Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Gölün marfometrik əlamətləri
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) == Həyatı == Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. == Təhsili == 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Mətin Hüseynov
Mətin Ramiz oğlu Hüseynov (20 oktyabr 1997; Ordubad rayonu, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətin Hüseynov 1997-ci il oktyabrın 20-də Ordubad rayonunun Düylün kəndində anadan olub. 2004-2013-cü illərdə S. Rzayev adına Düylün kənd tam orta məktəbində, 2013-2016-cı illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mətin Hüseynov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mətin Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətin Hüseynov noyabrın 9-da Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Ordubad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mətin Kərimli
Mətin İmdad oğlu Kərimli (6 iyun 1979, Bakı) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri (2023–h.h.); Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin direktoru, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini. == Həyatı == Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000–2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb. 1998–1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003–2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005–2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008–2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009–2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb. 2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir. 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub. 2020-ci ilin yanvar ayından etibarən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktorudur.
Əl-Mətin
Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58) İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər. Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər: Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16) O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar.
Mətin İlhan
Mətin İlhan (1972, Kırşəhər) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Mətin İlhan 1972-ci ildə Kırşəhər ilində anadan olub. İstanbul Universitetinin Tibb bölməsini bitirib. Fırat Universiteti Tibb bölməsində ixtisasını başa vurub. 1999-2009-cu illərdə Mucur Dövlət Xəstəxanasında, 2009-cu ildən Kırşəhər Dövlət Xəstəxanasında çalışıb. Kırşəhər Ahi Evran Universitetində Kafedra müdiri vəzifəsində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2018 və 2023-cü illərdə Kırşəhər ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Milli Müdafiə Komissiyasının üzvüdür. İngiliscə bilir.
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Həbl-ül-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. == Həyatı == Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. == Metanın piroliz reaksiyaları == Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Almaniya əyalətləri
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Qazaxıstan əyalətləri
Qazaxıstan əyalətləri — Qazaxıstan Respublikasının 14 vilayətinə verilən ümumi ad. Qazaxıstan Respublikası inzibati cəhətdən 14 vilayətə ayrılır.(qaz. облыстар, rus. области). Əyalətlər özləri də rayonlara bölünür. (qaz. аудандар, rus. районы). == Siyahı == Qeydlər: (1) Almatı və Astana "Dövlət əhəmiyyətli şəhər" statusuna sahibdirlər və heç bir vilayətə aid deyillər. (2) Baykonur şəhərinin xüsusi stausu vardır, çünki Rusiya Baykonur Kosmodromunu 2050-ci ilə qədər icarəyə götürmüşdür.
Atmosfer əlavələri
== Atmosfer akustikası == Akustikanın bir bölməsi; atmosferdə səs dalğalarının yayıl­masını öyrənir və atmosferi akustik üsullarla tədqiq edir. Atmosfer akustikasının mühüm vəzifələri atmosferin yer səthinə yaxın və yuxarı təbəqələrim tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs dalğalarının yayılmasını və s.öyrənir. == Atmosfer amili == Atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi ilə bağlı amil (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, çirklənməsi və i.a.). == Atmosfer buzu == Bulud və dumanın tərkibində havanın yer səthinə, yerüstü əşyalara düşən sülb (bərk) halında olan su. Buludlardan qar, dolu, buzlu yağış və s. formalı Atmosfer buzu düşür; havadan şeh, qrov ayrılır. == Atmosfer çöküntüləri == Buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer çöküntüləri yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir.
Marketinq əlaqələri
Marketinq əlaqələri — məhsul haqqında məlumatın hədəf auditoriyaya çatdırılması prosesidir. Marketinq kommunikasiyaları hər proses ola bilər: reklam, şəxsi satış, birbaşa marketinq, sponsorluq, kommunikasiya və ictimaiyyətlə əlaqələr. Marketinq kommunikasiyaları marketinq qarışığından ibarətdir, yəni 4P: Qiymət, Tanıtım, Məkan və Məhsul, ticarət biznesi və 7P: Qiymət, Tanıtım, Yer, Məhsul, İnsanlar, Sübut və Proses, xidmət üçün əsaslanan biznes. == Ümumi baxış == Reklam marketinq kommunikasiyalarının kiçik, lakin vacib hissəsidir; Marketinq kommunikasiyaları qarışığı hədəf auditoriyaya aydın və ardıcıl məlumat çatdırmaq üçün istifadə edilə bilən alətlər toplusudur. Buna adətən reklam qarışığı da deyilir. Krozye (1990) iddia edir ki, bütün terminlər 4ps kontekstində eyni məna daşıyır: məhsul, qiymət, yer və təşviq. Qiymət hədəf auditoriyaya mesaj göndərə bilər. Məsələn, 50 dollarlıq çantanı 10 dollarlıq çanta ilə müqayisə edərkən, birincisinə lüks və ya daha davamlı bir əşya kimi baxmaq olar. Marketinq planı əsas imkanları, təhdidləri, zəif və güclü tərəfləri müəyyən edir, hədəflər qoyur və marketinq məqsədlərinə çatmaq üçün fəaliyyət planı hazırlayır. Hər 4P bölməsi öz obyektini qurur; məsələn, qiymət müəyyən bir coğrafi bazarda öz məhsul və ya xidmətinizin qiymətini rəqiblərininkindən aşağı müəyyən etməklə satışları artıra bilər.
