Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Mahmudabad (Məhabad)
II Mahmudabad (fars. محموداباد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
I Mahmudabad (Məhabad)
Mahmudabad (fars. محموداباد‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (9 ailə).
Məhabad
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Məhabad & Piranshahr
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Məhabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Məhabad Şəhristanı
Məhabad şəhristanı (fars. شهرستان مهاباد & پیرانشهر‎; azərb. مهاباد بؤلگه‌سی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Məhabad (Soyuqbulaq) şəhəridir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 197,441 nəfər (kişilər: 100,085 nəfər - qadınlar: 97,358 nəfər) olmuşdur. Hazırda Məhabad şəhristanında əsasən kürdlər yaşayırlar və kürd dilində danışırlar. Məhabad bir vaxtlar Savucbulaq / Sovucbulaq (Soyuqbulaq adının yerli ləhcədəki tələffüzü), sonralar isə (Qacar dövründə) kürdlərin mukri tayfasının kütləvi şəkildə şəhərdə və ətraf bölgədə məskunlaşıb əhalinin böyük hissəsini təşkil etməsinin nəticəsində Sovucbulaq Mükri adlandırıldı. Pəhləvilər sülaləsi dövründə isə, 1936-cı ildə bölgənin mərkəzi şəhəri Məhabad olaraq adlandırıldı. Şəhərin və şəhristanın hazırkı adı olan Məhabad farsca "ay" mənasını verən "məh / mah", və şəhər adlarında istifadə olunan "abad" sözlərindən ibarətdir. Mərkəzi bəxşi İnzibati mərkəzi: Məhabad (Soyuqbulaq); digər şəhəri: Göytəpə DEHİSTANLARI Axtaçı-i Qərbi dehistanı KƏNDLƏRİ: Əminabad, Bəcvənd, Bərdəmiş, Bəsri, Burxan, Bövzə, Dərman, Dostəli, Həftvanə, Hacıəlikənd, Kəlicə, Xatunbağ, Xatunxas, Köhnədehdum, Laçın, Pirbalə, Qalat, Qalacığa, Qəmtarə, Qarabulaq, Qızılca-i Süfla, Qurğan, Sahulan, Sancaq, Sərvanə, Seyidabad, Şilanabad, Siçanbulağı, Təkanlıca, Ötmüş, Uzundərə-i Ülya, Uzundərə-i Süfla, Yadabad- Ülya, Yadabad-i Süfla, Zağadrav Mükriyan-i Qərbi dehistanı KƏNDLƏRİ: Albulaq, Çüməlan, Dərələk, Daşxana, Daşteymur, Dehbəkr, Dəryaz, İbrahimə, Əyriqaş, Gəpis, Gərd-i Yaqub, Gülə, Hacıabad, Həmzəabad, Kəhrizə-i Şeyxan, Xəlifə Xanəgah-i Xangəh, Xürxürə, Köhnədeh, Kövtər, Kusəkəhriz, Keşt və Sünət-i Məhabad [Məhabad mədəniyyət və texnologiya mərkəzi] (Mahabad Culture and Technology Centre), Paindərə (pain (farsca) = aşağı, ayaqaltı), Qaraxan, Qaraqışlaq, Qaziabad, Qızılqapı, Qocaabad, Qumqala, Səlimsağul (şuğul?), Siləkə, Tutağac, Yusifkəndi