yerləşən Yoşivara kvartalı idi. Bir çox kişi samuray və tacir buradakı çay evlərinə, fahişəxanalara, kabuki və bunraku teatrlarına və ictimai hamamlara gəlirdi. "Mizu şobay" (su ticarəti) termini də ilk dəfə Edo dövründə işlədilmişdir. Belə ki, ucuz, lisenziyası olmayan fahişələr müştəri tapmaq üçün çayın sahilində gözləyirdilər və qayıqda müştərilərlə cinsi əlaqəyə girirdilər. "Su ticarəti" termini ingilis dilində ilk dəfə Con Morli tərəfindən "Su ticarətinin şəkilləri: Bir qərblinin Yaponiya macəraları" (1985) əsərində işlədilmişdir. Yaponiyada bir çox kişi evdə əylənmək və arvadları ilə çöldə vaxt keçirmək əvəzinə işdən sonra qrup şəklində mizu şobayla məşğul olmağa gedirlər. Karaoke barları, xüsusilə, populyardır.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Mügə Anlı
Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı. Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir. 1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Müin lüğəti
Müin lüğəti fars dilində lüğət.Müəllifi Məhəmməd Müindir.
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).
Müll.Arg.
Cohannes Müller (alm. Johannes Müller‎ lat. Argoviensis, fr. Jean Muller d'Argovie; 9 may 1828 – 28 yanvar 1896, Cenevrə) — İsveçrə botaniki və mikoloqu. Ranunculus argoviensis W.Koch Psychotria argoviensis Steyerm. Typha argoviensis Hausskn. ex Asch. & Graebn.. Dictionary of the Fungi (9th edition). Brummitt RK; Powell CE. 1992.
Münsö sülaləsi
Münsö sülaləsi — Ən qədim İsveç kralları sülalələrindəndir. Həm yarı-əfsanəvi, həm də tarixi üzvləri var. Banisi I Björndür. Hervarar ok Heiðreks adlı saqaya əsasən sülalə Ynglinga sülaləsinin davamı olsa da, bu iddia tarixi mənbələr tərəfindən təsdiqlənməyib. VI Erik elmdə ilk tarixi İsveç kralı hesab edilir.
Müra (Alye)
Müra (fr. Murat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03191. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə 175 yaşda olan (15-64 yaş arasında) 132 nəfər iqtisadi cəhətdən fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.4%, 1999-cu ildə 72.0%). Fəal olan 132 nəfərdən 118 nəfər (70 kişi və 48 qadın), 14 nəfər işsiz (8 kişi və 6 qadın) idi. Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 18 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Müre (rayon)
Müre (fr. Muret) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Müre. Rayon əhalisi 2006-cı ildə 186 503 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 114 nəf / km². Rayon ərazisi — 1639 km².
Muro: Lənət olsun içimdəki insan sevgisinə (film, 2008)
Muro: Lənət olsun içimdəki insan sevgisinə (türk. Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine) — Rejissoru Zübeyr Şaşmaz olan, baş rollarını Mustafa Üstündağ və Şefik Onatoğlunun oynadığı 2008 istehsalı Türkiyə komediya filmi. 5 dekabr 2008-ci ildə Türkiyədə yayımlanan film, 2008-ci ilin ən çox gəlir əldə gətirən 3-cü Türkiyə filmi oldu. Qurdlar Vadisi seriasının yan filmidir. Qurdlar Vadisi Pusqu serialındakı obrazların olduğu eyni addakı Türkiyə televiziya serialına əsaslanır.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Huso huso
Adi ağ balıq (lat. Huso huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin ağ balıq cinsinə aid heyvan növü. Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Cuno
Cuno (Alyaska)
Cüdo
Cüdo (Cü - yumşaq, Do – yol) və ya dzü-do — yapon döyüş sənətidir. Ciqaro Kano Ciu-citsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını yaratmışdır. Cüdonun yarandığı tarix 1882-ci il hesab olunur. Cüdo idman növü 1882-ci ildə Yaponiyada yaranıb. Bu idman növünün təməlini Ciqaro Kano qoyub. C.Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub. O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü ilə məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki tərbiyəsinə yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürdüyündən o belə qənaətə gəlmişdir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri zədələnmələrə səbəb olmayan maraqlı bir idman növü gərəkdir.
Dulo
Dulo (Tuğluq)- qədim Hun-Bulqar sülaləsi. Attilanın oğlu Ernaxın nəslindən gəlirlər. Əvvəllər Göytürk xaqanlarına tabe olsalar da sonralar müstəqil olmuşlar. Sülalənin əsasını Kubrat xan qoymuşdur. Sülalə daha sonra kiçik qollara ayrıldı: Batbayan xan— Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Kotrak xan — İdil Bulqar dövlətini yaratdı. Altsek xan — Avar xaqanlığına sığınmışdı. Asparux xan — Birinci Bulqar dövlətini yaratmışdı. Kuber xan — Şimali Makedoniya bulqarlarının başçısı idi.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. 2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir. Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır. Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur. Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Huso
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Qozo
Gozo (malta Għawdex (Audeş), ing. Gozo (Qozo), it. Gozo (Qodzo), q.yun. Γαῦδον, lat. Gaudus) ― Malta Respublikasının və Malta arxipelaqının ikinci böyük adası. Cənub-şərqindəki Malta adasına 5,25 km uzaqlıqdadır. Uzunluğu 14,5 km, eni 7,2 km olan adanın sahəsi 67 km²-dir. Ən əhəmiyyətli şəhəri əvvəllər Rabat olaraq bilinən Viktoriyadır. Əhalisi 31 053 nəfərdir (2005).