Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məcdud Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. == Həyatı == Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın."Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir.Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. == Hüquqi şəxsin yaradılması == Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Məmduh Şövkət Esendal
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu - 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri. == Fəaliyyəti == Azərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi. 1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920-22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi. Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883-1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. == İbrahim peyğəmbər və Nəmrud == (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Bağdad) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Səmud
Səmud (ərəb. ثَمُوْد‎, Ṯamūd) — şimal-qərb Ərəbistan yarımadasında qədim ərəb qəbiləsi və ya qəbilə konfederasiyası. Onlar ilk olaraq Assuriya mənbələrində təsdiq olunduğu kimi e.ə. VIII əsrin sonlarından b.e. V əsrinə qədər mövcud olmuşdular. Assuriya və Roma mənbələrinə görə Səmud krallığı Ərəbistan yarımadasında mövcud olan ilk krallıq idi. Ərəb ənənəsi Səmud dövlətinin tanrı tərəfindən məhv edildiyini iddia edir. Onun yazılı qanunu yox idi, lakin qəbilə başçısı hökmdar rolunu oynayırdı. Səmudlar çağdaş Mesopotamiya, Antik və ərəb mənbələrində, o cümlədən 160-cı illərdə səmudların özləri tərəfindən tanrı İlah üçün ucaldılmış məbəddəki yazılarda xatırlanır. Onların qədim ərəbcə danışdıqları güman olunur.
Bayatulla Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. == Həyatı == Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Mövdud Qəznəvi
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.
Məmməd (ad)
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Məmməd Abbasov
Məmməd Abbasov (tam adı: Abbasov Məmməd Cəfərqulu oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Fəaliyyəti == === Parlamentdə === Məmməd Abbasov Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Şərur rayonundan – 347 nömrəli Yenkicə seçki dairəsindən deputat seçilmişdir. 29 avqust 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti növbədənkənar sessiyasının 12 nəfərdən ibarət yaradılmış Redaksiya komissiyasının tərkibinə seçilmişdir. 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının 20 nəfərdən ibarət yaradılmış Redaksiya komissiyasının tərkibinə seçilmişdir.
Məmməd Abdullayev
Məmməd Abbas oğlu Abdullayev (1903—1972) — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. == Həyatı == Məmməd Abdullayev 1903-сü ildə Azərbaycanın Qazax rayonunun Dağ Kəsəmən kəndində mədəni ailədə anadan olmuşdur. İlk təhsilini Qazaxda alaraq, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş və onu fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd müəllim riyaziyyat-fizika elmləri alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. ADU-nun (indiki BDU) 1940-1960-ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. O, fizikanın mexanika və molekulyar fizika bəhslərindən çox yüksək səviyyədə mühazirə oxumuş, məharətlə məsələ həllini və laboratoriya işlərini aparmışdır. Dərin biliyə malik olan Məmməd müəllim həm də əsl ziyalı idi. Onun çox sayda tələbələri akademik, müxbir üzv və professordur. Onun tələbələrindən biri olmuş Qriqori Belenki müəllimi haqqında belə demişdir: "...universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər.
Məmməd Adilov
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru. == Həyatı == Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976). 1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib. 1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. == Həyatı == Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Məmnun Hüseyn
Məmnun Hüseyn (23 dekabr 1940, Aqra, Britaniya Hindistanı – 14 iyul 2021, Kəraçi) — Pakistanın 12-ci prezidenti. == Həyatı == Məmnun Hüseyn 1940-cı ildə 23 dekabrda Hindistanda anadan olub. == Siyasi fəaliyyəti == Məmnun Hüseynin hakim Pakistan Müsəlman Liqasının Nəvaz Şərif fraksiyasından namizədliyi verilmişdir. Məmnun Hüseyn iş adamı, Sind əyalətinin sabiq qubernatoru idi. Məmnun Hüseynin namizədliyini parlamentin aşağı və yuxarı palatalarının deputatları, həmçinin bütün əyalətlərin parlamentləri dəstəkləyib. Məmnun Hüseynin andiçmə mərasimi 2013-cü il sentyabrın 9-na təyin edilib. Məmnun Hüseyndən əvvəlki prezident Asif Əli Zərdarinin səlahiyyət müddəti sentyabrın 5-də baş çatmışdır. 2013-cü il iyulun 30-da Pakistanın 12-ci prezidentini seçilib.
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987 və ya 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. == Həyatı == Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncənin Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi == Həyatı və təhsili == Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. == Yaradıcılıq fəaliyyəti == 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. == Döyüş cəbhələrində == 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. == Həyatı == Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Məmməd Aslan
Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu – 23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır.
Məmməd Ağabəyov
Məmməd Heydər oğlu Ağabəyov (1908, Təbriz – 1987) — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Məmməd Ağabəyov İranın Təbriz şəhərində anadan olub. 1916-cı ildə Bakıya köçüb. 1935-ci ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirmişdir. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) ilk təşkilatçılarından biri və 1943-cü ilə qədər onun ilk direktoru olmuşdur. Böyük Vətən müharibəsi illərində "Elektrokəşfiyyat" trestinin rəisi, 1945-ci ildən ömrünün sonuna qədər isə Geologiya İnstitutunda işləmişdir. 1945-ci ildə "Böyük Qafqazın cənub-şərq batımının tektonikasında diapirizmin rolu haqqında" mövzusunda namizədlik, 1962-ci ildə isə "Azərbaycanın neft yataqlarının geoloji quruluşu və onların əmələgəlməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, Azərbaycanın depressiya zonalarının geologiyasını, onların əmələgəlməsi, tektonik strukturlarda neftin, qazın miqrasiyası və yataqlarda toplanması məsələlərini dəqiq öyrənmişdir. 1962-1963-cü illərdə Mərakeşdə neft və qaz üzrə BMT eksperti işləmişdir. == Elmi fəaliyyəti == O, məşhur geoloq, tektonist və neft üzrə mütəxəssisdir.