Mükriyan-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahabad, Azad, Badam, Bərdərəşan, Gəbəzələ, Gərdəgirov, Gərdərəş, Hacıxoş, Kəhrizə-i Əlibəyazıd, Xətai, Kiçabad, Ləc, Şəhrək-i Sünəti-i Məhabad [Məhabad sənaye ərazisi] (Mahabad Industrial Estate), Məzrayə-i Əmirabad, Qapı-i Babaəli, Qaradağ, Qülqülə, Təng-i Bələkə, Turşakan Xəlifan bəxşi İnzibati mərkəzi: Xəlifan DEHİSTANLARI Kanibazar dehistanı KƏNDLƏRİ: Bərəcu, Bərava, Bəyram, Çahargah, Eynmolla, Ganihdar, Gəravi, Gavdari-i Qaraney, Gamışan, Gərd-i Şilan, Gərdəbərdan, Gülinan, Acıdərə, El-i Teymur, Kəlləkavi, Kanimiran, Kanirəş, Kanisəfid, Kanisib, Kəvilan-i Ülya, Kəvilan-i Süfla, Xəldəlil, Kitəkeh, Köhnədehşuğayi, Kültəpə, Kuran, Kurgeh, Kuşgehdərə, Məjgeh, Mirədeh, Pajbərd, Pirmikayıl, Qalacığa, Qaluyizindan, Qozlu-i Ülya, Qozlu-i Süfla, Quytal, Səvinas, Şəhr-i Zur, Şeyxyusif, Uzundaş, Yarəli, Zindəqul Mənqur-i Şərqi dehistanı KƏNDLƏRİ: Abdullahkürdə, Afan, Ağasur, Amid, Aşab, Bagərdan-i Ülya, Bagərdan-i Süfla, Benguin, Beytas, Çovmel, Dağə, Doseyid, Dolbahar, Dolpamu, İslamabad, Qaquş-i Ülya, Qaquş-i Süfla, Giyahdövran, Gülyar, Gövməliyan, Qohuh Xane-ye Hacci Kərimi [Hacıkərimi qəhvə şirkəti] (Hajji Karimi Coffee Company), Hacımamiyan, Həsənçəp, Hermə, Candaran, Kələdəndəvi, Kamam, Kərəg, Kəvis, Keysalan, Xanəgah, Xaracu, Xatunəsti, Küləsərmərgan, Mahmudabad (1), Mahmudabad (2), Maranə, Mərgaru, Mazələ, Məzrayə, Miriseh, Pelkə, Qəlat-i Sinan, Qaraçilan, Qaraqaç, Qeşqünə-i Ülya, Qeşqünə-i Süfla, Qozluca, Rəftə, Salm, Saminu, Sərtəng, Sarhulan, Sərtan, Sərv, Şəkərbəy, Şeyxan, Şorabad, Siyaqul-i Ülya, Siyaqul-i Süfla, Soluq, Sürxab, Sülgəh, Zeyvə Cənubi Azərbaycan Azərbaycanlılar Kürdlər İranın ostanları İranın şəhristanları Məhabad Şəhristanın Rəsmi Saytı - Dövlət Saytı Qərbi Azərbaycan Ostanın Rəsmi Saytı - Dövlət Saytı Dünya Azərbaycanlıları Konqresi :Sufi yurdu, Midiya yadigarı Soyuqbulaq...
Məharət Həsənov
Məharət Ramil oğlu Həsənov (25 oktyabr 1987; Şirvan, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Məhatət Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. Şirvan şhərində bərbər işləyirdi. Ailəli olan Məharətin bir oğlu, 3 bacısı, bir qardaşı var idi. 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib. Polad Həşimovun əsgəri olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Məharət Həsənov Cəbrayılın azad edilməsində savaşıb.
