Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Aşağı meydan
Aşağı meydan və ya Torpaq meydanı— Şuşa şəhərinin ən qədim şəhər meydanlarından biridir. Şuşa qalasının aşağı hissəsində yerləşir. == Tarixi == Aşağı meydan adı Meydanın yerləşdiyi ərazi ilə müqayisədə Aşağı meydanın ərazisinin Şuşa qalasının aşağı hissəsində yerləşməsi ilə əlaqəlidir. Aşağı meydan xalq arasında həm də Torpaq meydanı adı ilə tanınır. Bu adın yaranmasının səbəbi isə Şuşanın digər şəhər meydanlarından fərqli olaraq daşlarla döşənməməsi və torpaq örtüyə malik olması ilə əlaqəlidir. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında Aşağı meydanın qərb tərəfində yerləşən, bir-birinə bitişik iri ictimai binalar diqqət çəkir. Həmin binaların heç biri dövrümüzə çatmamışır. Planda heç bir izah və şərh verilmədiyinə görə həmin binaların hansı funksiyanı yerinə yetirməsi naməlumdur. Qarabağ tarixçisi Baharlının məlumatına görə, Aşağı meydanda Qazı Mirzə Əli hamamı yerləşirdi. == Xüsusiyyətləri == Aşağı meydan düz Aşağı məhəllənin ortasında yerləşir.
Meydan+ (jurnal)
Meydan (1989)
== Məzmun == Film Azərbaycanın azadlığı və müstəqilliyi ilə bağlı Bakıda 1988-ci ilin noyabr-dekabr aylarında baş vermiş hadisələrdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Kinolent ən yaxşı sənədli filmə görə Priz və Diploma layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov, Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Meydan (dəqiqləşdirmə)
Meydan
Meydan (Çaldıran)
Meydan (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (8 ailə).
Meydan (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Meydan (Şuşa)
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Meydan Larousse
Meydan Laruss: Böyük lüğət və ensiklopediya (türk. Meydan Larousse: Büyük Lugat ve Ansiklopedi) — 1969–1973-cü illərdə 12 cilddə nəşr olunmuş Türkiyə ensiklopediyası. Nəşriyyatçısı "Meydan Gazetecilik ve Neşriyat Limited Şirketi" olmuşdur. Safa Qılınclıoğlu, Nəzihə Araz, Haqqı Dəvrim nəşriyyatına dəstək olmuşdur. "Meydan Laruss" nəşri "Böyük Laruss Ensiklopediyası" əsasında hazırlanmışdır və müəllif hüquqlarını qoruyan türkcə məqalələrdən ibarətdir. 12 cildi tamamladıqdan sonra 2 əlavə cildlə yeni maddələr yerləşdirilmişdir. "Meydan Laruss"un hər cildi təxminən 1000 səhifədən ibarətdir. 1990-cı illərdə "Hürriyet", "Milliyet" və "Sabah" qəzetləri arasında keçirilən reklam rəqabəti zamanı "Sabah" qəzeti "Meydan Laruss" nəşrini 3-cü cildin üzərinə çap edərək kupon müqabilində öz oxucularına təqdim etmişdir.
Meydan Laruss

Meydan TV
Meydan TV — 10 mart 2013- cü ildə Emin Milli, Həbib Müntəzir və Camal Əlinin təsisçiliyi ilə yaradılmış internet kanalı. Kanal ilk dəfə 15 may 2013- cü ildə peyk vasitəsilə yayımlanıb. Meydan TV Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumudur. Müstəqil fəaliyyət göstərdiyi üçün zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə Meydan TV haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub. 2017-ci ildə ölkə ərazisində Meydan TV-nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hack olunub, materialları silinib. 2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib.
Meydan Televisiyası

Meydan bulağı
Meydan — Şuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır. == Tarixi == E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir. Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi. Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür.
Meydan dərəsi
Meydan dərəsi — Qubadlı rayonu ərazisində çay. Həkəri çayına çatmayan yarğan-quru dərədir. Rayonun ərazisindəki Meydanarası qışlağının adı ilə Meydanarası variantında da qeydə alınmışdır. 24 km. uzunluğa malik olan bu çay açıq, düzənlik sahədən axdığı üçün belə adlandırılmışdır.
