Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdan Meyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru. Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir.
Alma (meyvə)
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Manqo (meyvə)
Meyvə güvəsi
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Meyvə milçəyi
Meyvə milçəkləri — Goniurellia tridens növündən olub, qanadlarında qarışqalara oxşayan fiqurlar var. Qarışqalarla meyvə milçəkləri demək olar ki ortaq ovçuları bölüşürlər. Ovçular milçəyə yaxınlaşanda, bu qanadları sürətli şəkildə çırparaq ətrafında bir çox qarışqa varmış kimi bir təəssürat yaradır. Bu, ovçuların başını qarışdırır və bir neçə saniyəliyinə də olsa meyvə milçəyinin qaça bilməsi üçün şərait yaradır. Meyvə milçəklərinin qanadlarında müxtəlif ləkələr görmək mümkündür. Bu vəziyyət, meyvə milçəklərinin əcdadlarında da böyük ehtimalla olmuşdur. Amma elmə məlum olan təxminən 5.000 meyvə milçəyi növündən yalnız 36'sında bu ləkələr qarışqaları xatırladır. Digərlərinin çoxunun qanadları ləkəsiz və ya şəffaf görünüşdə qarşımıza çıxır. Bu səbəbdən ləkəli qanadlılıq, təkamül müddəti içərisində sonradan əldə edilmiş bir xüsusiyyətdir. Təməl olaraq ləkəli qanadlara sahib olmaq kamuflyaj bənzəri üstünlük təmin edə bilər.
Meyvə qabıqyeyəni
Meyvə qabıqyeyəni (lat. Scolytus mali Bechst.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər verir. Bizim müşahidələrimizə görə ən çox əriyə (25-30%) və şama (20-24%) zərər verir.
Meyvə sousları
Meyvə sousları hazırladıqda meyvə-giləmeyvə püresinə şəkər az qatılır, azacıq bişirilir, pasterizə edilir və nəticədə çox keyfiyyətli, dadlı, bilavasitə qida üçün yararlı konserv əldə edilir. Meyvə sousları, bir qayda olaraq, zavod şəraitində hazırlanır və kütləvi iaşə müəssisələrində şirin xörəklərin hazırlanmasında və süfrəyə verilməsində istifadə edilir. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Nar (meyvə)
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır. Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər.
Zolaqlı meyvə güvəsi
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Meymə
Meymə — İranın İsfahan ostanının Şahinşəhr və Meymə şəhristanının Meymə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,733 nəfər və 1,790 ailədən ibarət idi.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd. Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi) Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərəzə
Çərəzə (az-əbcəd. چرزه‎, fars. چرزه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Qərəz
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Çərkəz
Çərkəz — ad. Çərkəz Teyyublu — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Çərkəz Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri Çərkəz bəy Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Çərkəz Məcid — şair, yazıçı, tənqidçi. Çərkəz Muradov - Çərkəz Xəlil Əfəndi — Osmanlı alimi və şeyxülislamı.
Kiçik Zeyvə
Kiçik Zeyvə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Zеyvə (sonra Yuxarı Zеyvə) kəndindən yaranmış məntəqədir. == Tarixi == Kiçik Zeyvə rayon mərkəzindən 5 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Türk Zeyvəsi, Tatar Zeyvəsi olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 234 nəfər, 1873-cü ildə 492 nəfər, 1886-cı ildə 516 nəfər, 1897-ci ildə 580 nəfər, 1904-cü ildə 550 nəfər, 1914-cü ildə 598 nəfər, 1916-cı ildə 491 nəfər, 1919-cu ildə 2174 nəfər yalnız azərbaycanlı yaşamışdır. Azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən kiçik sözü ilə ərəb dilində «guşə, künc, bucaq» mənasında işlənən zaviyə sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Meymə (İlam)
Meymə — İranın İlam ostanının Dehluran şəhristanının Sərab Meymə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,277 nəfər və 437 ailədən ibarət idi.
Zeyvə (Culfa)
Zeyvə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (143 ailə).
Zeyvə (Germi)
Zeyvə (fars. زيوه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,130 nəfər yaşayır (240 ailə).