Məhr
Məhr — "məhriyyə" sözündən olub, nikahpulu deməkdir. Miqdari kəbinkəsdi mərasimində təsdiq olunub təzə mənzilə köçürüləcək gəlinə, gələcəkdə o boşanarsa, ərinin ona verəcəyi pulun adı. Babalarımızın inancma görə, mehriyyəsiz kəbin batildir. Başqa sözlə, bu, kəbin kağızında "talaq" üçün müəyyən edilmiş kəbinhaqqıdır. Onun miqdarı toydan çox-çox qabaq, elçilik vaxtı, oğlan evinin maddi vəziyyətindən asılı olaraq müəyyən olunur və heç vaxt geriyə alınmır. Qız tərəf, adətən, onun yüksək olmasma, oğlan evi isə onun aşağı salınmasına çalışır. Qaydaya görə, bu məbləğ toydan bir neçə gün əvvəl ödənilməlidir, amma çox vaxt oğlan evi buna yalnız söz verməklə kifayətlənir, molla da kəbin kağızında bunları qeyd edərək imzalayır. Həmin vəsait qadının şəxsi mülkiyyəti sayılır, boşanma qadının təşəbbüsü ilə baş verərsə, qayda-qanuna görə, o bu pulun yalnız yarısını alır. Vaxtilə bəzi varlı ailələrdə pul əvəzinə yarızarafat, yarıgerçək sayaraq, həyatda mümkün olmayan miqdarda, məsələn, bir pud söyüd ağacının külü, yaxud quru soğan qabığı, bəzən isə 22 pud mis yazdırılır. Bəllidir ki, söyüd ağacı yandırıldıqda onun heç vaxt külü qalmır, soğanın qabığı isə çox yüngül olduğuna görə, boşanma zamanı kişi qadına bu "miqdarda" kül-qabığı vermək iqtidarında olmur.
Məna
Məna bu mənaları ifadə edə bilər:
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Maha Eyssa
Maha Vaçiralonqkorn
Maha Vaçıralonqkorn (tay มหาวชิราลงกรณ, d. 28 iyul 1952) — Tailandın Çakri sülaləsindən olan şahzadə, Tailand kralı Pxumilon Adulyadetin yeganə oğlu, yaxın zamanlarda taxt-taca sahib olacağı gözlənilir. 1972-ci ildən tam titulu — Somdet Pxra Boromma Orasatxirat Çao Fan MahaVaçıralonqkorn Sayam Makutraçakuman tay สมเด็จพระบรมโอรสาธิราช เจ้าฟ้ามหาวชิราลงกรณ สยามมกุฎราชกุมาร . Atası kral Pxumilon Adulyadet yeganə oğlu kimi onu 28 dekabr 1972-ci il dekreti ilə özünün varisi elan etdi. O 1935-ci ildən sonra Tailandda anadan olan ilk Tailand kralı olacaqdır. Atası ABŞ-də, Ananda Mahidol isə (hakimiyyət illəri 1935—1946) Almaniyada anadan olub. Atası Pxumpion Adulyadetin 13 oktyabr 2016-cı ildə vəfatından sonra onun kral olacağı gözlənilir.. Ancaq o kədərdən çıxmaq üçün bir qədər vaxt istəyib.
Məhi Vəliyev
Məhi Vəliyev (1927, Araz Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Araz Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr inqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. Məhi Cümü оğlu 1927-ci ildə Araz Yağlıvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Məhsa Əmini
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Məna (dilçilik)
Məna sözün bildirdiyi fikirdir. Sözlər birdən çox məna verə bilər. Bu vəziyyətdə mənaların biri orijinal məna, digəri köməkçi məna, başqa biri metaforik mənadır. Sözlər zamanla zənginləşə və ya mənasını itirə bilər. Onların mənasını itirməsinə məna kiçilməsi, yeni mənalar qazanması hadisəsinə isə məna genişlənməsi deyilir. Semantika sözlərin mənalarını və onların zamanla dəyişilməsini müşahidə edir. Sözlər həqiqi və məcazi mənada olurlar. Bəzi sözlər tarixi dövr ərzində həqiqi mənasını itirərək slenqə çevrilir. Bəzi sözlər çox mənalıdır: Gül kimi və yaxud dil kimi. Bəzi sözlər geniş mənalarından əvvəl dar məna ifadə edirlər.
