Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mormor
Mormor — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Mormor kəndi Arabaçı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mormor kənd Soveti yaradılmışdır. Kəndin keçmiş adı Sarılar olmuşdur. Kəndi XIX əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən gəlmiş Sarı oğlu Kərbəlayı Nəcəf köhnə kənd yerində salmışdır. Yerli əhalinin məlumatına görə, həmin köhnə kəndin adı Mormor olmuş və yaxınlıqdakı mineral bulaqların adını daşımışdır. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 489 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mormon
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup. == Tarixi == XIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir. "Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər. Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər.
Mormo
Mormo (lat. Mormo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Mormon kitabı
Mormon kitabı (ing. The Book of Mormon) — mormonizmin müqəddəs mətnlər toplusu İlk dəfə 1830-cu ildə Cozef Smit tərəfindən nəşr olunmuşdur. "Mormon kitabı" mormonların əsas kitabıdır. Burada Bibliya və "Mormon kitabı"nın mətnləri müqayisə edilir və ikincinin həqiqət olduğu bildirilir. Kitab on beş fəsildən və beş yüz səhifədən ibarətdir. "Təlimlər və cəmiyyətlər", eləcə də "Qiymətli mirvari" kitablarında mormonların peyğəmbər kimi qəbul etdikləri Cozef Smitin həyat barədə fikirləri cəmlənmişdir.
Mormo maura
Mormo maura (lat. Mormo maura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin mormo cinsinə aid heyvan növü. Qanadları açılmış halda 60-65 mm-dir. Ön qanadların rəngi qəhvəyi-qaradır, qırmızımtıl rəngə çalır, eninə uzanan və dalğaşəkilli zolaq qonuru-bozdur, dairəvi və böyrəkşəkilli naxışın ortası boz olub, sarımtıl-boz rənglə haşiyələnmişdir. Dalğaşəkilli zolaq kəskin surətdə dişlidir, ön kənarında qara pazşəkilli ləkələr, xarici küncündə isə açıq ləkələr vardır. Arxa qanadlar qəhvəyi-qara, üzərindəki eninə zolaq isə çox enli və tünd qəhvəyidir. Mərkəzi və Cənubi Avropa, Cənubi Rusiya, Kiçik Asiya, Qərbi Türkmənistan, Cənubi Ukrayna, Gürcüstanda yayılmışdır. Azərbaycanda isə yalnız Kiçik Qafqazın dağətəyi meşələrində rast gəlinir. Son dərəcə azdır, cəmi 1 kəpənəyi tutulmuşdur. Dağətəyi və dağ meşələrində yaşayır.
Monmor (Yuxarı Alplar)
Monmor (fr. Montmaur, oks. Montmaur) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05087. 2008-ci ildə əhalinin sayı 510 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 316 nəfərdən (15-64 yaş) 239 nəfəri iqtisadi cəhətdən fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.6%, 1999-cu ildə 67.4%). 239 fəal şəxsdən 220 nəfəri (116 kişi və 104 qadın), 19 nəfəri işsizdir (11 kişi və 8 qadın).
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Marmot
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Morqot
Mórqot Báuqlir (ing. Morgoth Bauglir; /ˈmɔrɡɔθ ˈbau̯ɡlir/, sindarin dilindən «Qaranlıq Düşmən» kimi tərcümə olunur; əvvəlcə Melkor kimi tanınırdı, kvenya dilindən «qüdrətdə yüksələnən») — C. R. R. Tolkinin əsərlərində Arda kainatının əsas antaqonisti olan ainu. Əvvəlcə ainuların ən güclüsü idi, zamanla o, şər və qaranlığın təcəssümü oldu. Başda qardaşı Manve olmaqla vaların qalan hissəsi Melkora həmişə müqavimət göstərib. Ainur Musiqisi yaranmazdan əvvəl, Melkor vala Vardanı həyat yoldaşı etmək istəyirdi, lakin o, onu qəbul etmir, bundan sonra Melkor Vardaya böyük nifrət bəslədi. Gecə Qapıları vasitəsilə Ardadan kənara qovulana qədər Eäda ən çox məhz Vardadan qorxurdu. Valara qarşı müharibədə həmdə bir çox maiar Melkorun tərəfinə keçir, hansılar ki onun əzəmətli vaxtlarında dəbdəbəsi ilə cəlb olunmuşdu və zülmətdə ona sadiq qalmışdılar; başqalarını isə yalan və xain hədiyyələrlə ona xidmət etməyə məcbur etmişdi. Bu ruhlar arasında Valaraukar da var idi, o ruhlar ki Orta Dünyada balroqlar – «dəhşət iblisləri» kimi adlanırdılar. Melkorun dönüklüyü ilə bağlı “Valakventada” deyilir ki «əzəmətdən təkəbbürə düşən, ondan sonra özündən başqa hər kəsə nifrət etməyə başlayan, dağıdıcı və amansız bir ruha çevrildi. O, hikməti hiylə ilə əvəz etdi, istifadə etdiyi hər şeyi təhrif edib öz iradəsinə tabe edərək nəticədə şərəfsiz yalançı oldu.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Tormos
Tormos (isp. Tormos) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,30 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 380 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir.
