Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konotop
Konotop (ukr. Конотоп) — Ukraynanın şimalındakı Sumı vilayətində yerləşən şəhər, eyniadlı rayonun idarəetmə mərkəzi. Konotop şəhəri Sumıdan 129 km məsafədə yerləşir. Şəhər ərazisində Konotop aerodromu yerləşir. == Tarix == Bu ərazidə ilk dəfə olaraq XVII əsrin əvvəllərində kazaklar məskən salmışlar. Yaşayış məntəqəsinin adına ilk dəfə 1634-ci ildə müxtəlif mənbələrdə Novoselitsa olaraq rast gəlinmişdir. 1642-ci ildə polyaklar burada qala tikmiş və həmin qalanı bu ərazinin yaxınlığından keçən çayın adı ilə Konotopka adlandırmışlar. Bu qala sonralar Moskva dövlətinə qarşı mübarizədə istehkam vasitəsi olaraq mühüm rol oynamışdır. 1659-cu ildə şəhərin yaxınlığında baş tutan Konotop döyüşü zamanı İvan Vıqovskinin rəhbərliyi altında olan kazaklar (polyaklar və krım tatarları ilə birlikdə) Çar Rusiyası qoşunlarını məğlubiyyətə uğratmışdır. 1782-ci ildə Konotop şəhər statusu almışdır.
Mololon
Mololon — Azərbaycan Respublikasının Masallı rayonunun Mahmudavar inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 431 nəfərdir. == Toponimiyası == Talış dilində Mololon kimi tələffüz olunur. Tədqiqatçıların fikrincə, oykonim molol çay, su kənarında bitən meyvəsiz qıjışəkilli yarpağı olan ağac növü, -on cəmlik bildirən şəkilçidir. Bütövlükdə, oykonim “molol ağacları bitən yer, molol ağacları çox olan yer, mololluq” mənasını bildirir.
Monitor
Monitor (gəmi tipi) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri == Sənət, əyləncə və mediada istifadəsi == Christian Science Monitor — 1908-ci ildə qurulan və eyniadlı dövri nəşrlər yayımlayan beynəlxalq xəbər təşkilatı. Monitor — rus dilində dərc olunan həftəlik ictimai-siyasi jurnal. == Hesablama və texnologiya == Rəngli monitor — videoadapterin köməyilə rəngli mətn və qrafik görüntülərin verildiyi kompüter displeyi.
Monoloq
Monoloq (yun. μόνος — bir və λόγος — nitq) tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə ifadə etmək üçün təqdim olunan nitq. Başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və s.), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb. Monoloqlar soliloqlar (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr termini) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. == Oxşar ədəbi formaları == Monoloqlar şeirlərə, epifaniyalara və digərlərinə bənzəyir, ona görə ki, bir "səs" nitqini əhatə edir, lakin aralarında fərqlər var. Məsələn, soliloloq bir personajın öz düşüncələrini və hisslərini başqa personajlara müraciət etmədən özü və tamaşaçı ilə əlaqələndirməsini əhatə edir. Monoloq — insanın ucadan söylənilən fikirləridir. Monoloqlar natiqin və ya yazıçının xəyali şəxsə, cansız obyektə və ya ideyaya istinad etdiyi apostroflardan da fərqlənir.
Monson
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Amonton qanunu
Amonton qanunu — cismlərin kontakt təsir etmə zamanı toxunan və normal əlaqə reaksiyalarını izah edən empirik qanundur. == Düsturlar == v ≠ 0 {\displaystyle {\textbf {v}}\neq 0} olduqda: F = − v | v | μ | N | {\displaystyle {\textbf {F}}=-{{\textbf {v}} \over {|{\textbf {v}}|}}\mu |{\textbf {N}}|} v = 0 {\displaystyle {\textbf {v}}=0} olduqda: | F | ≤ μ | N | {\displaystyle |{\textbf {F}}|\leq \mu |{\textbf {N}}|} == Xarici keçidlər == Самсонов В.А. Очерки о механике.
Conston rifi
Conston rifi – ABŞ-nin Sakit okeanda yerləşən adası.
