Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirvari
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Mirvari (dəqiqləşdirmə)
Mirvari
Mirvari (kafe)
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari (roman)
Mirvari — Amerikalı yazıçı Con Steynbekin romanıdır. İlk dəfə 1947-ci ildə nəşr olunan hekayə, insanın məqsədini, eləcə də tamahkarlığı, cəmiyyət normalarına qarşı çıxmağı və pisliyi araşdırır. == Məzmun == Kino övladını xilas etmək üçün tək ümidi dənizdən çıxardığı misli görünməmiş mirvari idi, Kino-nun qulaqlarında cingildəyən və bütün şəhərə yayılan İnci nəğməsi ailə, şər, ümid və düşmənçilik nəğməsi ilə qarışacaq. Steynbek Kino-nun dərinliklərdən qazıb çıxardığı mirvari ilə yaşadığımız dünyaya və insan dramına işıq salır.
Mirvari Fətəliyeva
Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi. == Həyatı və Təhsili == 1979-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulub. 1993-cü ildə Qubadlı işğal olunduğuna görə doğma yurdundan didərgin düşüb. Bakı şəhərində müxtəlif məktəblərdə təhsil alır son olaraq isə Maştağada yerləşən 187 saylı orta məktəbi bitirir. Məhz həmin məktəbdə fransız dilini öyrənməyə başlayır. Sonradan isə Azərbaycan Xarici Dillər Universitetinin Fransız dili tərcüməçilik fakultəsinə daxil olub. 4 illik təhsilini başa vurduqdan sonra Paris 8 Universitetində Fransız dili filologiyası sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultələrində magistr təhsili alıb. == Fəaliyyəti == Təhsilini başa vurduqdan sonra bir neçə il Azərbaycan-Fransa Ticarət Palatasında çalışıb. Hazırda isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. Eləcə də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Mirvari Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; 23 iyul 1946, Nuxa) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri == İctimai-siyasi fəaliyyəti == SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992–1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. Daha sonra Azərbaycan Demokrat Partiyası üzvü olmuş, 2007-ci ildə isə istefa vermişdir. == Ailəsi == Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Mirvari Rəhimzadə
Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalisti; Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı və yaradıcılığı == Mirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb. Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir. 2016-ci il 17 iyun tarixində Bakı şəhərində vəfat edib. == Mükafatları == R.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.
Mirvari Tağıyeva
Mirvari kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari kərtənkələsi
Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir. İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir. Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır. Kolluqlar, quru meşələr, həmçinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.
Mirvari (gəmi)
"Mirvari" – 2013-cü ildə istismara verilmiş və Bakı bulvarında gəzinti gəmisi kimi istifadə olunan Azərbaycan gəmisi. == Tarixi == "Mirvari" gəmisi 2013-cü ildə Türkiyənin İstanbul şəhərində "Özata" tərsanəsi tərəfindən Azərbaycan hökuməti üçün hazırlanmışdır. "Asiya Dənizçilik" şirkətinin birgə layihəsi olan gəmi 1 il ərzində tikilmiş və 6 avqust 2013-cü ildə Yalova şəhərində baş tutan mərasim ilə Xəzər dənizinə doğru yola düşmüşdür. Tikintidə 300 türk işçi iştirak etmişdir. Gəmi Bakı bulvarında təşkil olunan dəniz gəzintiləri üçün nəzərdə tutulmuşdur. "Mirvari" 28 dekabr 2013-cü ildə gəzinti gəmisi kimi istifadəyə verilmişdir. Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar olaraq 2022-ci ilin oktyabrında gəminin fəaliyyəti müvəqqəti dayandırılmışdır. 2024-cü ilin oktyabrında gəmi ilə gəzintilərin bərpa olunacağı, gəmidə təmir-bərpa işlərinin aparıldığı açıqlanmışdır. Gəminin təmiri 136 min manata başa gəlmişdir. 1 noyabr 2024-cü ildə gəminin fəaliyyəti bərpa olunmuşdur.
Mirvari məscid (Dehli)
Mirvari Məscid — (Hindi dili: मोती मस्जिद, Urdu dili: موتی مسجد, tərcüməsi: Mirvari Məscid) — 1659-1660-cı illərdə Dehlidə, Sultan Övrəngzeb tərəfindən tikdirilmiş məscid. == Xarici keçidlər == Moti Masjid Arxivləşdirilib 2008-05-07 at the Wayback Machine Koch, Ebba, 1991, Mughal Architecture, Munich: Prestel, 121-122. Tillotson, GHR. 1990. Mughal India San. Francisco: Chronicle books, 81-81.
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari tanalı qız

Mirvari çayı deltası
Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.
Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi. == Həyatı == Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir.
Oxvari qumilanı
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. == Qısa təsviri == Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. == Yayılması == Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Maddə miqdarı
Maddə miqdarı — Maddədə olan eyni tipli struktur vahidlərin miqdarını müəyyən edən fiziki kəmiyyətdir. Struktur vahidi dedikdə maddənin təşkil olunduğu istənilən zərrəciklər (atomlar, molekullar, ionlar, elektronlar və başqa hissəciklər) başa düşülür. Maddə miqdarı, adətən, n {\displaystyle n} (en) latın və ya ν {\displaystyle \nu } (nü) yunan hərfləri ilə ifadə olunur. Lakin, məktəb kursunda ν {\displaystyle \nu } yunan hərfindən istifadə geniş yayılmışdır. Həm Beynəlxalq vahidlər sistemində (BS), həm də SQS sistemində maddə miqdarının ölçü vahidi mol qəbul edilmişdir ( [ ν ] = m o l ) {\displaystyle ([\nu ]=\mathrm {mol} )} . Maddə miqdarı fiziki kəmiyyət olaraq molekulların N {\displaystyle N} sayının N A {\displaystyle N_{A}} Avoqadro sabitinə nisbətinə bərabərdir: ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{A}}}} Başqa sözlə, maddə miqdarı struktur vahidlərinin nisbi sayını təyin edir. ν {\displaystyle \nu } maddə miqdarını maddənin m ( m = m 0 N ) {\displaystyle m\ \left(m=m_{0}N\right)} kütləsinin M ( M = m 0 N A ) {\displaystyle M\ \left(M=m_{0}N_{A}\right)} molyar kütləsinə nisbəti kimi də tapmaq olar: ν = m M {\displaystyle \nu ={\frac {m}{M}}} Burada m 0 {\displaystyle m_{0}} kəmiyyəti molekulun kütləsidir.
Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi (19 avqust 1912, Musaköy, Qazax qəzası – 12 iyul 2001, Bakı) — azərbaycanlı şairə, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR ilk xalq şairəsi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). "Şərəf Nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1997) ordenləri ilə təltif olunub. == Həyatı == XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır. Xatirə Dilbazi adında yeganə qız övladı var. 2001-ci il iyulun 12-də vəfat etmişdir. == Yaradıcılığı == Şairənin əsas yaradıcılıq fəaliyyəti xalqa, onun həyatında baş verən böyük inqilabi dəyişikliklərlə bağlı olmuşdur.
Mirvarid Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. == Həyatı == Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
İstilik miqdarı
Cisimlər arasında istilik vermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir. İstilik miqdarı - istilik mübadiləsi zamanı cismin aldığı və ya verdiyi enerjidir. İstilik miqdarı "Q" hərfi ilə işarə olunur.