Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan ş. – 16.11.1976 Bakı) -- Məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. == Həyatı == Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır.
Mişkinski rayonu
Mişkinski rayonu (başq. Мишкә районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mişkino kəndidir. == Coğrafi yerləşməsi == Ufa şəhərindən şimalda yerləşir. Rayonun ərazisi 1689,11 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraq oln aqro iqlim regionunda yerləşir. Ərazisindən Bir çayı axır. Ərazisində əsasən boz və tünd boz meşə torpaqları yayılmışdır. Qarışıq, enliyarpaq və iynəyarpaq meşələr ərazisinin 33,1 % tutur.
Mişkireyn
Mişkireyn — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bəzi tədqiqatçıların fikrincə, Mişkireyn ərəb dilindəki "mişk" -ətir mənasında və "yeri" sözlərindən ibarət olub "Ətirli yer" mənasındadır. Xalq etimologiyasına görə isə kəndin adı guya mülki-Reyin (yəni, "Rey mülkü") sözlərindən ibarətdir. M.Həsənov oykonimin Ərdəbil yaxınlığındakı Mişkin qəsəbəsinin adı ilə yaxından səsləşdiyini və bu toponimlərin eyni kökdən olduğunu ehtimal edir.(səh.52) Fikrimizcə, "yeri" komponentinin –eyn şəklinə düşməsi inandırıcı görünmür. Onu da qeyd edək ki, Masallıda bu adla yaxın səsləşən Mişkəmi adında kənd vardır. Xaçmaz rayonu ərazisində Müşkür yaşayış məntəqəsi vardır. Kənd öz adını Müşkür mahalının adından almışdır.Göyçay rayonundakı Müskürlü kəndi də Göyçay qəzasında yaşamış müskürlü tayfasının adıyla bağlıdır. Kənd Molla Qədim adıyla da tanınır. Mənbələrə görə, Müskürlü etnonimi Vəlvələçayla Samur çayı arasındakı Müşkür düzünün adından yaranmışdır. Müskürlü Müşkür düzündə qədimdə yaşamış ellərin ümumi adı olmuşdur.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca «dairəvi», «aralıq», ku «dağ» deməkdir (Dairəvi dağ kəndi). == Din == Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Teymur Rüstəmov (1973-1992). Şamil Talıbov (1974-1994).
Mikki Maus
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. == Tarix == === Osvald əvəzinə === 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Mikki Rurk
Filip Andre "Mikki" Rurk Jr. (d. 16 sentyabr, 1952, Schenectady, Nyu-York) amerikan Oskar-namizədi aktyoru ve boksçusudur. 80-ci illərdə Rurk, Nahar, Döyüş Balığı, 9,5 Həftə, Əjdaha İli, Mələyin Qəlbi, Barfly, Ölənə Dua, Gözəl Conni kimi filmlərdə rol alaraq birinci sinif aktyor statusuna gəldi və həmçinin dünyada məşhurluq qazandı. Həmçinin kirtiklərdə onun barəsində yaxşı fikirlər bildirdilər. Ancaq 1990-cı illərdə o, Vəhşi Orxideya,Ümidsiz Saatlar, Xarli Devidson ve Kavboy Marlboro kimi filmləri məşhurluq qazansada kritiklər tərəfindən pislənildi, hətta Vəhşi Orxideya filmi ona Ən Pis Aktyor namizədliyi gətirdi. Rurk bu vaxtlar aktyorluğun darıxdırıcı olduğunu bildirərək, boksa başlamış, peşəkar boks üzrə 3-4 il döyüşmüşdür. Əslində uşağlığında boks çempionu olmuş Rurk, təəssüf ki, bu vaxtlarda həyatı pis getdi. Həyat yoldaşı ilə olan problemlər və pulunun azalması bir yana, təkrar aktyorluğa qayıdan Rurk, yaxşı filmlərdə çox rol ala bilmirdi. Həmçinin alkoqol, narkotik, ve döyüşdə aldığı zərbələrdən ötəri, daha sonra etdiyi plastik əməliyatlar Mikkinin sifətini daha da pisləşdirdi.
Mişkə (Baltas)
Mişkə (rus. Мишкино, başq. Мишкә) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 326 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 31 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 100 kilometr uzaqlıqdadır.
