Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kök-monçaq dili
Kök-monçaq dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və Sengel dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya Sengel dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Monqolustanda və Çində danışılır. 1995-ci ildə 200 nəfər danışırdı.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. == Mənbə == Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Monizm
Monizm(yun. monos — bir, vahid) — bütün mövcudatın əsasının bir başlanğıcdan ibarət olmasını qəbul edən fəlsəfi təlim. Həm materialist, həm də idealist monizm mövcuddur. Materialistlərə görə, dünyanın başlanğıcı, əsası materiyadır. İdealistlər isə ruhu, ideyanı bütün hadisələrin vahid başlanğıcı hesab edirlər. İdealist monizmin ən ardıcıl forması Hegel fəlsəfəsidir. Dünyanı maddi, bütün hadisələri isə hərəkətdə olan materiyanın müxtəlif növləri hesab edən dialektik materializm üçün ardıcıl materialist monizm xarakterikdir. Elmi materialist monizm dialektik materializm üçün səciyyəvidir. Marksizm fəlsəfəsində monizm ictimai hadisələrə də şamil edilir. Fəlsəfi monizmin problemi maddi və ideal başlanğıcların qarşılıqlı münasibətlərini anlamaqdır.
Monlar
Monlar (talayn, မွန်လူမျိုး; mùn lùmjóʊ) — Myanmanın cənubunda, əsasən Mon ştatı və ona qonşu vilayətlərdə, eləcə də Tailandın cənub-qərbində yaşayan xalq. Avstroasiya dil ailəsinin mon-kxmer qoluna daxil olan mon dilində danışırlar. VI əsrdə yaranmış əlifbaları var. Buddizmə sitayiş edirlər.[mənbə göstərin]Eramızın I minilliyində monların erkən dövlətlər olmuşdur (Dvaravati və s.). I minilliyin sonlarında başlayaraq Mon ölkəsinə şimaldan birmanlılar soxulmağa başlamış və XVIII əsrin ortalarında mon dövləti Dvaravatini süquta uğratmışar. Monların birmanlılara böyük mədəni təsiri olmuşdur.
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Monom
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Monza
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. == İdman == Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. == Nişan xonçası == Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. == Xonça gətirmə == Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Aleksandr Movçan
Aktyor == Həyatı == Aleksandr Andreyeviç Movçan 24 mart 1932-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutundan məzun olub (1961). A. Dovjenko adına kinostudiyada (1961–1966, 1971), Almaniyada Sovet Qoşunları Teatrında işləyib (1966–1971).
Luşi-Monfan
Luşi-Monfan (fr. Louchy-Montfand) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 288 nəfərdən (15–64 yaş) 216 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,0%, 1999-cu ildə 77,1%). Fəal 216 nəfərdən 208 nəfəri (114 kişi və 94 qadın) işləyir, 8 nəfər işsizdir (1 kişi və 7 qadın).
Monbar (rayon)
Monbar (fr. Montbard) — Fransanın Burqundiya regionun rayonlarından biri. Departamenti — Kot-d'Or. Suprefektura — Monbar. Rayon əhalisi 2006-cı ildə 62 395 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 17 nəf / km². Rayon ərazisi — 3596 km².
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. == İstinadlar == == Əlavə ədəbiyyat == "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Montan (İzer)
Montan (fr. Montagne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38245. Kommunanın 2012-cu il üçün əhalisi 265 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 259 ilə 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Oles Qonçar
Oles (Aleksandr) Qonçar (tam adıː Aleksandr Terentyeviç Qonçar; ukr. Олесь Терентійович Гончар; 3 aprel 1918[…], Lomovka[d] – 14 iyul 1995, Kiyev) — Ukrayna sovet yazıçısı, publisist və ictimai xadim. == Haqqında == 1918-ci il aprel ayının 3-də Poltava vilayətinin Suxa kəndində anadan olmuşdur. Sonradan Oles Qonçar Dnepropetrovska köçmüş və yerli universitetə ​​daxil olaraq müharibə səbəbi ilə kəsilən təhsilini davam etdirmişdir. Təzə xatirələr və hərbi qeydlər əsasında bir neçə roman yazmış və nəşr etdirmişdir. "Alplar" müharibəsi haqqında debüt romanını yazmış ("Bayraqdarlar"ın birinci hissəsi — trilogiya), 1946-cı ildə respublika ədəbi jurnallarının birində çap etdirmişdir. Qonçarın ilk romanının nəşri onun həyatını dəyişmişdir. O, o dövrün ədəbiyyat korifeylərini rus ədəbiyyatındakı yeni istedada diqqət yetirməyə vadar etmişdir. Belə ki, Ukrayna sovet ədəbiyyatının tanınmış ustadı Yuri Yanovski gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirmiş və onu öz diqqətində saxlamışdır. Buna görə də, Alpların uğurundan sonra o, Qonçarı Kiyevə köçməyə, aspiranturaya daxil olmağa və yeni romanlar üzərində işləməyə davam etməyə dəvət etmişdir.
