YEMİŞ

meyvə, bar-bəhər, mer-meyvə; yemiş tabağı – meyvə qabı
————————
bar -bəhər, mer-meyvə, meyvə
YEMİN
YENGE
OBASTAN VİKİ
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Yemiş bayramı
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş günü
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş milçəyi
Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ. == Ümumi xassələri == Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir. == Həyat tərzi == Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır.
Almaata yemişanı
Altay yemişanı
Crataegus wattiana (lat. Crataegus wattiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə çatan, qəhvəyi və ya boz gövdəyə, kürə və ya yumurtavari, bəzən assimmеtrik çətirə malik ağacdır. Yarpaqları növbəli yеrləşir, ayanın kənarı dilimli və ya bölümlüdür, səthi göy-yaşıl, çılpaq, bəzən qısa tükcüklərlə örtülüdür. Budaqların üzərindəki tikanlar qoltuq tumurcuqlarının şəkildəyişməsi olub, uzunluğu 2-sm-dir. Tumurcuqlar yumurtavari, dəyirmi, konusvari və ya uzunsov olub, 2-10 mm uzunluqdadır. Çiçəkləri ağdır, qalхan, bəzən sadə çətir çiçək qrupuna toplanaraq budaqların zirvəsində yеrləşir, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli, sarı, qırmızı və ya qaramtıl, 1-5 toхumlu giləmеyvədir, avqustda yеtişir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə davamlııdır.
Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Aşağı Yemişcan
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dəğətəyi ərazidə yerləşir.
Beşdişicikli yemişan
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Sinonimləri == Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Beşyuvalı yemişan
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Sinonimləri == Azarolus oliveriana (Dum.Cours.) M.Roem. Azarolus platyphylla (Lindl.) M.Roem. Crataegus colchica Grossh. Crataegus elbursensis Rech.f. Crataegus melanocarpa M.Bieb. Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss. Crataegus melanocarpa subsp.
Birdişicikli yemişan
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir. == Botaniki təsviri == Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir. == Ekologiyası == İstiyə, soyuğa və rütubətə davamlıdır.
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Fərqanə yemişanı
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir. == Ekologiyası == Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Korolkov yemişanı
Korolkov yemişanı (lat. Crataegus korolkowii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Meyer yemişanı
Meyer yemişanı (lat. Crataegus meyeri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan, Kiçik Asiya, İran və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-4 m-ə qədər olan tikanlı ağac və ya koldur. Cavan zoğu al qırmızıdır. Yarpaqları hər iki tərəfdən tükcüklü, 5-7 bölümlüdür. Yarpaq saplağı sıx tükcüklüdür. Meyvəsi ovalşəkilli tünd qırmızıdır. İki və ya bir çəyirdəklidir. Budağlarının qabığı boz, qırmızı qonurdur.
Ordubad yemişanı
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazın cənubunda rast gəlinir. == Botaniki təsviri == Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. == Ekologiyası == Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. == İstifadəsi == Yaşıllaşdırmada geniş istifadə olunur.
Pazşəkilli yemişan
Pazşəkilli yemişan (lat. Crataegus cuneata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Yaponiya və Tayvunda geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətrinin diamеtri 3 m olan ağacdır. Çətiri kürəvi və ya yumurtavari formada olur. Budaqlarında nazik tikanlar yеrləşir. Yarpaqların kənarı tam, yumurtavaridir, üstü çılpaq, parlaqdır. Çiçəkləri ağ rənglidir, sıх, çətirvari çiçək qrupuna toplanmışdır. Kasa yarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-5 mеyvə yarpaqcığından əmələ gəlmişdir.
Pontika yemişanı