Məcnun
Məcnun — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastaların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur. Məcnun həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada tenor səs olan Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski olmuşdur. Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktyor Nodar Şaşıqoğlu, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Əhməd Salahov canlandırmışlar. 2023-cü ildə Azərbaycan yazıçısı Vahid Məmmədlinin ilk dəfə nəsrlə yazılmış "Leyli və Məcnun" romanının baş qəhrəmanıdır. == Tarixiliyi == Nizamiyə qədərki ərəb mənbələrində Məcnun haqqında verilmiş rəvayətlər çox vaxt dumanlı və ziddiyyətli şəkildə nəql olunur. Bu səbəbdən həmin rəvayətlərin heç birində Məcnunun tarixi şəxsiyyət olması təsdiq olunmur. İ. Y. Kraçkovski yazır ki, Məcnun haqqında mövcud olan zəngin material heç də onun tarixi şəxsiyyət olmasını təsdiq etmir, əskinə, onu bir az da dolaşıq vəziyyətə salır. "Nəğmələr kitabı"nda bəni-Üməyyə dövrünün poeziyasını toplayan Əyyub ibn Əbayənin dilindən bu rəvayət verilir: "Mən, Amir qəbiləsində bu qəbilədən olan Məcnun haqqında nəsilbənəsil sorudum və onu tanıyan bir adam tapmadım".
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Məntiq
Məntiq (yun. λογική) — "mülahizələr haqqında elm", "fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm" — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür. == Məntiqin məzmunu == Klassik məntiqi nəzəriyyə xüsusi dildə izah edilir, maddi nümunələrlə mülahizə irəli sürülür.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Qida əlavələri
Qida əlavələri — istehsal, qablaşdırma, daşınma və ya saxlama zamanı qida məhsullarına texnoloji məqsədlər üçün əlavə olunan maddələr, istədiyiniz xüsusiyyətləri vermək üçün, məsələn, müəyyən bir aroma (ləzzət), rəng (boyalar), raf ömrü (konservantlar), dadı, tutarlılığı və s. Bəzi insanlar əlavəsiz yemək yeməyə meyllidirlər, baxmayaraq ki, sözün ciddi mənasında duz və istiot da bunlardır. == İstifadə standartları == Bir çox ölkələrin qanunvericiliyi məhsul istehsalında istifadə olunan əlavələrin göstərilməsini tələb edir. Təsnifat üçün hər iki tam ad (ABŞ-da; məsələn, "sirkə turşusu") və "E" hərfindən əvvəl olan seriya nömrələri (Avropa Birliyində) istifadə olunur: məsələn, E260 — sirkə turşusunun sayıdır . Kodda E olmayan aşqarlar var — məsələn, 154 əlavə əlavəsi yalnız İngiltərədə istifadə olunan Qəhvəyi FK boyasıdır. Qida əlavələri və çirkləri üzrə beynəlxalq standartlar, Beynəlxalq Kənd Təsərrüfatı Təşkilatının (JECFA) Birgə Mütəxəssislər Komitəsi və FAO / ÜST Beynəlxalq Komissiyası tərəfindən qəbul edilmiş və ÜTT ölkələri üçün məcburi olan Codex Alimentarius tərəfindən müəyyən edilir. == Qida əlavələrinin təsnifatı == Avropa İttifaqında qida əlavələrinin təsnifatı üçün nömrələmə sistemi hazırlanmışdır (1953-cü ildən qüvvədədir). Hər bir əlavənin "E" hərfi ilə başlayan unikal nömrəsi var. Nömrələmə sistemi yekunlaşdırıldı və Alimentarius Kodeksi beynəlxalq təsnifatı üçün qəbul edildi. Kodun birinci rəqəmi əlavənin ümumi məqsədini göstərir: Boya kodları 1-dən başlayır; 2 - konservantlar; 3 üçün: 300-322 - antioksidantlar, 333-399 - antioksidantlar və stabilizatorlar; 4 - emulqatorlar və stabilizatorlar; 5 - topaklaşmaya və yığılmağa qarşı maddələr; 6 - dad və qoxu gücləndiriciləri; 7 və 8 istifadə edilmir (710-713 antibiotikləri istisna olmaqla); glazerlər, yumşaldıcılar və digər çörəkçilik yaxşılaşdırıcılar və digər maddələr üçün kodlar 9-dan başlayır.