Zeyvə (Goranboy)
Zeyvə — Azərbaycan Respublikasının Goranboy rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd. Kənd Goran çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. İnqilabdan əvvəl Azərbaycanda Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilindəki zaviyə sözündən olub, "hücrə", "ibadətgah", "künc", "bucaq", "guşə" mənalarında işlənir. Müəyyən dövrlərdə, o cümlədən Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab olunurdu. Kürdəxanıda Əxizaviyəsi (XV əsr), Bibi- heybət Zaviyəsi (XVII əsr) həmin dövrün yadigarlanndandır. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar (onlar zavi- yənişin adlanırdılar) üçün salınmış məntəqələr idi. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1914 nəfər əhali yaşayır.
Zeyvə (Laçın)
Zeyvə — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Zeyvə kəndi Qarabağ yaylasındadır. Kəndin yaxınlığındakı dağda üç hücrəli günbəz var. Yerli məlumata görə, bu günbəz əvvəllər divarla əhatəli olub. Burada sıldırım qayanın üstündə Zeyvə adlı qalanın xarabalıqları var. Zeyvə kəndi Qarıqışlaq kəndinin şimal-şərqində Qarıqışlaqdan 3 km yüksəklikdə yerləşir. Zeyvə kəndinin ərazisi orta əsr islam dini abidələri ilə daha çox zəngindir. Kəndin əraziləri tarixi baxımdan tam tədqiq edilməsədə buradakı kurqanların çoxluğu, plastik daş nümunələrinin mürəkkəbliyi daha çox maraq doğurur.
Zeyvə (Mərgavar)
Zeyvə (fars. ‎‎‎‎زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 987 nəfər yaşayır (188 ailə).
Zeyvə (Piranşəhr)
Zeyvə (fars. زيوه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,281 nəfər yaşayır (238 ailə).
Mərvə Oflaz
Mərvə Oflaz (türk. Merve Oflaz; 23 may 1988, İstanbul) — Türkiyə aktyoru.
Sualiho Meyte
Sualiho Meyte (17 mart 1994-cü ildə anadan olub) — Seriya A təmsilçilərindən olan Torino klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Meyte bir müddət Fransa gənclər millilərindən olan U-16 və U-17 millilərində çıxış etmişdir. O, Fransanın U-17 millisi ilə 2011 FİFA U-17 Dünya Kubokunda iştirak etmişdir. 14 mart 2011-ci ildə Meyte Oser klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Loran Furniye kluba baş məşqçi təyin olunduqdan sonra Meyte əsas komandaya dəvət almış və 32 nömrəli forma ona tapşırılmışdır. Meyte peşəkar karyerasında debütünü 20 noyabr 2011-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Oser rəqibinə 2-1 hesabı ilə məğlub olmuşdur. Yaxşı təsir bağışlamadığına görə, Meyte 2 yanvar 2018-ci ildə Bordo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. 10 iyul 2018-ci ildə Meyte Seriya A təmsilçilərindən olan Torino klubu ilə müqavilə imzalamışdır.
Mərvə Kavakcı
Mərvə Kavakcı(19 avqust 1968, Ankara) — Türk akademiki, siyasətçisi və diplomatı. Mərvə Kavakcı 18 aprel 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasiminə qadağan olunsa da, hicablı qatıldığı üçün parlamentdən xaric edilib. O, Nazirlər Şurasının qərarı ilə ABŞ vətəndaşı olduğunu bəyan etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. O, 1999-cu ildə ABŞ-yə köçüb. Vaşinqtonda Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində müəllim vəzifəsində çalışıb. Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində müəllim vəzifəsində çalışıb və eyni universitetin Postkolonial Araşdırmalar Tətbiq və Araşdırma Mərkəzinin (PAMER) direktoru olub. Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli məktubu ilə Nazirlər Şurasının 3 iyul 2017-ci il tarixli “Resmi Gazete”də dərc olunmuş qərarına əsasən, Nazirlər Kabinetinin 13 may 1999-cu il tarixli qərarı ilə Kavakcının Türkiyə vətəndaşlığını itirməsi ilə bağlı qərarı Nazirlər Kabinetinin 26 may tarixli qərarı ilə ləğv edilib. O, Xarici İşlər Nazirliyinin yay müddətli fərmanı ilə Kuala-Lumpura səfir təyin edilib və vəzifə müddəti 2 iyun 2022-ci ildə başa çatıb. O, 12 avqust 2022-ci il tarixində Prezident tərəfindən Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının üzvü təyin edilib.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Mərkəz Kərəm oğlu Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.