Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MediaTek
MediaTek Inc. (çin. 聯發科技股份有限公司; pinyin: Liánfā Kējì Gǔfèn Yǒuxiàn Gōngsī) — Tayvan fabriksiz yarımkeçirici şirkəti olub, simsiz şəbəkə,yüksək dəqiqlikli televiziya,smartfonlar,planşetlər kimi əldə tutulan mobil cihazlar,naviqasiya sistemləri,DSL və optik disk qurğuları üçün çiplər istehsal edir. Baş qərargahı Tayvanın Hsinchu şəhərində yerləşən şirkətin, dünya üzərində 25 ofisi var və 2016-cı ildə dünyada üçüncü ən böyük fabriksiz inteqral sxem dizayneri idi. Yaradıldığı 1997-ci ildən etibarən, MediaTek qlobal bazar üçün çipsetlər istehsal edir. == Fəaliyyəti == İlk zamanlar MediaTek United Microelectronics Corporation (UMC) tərkibində ev əyləncə məhsulları üçün çipsetlər dizayn edən bir bölmə idi. 28 May 1997-ci ildə bölmə ayrılaraq şirkət yaradıldı. MediaTek 23 İyul 2001-ci ildə "2454" kodu ilə Tayvan Fond Birjasına (TSEC) çıxarıldı. Şirkət optik disk qurğuları üçün çipsetlər dizayn etməyə başladı və sonradan genişlənərək DVD oxuducular, rəqəmsal TVlər,mobil telefonlar,planşetlər üçün çiplərə keçdi. == Məhsulları == === Smartfon prosessorları === ==== 2003–7 ==== ==== 2009–12 ==== ==== 2013 və sonra (ARMv7) ==== ===== Dual-core ===== ===== Quad-core ===== ===== Hexa-core, octa-core və deca-core ===== ==== ARMv8 ==== ===== Quad-core ===== ===== Octa- və deca-core ===== === Geyinilən cihaz SoCları === === Əşyaların İnterneti (IoT) SoCları === === GNSS modulları === Peyk naviqasiyası sistemi (GNSS) modulları.
Pediatr
Pediatríya — (yun. paidos"–uşaq "treia"-müalicə) Tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir. == Tarixçə == Xəstə və sağlam uşaq haqqında ilkin məlumatlar hələ qədim dövrlərdən məlum idi. Hindistan, Çin, Qədim Misir alimlərinin əsərlərində uşaqların qidalandırılması və onlara qulluq, bəzixəstəliklərin müalicəsinə aid məsləhətlər olduğu elmə məlum idi. Uşaqların öyrənilməsi Qalen, Əbu Əli İbn Sinanın işlə rində də öz əksini tapmışdır. Əbu Əli İbn Sina öz işlərində uşaq yaşının fiziologiya və patologiyasını təsvir etmiş, uşaqların qidalandırılmasının çox mühüm olduğunu, xüsusilədə yenidoğulmuşların ana südü ilə qidalanmasının böyük əhəmiyyətə malik olduğunu qeyd etmişdir. 15–17-ci əsrlərdə ilk elmi işlər meydana çıxdıki, orda qızılca, göy öskürək, çiçək xəstəlikləri təsvir olunmuşdur. 1650-ci ildə F. Qlisonun raxitin əmələ gəlməsi və müalicəsi haqqında əsəri dərc olunmuşdur. Pediatriyanın inkişafında mühüm rol professor S. F. Xotovitskiyə məxsusdur.
Zemfira Quliyeva (pediatr)
Quliyeva Zemfira Mehdi qızı - t.f.d., dosent, Pediatriya kafedranın dosenti Quliyeva Zemfira Mehdi qızı 1987-ci ildən kafedrada kliniki ordinaturaya daxil olub, 1994-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1991-ci ildən assistent, 2001-ci ildən isə dosent vəzifəsində çalışır. Z.M.Quliyeva kafedranın tədris və elmi-tədqiqat işlərində fəal iştirak edir. 2005-ci ildən terapiya fakultəsinin dekanı vəzifəsində çalışır. “Erkən yaşlı uşaqlarda təxirəsalınmaz vəziyyətlərlə nəticələnən kəskin bağırsaq infeksiyalarının müasir diaqnostikası və müalicə prinsipləri” mövzusunda doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir. O, 69 elmi əsərin, 36 məqalənin, 2 metodik tövsiyə və 3 tədris-metodik vəsaitin və 1 dərs vəsaitinin müəllifidir.
Miniatür rəssamlığı
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sonoti sıirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Miniatür sənəti
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sonoti sıirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcıhğın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Pəri Miniatür
Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan rəssamı, 1000-dən çox əsərin müəllifi, azərbaycanlı miniatürcü qadın rəssam. Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır. Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür. Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib. Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur: 2000-ci ildə Türkiyədə fərdi sərgisi keçirilb. 2012-ci ildə "Creative Center"də fərdi sərgisi keçirilib.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.