Məna (dəqiqləşdirmə)
Məna bu mənaları ifadə edə bilər:
Məna sürüşməsi
Məna sürüşməsi — sözün istifadəsinin təkamülü ilə əlaqəli dil dəyişikliyinin forması, sözün müasir mənasında onun əsl (tarixi) söz ilə fərqlənməsi. Diaxronik (və ya tarixi) dilçilikdə məna sürüşməsi sözün bir mənasından başqa mənasına keçməkdir. Kişi — Əvvəlcə söz sadəcə "insan" (qadınlar da daxil) demək idi. Hal-hazırda başqa türk dillərində "kişi", "keşe", "kisi" və s formalarında "insan" mənasını daşıyır. Tanrı — əvvəlcə "göy, asiman" demək idi. Hun türkləri bu sözü "göy, asiman" mənasında "teŋri" şəklində istifadə edirdilər, onlar isə bu sözü çincə "çeŋli" sözündən törədiblər. Qızıl — sözün əsl mənası "qırmızı"dır. Azərbaycan dilində "qızılbaş", "qızılgül" kimi sözlərdə də "qırmızı" mənasını daşıyır, lakin müasir Azərbaycan dilində məna sürüşməsi oldu.
Namiq Məna
Namiq Həsən oğlu Əliyev (1 noyabr 1971, Sumqayıt) təxəllüsü Namiq Məna — Azərbaycan meyxanaçısı, bədihəçi şairi. AYB Qubadlı Regional Bölmənin sədri, Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt regional idarəsinin əməkdaşı. Yeni Azərbaycan Partiyasının üzvüdür. Namiq Həsən oğlu Əliyev 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Zəngəzurdandır. 28 saylı orta məktəbi bitirib. Mədəniyyət və İncəsənət universitetinin dram teatrı və kino aktyorluq fakultəsini bitirib. 10 yaşından şeir yazmağa başlayıb. Şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə (meyxana) janrı ilə fəaliyyət göstərib. Qoyma ay qardaş vətən əldən gedir, Xəzan gəlibdir, Çəmən əldən gedir.
Əsas məna
Əsas məna; Bir sözün ortaya çıxmasına səbəb olan, həmin sözün zehndə meydana gətirdiyi ilkin mənasıdır. Bu mənadan əmələ gələn və sıx əlaqəli olan yeni mənalar törəmə mənalar adlanır. Əsas və köməkçi mənalar birlikdə “həqiqi mənaları” təşkil edir. Məsələn, “ayaq” sözü canlılardakı əzalardan biridir. Bu məna sözün əsas mənasıdır. Eyni söz masa ayağı üçün istifadə edildikdə, törəmə mənalardan birinə çevrilir. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas mənalarında istifadə olunmuşdur: Həkim ağrıyan gözümü diqqətlə müayinə etdi. Uşaq ağzını salfetlə sildi. Tez otağın qapısını bağladım.
Miha Blaziç
Miha Blaziç (8 may 1993, Koper[d]) – Liqa 2 klubu Angers və Sloveniya milli komandasında müdafiəçi kimi çıxış edən sloveniyalı peşəkar futbolçudur. Blaziç Koperlə ilk peşəkar müqaviləsini 17 yaşında bağlayıb. [mənbə göstərin] 31 avqust 2017-ci ildə Blaziç Ferentsvaroş ilə üç illik müqavilə imzaladı. Ferentsvaroşun heyətində o, 2018–19-dan 2021–22-yə qədər ardıcıl dörd liqa titulunu qazandı. Komandası pley-offda Moldeni məğlub etdikdən sonra 2020–21 UEFA Çempionlar Liqasının qrup mərhələsində oynadı. 4 iyun 2022-ci ildə o, üç illik müqavilə ilə Liqa 1- in "Angers" komandasına qoşuldu. Blaziç 4 il kapitan kimi 16 yaşadək və 21 yaşadək bütün Sloveniyanın gənclərdən ibarət milli komandalarında oynayıb. O, 2 iyun 2018-ci ildə Monteneqro ilə yoldaşlıq oyununda Sloveniya millisində debüt edib.
Məna (fəlsəfə)
Məna — hər sözcüyün izah etdiyi düşüncədir. Sözlər birdən çox anlama gələ bilər. Bu vəziyyətdə mənalardan biri digərləri üçün məcazi mənadır. Sözlər zamanla yeni mənalar götürərək zənginləşə bilər. Zamanla mənalarının itirmələrinə məna daralması deyilir. Dar mənası olan sözlərin mənalarının genişləməsinə də məna genişləməsi deyilir.