Xorxor
Xorxor (Üskü)
Komor
Komor adaları, Qəmər adaları, rəsmi adı Komorlar İttifaqı, daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km² (Mayotta (Maore) adası ilə 2235 km²). Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan) və Mvali (Moheli). Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var. Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, "ay" deməkdir. Ayın təsviri bayrağında da vardır. 6 iyul 1975-ci il tarixindən Komor adaları müstəqil dövlətdir. Ölkənin prezidenti 26 may 2016-cı ildən başlayaraq – Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir. == Tarix == Komor Adalarının doğru adı Qəmər adalarıdır.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Motor
Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu. Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirilir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir. Mühərrikin hərəkətində porşenin necə hərəkət etdiyini görürsünüz. Blokun içində gedib gələn porşen yüksək temperatur və yüksək sürətin nəticəsində yeyilir. Bu halda kompresiya azalır və mühərrik gücünü itirir. Bunun qarşısını almaq üçün Motor Safe istifadə edin. Mühərriklər iki qrupa bölünürlər.
Formoz ardıcı
Formoz ardıcı (lat. Juniperus formosana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Levi Morton
Levi Parsons Morton (ing. Levi Parsons Morton, 16 may 1824 – 16 may 1920) — Amerika Birləşmiş ştatlarının (1889-1893) 22-ci vitse-prezidenti olmuşdur. O, daha sonra New Yorkun 31-ci qubernatoru seçilmişdir. == İstinadlar == == Mənbə == National Contest, Containing Portraits and Biographies of Our National Favorites, Darling Bros. & Co., Detroit, Michigan, 1888.
Marmot adası
Marmot adası (ing. Marmot Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 45,2 km² olan ada. Kadyak arxipelaqına daxildir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak borosuna aiddir. Afoqnak adasının şərqində yerləşir. Əvvəlcə Evraşiçi olaraq adlandırılır. Adanı bu cür 1826-cı ildə Qavrila Sarıçev adlandırır. Amerikalılar daha sonra adaya marmot adını verirlər. Adanın uzunluğu təxminən 11,5 km, eni isə 5,5 km-dir. Sahəsi 45,2 km²-dir.
Marmot günü
Marmot günü (ing. Groundhog Day) — Hər il 2 fevral tarixində ABŞ və Kanadada keçirilən milli bayram. Həmin gün marmotu yuvasından çıxarılır və onun özünü aparmasına görə havanın necə olacağına proqnozu verilir.
Mordov dilləri
Mordva dilləri — Ural dil ailəsinin fin-uqor dillərinin fin-volqa dilləri qrupuna aiddir. Mordov dilləri qrupuna iki dil daxildir — mokşan dili və erzyan dili. Mordov dilləri Rusiya ərazisində Mordoviyada, Çuvaşistanda, Tatarıstanda, Başqırdıstanda, həmçinin Nijeqorod, Orenburq, Penza, Ryazan, Samara, Saratov, Tambov və Ulyanov vilyaətlərində yayılıb. Mokşan və erzyan dilləri rus dili ilə yanaşı Mordoviya Respublikasının rəsmi dilləridir. Knyaz Kurbskinin bildirdiyuinə görə meşeralılar da mordov dillərinə aid imiş. Mordov dillərində danışan erzya, mokşa, şokşa, teryuxan və karatai xalqları ümumi mordva xalqı adı altında birləşirlər. Ona görə ümumi saylarını müəyyənləşdirmək çətin olur. Rusiyada 201-ci il əhalini siyaıya alınmasına görə 392 941 nəfər mordva dilini, 36 726 nəfər erzya-mordov dilini, 2025 nəfər mokşa-mordov dilini bildiklərini bildiriblər; 744 237 nəfər özləri mordva, 4767 nəfər mokşa, 57 008 nəfər erzya xalqına aid olduqlarını göstəriblər. Kiril qrafikalı əlifbalı dillər siyahısı Орнатов П. Мордовская грамматика, составленная на наречии мордвы-мокши. — М., 1838; Шахматов А. А. Мордовский этнографический сборник.
Morjov adası
Morjov adası — Kara dənizində, Pyasin körfəzində, Sibir sahillərindən şimalda, Pyotr Çiçakov sahilindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Taymır yarımadasından Kuroçkin (11 km) boğazı ilə ayrılır. Rastorquev adasından 14 km məsafədə yerləşir. Adanın uzunluğu 4,4 km, maksimal eni isə 2,4 km təşkil edir. Sahil xəttinin uzunluğu 12,5 km-dir. Sahilləri sıldırımlıdır. Elədə böyük olmayan buxtalara adanın şərq və şimalıbda rastlanır. Kamennıe adaları qrupuna daxildir.
Moxvor (Çaldıran)
Moxvor (fars. مخور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 997 nəfər yaşayır (162 ailə).
Körmöz
Körmöz - türk və altay xalq inancında və mifologiyasında ruh, cin, qarabasma mənasını verən söz. Körmös, Kürmös və ya Körümes də deyilir. Yaxşılıq və pislik edən ruhların hamısıdır. Ümumiyyətlə üçlü bir təsniflə ələ alınarlar. Yer üstündə yaşayan ruhlar, Su və torpaq altında yaşayan ruhlar. Səmada yaşayan ruhlar. Bəzən Tanrının vəzifələndirdiyi varlıqlardır. Şeytanı varlıqlara isə Soqor Körmös (Kor Mələk) adı verilirdi. İslam inancına görə də şeytan da əslində mələklərin içərisindədir lakin sonradan üsyan etmişdir. Körmösler ən çox gün batımında və gün doğumunda ortaya çıxar və təsirli olurlar.
Mett Mördok
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.