Mişkə (Uçalı)
Mişkə (başq. Мишкә, rus. Мишкино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Naurız kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 65 km, kənd sovetliyindən (Naurız): 5 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 75 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Mişni (Kəlbəcər)
Mişni — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə indiki Gədəbəy rayonunun Şınıx zonasından gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Tərtər çayının yuxarı axarında, dağətəyi ərazidədir.
Mişni (Laçın)
Kənd haqqında ümumi məlumatMişni — Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kənd inzibati ərazi dairəsində kənd. Mişni kəndi 1822-ci ilədək Qarabağ xanlığının, 1874-cü ildən Zəngəzur qəzasının tərkibində olmuşdur. 1930-cu ildən Laçın rayonunun inzibati ərazisinə verilmiş Mişni kəndi 27.12.1989-ci il tarixdə Alxaslı kənd sovetindən ayrılaraq, mərkəzi Mişni kəndi olmaqla Mişni kənd soveti yaradılmışdır. 1992-ci ilin yanvar ayından Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik adlandırılmışdır. Mişni kəndinin ərazisi ümumi sahəsi 2236,6 hektar olan dağlıq ərazidir, bunlardan 769,5 hektarı kənd təsərrüfatı əhəmiyyətli və 1331,8 hektar meşə torpaqlarıdır. Mişni kəndi üzrə 01.01.2020-ci il tarixinə olan məlumata görə 501 ailə 1512 nəfər əhali olmaqla Azərbaycanın 19 rayonunda müvəqqəti məskunlaşmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 ildən sonra, 01.12.2020-ci il tarixdə Azərbaycan Ordusu Laçın rayonunu, o cümlədən də Mişni kəndini işğaldan azad etmişdir. == Tarixi == 2007-ci ildə çap edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"nin II cildinin 114-cü səhifəsində Mişni toponiminin qədim türk dilində "çay döngəsi" mənası bildirməsi elmi əsaslarla təsdiq edilmişdir. == Əhalisi == == Geoloji quruluşu == == Təbiəti == == Təhsil == == Mədəniyyət == == Səhiyyə == == İncəsənət == == Musiqi == == İdman == == Mişni qalası == Azərbaycan Respublikasının Laçın rayonunun Mişni kəndi ərazisində, Hoçazsu (Mişni) çayının sol sahilində son Tunc və ilk Dəmir dövrünə aiddir.
Mişşi Sespel
Mişşi Sespel (rus. Михаи́л Кузьми́ч Кузьми́н; d. 16 noyabr 1899, Kazan quberniyası, Tsivil qəzası, Kazakkası kəndi – ö. 15 iyun 1922) — çuvaş şairi. == Həyatı == Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb-oxumaqla yanaşı, xristian dininin ehkamlarını da öyrənir. 1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və bu münaqişə faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti bundan sonra daha da ağırlaşır.
Yuxma Mişşi
Yuxma Mişşi (çuvaş Юхма Мишши, 10 aprel 1936, Suqut kəndi, Batırevsk rayonu, Çuvaş Respublikası) — Çuvaş şairi, nasiri, dramaturqu, tərcüməçisi və pedaqoqu, Çuvaş Respublikasının Xalq yazıçısı (1993). == Həyatı == Yuxma Mişşi (Mixail Nikolayeviç İlin) 10 aprel 1936-cı ildə Çuvaş Respublikasının, Batırevsk rayonu, Suqut kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmiş, daha sonra I. Y.Yakovlev adına Çuvaş Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. O, həmçinin A.V.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunun Ali teatr kurslarını bitirmişdir. Yuxma Mişşi müxtəlif dövrlərdə Çuvaş Respublikası Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi, 6 saylı Çeboksarı orta məktəbində müəllim, Çuvaş Respublikası Nazirlər Sovetində müfəttiş, Çuvaş Kitab Nəşriyyat Evinin redaktoru və "Vuçax" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. XX yüzilliyin 50-ci illərdən başlayaraq doğulduğu bölgədə yayınlanan "Avangard" qəzetində nəşr olunmağa başlamışdır. 1993-cü ildə ədəbi yaradıcılıq sahəsində qazandığı uğurlara görə Çuvaş Respublikasının Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. == Yaradıcılığı == Yuxma Mişşi bir çox tarixi roman və hekayələrin, əfsanə və hekayələr toplusunun, esse, dram və şeir kitablarının müəllifi kimi tanınır. Onun həmçinin qədim və orta əsrlər tarixi, çuvaş xalqlarının folkloru və mifologiyasına dair tədqiqatları vardır. Yuxma Mişşinin əsərləri dünyanın müxtəlif dillərində nəşr edilmişdir.
