SİMPÓZİUM
SİMSAR
OBASTAN VİKİ
Babinski simptomu
Babinski simptomu və ya Plantar refleks — təhrif olunmuş ayaqaltı refleksdir. Piramid fəaliyyətinin pozulması zamanı meydana çıxır. Bu refleksi yaratmaq üçün pəncəaltının lateral hissəsini cızmaqla qıcıqlandırmaq lazımdır. Bu zaman baş barmaq açılır, o biri barmaqlar yelpikvari vəziyyət alır.
Brudzinski simptomu
Brudzinski simptomu — Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab edilir. ► Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür. ► Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür. ► Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.
Kerniq simptomu
Kerniq simptomu — xəstə arxası üstə uzanmış vəziyyətdə həkim düz bucaq altında bud-çanaq və diz oynaqlarında ayağı bükür və sonra diz oynağında açır. Baş beyin və onurğa beyni qişalarının qıcıqlanması zamanı diz oynağında ətrafın açılması əzələlərin tonik gərginləşməsinə görə çətinləşir, bəzən ağrı olur. Meningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab olunur.
Rossolimo simptomu
Rossolimo simptomu- bu simptomu almaq üçün pəncənin II və V barmaqlarının altına çəkiclə vurulur. Bu zaman cavab olaraq həmin barmaqlar bükülür. Piramid yolun zədələnməsi zamanı müşahidə olunur.
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli
Yel-Braun obsessiv-kompulsiv simptomlar cədvəli (ing. Yale-Brown obsessive-compulsive scale) Yel və Braun universitetlərində Veyn Qudman (ing. Wayne Goodman) və onun əməkdaşları tərəfindən işlənib hazırlanmışdır. Yel-Braun cədvəli xəstədə olan obsessiv və kompulsiv simptomların ağırlıq dərəcəsini müəyyən etmək üçün klinik vəsaitdir. Cədvəl obsessiv və kompulsiv simptomların ifadə formasından asılı olmayaraq onların ağırlıq dərəcəsini təyin edir. Y-BOCS cədvəli obsessiv-kompulsiv posuntuların (sarışan halların) ağırlıq dərəcəsini təyin etməklə müalicə zamanı pozuntunun kliniki dinamikasını müşahidə etmək imkanı verir. Bu cədvəl geniş yayılmış və əsaslı validizasiya olunmuş (effektivliyi təsdiq olunmuş) klinik vəsaitdir.
Yel-Braun obsessiv-kompulsiv simptomların cədvəli

Kəpənək simptomu
Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.
Sabl zərbəsi simptomu
Sabl zərbəsi simptomu (ing. En coup de sabre) – lokal sklerodermiyaya aiddir, dərinin lent şəklində qalınlaşması xüsusi ilə kəllədə. Zədələnmə dəridən sümüyə qədər keçir və X-ray sümüyün deformasiyası görünür. Uşaqlarda daha çox təsadüf edir.

Digər lüğətlərdə