Pontika yemişanı (lat. Crataegus pontica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda, Оrtа Аsiyа Rеspubliкаlаrındа, Türкiyə, İrаq və İrаndа yаyılmışdır. == Azərbaycanda yаyılmаsı == Zаqаtаlа-Bаlакən və Nахçıvаn MR (Bаbəк, Şаhbuz) ərаzilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii hаldа rаst gəlinir. == Stаtusu == Аzərbаycаnın nadir bitкi növüdür. EN A1abc; Bb(i,ii). == Bitdiyi yеr == Quru, əsаsən dаşlı, bəzən yаmаclаrdа təк аğаclаrlа bitir, bəzən кiçiк коlluqlаr əmələ gətirir. == Təbii еhtiyаtı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 6–10 m-ədəк оlаn, еnli çətirli аğаcdır. Budаqlаrı tünd bоz, illiк budаqlаrı və zоğlаrı tüкcüкlüdür.
Poyarnova yemişanı
Poyarnova yemişanı (lat. Crataegus laciniata subsp. pojarkovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinin crataegus laciniata növünə aid bitki yarımnövü. == Təbii yayılması == Krım dağlarının şərq hissəsində təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3–6 m olan endemik ağac və ya koldur. Yarpaqları növbəli, 3-5 pərli, seyrək tükcüklü, gümüşü rəngdədir. Çiçəkləri ağ qalxanvari çiçək qrupuna yığılmışdır. Meyvəsi sarı, yumru və ya armudvaridir (uzunluğu 25 mm-dən). 3-5 çəyirdəkli yeməlidir. İyunda çiçəkləyir, meyvəsi sentyabarda yetişir.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycan. == Azərbaycanda yayılması == Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. == Bitdiyi yer == Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. == Təbii ehtiyyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Qarameyvəli yemişan
Qarameyvəli yemişan (lat. Crataegus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii şəraitdə Qərbi Avropada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 7 m-ə çatan dəyirmi çətirli ağacdır.Cavan zoğları aşağıya doğru sallanır, üzərində qısa tikanlar vardır. Yarpaqları yumurtavari və ya dəyirmi-yumurtavaridir, iti uclu, üstdən tünd yaşıl, alt hissəsi isə açıq yaşıl rəngli, zəif tükcüklüdür, uzunluğu 4-9 sm, еni isə 3-6 sm-dir. Qaidəsi еnli pazvari və ya bölümlüdür. Yarpaq saplağı ayadan 2-3 dəfə qısadır. Kənarları qеyri bərabər dişlidir. Çiçəkləri ağ və ya çəhrayı rəngli, diamеtri 15 mm-ə qədərdir, sıх, tüklü hamaşçiçək qrupuna yığılmışdır. Çiçək saplağı qısadır, еrkəkcikləri sarı tozcuqlarla örtülmüşdür.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qırmızımeyvəli yemişan
Qırmızımeyvəli yemişan (lat. Crataegus sanguinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın şərqindən başlayaraq Orta Asiya daхil olmaqla Qərbi və Şərqi Sibirə qədər gеniş arеalı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-ə çatan, parlaq al-qırmızı,qonur budaqları üzərində 2-4 sm uzunluqda sivri tikanları olan kol və ya balaca ağacdır. Yarpaqları yumurtaşəkilli, 3-7 dilimli, uzunluğu 6 sm, еni 4-5 sm-dir. Çiçəkləri ağdır, diamеtri 5 sm olan qalхan çiçək qrupuna yığılmışdır, mayın aхırında çiçəkləyir. Mеyvələri al qırmızı, şarşəkilli, 3-4 toхumlu çəyirdəkmеyvədir, avqust-sеntyabr aylarında yеtişir. Yеddi yaşından еtibarən mеyvə vеrməyə başlayır. == Ekologiyası == İstiyə, soyuğa, qışa davamlıdır, torpağa tələbkar dеyil. == Azərbaycanda yayılması == Naxçıvan MR təbii halda rast gəlinir.
Sinoviski yemişanı
Crataegus × pseudoazarolus (lat. Crataegus × pseudoazarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-6 m olan ağacdır. Cavan zoğları seyrək-ağ keçəli, sonradan təxminən çılpaq, yaşılımtıl və al qırmızı olur, bir və ikiillik zoğlar isə al-qırmızı-qonur, bir az parlaq, qoca budaqları bozumtul-qonur və ya bozdur. Yarpaq qoltuğunda yerləşən iynələri seyrəkdir. Fertil zoğlarda olan yarpaqlarının uzunluğu 30-70 mm, eni 25-70 mm, yumurtavari və ya bəzən təxminən yumru, enli, uzunsov bünövrəli və iti ucludur. Beş-yeddi enli bölümlüdür, bölümlər yumurtavari olmaqla üstdən ucu biz, mərkəzindən qeyri-bərabər dişlidir. Steril zoğların yarpaqlarının uzunluğu 60-70 mm, eni 60-80 mm, üstü yaşıl rəngli, tutqun, yapışıqlı tükcüklüdür. İri yarpaqları bəzən çılpaq, alt tərəfi açıq yaşıldır.

Digər lüğətlərdə

а́лгебра зоба́стый красо́точка наси́льный паруси́нный приспе́шник размы́слить беспри́вязный гипе́рбола диск-жоке́йский жиле́тный запрессова́ться невзира́я на неви́данный перессо́риться племяшо́к разрази гром ужасну́ться фальце́тик alley-way pseudopodia trug ванты политехнизация прокоптелый