Miki Nunyes
Miqel "Miki" Nunyes Poso (isp. Miguel "Miki" Núñez Pozo; d. 6 yanvar 1996, Terrassa, Barselona, İspaniya) — İspaniya müğənnisi. O, "La venda" mahnısı ilə İspaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Miki 6 yanvar 1996-cı ildə İspaniyanın Barselona vilayətində yerləşən Terrassa şəhərində anadan olmuşdur. O, kiçik yaşından ailəsini dəstəyi ilə gitara və piano dərsləri almağa başlamışdır. O, biznes idarə edilməsi ixtisası üzrə London və Los-Ancelesdə təhsil almışdır. == Musiqi karyerası == Miki Dalton Bang musiqi qrupunun üzvüdür. 2018-ci ildə İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır. Həmin ilin sentyabr ayında onun yarışmada iştirak edəcəyi təsdiqlənmişdir.
Miki Samner
Briqitt Mişel Samner (ing. Brigitte Michael Sumner; 19 yanvar 1984, London) — İngilis aktrisa. == Həyatı == Sumner Londondakı Portland Xəstəxanasında, musiqiçi Stingin (Gordon Matthew Thomas Sumner) və aktrisa Trudie Stylerin böyük qızı olaraq anadan olub. Sumner musiqiçi Eliot Sumnerin böyük bacısı və musiqiçi Joe Sumnerin kiçik ögey bacısıdır. == Karyerası == Sumner aktyorluq karyerasına 2006-cı ildə bir qısa filmdə rol almaqla başlamışdır. 2011-ci ildə dörd bölümlü Showtime serialı The Borgias-da Francesca rolunu oynadı. Sumner, 2012-ci il filmi Frances Ha-da Greta Gerwig ilə birlikdə rol aldığı Sophie Levee rolu ilə böyük maraq topladı. Sumner, 2013-cü ildə CBGB -də Patti Smith rolunu oynadı. Bundan başqa Off Broadway xarici çıxışını, 2013-cü il Aprel ayında Atlantic Theatre Company-nin The Lying Lesson-da Carol Kane ilə birlikdə etdi. Sumner, AMC (TV kanalı) seriyası Low Winter Sun-da Katia olaraq yer aldı.
Miki Suqavara
Miki Suqavara — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Miki bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Mitski
Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxıb. Bu albomları ilk olaraq o, Purchase-də tələbə layihəsi kimi hazırlamışdı. Mitski məzun olduqdan sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır. Mitski bunun ardınca 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağladı və "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını yayımladı. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb. Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərildi. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Mitski Leykok 27 sentyabr 1990-cı ildə Yaponiyanın Mie prefekturasında ağ amerikalı ata və yapon anadan dünyaya gəlib. Onun ana dili yapon dili olub.
Mikki Maus (personaj)
Mikki Maus (ing. Mickey Mouse) — cizgi filmi personajıdır. İlk dəfə 15 may 1928-ci ildə yaradılmışdır. Yaradıcıları Ab Ayverks və Volt Disneydir. 1977-ci ildən 2009-cu ilə qədər istehsal olunmuş cizgi filmlərində Mikki Maus personajı Uell Ollveyn tərəfindən səsləndirilmişdir. == Tarix == === Osvald əvəzinə === 1927-ci ildə Ab Ayverks tərəfindən yaradılan "Bəxtigətirən Dovşan Osvald" personajının uğursuzluğundan sonra Ab Ayverks digər personaj yaratmağa qərara alır. Bu səbəbdən 1928-ci ildə Ab Ayverks Mikki Maus adında personaj yaradır. Personaj kompaniyanın böyük uğuruna səbəb olur. Bir ildən sonra "Bəxtigətirən Dovşan Osvald" personajı da uğur qazanır. Volt Disney yenidən ilk personaj haqqında cizgi filmi üzərində işləməyə başlayır.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == GəmiçilikGəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Mikki van de Veen
Miki van de Ven (19 aprel 2001-ci ildə anadan olub) — Bundesliqa klubu VfL Volfsburqda müdafiəçi kimi çıxış edən hollandiyalı peşəkar futbolçudur.