Cucumis conomon
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Melo conomon
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. Lökbatan qəsəbəsi rayonun mərkəzidir. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır.
Monitor (dəqiqləşdirmə)
Monitor (gəmi tipi) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri == Sənət, əyləncə və mediada istifadəsi == Christian Science Monitor — 1908-ci ildə qurulan və eyniadlı dövri nəşrlər yayımlayan beynəlxalq xəbər təşkilatı. Monitor — rus dilində dərc olunan həftəlik ictimai-siyasi jurnal. == Hesablama və texnologiya == Rəngli monitor — videoadapterin köməyilə rəngli mətn və qrafik görüntülərin verildiyi kompüter displeyi.
Monitor (jurnal)
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi. == Tarixi == “Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
Monitor jurnalı
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi. == Tarixi == “Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
Monogen vulkanlar
Monoloq (1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov === Filmdə iştirak edən === Süleyman Rüstəm === Arxiv kadrlarda iştirak edənlər === Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur) == Sitatlar == Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.
Monotip (poliqrafiya)
Monotip (q.yun. μόνος – tək; τύπος – çap izi) — ayrı-ayrı literlərdən və boşluq materialından ibarət, tələb olunan uzunluqda şrift sətirlərinə uyğun çap yığısı hazırlayan avtomatik hərftökən maşın. Klaviaturalı və hərftökən aparatlardan ibarətdir. Klaviaturalı aparat çap yığısını deşiklərdən ibarət kombinasiyalar (perforasiyalar) ardıcıllığı şəklində kağız lentə (perfolentə) qeyd edir və sözlər arasındakı boşluqların ölçülərini müəyyələşdirir. Hərftökən aparatda isə kağız lent üzərində qeyd olunmuş mətnə və boşluq ölçülərin əsasən uyğun ardıcıllıqda literlər, boşluqlar tökülür, səirlər yığılıq və qrankalar alınır. İdarəetmə proqramının avtomatda hazırlanma sürəti adi yazı makinasında çapetmə sürətinə yaxındır. Monotip dəqiqədə 180-ə qədər liter tökə bilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бушунов В. Т. Монотип (Наборная и отливная машины). — М.; Л., 1948. Шульмейстер М. В. Монотип.
Rəngli monitor
Rəngli monitor (ing. color monitor), Kompüter monitoru — məlumatı şəkilli və ya mətn şəklində göstərən çıxış cihazıdır. Monitor adətən vizual displeydən, bəzi sxemlərdən, korpusdan və enerji təchizatından ibarətdir. Müasir monitorlardakı displey cihazı adətən soyuq katodlu flüoresan lampa (CCFL) arxa işığını əvəz edən LED arxa işıqlandırması olan nazik film tranzistorlu maye kristal displeydir (TFT-LCD). Əvvəlki monitorlarda katod şüa borusu (CRT) və bəzi Plazma (həmçinin Qaz-Plazma adlanır) displeylərdən istifadə olunurdu. Monitorlar VGA vasitəsilə kompüterə qoşulur. Rəqəmsal vizual interfeys (DVI), HDMI, DisplayPort, USB-C, aşağı gərginlikli diferensial siqnal (LVDS) və ya digər xüsusi konnektorlar və siqnallar. Əvvəlcə kompüter monitorları məlumatların işlənməsi üçün, televizorlar isə əyləncə üçün istifadə edilmişdir. 1980-ci illərdən etibarən kompüterlər (və onların monitorları) həm məlumatların işlənməsi, həm də əyləncə üçün istifadə olunmağa başladı, televizorlar isə bəzi kompüter funksiyalarını həyata keçirdi. Televizorların və kompüter monitorlarının ümumi tərəf nisbəti 4:3-dən 16:10-a, 16:9-a dəyişdi.
