Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ölüm hökmü
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ermənistanda ölüm hökmü
Ermənistanda ölüm cəzası 1991-ci ildən tətbiq edilmir. == İcranın ləğvi == Ermənistanda sonuncu edam 30 avqust 1991-ci il tarixində baş vermişdir. Edam başın arxasından güllə ilə həyata keçirilmişdir, lakin edam edilənlər haqqında məlumat yoxdur. Ölüm cəzası 2003-cü ildə ləğv edilənə qədər adamöldürmə, dövlətə xəyanət və ağır hərbi cinayətlərə görə qanuni cəza hesab olunurdu. Ermənistan Milli Məclisində edam cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsini nəzərdə tutan yeni Cinayət Məcəlləsinin yeni layihəsini birdən üç oxunuşda qəbul edilmişdir. Buna baxmayaraq, bu, edamın ləğvi haqqında qanun qüvvəyə minənədək ağır cinayətlər törətmiş şəxslərə şamil edilməmişdir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. == Yaranma tarixi == 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır. Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır.
Xorvatiyada ölüm hökmü
Xorvatiyada 1991-ci ilə qədər tətbiq edilən ölüm cəzası cinayət cəzasının ən yüksək növüdür. Xorvatiyada sonuncu ölüm hökmü 1987-ci ildə, ölkə hələ Yuqoslaviyanın tərkibində olarkən həyata keçirilmişdir. == Məşhur edamlar == Yuqoslaviya dövründə ölkə bir neçə səs-küylü cinayət işində cəza qismində ölüm cəzasını tətbiq etdi : Luka Yavorina, Plavnodakı dəmir yolu stansiyasının rəisi (M604 dəmir yolu): iş başında olarkən sərxoş vəziyyətdə olurdu. Bu da 15 avqust 1949-cu ildə qatar qəzasında 20 nəfərin ölümünə səbəb oldu. 24 oktyabr 1949-cu ildə güllələnib. Kazimir Antiç və qardaşı İvan: əvvəlcədən razılaşaraq, Kremeniç ailəsinin Sresdəki evində quldurluq etdi. Hücum zamanı Kazimir Antiç Yosip Kremeniçi oyun taxtası ilə öldürür, onun bacısı Mariyanı isə yaralayır. Antiç 6 noyabr 1967-ci ildə ölüm cəzasına məhkum edilmiş və 6 noyabr 1968-ci ildə edam edilmişdir. Ferdo Dariç Draqaniçdə yatmış qoca cütlük Petar və Bara Biliçiçi balta ilə öldürmüşdür. 1970-ci ildə edam edilmişdir.
Məhəbbətin hökmü (film, 1998)
== Məzmun == Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir. == Film haqqında == Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir. Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir. Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir. Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir. Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib. Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
Ölüm hökmü ilə Disneylend
"Ölüm hökmü ilə Disneylend" (ing. Disneyland with the Death Penalty) — amerikalı yazıçı Uilyam Gibsonun jurnalistikada ilk mükəmməl işi olan Sinqapur haqqında yazılmış məqalə. 1993-cü ilin sentyabr–oktyabr ayları üçün "Wired" jurnalında sayda bir məqalə şəklində nəşr edilmişdir. Məqalədə yazıçının Sinqapurun memarlığı, fenomenologiyası və mədəniyyəti ilə bağlı fikirləri təqdim olunur. Gibsonun Sinqapurda olduğu müddətdə müəllif təmiz, cansıxıcı və uyğun bir şəhərlə heyran qaldı. Məqalənin adı və onun əsas metaforası — "Ölüm cəzası ilə Disneylend" – müəllifin Sinqapurun avtoritar bir dövlət kimi görünməsinə istinad edir. Gibsonun sözlərinə görə, Sinqapurda yaradıcılıq və orijinallıq ruhu yoxdur, onun tarixində və qeyri-rəsmi mədəniyyətdə izlər yoxdur. O, hökuməti geniş yayılmış, korporativ və texnokrat, məhkəmə sistemini isə çevik və drakonik hesab etdi. Sinqapurluları dadsız istehlak cəmiyyəti olaraq xarakterizə etdi. Müşahidələrinə dram əlavə etmək üçün, onları məhkəmə iclaslarında yerli xəbərlərlə izah etdi və məqalənin əvvəlində və sonunda Cənub-Şərqi Asiyadakı müxtəlif hava limanlarının fərqli təsvirlərini təqdim etdi.