Azərbaycanda miniatür sənəti
Azərbaycanda miniatür sənəti — Azərbaycanda tarixən və qismən müasir dövrdə icra edilən sənət növü. == Tarixi == === Orta əsrlər. Təbriz miniatür məkrəbi və Türkmən üslubu === XV əsrin ortalarında Qaraqoyunlu və sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin "türkmən" üslubu meydana gəldi. Bu üslubun bir çox miniatürləri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxdı (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London). XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatmış, dövrün miniatürist rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynamışdır. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb olmuşdur. === XVIII-XIX əsrlər === Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. Bunlardan biri də XVIII əsrə aid Azərbaycan dilində yazılmış "Kəlilə və Dimnə" əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlərdir.
Miniatür Kitab Muzeyi
Miniatür Kitab Muzeyi — 2002-ci il aprelin 23-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyi. Muzey İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir. 20 aprel 2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən özəl Miniatür Kitab Muzeyi qeydiyyata alındı. 23 aprel 2002-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin tarixi hissəsində - “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunun ərazisində, Şirvanşahlar Sarayının (XIV əsr) yaxınlığında dünyada ilk və hələ ki, yeganə olan özəl Miniatür Kitab Muzeyi fəaliyyətə başlamışdır. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılmışdır. 1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq könüllü kitabsevərlər cəmiyyətində Zərifə Salahovaya 23 rubla I Krılovun 1835-ci ildə buraxılmış təmsillərinin tam külliyatının kiçik formatlı faksimil nəşrini əldə etməyi təklif edirlər. Bu qiymət o zamanlar üçün böyük rəqəm olsa da, Zərifə Salahova o kitabları almaq qərarına gəlir və qiymətini ödəyərək anbara kitabları götürməyə gedir. Elə həmin yerdə o, ilk dəfə miniatür kitab görür və həmin gündən də kolleksiyanın təməli qoyulur. Onun tərəfindən 36 il ərzində dünyanın 80 ölkəsində çap edilmiş 8700-dən çox miniatür kitab toplamışdır. Bu gün muzeydə 145 kv.m.
Təbriz miniatür məktəbi
Azərbaycan miniatürləri — Azərbaycanın orta əsr miniatür sənəti. Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaradılmışdır. Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları, Avropa və ABŞ–ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır. İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir. Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin sözlərinə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türklərlə bağlıdır. XIII əsrdə Orta Asiyadan Azərbaycana gələn türklər çox yaxşı rəssam və miniatürçü idilər.
Şəki Miniatür Muzeyi
Small Worlds Miniatür Muzeyi
"Small Worlds" Miniatür Muzeyi – Yaponiyanın paytaxtı Tokionun Ariake bölgəsində yerləşən miniatür muzeyi. Asiyada yerləşən ən böyük miniatür muzeyidir. "Small Worlds" Miniatür Muzeyinin sahəsi 7000 kvadratmetrdir. Buradakı miniatürlər 1:80 miqyasında hazırlanmışdır. Muzey üç mərtəbədən ibarətdir. Üçüncü mərtəbəsində əsas qalereya yerləşir. Muzeydə kafe və suvenir dükkanı da yerləşir. Muzey sərgisi 8 bölmədən ibarətdir. Kosmos mövzusunda olan bölməsi "Kosmos Mərkəzi" adlanır. Burada Kosmik şattl Stansiyası və Apollo kosmik stansiyasının detallı miniatürləri yaradılmışdır.
Məhəmməd peyğəmbərin meracı (miniatür, XVI əsr)
Məhəmməd peyğəmbərin meracı — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına çəkilmiş rəsm əsəridir. Əsərdə müəllifin imzası olmasa da, sənətşünas tədqiqatçılar L. Binyon, İ. Şukin və başqaları onu Sultan Məhəmmədin fırçasına aid edirlər. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Miniatürün məzmunu Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının giriş hissəsinə aiddir. Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvi olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın — Buraqın belində göyün yeddinci qatına qalxır. Miniatür üzərində, mövzu üçün əsas götürülmüş mətndən aşağıdak beytlər yazılmışdır: Əsərdə süjet yüksək sənətkarlıqla təfsir edilmişdir. Bütün personajlar, Məhəmmədin özü, onun mindiyi qadın başlı əfsanəvi at, peyğəmbəri müşayət edən Cəbrayıl və 18 mələk təsviri zərif və ifadəlidir. Qanadlı mələklər havada mürəkkəb fiqurlar cızaraq aşağı yuxarı süzürlər.