Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Bolsman sabiti
Boltsman sabiti ( k B {\displaystyle k_{\mathrm {B} }} və ya k {\displaystyle k} ) - fundemental fiziki sabitlərdən biri olub, enerji ilə temperatur arasında əlaqə yaradır. Boltsman sabiti R {\displaystyle R} universal qaz sabitinin N A {\displaystyle N_{\mathrm {A} }} Avoqadro sabitinə olan nisbətinə bərabərdir: k B = R N A . {\displaystyle k_{\mathrm {B} }={\frac {R}{N_{\mathrm {A} }}}.} Bu sabitin adı, onun əsas rol oynadığı statistik fizikaya böyük töhfə verən Avstriya fiziki Lüdviq Bolsmanın şərəfinə qoyulmuşdur. Boltsman sabiti, entropiyada olduğu kimi, enerjinin temperatura nisbətinə bərabər olan ölçüyə malikdirr ( [ k B ] = C K ) {\displaystyle \left(\left[k_{\mathrm {B} }\right]={\frac {\mathrm {C} }{\mathrm {K} }}\right)} . BS-də Bollstman sabitininin təcrübi qiyməti aşağıdakı kimidir: k B = 1 . 380 648 52 ( 79 ) × 10 − 23 C K {\displaystyle k_{\mathrm {B} }=1{.}380\,648\,52(79)\times 10^{-23}{\frac {\mathrm {C} }{\mathrm {K} }}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. == Makroskopik fizika ilə mikroskopik fizika arasında körpü == k B {\displaystyle k_{\mathrm {B} }} Boltsman sabiti makroskopik və mikroskopik fizika arasında körpüdür. Makroskopik ideal qaz qanununda deyilir ki, ideal qaz üçün p {\displaystyle p} təzyiqi ilə V {\displaystyle V} həcminin hasili ν {\displaystyle \nu } maddə miqdarının T {\displaystyle T} mütləq temperatura olan hasili ilə mütənasibdir: p V = ν R T , {\displaystyle pV=\nu {RT},} burada R {\displaystyle R} qaz sabitidir( R = 8.3144598 ( 48 ) {\displaystyle R=8.3144598(48)\,} C⋅K−1⋅mol−1). Bu qanunda ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{\mathrm {A} }}}} və R = k N A {\displaystyle R=kN_{\mathrm {A} }} ifadələrindən istifadə etməklə Boltsman sabitinin daxil olduğu ideal qaz qanunun şəkilini aşağıdakı kimi yazmaq olar: p V = N k T , {\displaystyle pV=NkT,} burada N {\displaystyle N} qazdakı molekulların sayı, N A {\displaystyle N_{\mathrm {A} }} isə Avoqadro sabitidir.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. == Həyatı == Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Qosman Japarov
Qosman Japarov — Qazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub. O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib. 1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
III Osman
III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi.
II Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
I Osman
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Osman Durmuş
Osman Durmuş (5 avqust 1947, Çanqırı – 26 oktyabr 2020, Ankara) — Türkiyə siyasətçisi, həkim. 1947-ci ildə Çanqırıda doğulub. Ankara Universitetinin tibb kakültəsini bitirmişdir.