Yaradıcı məhv
Yaradıcı məhv (almanca: Schöpferische Zerstörung), Şumpeterin fırtınası olaraq da tanınır. 1950-ci illərdən etibarən Avstriya-Amerikalı iqtisadçı Yozef Şumpeterin Karl Marksın əsərlərindən törətdiyi və iqtisadi innovasiya nəzəriyyəsi olaraq ifadə etdiyi iqtisadi konsepsiyadır. Şumpeterə görə, "yaradıcı məhv fırtınası", iqtisadi quruluşu fasiləsiz olaraq içdən dəyişdirən, davamlı olaraq köhnəni dağıdarkən yenini yaradan sənayevi mutasiya müddətini ifadə etməkdədir. Marksist iqtisadiyyat nəzəriyyəsinə görəysə bu qavram kapitalizmin altında zənginlik yığımının və yox oluşunun bir-birinə bağlı müddətlərinə toxunaraq, daha geniş anlamda istifadə edilməkdədir.
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Məhsa Əmini etirazları
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Məhsa Əmininin öldürülməsi
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Məhsa Əmininin ölümü
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Tank məhv edən
Tank məhv edən hərəkət edə bilən antitank topu ya da tank məhv edən zirehli transportyordur. Onların yaradılmasının əsas səbəbi müharibə meydanlarında düşmən tanklarını yox etməkdir. Yəni ki, onlar bir növ antitank silahıdırlar, ancaq tank deyildirlər. Üzərlərində qüllədən yüksək çıxışa sahib olan toplar mövcud olur. Ya tamamilə taretsiz, ya da ki, üstüaçıq bir taretə sahib olurlar. Təkərlər və ya tırtıllı təkərlər üzərində hərəkət edirlər. Üzərində tank əleyhinə idarəolunan raket daşıya bilən növlərinə qısaca ATGM (İngilis dilində Anti Tank Guided Missile) deyilir. Tankdağıdanlar tanklar kimi bir çox vəzifələr daşımırlar. Tanka nəzərən daha ləng və ağır piyada atışlarına qarşı (topçu) müdafiəsi zəifdir. Hər nə qədər bəzilərinin ön tərəflərində qalın zirehə sahib olsalar da, yenə də zəif zirehli texnika hesab edilirlər.
Əbdül-Bəha Abbas
Əbdül-Bəha (23 may 1844, Tehran – 28 noyabr 1921, Hayfa) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur. 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur. O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur. 8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır. 1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.
Əl-Məhra mühafəzəsi
Əl-Məhra mühafəzəsi (ərəb. ٱلْمَهْرَة‎) - Yəmən Xalq Demokratik Respublikasında mühafəzə. İnzibati mərkəzi Əl-Geyda şəhəridir.
MƏH sub-indeksi
Minimum əmək haqqı sub-indeksi– Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq illik dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ-nin sub-indeksidir. Dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının (AQP ilə) adambaşına ÜDM-ə (AQP ilə) nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosiallaşmasını ifadə edir.
MEQA
Mega
Red Televisiva Megavisión (MEGA) mərkəzi Santiaqoda yerləşən Çili özəl televiziya şəbəkəsidir. Hal-hazırda HDTV üçün rəqəmsal tezlik 27 kanalında (ISDB-Tb) yayımlanır. 2012-ci ildə Mega-nın mülkiyyəti Claro Group-dan Bethia Group-a keçirildi. 2016-cı ilin iyun ayında Discovery Networks, Mega'nın 27,5% -ni 40 milyon dollara yaxın satın aldı.