Ölüm hökmü-ömürlük cəza
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Ölüm hökmü-ömürlük cəza (film)
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümumi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (film, 1988)
Hökm (Hind: कयामत से कयामत तक, Qayamat Se Qayamat Tak) — rejissoru Mənsur Xan olan 1988-ci il istehsalı Hindistan filmidir. Indiatimes Movies filmi "Görülməli 25 Bollivud Filmi" sırasına daxil etmişdir. == Süjet xətti == Süjet "Romeo və Cülyetta" faciəsinə əsaslanır. Film Rac və Raşminin eşq hekayəsindən bəhs edir. Ancaq zəngin ailələrinin düşmənçiliyi onların xoşbəxtliyinin qarşısını alır. Sevgililər evdən qaçmağı bacarır, ancaq valideynləri bir qatil göndərir və sonda iki gənc də faciəvi şəkildə ölürlər.
Hökm (film, 1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Oğru Dünyaya Hökm Etmir
Homu (Kəleybər)
Homu (fars. همو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (38 ailə).
Hörmüz
Hörmüz-İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Hörmüz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,699 nəfər və 1,143 ailədən ibarət idi.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Avropa Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Haaqa məhkəməsi
Skottsboro məhkəməsi
Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə. == Hadisə == Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi. Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı. 1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı. Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi. Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər. Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.
Ulduz məhkəməsi
Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası. == Arxa planı == Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah Əfəndi və Midhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü. V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi. == Məhkəmə öncəsi tədqiqat == Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi. Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
Kenquru məhkəməsi
Kenquru məhkəməsi — qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan, yerləşdiyi ərazidə çox az və ya heç bir rəsmi mövqeyə malik olmayan və adətən ad hoc olaraq çağırılan məhkəmə üçün qeyri-rəsmi aşağılayıcı termin. Kenquru məhkəməsi lazımi prosesə məhəl qoymayaraq əvvəlcədən müəyyən edilmiş nəticəyə gələ bilər. Bu termin həm də qanuni məhkəmə orqanının nəzarətində olan, lakin məhkəmənin hüquqi və ya etik öhdəliklərinə qəsdən məhəl qoymayan məhkəmə üçün də istifadə olunur. Forumun strukturu və fəaliyyəti aşağı dərəcəli mühakimə ilə nəticələndikdə kenquru məhkəməsi də inkişaf edə bilər. Bunun ümumi nümunəsi, institusional mübahisə edənlərin ("təkrar oyunçular") fərdi mübahisələrə ("bir vuruşlu oyunçular") nisbətən həddindən artıq və ədalətsiz struktur üstünlüklərinə malik olmalarıdır. == Etimologiya == Terminin ilk dəfə 1841-ci ildə ABŞ-da istifadə edildiyi bilinir. "The Daily Picayune" qəzetində bir məqalədə Concordia Intelligencer-dən sitat gətirilir, "Kenquru məhkəməsinin başlatdığı müxtəlif ittihamlarla" bir neçə edamın olduğunu bildirərək soruşur: "Başa düşmədim: kenquru məhkəməsi nədir?". Bu terminin kenquru vətəni Avstraliyada və ya ondan əvvəl başqa yerlərdə istifadə edildiyi təsdiqlənməyib. Bəzi mənbələr bu terminin minlərlə avstraliyalının axın etdiyi 1849-cu ildə Kaliforniyada qızıl hərisliyi zamanı populyarlaşdığını göstərir. Avstraliyalı mədənçilərin iştirakı nəticəsində, bu, iddia qaldıran mədənçilərin problemi ilə məşğul olmaq üçün istifadə edilən tələsik həyata keçirilən prosedurların təsviri kimi meydana çıxa bilər.
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Hökumə Billuri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Göksu
Göksu — Türkiyədə çay. Çayın uzunluğu 260 km bərəbərdir. == Tarixdə == 1190-cı ildə üçüncü Xaç yürüşü vaxtında Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa bu çayda batmışdı (o vaxt çay Kalikadın adlanırdı). Çayı keçəndə, imperator attan düşüb və boğulmuşdur.
Honşu
Honşu (yap. 本州), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası. == Coğrafiya == Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır.
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.