Osman Erbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Osman Fərmanoğlu
Osman Fərmanoğlu (Eyyubov Osman Fərman oğlu; d. 9 mart 1958, Gədəbəy rayonu, Qasımağalı) — Azərbaycan şairi, publisist. Osman Fərmanoğlu 9 mart 1958-ci ildə Gədəbəy rayonunun Qasımağalı kəndində doğulmuşdur. 1965-1973-cü illərdə Mutudərə kənd səkkizillik məktəbində, 1973-1975 -ci illərdə İsalı kənd orta məktəbində tam orta təhsil almışdır. 1976-1980-ci illər Lenin adına APİ-nin filologiya fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla İmişli rayonuna göndərilmiş, 1980-1988-ci illərdə Nurulu və Qaraqaşlı kəndlərində müəllim, 1986-1988-ci illərdə Qaraqaşlı kınd orta məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. 1988-ci ildə Bakı şəhərinə köçmüş, Azərbaycan radiosunun "Ədəbi dram verilişləri" redaksiyasının əməkdaşı olmuşdur. 1989-cu ildən indiyə qədər Şüvəlan qəsəbəsində yerləşən 2 N-li internat məktəbində müəllim işləyir. 1994-cü il attestasiyasında "Ali koteqoriyalı dil -ədəbiyyat müəllimi" adı almışdır. Özünə "Fərmanoğlu" ədəbi təxəllüsünü seçmişdir.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Osman Hacıbəyov
Osman İsmayıl oğlu Hacıbəyov (18 fevral 1924, Şuşa, DQMV – 14 iyun 1979, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969) Lenin komsomolu mükafatı laueratı (1967), , Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib. El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq) Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev) Yaşar ("Yaşar", Cəfər Cabbarlı) Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib) Protey ("İki veronalı", Vilyam Şekspir) İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə) Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun) Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov) Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Haoldoni) Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov) İohannes ("Qarlar Kraliçası", Yevgeni Şvarts) Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə) Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir) Süleyman ("Ötən ilin son gecəsi", Anar) Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) Keykavus ("Söhrab və Rüstəm", İsgəndər Coşqun) Müküş ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli) O olmasın, bu olsun (film, 1956) "OSMAN HACIBƏYOV". https://www.kino-teatr.ru.
Osman Həbibullayev
Osman Həbibulla oğlu Həbibullayev (28 sentyabr 1913, Bağçasaray, Tavriya quberniyası[d] – 9 sentyabr 1970) — Azərbaycan arxeoloqu. Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində doğulmuşdu. Atası kənddə müəllimlik etmiş, ailəsini dolandırmışdı. Osman körpə ikən valideynlərini itirmiş və uşaq evinə verilmişdi. O, ibtidai təhsilini uşaq evində almışdı. Burada da mütaliəni sevmiş, ömrünün axırınadək kitabları özünə ən yaxın sirdaş bilmişdi. Bağçasarayın əfsanələrlə dolu sirli aləminə də onu ilk dəfə aparan kitablar olmuşdu. Boş vaxtlarında o, həmişə Bağçasarayın qədim xarabalıqlarına tələsmiş, burada dalğın-dalğın gəzərək həyatın keşməkeşli, enişli-yoxuşlu yolunu düşünmüşdü. O, bu xarabalıqlarda böyük Puşkinin bədii təxəyyülündən doğan zəhmli Gireyxanın məhəbbət alovu içərisində çəkdiyi iztirablarının, gözəl Zaremanın qısqanclıq əzablarının, məsum Mariyanın vətən həsrətinin fikrən şahidi olmuşdu. Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, o, Simferopolda yaşayan, uzaq qohumlarının yanına getmiş və orada orta məktəbi qurtarmışdı.
Osman Kuvatov
Osman Mühəmmədəli oğlu - Başqırd milli hərəkatının xadimi. Osman Mühəmmədəli oğlu 1897-ci ildə Orenburq quberniyasının Orsk rayonunun Ziyançurino kəndində anadan olub. 1917-ci ilin iyulunda Orenburqda başqırd qurultayında iştirak etdi. Başqırd mərkəzi icraiyyə komitəsinin üzvü seçilmişdir. 1919-cu ilin 20 iyunundan — Başqırd hərbi-inqilabçı komitəsinin torpaq bölməsinin Kollegiyasının üzvü olub. Almaniyada emiqrasiyada olub. Sonra Bakı tibbi institutunda dərs deyib. 1956-cı ildə, Azərbaycan SSR, Bakı şəhərində vəfat edib. Atası: Kuvatov, Mühəmmədqalim Əbdülqani oğlu — maarifçi. Qardaşı: Kuvatov, Qumer Qalim oğlu — Başqırd milli hərəkatının aktiv iştirakçısı, BMSSR (1919 — 1928), ictimai və dövlət xadimi, cərrah.