Sabahın Xeyir, Mikki (televiziya serialı)
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Sabahın xeyir, Mikki! (teleserial, 1983)
Sabahın xeyir, Mikki! (ing. Good morning, Mikki!) - Disney Channel kanalının ilk televiziya cizgi serialıdır. Cizgi serialının epizodları 18 aprel 1983 və 28 noyabr 1992-ci illər ərzində yayımlanmışdır. Cizgi filmdə əvvəllər sadəcə Mikki Maus iştirak edirdi. Lakin sonralar cizgi filmə Minni Maus personajı, ardınca Qufi, Donald Dak, Çip və Deyl, Pluto və digər personajlar əlavə olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Good Morning, Mickey!
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir. Texniki məsələlərdə Şotlandiya və Amerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur.
Bank Riski
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eyler diski
Eyler Diski, 1987–1990-cı illər arasında Yozef Bendik tərəfindən icad edilmiş, elmi və öyrədici oyuncaqdır. Düz və ya əyri bir səthdə dönən və fırlanan bir diskin dinamik sistemini göstərmək və öyrənmək üçün istifadə olunur. == Haqqında == === Enerjinin Qoruması === Eyler disi döndükdə disk həm potensial, həm də kinetik enerjiyə malik olur. Potensial enerji diskə yan tərəfə dik olduqda verilir. Kinetik enerji isə diskə güzgü bazasında əyildikdə verilir. Euler Diski sürtünmə və titrəmə üçün olmasa idi sonsuza qədər yuvarlana bilərdi. === Bucaq momentumu === Eyler diskinin necə işlədiyini təsvir etməyin başqa bir yolu, diskin bucaq impulsunu nəzərə almaqdır. Eyler diski özünü dik tutmaq üçün bucaq impulsundan istifadə edir. Disk bir dairə ətrafında fırlandıqda, diski aşağı çəkən cazibə qüvvəsi və diski yuxarıda saxlayan güzgü bazası tərəfindən tətbiq olunan qüvvə tarazlığı ilə tutulur.
Likvidlik riski
Maliyyə riski
Maliyyə riski — maliyyə resurslarının (pul vəsaitlərinin) itirilməsi ehtimalı ilə bağlı risk).Maliyyə riskləri pul dövriyyəsinin yaranması və müxtəlif növ pul münasibətlərinin yaranması ilə eyni vaxtda yaranmışdır: investor — emitent, kreditor — borcalan, satıcı — alıcı, ixracatçı — idxalçı və s. Maliyyə riskləri bazar şəraitində sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir.Adam Smit sahibkarlıq mənfəətinin mahiyyətini tədqiq edərək və təhlil edərək, sahibkarlıq fəaliyyəti ilə bağlı mümkün itkilərin kompensasiyası şəklində "risk ödənişi" kimi sahibkarlıq gəlirinin strukturunda belə bir komponenti qeyd etmişdir. == Maliyyə risklərinin təsnifatı == Maliyyə riskləri üç növə bölünür: Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər; Kapital qoyuluşu ilə bağlı risklər (investisiya riskləri); Təşkilatın təsərrüfat fəaliyyətinin təşkili forması ilə bağlı risklər. Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklərPulun alıcılıq qabiliyyəti ilə bağlı risklərə aşağıdakılar daxildir: inflyasiya və deflyasiya riskləri; valyuta riskləri; likvidlik riskləri.İnflyasiya riski pulun amortizasiyası (kapitalın real dəyəri) ehtimalı və inflyasiya səbəbindən real pul gəlirlərinin və mənfəətin azalması ilə əlaqələndirilir. İnflyasiya riskləri aktı: bir tərəfdən, hazır məhsulun maya dəyərinin artması ilə müqayisədə istehsalda istifadə olunan xammalın, komponentlərin maya dəyərinin daha sürətli artımı istiqamətində; digər tərəfdən, müəssisənin hazır məhsulları rəqiblərin oxşar məhsulları ilə müqayisədə daha tez bahalaşa bilər ki, bu da qiymətlərin aşağı salınması zərurətinə və müvafiq olaraq itkilərə səbəb olacaqdır.Deflyasiya riski deflyasiya artdıqca qiymətlərin düşməsi riskidir ki, nəticədə biznesin aparılması üçün daha pis iqtisadi mühit yaranır və gəlirlər azalır. Valyuta riski valyuta məzənnəsinin əlverişsiz ucuzlaşması riskinə aiddir. İxracatçı daha aşağı real dəyər alacağı üçün milli valyutanın məzənnəsi ödəniş valyutasına nisbətdə yüksəldikdə itkilərə məruz qalır. İdxalçı üçün qiymətin ödəniş valyutasına nisbətdə məzənnəsi yüksəldikdə valyuta riskləri yaranır. Likvidlik riskləri qiymətli kağızların və ya digər malların keyfiyyətinin və istehlak dəyərinin qiymətləndirilməsinin dəyişməsi nəticəsində onların satışında itki ehtimalı ilə bağlı risklərdir. === Kapital qoyuluşu ilə bağlı risklər === İnvestisiya riski investisiya layihəsinin həyata keçirilməsi prosesində maliyyə itkiləri ehtimalını ifadə edir.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marvin Minski
