Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Mirafət Cavadov
Migel Miramon
Migel Qreqorio de la Lus Atenogenes Miramon i Tarelo (isp. Miguel Gregorio de la Luz Atenógenes Miramón y Tarelo; 29 sentyabr 1832, Mexiko – 19 iyun 1867, Santyaqo-de-Keretaro[d]) — Meksika hərbi və siyasi xadimi, 2 fevral 1859-cu ildən 12 avqust 1860-cı ilə qədər Meksika Prezidenti. Hərbi məktəbdə təhsil almış, ABŞ ilə müharibədə iştirak etmiş, 1855-ci ildə polkovnik rütbəsi almışdır. Liberallarla qarşıdurmada iştirak etmişdir. 1860-cı ilin dekabrında liberal qoşunlar Mexiko şəhərini işğal edəndə Miramon Kubaya, oradan da Avropaya qaçmışdır. Orada o, III Napoleon ilə Meksikada monarxiya qurmaq məqsədi ilə danışıqlara başlamışdır. Miramon 1863-cü ildə İmperator I Maksimilianın marşalı kimi Meksikaya gəlmişdir. O, 1864–1866-cı illərdə Almaniyada Meksika nümayəndəsi kimi xidmət etmiş, lakin Maksimilian taxtdan əl çəkməyə hazır görünəndə geri qayıtmışdır. Miramon imperatoru döyüşü davam etdirməyə inandırmış və imperator ordusunun komandirlərindən biri təyin edilmişdir. Keretaronu ələ keçirildikdən sonra Miramon Maksimilianla birlikdə tutulmuş və güllələnmişdir.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq. Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.
Minarə məscidi
Minarə məscidi (az-əbcəd. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Vielha e Mijaran
Vielha e Mijaran və ya Vielha (Aranes dilində: Vielha, Katalan və İspanca: Viella) - İspaniyanın Kataloniya regionunun Lleida əyalətinin dairə mərkəzidir. Dünyada Oksitan dilinin rəsmi dil kimi istifadə edildiyi yeganə ərazi olan Val-d'Aran regionunun paytaxtıdır. Ərazinin dəniz səviyyəsindən hündürlüyü isə 974 metrdir. Əhalisi 2005-ci ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən 5020 nəfər təşkil edir.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Qədim Minarə xalçaları
Qədim Minarə xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Əsasən Quba şəhərində istehsal edilir. Bəzi xalçaçılar onu sadəcə "Darayı" və ya "Salyan xiləsi" adlandırırlar. Xalçanın mərkəzi hissəsinin kompozisiyası digər Azərbaycan xalçalarından kəskin fərqlənir. Mərkəzdə soldan və sağdan mərkəzə doğru istiqamətlənmiş darağvari zəncir yeni dördbucaqlılar yaradır onlar isə öz növbələrində şəbəkəvari tor əmələ gətirirlər. Bir çox hallardan onların daxili hissələri xaç tipli elementlərlə, xarici hissələri isə qarmaqvari xətlərlə bəzədilir. Bu xalçalarda mərkəzi sahəni əhatələyən "zəncirə" elementi kufi xəttlə yazılmış "Allah" sözüdür. Ancaq vaxt keçdikcə bu öz mənasını itirib və sadəcə dekor elementi olaraq qalıb. Mərkəzi sahənin künclərinə üçbucaqlı "Yelpik" elementi əlavə edilir. "Qədim minarə" xalçları sakit tonlarda toxunur.
Martren
Martren (fr. Martrin, oks. Martrinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12141. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 50 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 215 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 127 nəfər (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 73.5%).
Miruşen
Mirikənd (əvvəlki adı: Miruşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Mirikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Miruşen kəndi Mirikənd kəndi adlandırılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Mirikənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib. Kəndin qədim adı Takir olmuşdur. Çar Rusiyası Azərbaycanın şimalını işgal etdikdən sonra XIX əsrdə burada gəlmə ermənilər yerləşmişdi. Kənd bir müddət Mirikənd adlandırılsa da, sonralar oykonim erməniləşərək Miruşen kimi qeydə alınmışdı. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Oykonim "Mirinin kəndi", "Miriyə məxsus kənd" mənasındadır.
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik Hemiplegik G 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqren G 43.9 Dəqiqləşdirilməmiş miqren Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqren Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Tirren
Tirren və ya Tirsen (q.yun. Τυρρηνός, Τυρσηνός) — antik mifologiyada tirrenlərin eponimi olan personaj. Müxtəlif versiyalara görə, ya Atis və Kalliteyin oğlu, ya Herakl və Omfalanın oğlu, ya da onların törəməsi, ya da Telef və Hieranın oğludur.
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır. Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi.
Tirren dənizi
Tirren dənizi (it. mar Tirreno, lat. mare Tyrrhenum, fr. Mer Tyrrhénienne) — Aralıq dənizinin bir hissəsi olub, Appenin yarımadası, Sardiniya, Korsika, Siciliya adalarının sahilləri arasında yerləşmişdir.
Maren Mare
Maren Mare (fr. Marin Marais; 31 may 1656[…], Paris – 15 avqust 1728[…], Paris) — Fransalı bəstakar.
Maren Mersenn
Maren Mersenn (ing. Marin Mersenne; 8 sentyabr 1588[…] – 1 sentyabr 1648[…], Paris, Fransa krallığı[…]) — fransız alimi, rahibi; Paris akademiyası adlandırdığı Paris elmi dərnəyini təşkil etmişdir. Özünün geniş yazışmaları və səyahətləri sayəsində bütün dünya alimlərinin məlumat mübadiləsinin tam şəbəkəsini yaratmışdır.