Osman Manafov
Osman Mirzəyev
Osman Mirzəhüseyn oğlu Mirzəyev (13 aprel 1937, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan jurnalisti, yazıçı və publisist. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi (1990–1991) olmuşdur. Hal-hazırda Səbail rayonu 190 saylı orta məktəb və Lənkəran şəhərində qarışıq tipli uşaq evi Osman Mirzəyevin adını daşıyır. Jurnalist Sevinc Osmanqızının atasıdır. Osman Mirzəhüseyn oğlu Mirzəyev 1937-ci il aprelin 13-də Bakının Keşlə qəsəbəsində anadan olmuşdur. Sonralar Mirzəyevlər ailəsi buradan şəhərin mərkəzinə köçmüşlər. Orta təhsilini ilk Qırmızı Əmək Bayrağı ordenli 190 saylı məktəbdə alan Osman Mirzəyev, 1956-cı ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olur. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana" qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır.
Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi. Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir.
Osman Naxçıvani
Osman Salman oğlu Naxçıvani — (?-?) rəssam-nəqqaş. Orta əsrlərdə yaşayıb-yaratmış Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bədii metal ustası kimi incə naxışlı zərif mis qablar hazırlamaqla tanınmışdır. Ona məxsus nəfis Naxçıvan bürünc dolçası Beyləqandan tapılmışdır. Parisin məşhur Luvr muzeyində mühafizə olunur. Hündürlüyü 22 sm olan orijinal formalı həmin dolça oyma naxışlarla, gümüşlə işlənərək təsvirlərlə bəzə- dilmiş, üzərində düzəldilmə tarixi (1190) və ustamn adı həkk edilmişdir.
Osman Nurməhəmmədov
Osman Abdulvahaboviç Nurməhəmmədov (21 may 1998, Mahaçqala) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Milliyətcə Avardır. Osman Nurməhəmmədov 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğu Turnirinin bürünc medalına sahib oldu. 2021-ci ildə Osman Nurməhəmmədov əvvəlcə yanvarda Nitsa şəhərində baş tutan Fransa Qran-Prisinin gümüş medalına sahib oldu, sonra isə fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turniri 8-ci pillədə başa vurdu. Bundan sonra Osman Nurməhəmmədov nüfuzlu turnirlərdə medallara sahib oldu. Apreldə Polşada Avropa Çempionatının bürünc, mayda KYRM-da U23 Avropa Çempionatının isə gümüş medallarına sahib olan Osman Nurməhəmmədov, Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatını bürünc, Serbiyanın Belqrad şəhərində baş tutan U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu. 2022-ci ildə isə Osman Nurməhəmmədov fevralda Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirini və martda Macarıstanda Avropa Çempionatını bürünc medalla başa vurdu. Daha sonra iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qızıl, avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medallarına sahib olan Osman Nurməhəmmədov, sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu. Osman Nurməhəmmədov 2023-cü ildə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Apreldə isə Osman Nurməhəmmədov Zaqreb şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Osman Pamukoğlu
