Tərcüməçi
Tərcüməçi qərarının həyata keçirilməsi prosesi
OBASTAN VİKİ
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Cəlil Xəlilov (tərcüməçi)
Cəlil Əliheydər oğlu Xəlilov (14 mart 1924, Nuxa – 7 dekabr 2004, Bakı) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir.
Beynəlxalq Tərcüməçilər Federasiyası
Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF, International Federation of Translators) müxtəlif ölkələrdə fəaliyyət göstərən yazılı və şifahi tərcüməçilərin, dilçilərin assosiasiyalarını bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiyanın üzvü olan 100-dən çox peşəkar assosiasiya dünyanın 55 ölkəsindən olan 80000-dən çox tərcüməçini təmsil edir. Federasiyanın məqsədi təmsil etdiyi sahələrdə peşəkarlığı təşviq etməkdir. Tərcüməçilərin bütün ölkələrdə əmək şəraitini yaxşılaşdırmağa səy göstərən federasiya, həmçinin onların hüquqlarını və ifadə azadlıqlarını da qorumaqamalını güdür. Fransada qeydiyyata alınıb. Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. == Məqsədlər == BTF-nin məqsədləri aşağıdakılardır: •Yazılı və şifahi tərcüməçilər, dilçilər assosiasiyalarını bir araya gətirmək və bunlar arasında körpu qurmaq •Assosiaspomların mövcüd olmadığı ölkələrdə onları yaratmaq üçün təşviq və yardım etmək •Üzv assosiasiyaları peşə ilə bağlı iş şəraiti barədə məlumatlandırmaq, onları texnoloji alətlər, ilkin və davamlı təlimlərlə təmin etmək •Müxtəlif assosiyasiyalar arasında tərcümə maraqlarına xidmət edən əlaqələri inkişaf etdirmək •Tərcüməçilərin maddi və mənəvi hüquqlarını təmin etmək •Cəmiyyətdə yazılı və şifahi tərcümə, terminologiya ixtisaslarının tanınmasını, onu elm və incəsənət kimi təşviq etmək. == İdarəedici orqan == BTF-nin ali şurası qanunla müəyyən edilmiş şəkildə 3 ildən bir keçirilən konqresdə müəyyən edilir. Bu seçki BTF-nin bütün üzvlərini bir araya gətirir, üzv assosiasiyalar öz növbəsində "Şura" üzvlərini seçir. Şura isə 3 il müddətinə "İcraedici Komitə"ni səs vermə yolu ilə təyin edir.
Beynəlxalq Tərcüməçilər Günü
Beynəlxalq Tərcüməçilər Günü — tərcüməçilərin peşə bayramıdır. == Bayram haqda == Çoxsaylı peşə bayramlarından biri də Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd edilir. Bu tarixin seçilməsi təsadüfi deyildir: Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamısı hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişmişdir. Çox zəngin intellekt sahibi olmuş çılğın xarakterli bu şəxs çoxlu səyahət etmiş, cavanlığında Müqəddəs Torpağı ziyarət etmişdir. Sonradan dörd il ərzində Halkid səhrasında tərkidünya dərviş kimi ömür sürmüşdür. Burada yəhudi və haldey dillərini öyrənmişdir. Özünün dediyinə görə bu dövrdə onun ətrafında canlı qismindən yalnız əqrəb və vəhşi heyvanlar olmuşdur. Səhrada yaşadığı dövrdə bir neçə dəfə Qiyamət Gününün çatmasını bildirən şeypur səsləri eşitmişdir. Qərbi Avropa rəssamları onu çox vaxt başının üstündə şeypur çalan mələkləri dinləyən vəziyyətdə təsvir edirlər.
Müqəddəs tərcüməçilər kilsəsi (Qağartsi)
Müqəddəs tərcüməçilər kilsəsi — Xocavənd rayonunun Qağartsi kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə XIX əsrin II yarısında inşa edilmişdir. XX əsrin əvvəllərində bu kilsədəki həyat ağacından hazırlanmış relikvariyada qədim gümüş xaç və şəkilli İncil əlyazması saxlanılırdı. Kitabənin qeydiyyat yerində xəbər verilir ki, o, yazar Hovannes tərəfindən köçürülmüşdür. Üçnefli bazilika quruluşuna malik olan kilsə, planda düzbucaqlı formasına malikdir. Kilsənin ölçüləri 18,75x12,60 metrə bərabərdir. Divarların hörgüsündə kobud yonulmuş daşlardan istifadə edilmişdir. İkitərəfli damla örtülmüş tağtavan yan divarlar və tağların əlaqələndirici sütunları üzərində dayanır. Apsida, pəncərə və qapı çərçivələrinin hazırlanmasında yaxşı yonulmuş daşlardan istifadə olunmuşdur.
Müqəddəs tərcüməçilər monastırı
Müqəddəs tərcüməçilər monastırı — Daşkəsən rayonunun Quşçu kəndində yerləşən qədim alban monasıtırı. Daşkəsən şəhərindən təxminən 14,5 kilometr məsafədədir. Məbədə gedən yolun 4,5 km-lik hissəsi qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbəd 487-ci ildə tikilmiş və təqribən 989-cu və 1845-ci illərdə bərpa olunmuşdur. Tikili hazırda qəza vəziyyətindədir və bir hissəsi dağılmışdır.
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası
Sinxron Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası və ya AIIC (AIIC – fr. Association Internationale des Interprètes de Conférence) — 1953-cü ildə təsis edilmişdir. Assosiasiya 100-dən çox ölkədən olan 3000-dən çox üzvü təmsil edir. AIIC sinxron tərcüməçilərinin yeganə qlobal birliyidir. Assosiasiya yüksək keyfiyyətli tərcümə və peşəkarlığı təmin etmək məqsədi daşıyan, həmyaşıdların nəzərdən keçirilməsi sisteminə əsaslanan ciddi qəbul proseduruna malikdir. Namizədlər ən azı beş il AIIC üzvü olan tərcüməçilər tərəfindən maliyyələşdirilməlidir. AIIC üzvlərindən assosiasiyanın etik kodeksinə və onun peşəkar standartlarına riayət etmək tələb olunur. AIIC bir sıra beynəlxalq təşkilatlarla (məsələn, Aİ və Birləşmiş Millətlər Təşkilatı ) əlaqə qurur və qeyri-üzvlər də daxil olmaqla, onların bütün tərcüməçiləri üçün iş şəraiti ilə bağlı danışıqlar aparır. AIIC-in məqsədləri tərcüməçilər üçün məqbul iş şəraitini təmin etmək, peşəkar tərcüməni təmin etmək və tərcüməçi peşəsi haqqında ictimaiyyətin məlumatlılığını artırmaqdır. AIIC Əfqanıstan qoşunlarında xidmət etmiş tərcüməçilərin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün hökumətə təzyiq göstərmək məqsədilə Beynəlxalq Tərcüməçilər Federasiyası kimi qüvvələrlə birləşmişdir.

Digər lüğətlərdə