Marvin Minski (ing. Marvin Lee Minsky; 9 avqust 1927[…], Nyu-York, Nyu-York ştatı[…] – 24 yanvar 2016[…], Boston) — Kompüter elmləri üzrə görkəmli alimlərdən biri; tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub. O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir. == Həyatı == Marvin Minski 9 avqust 1927-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Filllips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib. Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) "Neyron şəbəkələri və beyin modelinin problemi" işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skan edici mikroskopu hazırlayıb.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub.Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur. Əli və Həsən adlı oğulları Dağıstan dağlarında baş vermiş faciədə həlak olmuşlar.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. == Həyatı == Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. == Şəxsi həyatı == Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Lipki
Lipki — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Milkis
Milkis — müxtəlif otlardan hazırlanmış şirin qazlaşdırılmış alqokolsuz içkidir. Milkis ilk dəfə 1915-ci ildə Cənubi Koreyada hazırlanmışdır. Tərkibi su, şəkər, fruktoza, karbon-dioksid (E290), quru süd, fosforit turşusu və limon turşusu (E330) ibarətdir. Milkisin 10 tərzdə dadı vardır. Tərkibinə A, C, D3 vitaminləri daxildir. Alüminium bankalarda 250 ml, plastik qablarda isə 0,5 və 1,5 litr həcmində istehsal edilir.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Minmi
Minmi (lat. Minmi) — Ankylosauria qrupuna daxil olan, kiçik ölçülü dinozavr cinsi. Onlar Təbaşir dövrü 119–113 milyon il əvvəl yaşamışlar. Cənub yarımkürrəsində bronirovanlara aid tapılan ilk tapıntı olmuşdur. Ralf Molnar tərəfindən 1980-ci ildə qeydə alınmışdır. 2011-ci ildə onun həmkarları tərəfindən Minmi ankilozavrlara daxil edilirdi. Tapılan tapıntı — Minmi Crossing növü adlanır. Avstraliyada aşkarlanan tapıntılar iki yaxşı qalmış skelet və bir necə sümük qalıqlarından ibarətdir. Onların üzəri müxtəlif ölçülü və formalı donqarlarla örtülü olmuşdur. Bu donqarlar hətta quyruqlarının üzərində belə mövcud olmuşdur.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd.18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır.Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır. == Tarixi abidələri == Məbəd, XVI-XVIII əsr Mirik kəndi Qala, Antik dövr Mirik kəndi Sovmə, XVI əsr Mirik kəndi Bulaq (Behbudalı bulağı), XVIII əsr Mirik kəndi Dəyirman, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Qara dam, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Mirik kəndi Körpü, 1970 Mirik kəndi 45 Mağara (Qaranlıq kaha) Mirik kəndi Kurqanlar (Təpələr) Mirik kəndi Kalafalıq (yaşayış yeri), daş dövrü Mirik kəndi Süjet xarakterli oyma Mirik dərəsi Süjetli daş fiqur Mirik dərəsi === Məbəd (XVI-XVIII əsr) === Mirik kəndinin qərb hissəsində (Bozlu kəndi istiqamətində) çılpaq sal daşlar üzərində inşa edilmiş və divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılan Qafqaz Albaniyası dövrünün çox nadir memarlıq nümunələrindən biri olan üçnefli Bazilika hal–hazırda istifadəyə yararlı vəziyyətdə qalmaqdadır.
Miyuki
Miyuki — Yaponiya qadın adı. Miyuki İzumi — keçmiş Yaponiya qadın futbolçusu. Miyuki Yanaqita — keçmiş Yaponiya qadın futbolçusu.
İmişli
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi. == Tarixi == 1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır. == İqtisadiyyatı == 2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir. == Əhali == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.