Meidum
Meidum (ing. Meidum) — Maidum və ya Maidum (ərəb. ميدوم) — Aşağı Misirdəki arxeoloji sahədir. İçərisində böyük bir piramida və bir neçə çiy kərpic mastabası var. Piramida Misirdə ilk düzbucaqlı piramida idi, lakin qədim zamanlarda qismən dağılmışdır . Ərazi indiki Qahirədən təxminən 62 mil (100 km) cənubda yerləşir. == Piramida == Meidumdakı piramida Coserdən sonra tikilmiş ikinci piramida hesab olunur və ola bilər ki, ilkin olaraq Üçüncü Sülalənin sonuncu fironu Huni üçün tikilib və Sneferu tərəfindən davam etdirilib. Qeyri-adi görünüşünə görə piramida Misir ərəbcəsində el-heram el-kaddaab - (Yalançı piramida) adlanır. İkinci genişlənmə orijinal pilləli piramida strukturunu əsl piramidaya çevirərək pilləkənləri əhəngdaşı üzlükləri ilə doldurdu. Birincisi, xarici təbəqə daxili təbəqələr kimi qaya deyil, qum əsaslıdır.
Melvud
Melvud Liverpul şəhərinin şimal bölgəsində yerləşən "Liverpul" klubunun təlim-məşq bazasıdır. Bura, Kerbi şəhərində yerləşən futbol akademiyasına daxil deyil.Ərazi əvvəllər St Frankis Xavier adlanan yerli məktəbə məxsus idi. Ərazi məktəbin oyun meydançası kimi istifadə edilirdi və məktəbdə dərs deyən Ata Mellinq və Ata Vudlok, saatlarını buradakı gənc oğlanlara futbol oynamağı öyrətməklə keçirirdi. Bu iki şəxsin adını xatirə olaraq yaşatmaq üçün onların hər ikisinin soyadlarının ilk hecalarından bazanın adlandırılmasında istifadə edilmişdir. == Tarix == Melvud 1959-cu ildə çox acınacaqlı vəziyyətdə idi və Uilyam Bil Şenkli tərəfindən üstün sayılan təlim-məşq bazalarından birinə çevrilmişdir. O, öz oyun filosofiyası olan "pas ver və tərpən, bu qədər sadə" kimi bilinən üslubunu məhz burada təqdim etmişdir. Oyunçular Enfilddə görüşürdülər və avtobus onları buradan Melvuda gətirirdi. Buradakı məşqdən sonra futbolçular yenidən avtobusla Enfildə qayıdır və burada duş qəbul edəndən sonra yüngül nahar edirdilər. Beləcə Uilyam Bil Şenkli futbolçularının isinmə prosesini düzgün formada idarə edirdi və bu üsulla onları zədələrdən uzaq tuturdu. Əslində 1965–66 mövsümündə "Liverpul" çempionatı qalib kimi vurarkən klub yalnız 14 futbolçudan istifadə etmişdir.2001-ci ilin yanvarında "Liverpul" Millenium Pavilyonunda məşq etməyə başladı.
Menduk
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Məmlük
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). == Tarixi == Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsada, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Məmlük Dövləti
Məmlük dövləti – Misir, Suriya və Hicazda hökm sürən müsəlman türk dövləti (1250–1517). Misirdə Əyyubi ordusundakı türk əsilli əmirlər tərəfindən qurulan, dövrün tarixçilərinin türk dövləti olaraq adlandırdığı Məmlüklər , Bahrilər və Burcilər olmaqla 2 dövrə ayrılır . == Tarixi == === Dövlətin yaranması === Əyyubi hökmdarı Əs-Saleh Əyyubun qıpçaq ölkəsi və Şimali Qafqazdan gətirdiyi türk əsilli məmlüklərdən ibarət olan və Məmalikül-Bahriyyə adını alan xüsusi birliklər çox keçmədən Əyyubi ordusunun ən önəmli hissəsinə çevrilmişdi. Əs-Saleh Əyyubun ölümünün dərhal ardından Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki səlib ordusuna qarşı qazanılan Mənsurə və kralla birlikdə bir çox xaçlı komandirinin əsir düşdüyü Fariskur (7 aprel 1250) döyüşlərində ən böyük rolu bu hərbi dəstələr oynamışdı. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına rəqib hesab etdi və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başladı. Bundan başqa taxta çıxarkən güclü dəstəyini aldığı türk əsilli ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq sarayda nəzarət altına aldı. Nəticədə Bahri əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu. === Bahri Məmlükləri dövrü === Baybars Əl-Bunduqdari və adamları vaxtilə qulluq etdikləri Nəcməddin Əyyubun dul xanımı Şəcərəddür Xatunu taxta çıxarmış, onun qullarından İzzəddin Aybək Əl-Mənsuru da atabəy elan etmişdilər. Türk əsilli olması səbəbilə bir çox tarixçinin ilk Məmlük sultanı hesab etdiyi Şəcərəddür Xatun əsir tutulan Fransa kralıyla razılığa gələrək Dimyat bölgəsinin boşaldılması, ağır vergi və İslam ölkəsinə hücum edilməməsi şərtiylə onu azadlığa buraxdı.