Mehr
Mehr (fars. مهر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Mehr ayında 30 gün var. Bu ay sentyabr ayında başlayıb oktyabr ayında sona çatır. Mehr payızın ilk ayıdır.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Axtar və məhv et
Axtar və məhv et (ing. Search and destroy və ya Seek and destroy) — 1960-cı illərin ortalarında, Vyetnam müharibəsinin əvvəlində Amerika qüvvələrinin baş komandanı Vilyam Vestmorlend tərəfindən hazırlanmış hücum strategiyası. Strategiyanın mahiyyəti ondan ibarət idi ki, Amerika ordusuna tabe dəstə düşmənin nəzarətində olan əraziyə getməli və böyük düşmən qüvvələrinin yerini müəyyən etməli idi. İlk atəş təmasından sonra düşmənin mümkün geri çəkilmə yollarının qarşısını almaq üçün əraziyə əlavə bölmələr yeridilir, aşkar edilmiş qüvvələr aviasiya və artilleriyadan istifadə etməklə məhv edilir. Bir çox hallarda ilkin axtarış bölməsi (adətən taqım və ya bölük) düşməni yalnız onun pusqusuna düşəndən və itki verdikdən sonra tapırdı. Hətta adətən atəş təması baş verdi, çünki axtarış ərazisində düşmən qüvvələri olmurdu. Starry, Donn A. GEN. Mounted Combat In Vietnam; Vietnam Studies. Department of the Army, 1978. Terry, Wallace. Bloods: An Oral History of the Vietnam War by Black Veterans.
Veb saytın məhv edilməsi
Veb saytın məhv edilməsi — təcavüzkarın idarəetmə panelindən əmr aldıqdan sonra hədəf veb-saytın görünüşü və görüntülərində dəyişiklik etdiyi kiberhücum növüdür. Bu əməliyyat Latın dilində Deface adı ilə də tanınır və bu əməliyyatı yerinə yetirən insanlar Defacer kimi tanınır. Bu əməliyyat növü adətən veb serverə daxil olmağı və yerləşdirilən veb-saytı özünüzdən biri ilə əvəz etməyi əhatə edir. Tirelər ümumiyyətlə elektron qraffitinin bir forması hesab olunur və digər vandalizm formaları kimi, siyasi motivli "kiber etirazçılar" və ya hakerlər tərəfindən mesajların yayılması üçün istifadə olunur. Vebsaytın pozulması şübhəli məzmunun əlavə edilməsini və ya məzmunu şübhəli etmək üçün onu silmək və ya dəyişdirməyi və ya nüfuzuna xələl gətirmək üçün açıq şəkildə redaktə edilə bilən vebsaytlara və ya repozitoriyalara uyğun olmayan və ya qəribə istinadları daxil edə bilər. Veb-saytı məhv etməyə kömək etmək üçün veb atəşi kimi üsullardan istifadə edilə bilər.
Ermal Meta
Ermal Meta (20 aprel 1981, Fieri[d]) — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. O, daha öncə İtaliyanın ən böyük musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında Ameba4 və La Fame di Camilla qruplarının üzvü olaraq iştirak etmişdir. Meta bir neçə italyan müğənnisinə mahnı yazdıqdan sonra öz solo karyerasına başlamışdır. 2016 və 2017-ci illərdə ifaçının Umano və Vietato morire adlı iki studiya albomu işıq üzü görmüşdür. Sonuncu albom İtaliyada bir nömrə olmuşdur və albomun əsas mahnısı ilə Meta 2017 Sanremo musiqi festivalında üçüncü yerə layiq görülmüşdür. Meta Fabritsio Moro ilə duet şəklində ifa etdiyi "Non mi avete fatto niente" mahnısı ilə 2018 Sanremo musiqi festivalında qələbə qazanmışdır. Onlar həmin mahnı ilə İtaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 5-ci yeri qazanmışdırlar. Ermal Meta 20 aprel 1981-ci ildə Albaniyanın Fieri şəhərində anadan olmuşdur. 13 yaşında ikən Meta ailəsi ilə birlikdə İtaliyanın Bari şəhərinə köçmüşdür. O, musiqi karyerasına Ameba4 qrupunun üzvü olaraq başlamışdır.