Qonçaq xan
Qonçaq xan (XII əsr – 1203) — Qıpçaq xanı (1170–1203). == Həyatı == Qonçaq xan Ətrak xanın oğludur. Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir aydan sonra Qonçaqla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlindədir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi zəhərləyirlər.
İv Montan
İv Montan (fr. Yves Montand, Fransızca tələffüz: [iv mɔ̃ˈtɑ̃], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921[…] – 9 noyabr 1991[…], Sanlis, Fransa) — fransız şanson müğənnisi və aktyoru. == Həyat və yaradıcılığı == İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur. 1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır.
Şatel-Montan
Şatel-Montan (fr. Châtel-Montagne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 419 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfərin (15-64 yaş arasında) 152 nəfəri iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 59.8%). Fəal olan 152 nəfərdən 137 nəfəri (81 kişi və 56 qadın), 15 nəfəri işsiz (10 kişi və 5 qadın) idi. Aktiv olmayan 11 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Con Monaş
Con Monaş (ing. John Monash; d. 27 iyun 1865, Melburn, Avstraliya – ö. 8 oktyabr 1931, Melburn, Avstraliya) — tanınmış Avstraliya generalı; Monaş Universitetinə onun adı verilmişdir. Bu, Avstraliyada birinci universitet idi ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılırdı.
Həsən Monax
Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142–1182-ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Ablaqaxaç əraziləri daxil idi. Alban Arşakiləri sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182-ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Talavoraza verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.
Konça Buyka
Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka, Mayorka) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır. == Bioqrafiyası == Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüsseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir. O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var. Buyka bir neçə filmin musiqisini ifa etmişdir.
Konça Kallexa
Konça Kallexa (isp. Concha Calleja, 10 iyul 1964, Barselona) — ispan jurnalisti və yazıçısıdır. Əsas fəaliyyəti jurnalistikada, tarixi və məşhur simaların həyatında, yazdığı kitablara əsasən çəkilmiş filmlərin və serialların ssenariyasında cəmləşir. == Həyatı və fəaliyyəti == O, UNED-də "Coğrafiya və tarix" ixtisası üzrə bakalavr, həmçinin "Protokol və institusional əlaqələr" ixtisası üzrə təhsil alıb. Kriminologiya, məhkəmə psixologiyası və kriminal profilləmə sahəsində məhkəmə mütəxəssisidir. Kembric Universitetinin "Məsləhət psixologiyası" üzrə magistr dərəcəsini alıb. Fəaliyyətinin ilk addımlarından biri Gava Arxeologiya Muzeyi (Barselona) tərəfindən aparılan arxeoloji qazıntılar üzərində işlərdir ki, onu mətbuat dünyasına gətirib çıxardır. Sonradan La Vanguardia, El Periódico, El Mundo, Mundo Científico, La Clave, Cuadernos de Pedagogía, Historia y Vida e Historia kimi kütləvi informasiya vasitələrində çalışmışdır. Onun kitablarından ikisinin "Cayetana", "Duquesa de Alba" və "El álbum privado de la Duquesa de Alba" üzərində "La duquesa" serialı çəkilmişdir. Bundan başqa, "La mujer morena" əsəri Sur televisión kanalında yayımlanan eyniadlı sənədli film üçün ssenari mənbəyi olmuşdu.
