Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Moana (cizgi filmi)
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir. Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur. Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Moana (film, 2016)
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir. Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur. Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Moab
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
Moav
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Mocan
Mocan kəndi İranın Qum ostanında Xələcistan bölümünün(Baxş)ının Dəstcerd qəsəbəsində yerləşib.Kəndin əhalisi Xələclərdən ibarətdir və Xələc dilində danışırlar.
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
MAN
MAN — alman avtomobil markası. == Tarixi == "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
Mon
Mon — soyad. Mon Hyan-Ja — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Pil-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Entoni Monn
Entoni Monn (ing. Anthony Monn) — Alman musiqi yazarı və prodüseridir. Fransız ifaçısı Amanda Lir ilə əməkdaşlıq etmişdir.
Joan Aiken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Joan Qamper
Joan Gamper (22 noyabr 1877[…], Vintertur, Sürix kantonu – 30 iyul 1930[…], Barselona) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur. == Erkən illəri == Hans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
Joan Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisası. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olub. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Moln (Fransa)
Moln (fr. Meaulne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03168. 2008-ci ildə əhalinin sayı 775 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 456 nəfər (15-64 yaş arasında) arasında 335 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 69.5%). Fəal olan 335 nəfərdən 286 nəfəri (155 kişi və 131 qadın), 49 nəfəri işsiz (19 kişi və 30 qadın) idi. Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 48 nəfər təqaüdçü, 48 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mona Liza
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır. Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Mona adaları
Mona adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaq altı nisbətən iri və beş kiçik (adsız) qranitdən ibarət olan adalardan ibarətdir. Adalar qərbdən şərqə doğru Xariton Laptev sahilləri boyunca uzanır. Adalar Tymır yarımadasından 20–40 km məsafədə yerləşirlər. Arxipelaqa daxil olan ən şərq nöqtə ilə qərb nöqtəsi arasında məsafə 35 kilometrdir. Adaların uzunluğu 4,7 kilometri keçmir. Adalar Böyük Arktik qoruğu ərazisinə daxildir. (qərbdən şərqə): Rinqnes adası — qrupun ən iri adasıdır.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Moqan gölü
Mogan (türk. Mogan gölü, yerli adı: Gölbaşı) — Ankara şəhərindən 20 km cənubda, Gölbaşı rayonunda yerləşən kiçik göl. Göl səthinin sahəsi 5,61 km², dəniz səviyyəsindən hündürlüyü — 968 metrdir. Uzunluğu — 5,5 km, orta eni — 500 metr, sahil xəttlərinin uzunluğu — 14 km-dir. Mogan gölünün orta dərinliyi — 2,80 metrdir. Ancaq yağışlı mövsümdə bəzən suyun orta dərinliyi 5 metrə çata bilir. Quraqlıq vaxtları maksimal dərinlik 4,5 metr olur. Göl suyunun həcmi — 13 milyon m³-dir. Göl suyu bir az duzludur. Göl Anadolu yaylasında, Ankara yaxınlığında yerləşir, uzanmış formaya malikdir və göl dağlar və düzənliklərlə əhatə olunmuşdur.
Moran Mazor
Moran Mazor — 17 may 1991-ci ildə anadan olan İsrailli (Gürcü yəhudisi) müğənni. Moran Mazor 2013 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Rak Bishvilo" mahnısı ilə təmsil edib, yarışmanın favoritlərindən hesab olunmasına baxmayaraq, İsrail yarımfinal mərhələsində 14-cü yeri tutaraq, finala vəsiqə qazana bilmədi.
Məhəmməd Moin
Məhəmməd Moin (fars. محمد معین‎; güm. 12 iyun 1914 və ya 29 aprel 1918, Rəşt – 4 iyul 1971, Tehran) — İran dilçisi, ədəbiyyatşünası. Məhəmməd Moin 12 iyun 1914-cü ildə İranın Rəşt şəhərində anadan olmuşdur. O, qədim və orta əsrlər İran dilləri və mifologiyası üzrə mütəxəssis olmuşdur. Moin Tehran Universitetinin professoru kimi çalışmışdır. O, üçcildlik "Müasir fars dili qrammatikası" (1953), dördcildlik "Fars dilinin izahlı lüğəti" (1963–1968), "Nəsirəddin Tusi və fars ədəbi dili" və s. əsərlərin müəllifidir. Moin Məhəmmədhüseyn ibn Xələf Təbrizinin "Bürhane-qate" lüğətinin geniş müqəddimə ilə nəşr etdirmişdir (c. 1–4, 1951–1957).
Oman Sultanlığı
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.