Hande Mehan
Hande Mehan (22 dekabr 1995, Diyarbəkir) — Türkiyə ifaçısı, bəstəkar, söz yazarı. Universitet illərində tanış olduğu Cem Adrian'ın prodüseri olan Hande musiqi karyerasına "Sen Beni Güzel Hatırla" mahnısı ilə başladı. Mahnı YouTube-da 10 milyon baxışdan çox oldu. 22 dekabr 1995-ci ildə Diyarbəkirdə anadan olan Hande musiqi karyerasına 17 may 2018-ci ildə Youtube-da yayımlanan "Sən məni gözəl xatırla" ilə başlamışdır. Cem Adrian ilə birlikdə ifa etdiyi İlhan Şeşen mahnısı olan "Sən mənim mahnılarım" ilə 16 milyondan çox baxışı olan Hande Cem Adrianın konsertlərində də qonaq olub. 2018-ci ildə Trakya Musiqi Festivalında çıxış edən Hande, "Bizim üçün Çempion" filmi üçün "Oh, bu gözlər kor olsun" mahnısını da ifa etdi. Mahnı 30 dekabr 2018-ci ildə yayımlandı. 15 Avqust 2019-cu ildə Hakan Tunçbilek məsafələr adlı bir tək buraxdı. Tək albom "Sen Beni Güzel Hatırla" (2018) "Benimle Yaşa" (2018) "Dudak Kenarı" (2018) "Adı Yok" (2018) "Kime Veda Ediyorsun?" (2018) "Bu Gece Benimle Kal" (düet.
Jurinea meda
Jurinea meda (lat. Jurinea meda) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kamleş Mehta
Kamleş Mehta (1 may 1960) — Hindistanı təmsil edən stolüstü tennisçi. Kamleş Mehta Hindistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Kamleş Mehta Hindistanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mega Holding
Mehr (dəqiqləşdirmə)
Mehr — İran və Əfqanıstanın rəsmi təqviminin yeddinci ayı. Kabud Mehr (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mena Məsud
Mena Məsud (ing. Mena Massoud, qibt. Ⲙⲏⲛⲁ Ⲙⲁⲥⲥⲟⲇ, ərəb. مينا مسعود‎) Kanada aktyorudur. O, Disneyin 2019-cu ildə Ələddinin canlı aksiyon versiyasında Ələddin rolunda oynadı. Televiziyada da çalışmışdır; onun rolu 2015-ci ildə Kanadaya aid serial Open Heartda Cared Malik, Amazon Baş seriyalı Cek Rianda isə Tarek Kassar rolu da daxildir. Məsud Misirin Qahirə şəhərində qipti pravoslav xristian ailəsində anadan olub. Onun iki böyük bacısı vardır. Gənc ikən Kanadaya köçmüşdür. O, Marxam Ontarioda böyüyüb, burada Müqəddəs Qardaş Andre Katolik Liseyinə qatılıb.
Meqa Holding
Meqa Holdinq
Meta-Viki
MetaWiki (Meta-Wikimedia) - İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya istifadəçiləri arasında Meta kimi tanınır. Sayt 2001-ci il noyabrında ing. Meta-Wikipedia kimi yaradılsa da, hazırda müxtəlif rollar oyanayır: Vikimediyanın bütün layihələrinin, xüsusilə də qaydaların müzakirə olunduğu sayt; Neytral nəzər-nöqtəsinə tabe olması vacib sayılmayan şəxsi esselərin yazıldığı forum; Əlavələrin təşkil olunduğu və hazırlandığı, dillərarası problemlərin müzakirə edildiyi yer. Təkmilləşdirmələrin koordinasiya olunduğu yer; MediaWikinin istifadəsi təlimatlarının öz əksini tapdığı sayt (bu təlimatların viki prinsiplər əsasında qurulan MediaWiki.org saytına köçürülməsinə hazırlıq işləri gedir). MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların) əsas ünsiyyət və müzakirə məkanlarından biridir. Digər ünsiyyət vasitələri arasında elektron poçt vasitəsilə məlumatların göndərilməsini, IRC kanallarını, konkret məqalə və istifadəçi müzakirəsi səhifələrini göstərmək olar. IRC kanalları kimi MetaViki-də Vikipediyanın dil bölmələrinin qaydalarından fərqlənən öz şəxsi qaydalarına sahib müstəqil və avtonom layihədir. Vikipediyanın serveri ilə bağlı, müxtəlif şikayətlərlə və Vikipediyadakı idarəçilər tərəfindən həll oluna bilməyən problemlərlə bağlı çox zaman Metaya müraciət edilir. İstifadəçilər sual və təklifləri ilə də bu sayta müraciət edə bilərlər.