Maliyyə əlaqələri
Maliyyə əlaqələri — bunlar dövlətin, müəssisələrin (təşkilatların, idarələrin) və vətəndaşların ehtiyaclarını ödəmək üçün vəsaitlərin formalaşdırılması, bölüşdürülməsi və istifadəsi ilə bağlı subyektlər arasında iqtisadi münasibətlərdir. Maliyyə münasibətlərinin xarakteri və məzmunu pul münasibətlərinin xarakteri ilə müəyyən edilir. Təsərrüfat subyektləri yaradılarkən, fəaliyyət göstərərkən və ləğv edilərkən onların təşkilati-hüquqi statusunun xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif maliyyə münasibətlərinə girirlər. == Maliyyə münasibətlərinin təsnifatı == Maliyyə münasibətlərini aşağıdakı əsas qruplara bölmək olar: Müxtəlif mülkiyyət formalı digər müstəqil təsərrüfat subyektləri ilə gəlirlərin əldə edilməsi və bölüşdürülməsi və qeyri-əməliyyat əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə yaranmış münasibətlər, o cümlədən. Səhmlər, istiqrazlar və digər qiymətli kağızlar vasitəsilə fərdi sahibkarlarla fiziki şəxslər arasında münasibətlər. Müəssisənin hüquqi şəxs və işçi heyəti kimi münasibətləri. Müəssisə daxilində əmək münasibətlərinə əsaslanan münasibətlər. Baş müəssisənin (holdinqin) onun törəmə cəmiyyətləri və filialları ilə münasibətləri. Vergilərin və icbari ödənişlərin ödənilməsində müəssisənin büdcə və büdcədənkənar fondlarla, habelə fiskal (vergi) orqanları ilə münasibətləri. Müəssisənin maliyyə-kredit təşkilatları (banklar, investisiya şirkətləri, fondlar) ilə münasibətləri.
Mədəniyyət əlaqələri
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. == Mədəni əlaqələr və nəzəriyyə == Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. == Məzmun == Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
Dünya sənin, dünya mənim (mahnı)
"Dünya sənin, dünya mənim" — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı == Haqqında == Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir: Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir. 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir.. Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib: === Türkiyəli müğənnilərin ifasında === Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir. == Mətn == === Orijinal mətni === — may-iyun, 1986 == İstinadlar == == Xarici keçidlər == "Dərviş" band — "Dünya sənin, dünya mənim" | Səs Azərbaycan.
Müsəlman əyalətləri rəisliyi
Müsəlman əyalətləri rəisliyi — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 18??–1840–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Şuşa şəhəri idi. Rəisliyə Şəki, Qarabağ, Şirvan və Lənkəran əyalətləri daxil idi.
ASEAN–Yaponiya əlaqələri
AXC-Gürcüstan əlaqələri
Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar prob­lem­lərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Ru­siya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi. Bəhs olunan dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər hallarda hər iki xalqın ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə get­məklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəh­bərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "xristian qonşulardan Gürcü Cümhuriyyəti ilə çox dostanə münasibət" yaradılmışdı. Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin etmək haqqında saziş bağladılar. Həmin gün Batumda həmçinin Azərbaycan və Gürcüstan nümayəndələri Osmanlı və Ermənistan nümayəndələri ilə birlikdə Cənubi Qafqaz dəmir yollarına aid vaqon-parovoz parkının bölüşdürülməsi haqqında sa­ziş imzaladılar. Sazişə görə, tərəflər keçmiş Rusiya imperiyasının mül­­­kiyyəti olan vaqon-parovoz parkını hər ölkənin ərazisindən keçən dəmir yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər. Bu müqavilə və sazişlər dövlətlərarası münasibətlərin razılaşmalar yolu ilə nizama salınmasının başlanğıcı oldu. == Diplomatik nümayəndəliklər == Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gən­cə­yə köçdükdən sonra Gürcüstanla müntəzəm əlaqələr saxlanmasını təmin etmək və məsləhətləşmələr aparmaq üçün Cənubi Qafqaz siyasi dairələrində yaxşı tanınan Məmməd Yusif Cəfərovu AXC-nin bu ölkədə dip­lomatik nümayəndəsi təyin etdi.