Osman Pamukoğlu (27 dekabr 1947, Sinop), Türk əməkdar general, yazıçı və siyasətçi. Haqq və Bərabərlik Partiyasının (HEPAR) qurucusu və ilk sədridir. Sinopun Gərzə rayonunda anadan olan Osman Pamukoğlu, 11 yaşından 55 yaşına qədər hərbi uniforma geyinmişdir. Səlimiyyə Hərbi Orta Məktəbi, Kuleli Hərbi Liseyi, Quru Hərb Məktəbi, Piyadə Məktəbi, Quru Hərb Akademiyası, Silahlı Qüvvətlər Akademiyası və Milli Təhlükəsizlik Akademiyasında təhsil almışdır. 10 il piyadə subayı, 16 il qurmay subay olaraq, qitə komandanlıqları və qərargah subaylığı vəzifələrində çalışmışdır. 1990-1992-ci illərdə Ədirnə-Uzunkörpüdə 42-ci Piyadə Alay Komandanlığı, 1993-1995-də Hakkaridə Dağ və Komanda Tuqayı və Təhlükəsizlik Komandanlığı, 1998-2000-ci illərdə Kiprdə 28-ci Mexaniki Piyadə Tümən Komandanlığı, 2000-2001-də İstanbulda Piyadə Məktəb Komandanlığında vəzifəsini yerinə yetirmişdir. 1993-cü ildə Tuğgenerallığa tərfi etmiş, 1997-ci ildə Tümgenerallığa yüksəlmişdir. 2002-ci ildə tümgenerallıqdan əməkli olan Pamukoğlu toplamda 43 il hərbi uniforma geyinmişdir. Osman Pamukoğlu, birinci dərəcədən “Altın Üstün Cəsarət və Fərəqət Medalı”, 2 dəfə “Üstün Cəsarət və Fərəqət Nişanı” və 5 dəfə “Üstün Birlik Yetişdirmə Nişanı” almışdır. Osman bəy Pamukoğlu, Türkiyə Ordusunda 5 ədəd “Üstün Birlik Yetişdirmə Nişanı”na sahib tək şəxsdir.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Osman Paşa
Osman Paşa
Henrix Hübşman
Henrix Hübşman (alm. Johann Heinrich Hübschmann‎; 1 iyul 1848[…], Erfurt – 21 yanvar 1908, Frayburq-im-Braysqau) — Almaniya filoloqu. Neoqrammatik istiqamətin Hind-Avropa müqayisəli tədqiqatlarının nümayəndəsidir. Strasburq Universitetinin professoru olmuşdur. O, daha çox ermənişünas və iranşünas alim kimi tanınır. Erməni dilinin əvvəllər düşünüldüyü kimi İran dillərindən biri deyil, Hind-Avropa ailəsi daxilində ayrıca qrup olduğunu ilk dəfə müəyyən etmişdir.
Mokşan dili
Mokşa dili, mokşan dili və ya mokşen dili (мокшень кяль) — mokşaların dili. Əsasən Rusiyanın tərkibində olan Mordoviyada yayılmışdır. Цыганкина Д. В. Грамматика мордовских языков (фонетика, графика, орфография, морфология). Саранск, Мордовское книжное издательство, 1980, s.430. Коляденковой М. Н., Заводовой Р.Грамматика мордовских (мокшанского и эрзянского) языков. Ч.1. Фонетика и морфология. Саранск, Мордовское книжное издательство, 1962, с.376. Имяреков А. К. Мокшанско-русский словар. Саранск, Мордовское книжное издательство, 1953, с.
Nikolay Koşman
Koşman, Nikolay Pavloviç (5 aprel 1944) — RF-nın dövlət xadimi, general polkovnik; 1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini; 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri. O, Ukrayna SSR-in Kirovoqrad vilayətinin Yeni — Georgievka rayonunun Mironovka kəndində anadan olub. O, Dnepropetrovsk Avtomobil Yolları Texnikumunda, Ussuriya hərbi avtomobil məktəbində, hərbi akademiyanın cəbhə arxası və nəqliyyat üzrə rabitəçi hərbi mühəndis ixtisası üzrə təhsil alıb. Sovet dövründə dəmiryol qoşunlarında taqım komandirindən korpus komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb. Çernobıl AES-in qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edib. 1991-1995-ci illərdə dəmiryol qoşunlarında komandan müavini olub. 1994–1995-ci lərdə Çeçen Respublikası ərazisində dəmiryolunun bərpa olunmasında iştirak edib. 1995–1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini (rəis D. Q. Zavqayev). 1996-cı ildə RF Prezidentinin səlahiyyətli nümayəndəsi kimi Çeçen Respublikasına (O. İ. Lobovun yanına) müvəqqəti ezam olunub. 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri olub.