Meydan hərəkatı
Azərbaycan Milli Azadlıq Hərəkatı —Azərbaycan Xalq Cəbhəsi(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında keçirilmiş etiraz mitinqləridir.İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı döbolnoxa gəlvrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər". 1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi.
Meydan məscidi
Meydan məscidi (Dəstə) — Naxçıxan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşən məscid. Meydan məscidi (Nüsnüs) — Naxçıxan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində yerləşən məscid.
Qırmızı meydan
Qırmızı meydan (rus. Красная площадь) və ya Qızıl meydan — Rusiyanın Moskva şəhərində meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir. == Tarixi == Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir.
Yaşıl Meydan
Yaşıl Meydan — 2016-cı ilin avqust ayında yaradılmış internet televiziya buraxılışı.
Qızıl meydan
Qırmızı meydan (rus. Красная площадь) və ya Qızıl meydan — Rusiyanın Moskva şəhərində meydan. Keçmiş kral qalası və hazırda Rusiya Prezidentinin rəsmi yaşayış yeri olan Kreml, eləcə də Vasili Blajennı kilsəsi, Spasskaya qülləsi bu meydanda yerləşir. == Tarixi == Meydan XV əsrdə inşa olunub. Vladimir Leninin mavzoleyi də bu meydanda yerləşir. Təxminən 73 min m² sahəsi olan meydanda tarixən çox sayda nümayişlər, paradlar, mitinqlər keçirilmişdir. Burada eləcə də edamlar olmuşdur. İkinci Dünya Müharibəsində qalib gələn SSRİ qoşunları meydanda zəfər paradı keçirmişlər. 1987-ci il mayın 28-də Matias Rast adlı həvəskar bir alman pilotu Cessna tipli təyyarəsiylə meydana enmişdir. Rast təyyarəsiylə Almaniyadan əvvəlcə İslandiyaya, oradan Norveç və Finlandiyaya uçmuş, Finlandiyadan isə hava sərhəddini keçərək təyyarəsini Qırmızı meydanda yerə endirmişdir.
Meydan (film, 1989)
== Məzmun == Film Azərbaycanın azadlığı və müstəqilliyi ilə bağlı Bakıda 1988-ci ilin noyabr-dekabr aylarında baş vermiş hadisələrdən bəhs edir. == Festivallar və mükafatlar == 1) 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsi Kinolent ən yaxşı sənədli filmə görə Priz və Diploma layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov, Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Meydan məhəlləsi (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Meydan məscidi (Dəstə)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşən məscid. Kənddə Bu günədək qorunub saxlanmış dörd məscid var: Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi. Yerli əhalinin fikrincə bu məscidlərdən ən qədimi Şingiləy məscididir. Ancaq təəssüf ki, bu məscidin heç bir qalığı qalmamışdır. Son vaxtlar məscid yenidən bərpa olunmuşdur. Bərpa zamanı məscidin üzərində qoyulan kitabədən aydın olur ki, “ Məscid 1989-1992-ci illərdə yenidən inşa edilmişdir”. Məscid kənd məscidləri içərisində ən qədimi sayıldığından onun üzərində belə bir kitabə də qoyulmuşdur: “XI əsr abidəsi”. Kəndin mərkəzində inşa edilməsi səbəbindən əhali arasında “Meydan məscidi” kimi tanınan məscid kəndin əsas məscidi olmaqla Came məscidi funksiyasını yerinə yetirmişdir. === Memarlıq quruluşu === Məscidin daxildən ölçüləri belədir: uzunluğu 18,5 metr, eni 12,5 metr, (ümumi sahəsi: 230 m), hündürlüyü 4 metr. Məscidin tavanı 3x6=18 ağac sütunun üzərində dayanmışdır.