Marmota monax
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Monax suitiləri
Monax suitisi
Monaş Universiteti
Monaş Universiteti (ing. Monash University) — Avstraliyanın Melburn şəhərində yerləşən ali təhsil ocağı. == Tarixi == Avstraliyanın Baş nazir Robert Menzis 1957-ci ildə məruzə edərək, Viktoriya ştatında ikinci universitetin yaradılmasını təklif edir. 1958-ci ildə Viktoriya ştatı parlamenti universitet yaradılması haqqında qərar qəbul edir və yeni yaradılmış ali məktəbə tanınmış Avstraliya generalı Con Monaşın şərəfinə Monaş Universiteti adı verilir. Bu, Avstraliyada birinci universitet idi ki, şəhərin və ya ştatın adı ilə deyil, insanın şərəfinə adlandırılırdı. Monaş Universitetinin ilk kansleri Robert Blekvud, vitse-kansleri isə Lui Metison təyin edilir. Kleyton ərazisində universitetə 100 hektar ərazi ayrılır. 1961-ci ildə Monaş Universitetinə 347 tələbə qəbul olduğu halda, 1967-ci ildə bu rəqəm 21000-dən çox təşkil edir. 1960-cı ilin ortaları — 1970-ci ilin əvvəllərində Monaş Universiteti Avstraliyada tələbə radikalizminin mərkəzinə çevrilir. Burada çoxlu tələbə nümayişləri baş verir.
Mocan
Mocan kəndi İranın Qum ostanında Xələcistan bölümünün(Baxş)ının Dəstcerd qəsəbəsində yerləşib.Kəndin əhalisi Xələclərdən ibarətdir və Xələc dilində danışırlar.
Occam
Occam – paralel proqramlaşdırma üçün yüksək səviyyəli, prosedurlu dil. 1980-ci illərin başlanğıcında işlənib hazırlanıb. 14-cü əsr ingilis filosofu Okkamlı Uilyamın şərəfinə adlandırılıb. Occam dilinin təməl anlayışı hesablama prosesidir; prosesin əsas xarakteristikası ondan ibarətdir ki, o başladıla və sona çatdırıla bilər. Bu dildə bir neçə sadə proses təyin olunub: mənimsətmə prosesi, kanal vasitəsilə giriş və çıxış prosesləri (? və ! simvolları ilə göstərilir), SKIP və STOP formal prosesləri (birinci dərhal sona çatır, ikinci isə heç vaxt), taymerin və taymer ləngiməsinin oxunması prosesləri. Qalan bütün proseslər isə öncə təyin olunmuş proseslərdən iyerarxik qurma vasitəsilə alına bilər. Bu məqsədlə Occam dilində bir sıra proses konstruktorları vardır: SEQ (proseslərin ardıcıl yerinə yetirilməsi prosesini təyin edir), PAR (proseslərin paralel yerinə yetirilməsi prosesini təyin edir), eləcə də IF şərti proses, WHILE dövri proses, ALT proseslərin seçilməsi prosesinin konstruktoru. Mövcud qaydalara görə SEQ və ya PAR tipli mürəkkəb proses o zaman sona çatmış hesab olunur ki, onun təşkil edən bütün proseslər sona çatmış olsun.
Yonca
Yonca (lat. Trifolium) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.Yonca cinsinin nümayəndələri çoxillik ot bitkisidir. Boyu 50–80 sm-dir. Dərin bir kök sistemi vardır. Əlverişli şəraitdə bitkinin kökü torpaqda 8–10 metrə qədər dərinliyə uzana bilir. Paxlalı yem bitkilərindən səpin yoncasının (Medicaqo sativa L.) 80-ə qədər yabanı və mədəni sort və formaları, çəmənlik üçyarpaq yoncasının (Trifolium pratense L.) 6 yabanı forması vardır. Yem bitkiləri içərisində ən çok bəsləyicilik dəyəri olan yoncada 10 qədər vitamin var. == Əhəmiyyəti == Azərbaycanda şəxsi və fermer təsərrüfatlarında heyvanlar üçün yem bazasının əsasını qaba yemlər (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Yem paylarının tərkibində qaba yemlərin xüsusi çəkisi 80–85%-dir, qalan 15–20%-i qüvvəli yemlər təşkil edir. Qaba yem bitkilərinin əsasını yonca təşkil edir.
Epidendrum mancum
Epidendrum mancum (lat. Epidendrum mancum) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
Ağ yonca
Ağ yonca (lat. Trifolium repens) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — paxlakimilər fəsiləsinin yonca cinsinə aid biki növü. Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. == Çiçək == Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir,şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvə: Paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax. dağ.
Boşmeyvə yonca
Boşmeyvə yonca (lat. Trifolium fragiferum) - yonca cinsinə aid bitki növü.