Meta (departament)
Meta (isp. Meta) — Kolumbiya departamentlərindən biri. Ərazi coğrafi mərkəzə yaxın, And dağlarının isə şərqində yerləşir. İnzibati mərkəzi Vilyavisensio şəhəridir. Meta departamentinin ərazisi 4 region və 29 bələdiyyədən ibarətdir.
Meta (dəqiqləşdirmə)
Meta (departament) — Kolumbiya departamentlərindən biri. MetaViki — İnternetdə viki-layihələrin əsas əlaqələndirmə komissiyasıdır. Meta İnkoqnita yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Meta Platforms
Meta Platforms, Inc., (ticarət adı Meta; əvvəllər Facebook, Inc.), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına Facebook, Facebook Messenger, WhatsApp, Instagram, Facebook Watch, Facebook Portal, Oculus, Giphy, Mapillary və digərləri daxildir. O, dünyanın ən dəyərli şirkətlərindən biridir və Amazon, Alphabet (Google), Apple və Microsoft ilə yanaşı Amerika Birləşmiş Ştatları-nın informasiya texnologiyaları sahəsində Big Tech şirkətlərindən biri hesab olunur. Şirkət öz gəlirinin əhəmiyyətli bir hissəsini marketoloqlara reklam yerlərinin satışından əldə edir. 2021-ci ilin oktyabrında media orqanları Facebook-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirdi; həmin ayın sonunda – oktyabrın 28-də Meta olaraq rebrendinq edildi. "Meta" Qədim yunan dilindən gəlir və futuristik motivi ifadə edən "kənar" mənasını verir. Facebook 1 yanvar 2012-ci ildə ilkin ictimai təklif (IPO) üçün müraciət etdi. İlkin prospektdə şirkətin 5 milyard dollar toplamaq istədiyi, aylıq 845 milyon aktiv istifadəçisi və gündəlik 2,7 milyard bəyənmə və şərh toplayan vebsaytı olduğu bildirilirdi. IPO-dan sonra Zukerberq Facebook-un 22% sahiblik payını saxlayaraq səsvermə hüququ olan səhmlərin 57%-nə sahib olacaqdı. Anderrayterlər səhmlərin hər birini 38 dollar dəyərində qiymətləndirərək, şirkəti 104 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da yeni açıq şirkət üçün bu günə qədərki ən böyük qiymətləndirmədir.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Migel Mena
Migel Mena (7 iyul 1997) — Nikaraqualı üzgüçü. Migel Mena Nikaraquanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Migel Mena birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.40 saniyəlik nəticəsi ilə 55-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cəza
Cəza — Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiridir. Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz qoymaqla, onları tənbeh etməkdən ibarətdir. Qanunda cinayət kimi nəzərdə tutulan davranışın müqabilində verilən sanksiyadır. Cəza cinayət törədən şəxsə cavab vermək və onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müasir hüquqda cəzanı dövlət verir. Cəza cinayətə mütənasib olmalıdır. Cəzanın ümumi qəbul edilmiş üç əsas məqsədi var. Müasir hüquq sistemlərinin qisas almayacağı və ədalətin qisas olmadığı fikri qəbul edilmişdir. Lakin ədalət anlayışının ibtidai cəmiyyətlərdə intiqam hissindən qaynaqlanmış və sonra bu səlahiyyətin dövlətə keçməsi ilə ortaya çıxması ehtimalı yüksəkdir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.