Meydan məscidi (Nüsnüs)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində indiyədək salamat vəziyyətdə gəlib çatan məscidlərdən biri. Məscid kənd mərkəzində yerləşir. == Coğrafi mövqeyi == Kəndin mərkəzi meydanında yerləşməsi səbəbindən kənd əhalisi tərəfindən "Meydan məscidi" adlandırılan məscidin girişi cənub tərəfdəndir. == Memarlıq quruluşu == Məscidin cənub divarı bişmiş kərpiclə üzlənmişdir. İri həcmdə (uzunluğu 16 metr, eni 10,5 metr=168m2) inşa edilmiş məscidin daxildən hündürlüyü 5 metrə yaxındır. Məscidin tavanı hər cərgədə 6 ədəd olmaqla 12 ağac sütunun üstündə oturmuşdur (2x6). Giriş qapısından sağ tərəfdə qoyulan 4 ədəd pəncərə məscidin daxilini yaxşı işıqlandırır. == Kitabələri == "Meydan məscidi"nin giriş qapısının baş tərəfində yaşılımtıl rəngli daş lövhə üzərində fars dilində beş sətirdə oyma üsulu ilə həkk edilmiş kitabə vardır. Kitabənin mətninin tərcüməsi belədir: "Nüsnüs camaatı və başqaları …adət üzrə… məscid şəban ayı, 1335-ci il tarixində, rus müharibəsi zamanı bərpa olundu… etdi" Şəban ayı, 1335 h.i.=21.06.-21.07.1917-ci il. Məscidin cənuba baxan pəncərələrindən birinin baş tərəfində, bişmiş kərpic üzərində oyma üsulu ilə beş sətirdə yazılmış başqa bir kitabə də vardır.
Meydan qalası (Adana)
Meydan qalası — böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biri yarım ay şəklində irəli çıxır. Qala divarların bəzi hissələri xaraba vəziyyətdədir. Qalada 1700-cü illərə qədər yaşayışın olduğu bildirilir. Osmanlı dövləti bu qalaya qulluq etmələri qarşılığında burada yaşayanları vergidən azad etmişdi. == Tarixi == Meydan qalası Qızıldağ yaylasına 5 km, Kalkat yaylasına 8 km məsafədə Üçürgə suyu mənbəsi bölgəsindədir. Qərbində tarixi Qızıldağ yaylası yerləşir və Aladağ vadisindəki digər qalalara qonşu mövqedədir. Meydan qalası böyük dağ silsilələri tərəfindən dairəvi şəkldə əhatə edilmişdir. Qala bürclərinin biriyarımay şəklində irəli çıxır. Qala divarlarının bəzi hissələri dağılmış vəziyyətdədir.
Meydan qalsı (Adana)

Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Açma süxurlar
Açma süxurlar — faydalı qazıntıların açıq üsulla çıxanlması zamanı onlan örtən və istismar ərəfəsində kənara atılan faydasız süxurlardan ibarət töküntülərdir. Gələcəkdə aparılması nəzərdə tutulan rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxürların bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir. == Açma süxurların qalınlığı == Faydalı qazıntı yataqlarında çıxarılacaq filiz və qeyri-fıliz kütləsini örtən süxurların ümumi qalınlığıdır. == Açma işləri == Açıq üsulla faydalı qazıntı yataqlannın istismarı zamanı süxurların çıxarılması, daşınması Və yerdəyişməsi prosesidir. == Açmanın istismar əmsalı == Karxanada istismar dövrü ərzində örtük süxurlannın ümumi həcminin çıxarılıb apanlan faydalı qazıntının ümumi həcminə olan nisbətidir.
Axmaq (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Acmal Kasab
Məhəmməd Ajmal Amir Kasab (Şablon:Dil-ing; 13 iyul 1987, Pəncab – 21 noyabr 2012, Puna, Maxaraştra) pakistanlı terrorçudur. Laşkare Taiba üzvü. Mumbaydakı hücumdan sonra sağ qalan on terrorçudan yalnız biri. === Bioqrafiya === 13 iyul 1987-ci ildə Pəncab əyalətinin Fəridkot kəndində kiçik yeməkxananın sahibi Əmir Şahban Kəsab və həyat yoldaşı Nura Lahinin ailəsində anadan olub. Kəsabın daha iki qardaşı və iki bacısı var idi. Kasab məktəbdə ingilis dilini öyrənib. Özüm hind dilini öyrədirdim. 2005-ci ildə Ajmal böyük qardaşı Əfzəlin fəhlə olduğu Lahora getdi. Ancaq bir neçə ay qardaşı ilə yaşadıqdan sonra evə qayıtmaq qərarına gəldi və bunu etdi. Lakin tezliklə atası Ajmal yeməkxanada işində ona kömək etmək istəmədiyi üçün şəxsi xərcləri üçün ona pul verməkdən imtina etdi.