Azərbaycan-İƏT əlaqələri
Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı — Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olmuşdur. İKT, ölkənin daxil olduğu ilk təşkilat oldu. İslam Əməkdaşlıq Təşkilatı (2011-ci ilə qədər İslam Konfransı Təşkilatı) - 1969-cu ildə Mərakeşdə təsis edilmiş bir hökumətlərarası təşkilatdır. Təşkilata 57 dövlət daxildir. == Tarixi == === Dakar sammiti === 8 oktyabr 1991-ci ildə Azərbaycan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"-nı qəbul etdi və bununla dövlət müstəqilliyini bərpa etdi. Bundan sonra Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün ərizə verdi. 1991-ci ildə Dakarda keçirilən zirvə toplantısında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (sonra İslam Konfransı Təşkilatına) müraciət etdi. Eyni ildə təşkilatın nümayəndə heyəti Azərbaycana səfər edərək Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanlarını öyrənmək üçün səfər edib. == Ölkənin təşkilat ilə əməkdaşlığı == 1994-cü ilin mayında Heydər Əliyevin müvafiq sərəncamına əsasən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İƏT-in Baş Katibi Daimi Nümayəndəsi səlahiyyətini alıb. === VII İƏT sammiti === 12 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının 7-ci sammiti Mərakeşdə keçirilmişdir.
Azərbaycan–ATƏM əlaqələri
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. == İkitərəfli əlaqələr == 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27–28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8–10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.
Jentin
Jentin (fr. Gennetines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Şetsin
Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir. == Tarixi == Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi. === XX Əsr === Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı. == İqdisadiyyatı == Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir.
Merlin
Merlin (Merlinin Macəraları kimi də tanınır.) Merlin və Kral Arturun yaxın münasibətləri ilə bağlı Artur əfsanələrinə əsaslanan İngilis fantaziya — macəra dram televiziya proqramıdır. Julian Jones, Jake Michie, Johnny Capps və Culian Murphy tərəfindən BBC üçün yaradılmış, 20 sentyabr 2008 – 24 dekabr 2012-ci il tarixləri arasında BBC One -da beş seriya üçün yayımlanmışdır. Serialda Colin Morgan, Bradley James, Katie McGrath, Angel Coulby, Richard Wilson, Enthony Head və John Hurt. Proqram gənc sehrbaz Merlinin "xüsusi hədiyyəsi" səbəbindən anası tərəfindən Camelot krallığına göndərildiyi əfsanənin yenidən təsviridir. Birinci epizodda Şahzadə Arturun həyatını xilas etdikdən sonra Arturun xidmətçisi olur. Merlin tezliklə öyrənir ki, hədiyyəsinin səbəbi Arturu qorumaqdır, lakin Merlin öz səlahiyyətlərini gizlətməlidir, çünki Camelotda cadu Arturun atası Kral Uter Pendraqon tərəfindən qadağan edilmişdi və bununla məşğul olanlar edam edilir. İllər keçdikcə və birlikdə bir neçə sərgüzəştdən sonra Merlin və Artur etibarlı dost və yoldaş olurlar, birincisi ikincinin taleyində olduğu padşah olmasına təsir etmək üçün əlindən gələni edir. Merlin ən yaxşı vizual effektlərə görə 2011-ci ildə Britaniya Akademiyası Televiziya Mükafatını qazanaraq bir neçə mükafata namizəd olub. Yayım hüquqları 180-dən çox ölkəyə satılıb. == Seriala baxış == Merlin (Colin Morgan) anası onun saray həkimi Gaius (Richard Wilson) ilə qalmasını təşkil etdikdən sonra Camelot krallığına gələn gənc, güclü bir cadugərdir.
F-elementləri
f-elementləri — dövri sistemdə 28 f — elementi var. Bunlardan sıra nömrəsi 58-dən 71-ə qədər olan 14 element VI dövrdə lantanla birlikdə yerləşir və kimyəvi xassələrinə görə lantana oxşadıqlarından onlara lantanoidlər deyilir. Eyni səbəbə görə VII dövrdə aktiniumla birlikdə yerləşən və sıra nömrəsi 90-dan 103-ə qədər14 element aktionoidlər adlanır. Lantanoid və aktinoidlərin sıra nömrəsi artdıqca növbəti elektron atomun axırdan 3-cü elektron təbəqəsinin f-yarım səviyyəsinə daxil olur və buna görə dəd onlara f-elementləri deyilir. Bu cəhətdəb qadolinium və lyutesium müstəsnalıq təşkil edir. Onların 4f-yarım səviyyəsində uyğun olaraq 7 və 14 elektron yerləşir. Səviyyənin belə konfiqurasiyası (d5 və d10 səviyyələri kimi) davamlı olduğundan növbəti elektron atomunun d-yarım səviyyəsinə daxil olur. f-yarım səviyyəsinin elektron tutumunun 14-ə bərabər olması ilə əlaqədar olaraq lantanoid və aktionidləri təşkil edən elementlərin sayı da 14-dür. 4f-yarım səviyyəsinə elektronların daxil olması xarakterindən asılı olaraq lantanoidləri, hərəsinə 7elemet olmaqla, iki yarımailəyə bölürlər. Bunlardan Ce-Gd sırasında yerləşən elementlərin serium yarımailəsini, Tb-Lu sırasındakı elementlər isə terbium yarımailəsini təşkil edir.