Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tahir Misirxanov
Tahir İman oğlu Misirxanov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin iştirakçısı. Tahir Misirxanov 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 saylı tam orta məktəbində başa vurub. Ailəlidir, 2 övladı var. Hal-hazırda Azərbaycan ordusunun giziri kimi ön xəttdə xidmət edir. Aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv etmişdir. Misirxanov 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı 11 erməni tankını məhv etmişdir. Tahir Misirxanv, Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
İmirxan
İmirxan - İrəvan quberniyasının İrəvan qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Emirxan, İmirxanlı kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə İmirxanlı kimi, Qafqazın 5 verstlik xəritəsində İmirxan formasında qeyd edilmişdir. Toponim imir (eymur tayfa adının fonetik forması) türk tayfasının adına xan sözünün qoşulmasından əmələ gəlmişdir və «eymur//imir tayfasından olan xana məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1.VI.1940-cı il fərmanı ilə adı dəyişdirilib Saratak qoyulmuşdur.
Sirxan Məmmədov
Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir. 13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir.
Misirin dövlət quruluşu
Misir Ərəb Respublikası çoxpartiyalı demokratik bir sistemlə idarə olunmaqdadır. Konstitusiyası 1971-ci il referendum ilə təsdiqlənmişdir. Ölkənin rəhbəri prezidentdir. Konstitusiyaya görə prezident 6 ildən bir seçilməli idi və bu müddət limitsiz də ola bilərdi.Prezident bir və ya daha çox vitse prezident, baş naziri, nazirləri, mülki və hərbi rəsmiləri, diplomatik nümayəndələri təyin edə və ya çıxara bilərdi. O ali baş komandandır. Onun əfv etmə və məhkəmə hökmünü azaltmaq hüququ vardır. O referendum çağıra bilərdi. Xalq Assambleyasını təsdiq edə bilərdi, ancaq yalnız müəyyən edilmiş vaxt üçün fərmanları çap etməyə hüququn qüvvəsi vardır. Məhkəmə qurumunun Ali Şurasına rəhbərlik edirdi. Xalq Assembliyası yalnız referendum və ya hərbi vəziyyətdə buraxa bilərdi.
Misirin yeni paytaxtı
Misirin yeni paytaxtı — 13 mart 2015-ci ildə Misir İqtisadi İnkişaf Konferansında İnşaat naziri Mostafa Madbuli tərəfindən elan edilən irimiqyaslı layihədir. Yeni şəhər Qahirənin şərqində və İkinci Böyük Qahirə şəhərətrafı yolunun çölündədir. Hələ ki, şəhərə ad verilməyib. Planlara görə şəhər Misirin inzibati və iqtisadi paytaxtı olacaq. Sahəsi 700 km2-dir. Şəhərdə 5 milyona qədər insanın yaşayacağı və əsas hökumət departamentlərinin və nazirliklərinin, həmçinin xarici səfirlikləri burda yerləşməsi planlaşdırılır. Təklifə hal-hazırda Misir Hava qüvvələri tərəfindən istifadə edilən Vadi Al Candali aeroportunun ərazisində tikiləcək böyük əyləncə parkı və yeni beynəlxalq aeroport daxildir. 45 milyard ABŞ dolları xərci ilə parlamentin, prezident saraylarının, nazirliklərin və xarici səfirliklərin köçürülməsinin 2020-2022-ci illərdə tamamlanması planlaşdırılır. Proyekt üçün ümumi xərc və vaxt açıqlanmayıb. Rəsmi açıqlamadan əvvəl danışan Misirin İnvestisiya naziri Əşrəf Salman yeni paytaxtın Misir xəzinəsindən istifadə etmədən "özəl sektör şirkəti tərəfindən inkişaf etdirilməsi, təfsilatı ilə planlanlaşdırılması və icra edilməsinin" mümkünlüyü barədə danışıb.
İşırqan
İşırqan (lat. Galeopsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Tetrahit Adans.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galeopsis nodosa (Moench) Gray Galeopsis tetrahit subsp. parviflora Ehrh.
Maşiran (Meşkinşəhr)
Maşiran (fars. مشيران‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 929 nəfər yaşayır (199 ailə).
Şirxan Adıgözəlov
Şirxan Quliyev
Şirxan İsmixan oğlu Quliyev (2 sentyabr 1995, Muğanlı, Xocavənd rayonu – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Şirxan Quliyev 2 sentyabr 1995-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə əvvəlcə, Xocavənd rayon Muğanlı kənd 2 saylı, sonra isə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. Şirxan Quliyev 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduğu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirxan Quliyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Şirxan Xaməmmədov
Şirxan Həsənzadə
Şirxan Adıgözəlov (prokuror)