Dassault Mirage F1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Dassault Mirage III
Dassault Mirage III, 1950-ci illərdə Fransada Dassault Aviation tərəfindən hazırlanmış və Fransa və bəzi digər ölkələrdə istehsal olunan səsdən sürətli bir qırıcı hərbi təyyarə modelidir. Rus ekvivalenti supersonik Mikoyan-Gurevich MiG-21-dir. Müvəffəqiyyətli bir qırıcıdır, bir çox ölkəyə satılmış və on ildən çox istehsal olunmuşdur. Bəzi kiçik hərbi hava qüvvələri tərəfindən hələ də dünyanın dörd bir tərəfində Mirage III uçurdulur. Bunlara Argentina, Çili, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan (ən böyük istifadəçi), Peru və Venesuela daxildir. İkinci Dünya Müharibəsindən sonra Fransız Hava Qüvvələri (FAF) ümumiyyətlə Amerika mənşəli təyyarələrdən istifadə etməyə başlamışdı. Fransızlar bunun digər ölkələrdən asılılıq yaradacağını və aviasiya sənayesinin ölkədə gerilədəcəyini düşündülər. Hind-Çin müharibəsi, Fransız aviasiya sənayesinin öz təyyarələrini inkişaf etdirməli olduğunu ortaya qoydu. Əllinci illərin ortalarında Generale Avions Marcel Dassault - GAMD, FAF şərtlərinə uyğun bir təyyarə hazırlamağa başladı. Bu təkcə FAF üçün lazımlı bir döyüş təyyarəsini təmin etməyəcək, həmçinin Fransanı yenidən əhəmiyyətli bir təyyarə ixracatçısına çevirəcəkdi.
Dassault Mirage IV
Dassault Mirage IV, Fransa istehsalı olan səsdən sürətli reaktiv mühərrikli strateji bombardmançı və kəşfiyyat təyyarəsidir. Bu hərbi təyyarə Soyuq müharibə boyunca Fransanın nüvə silahlarının qarşısının alınması proqramının əsas tərkib hissəsi olmuşdur. Mirage IV, Fransa hökumətinin zərbə qüvvəsi yaratmaq qərarı ilə hazırlanmış bir hücum bombardmançı təyyarədir. Bu təyyarənin baza modeli olaraq Mirage III təyyarəsi götürülmüşdür. Başlanğıcda Pratt & Whitney J-75-B turbojet mühərrikləri seçilsə də, daha sonra qərar Mirage III-ün mühərriki olan Fransa istehsalı SNECMA ATAR 9K-ya dəyişdirilmişdir. Mirage IV-in ilk prototipi 1958-ci ilin iyununda uçdu. Bunu daha üç prototip izlədi. Dalınca isə FAF sifarişi bunu izlədi və ilk 62 Mirage IV-nin çatdırılması 1964-cü ildə başladı. Hər bir təyyarədə Thompson CSF DRAA-8A radarı və qismən gövdənin altına yerləşdirilmiş bir AN-22 nüvə bombası var idi.
Dassault Mirage V
Dassault Mirage 5, Dassault Aviation tərəfindən buraxılmış Fransa istehsalı bir hücum təyyarəsidir. Təyyarə Dassaultun ən populyar təyyarəsi olan Mirage III təyyarəsinin baza modeli əsasında hazırlanıb. Mirage 5 nüvə silahı daşıya bilir. Mirage V Mirage III-ün yaxşı hava şəraitində işləyə bilən ixracat yönümlü qırıcı-hücum modelidir. Radonun çıxarılması və digər elektron avadanlıqların azaldılması təyyarənin qiymətini endirsə də, yanacaq sərfiyyatını artırmışdır. Əbu Dabi, Belçika, Kolumbiya, Misir, Qabon, Liviya, Pakistan, Peru, Venesuela və Zairə ixrac olunmuşdur. İsrail də bu təyyarədən sifariş vermiş, lakin Fransa bu sifarişi qəbul etmədikdən sonra İsrail, Pratt & Whitney J-79 motoru ilə təchiz edilmiş və "Kfir" adını verdiyi öz modelini hazırlamışdır.
McLaren (Formula-1 komandası)
McLaren komandası — 1963-cü ildə, Yeni Zellandiyalı Bruce McLaren (1937-1970) tərəfindən qurulmuş Formula 1 komandasıdır. McLaren Mercedes adıyla yarışan komanda Scuderia Ferraridən sonra ən uğurlu komandadır. Hal-hazırda Vodafone McLaren Mercedes adıyla yarışır. Bu komanda Formula 1-dən başqa Indianapolis 500 Mil Yarışı, Kanada-Amerika Challenge Kuboku və Le Mans 24 Saat Yarışı kimi təşkilatlarda da iştirak etmişdi. Məşhur pilot Ayrton Senna da ən uğurlu sezonlarını burada yaşamışdır. Martin Withmarsh tərəfindən idarə olunan komanda McLaren Groupun bir quruluşu olan McLaren Racing tərəfindən nəzarət edilməkdədir. 1999-ci ildə Mercedes komandanın 40 faiz hissəsini satın almışdır. Ron Dennis və Mansour Ojjeh'nin 30 faiz hissəsi vardır. Son illərdə Mersedesin, komandanın hamısının alacağı haqqında söz-söhbətlər tez-tez qarşımıza çıxır. McLarenin 11 sürücülər çempionluğu, 8 komanda çempionluğu var.
Le-Maren (rayon)
Le-Maren (fr. Le Marin) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — Le-Maren. Rayon əhalisi 2009-cı ildə 121 698 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 297,55 nəf / km². Rayon sahəsi — 409 km².