Vyaçeslav Molotov
Vyaçeslav Mixayloviç Molotov (əsl soyadı Skryabin; 25 fevral (9 mart) 1890-cı il, Kukarka, Vyatsk quberniyası, Rusiya imperiyası – 8 noyabr 1986-cı il, Moskva) — SSRİ dövlət və siyasi xadimi. SSRİ Xalq Komissarları Sovetinin Sədri (1930 – 1941-ci illər), 1939—1949 və 1953—1956-cı illərdə xarici işlər xalq komissarı (sonradan naziri). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (29.11.1946, 26.03.1959-cu il tarixində ləğv edilib). Sosialist Əməyi Qəhrəmanı (1943). 1906-cı ildən Kommunist(bolşeviklər) partiyasının üzvü (1962-ci ildə xaric edilib, 1984-cü ildə bərpa edilib), partiya Mərkəzi Komitəsinin üzvü (1921—1957, 1920-ci ildə üzvlüyə namizəd), MK Siyasi Büro üzvü (Rəyasət Heyəti) 01.01.1926-dən 29.06.1957-ci ilədək (üzvlüyə namizəd 16.03.1921). I-IV çağırış SSRİ Ali Sovetinin deputatı (1937—1958). == Həmçinin bax == Molotov kokteyli == Mənbə == Запись беседы Народного комиссара иностранных дел СССР В. М. Молотова с послом Японии в СССР С. Того на сайте "Руниверс" Биографии Молотова на сайте "Хронос" Ф. Чуев. Сто сорок бесед с Вячеславом Молотовым Жорес Медведев Соломон Лозовский, Полина Жемчужина и Вячеслав Молотов // Сталин и еврейская проблема.
Moneron adası
Moneron adası (rus. Монерон, yap. 海馬島) — Saxalinin cənub-qərb sahilindən 43 kilometr aralıda, Tatar boğazında bir ada. 1905-1945-ci illərdə Kaibato adı ilə Moneron Yaponiyanın Karafuto qubernatorluğunun tərkibində idi. İndi ada Rusiyanın Saxalin vilayətinin Nevelsk şəhər rayonunun bir hissəsidir. Adanın cənub hissəsində mayak və hava stansiyası var. Aktiv iqtisadi fəaliyyətin izləri eramızdan əvvəl 1 min illərə təsadüf etsə də, hazırda daimi əhali yoxdur. Müxtəlif dövrlərə aid 12 mədəni irs abidəsi vardır. 1905-1970-ci illərdə adada daimi mülki əhali yaşayıb. Ətrafdakı qayalıqlar quş koloniyaları üçün məskəndir.
Entoni Conston
Entoni Conston (ing. Antony Johnston; 25 avqust 1972, Birminhem, Vorvikşir qraflığı) — Britaniya komikslər, video oyunlar və romanlar yazıçısı. O, postapokaliptik komiks seriyası "Wasteland", "The Coldest City" qrafik romanı və bir neçə "Image Comics" seriyasındakı işi ilə tanınır. 2023-cü ilin may ayında Conston seriyanın ilki olan "The Dog Sitter Detective"i nəşr etmişdir. == Mükafatlar == Constonun 2001-ci ildə yazdığı "Qorxuducu əyrilər" romanı 2002-ci ildə "BookExpo America"da Amerika Müstəqil Nəşriyyatının (IPPY) "Ən yaxşı dəhşət" mükafatını qazanmışdır. "Resident Evil Village"də Ledi Dimitresku obrazı üçün yazdığı ssenari ona 2022-ci ildə "Personajda görkəmli nailiyyət" üçün D.I.C.E Mükafatını qazandırmışdı.
Montan-Pele
Montan-Pele (fr. Montagne Pelée) və ya Mon-Pele (fr. Montagne Pelée) — Karib hövzəsində, Martinika adasında püskürən vulkan. Hündürlüyü 1397 metrdir. 1902-ci ildəki püskürməsi fəlakətli olmuşdur. Vulkan külü, bombası və qaymalarından ibarət arığ istis bulud kraterdən qopmuş və Sen-Pyer şəhərini 26 min əhalisi ilə birlikdə məhv etimşdir. == Həmçinin bax == Lui-Ogüst Silbaris == İstinadlar == == Əlavə ədəbiyyat == "Deadliest Eruptions". Pacific Disaster Center. 2012-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.
Montan (İzer)
Montan (fr. Montagne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38245. Kommunanın 2012-cu il üçün əhalisi 265 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 259 ilə 560 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.