Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozul
Bozul (fr. Bozouls, oks. Boason) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Bozul kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12033. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 18 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2772 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1768 nəfər (15–64 yaş arasında) 1360 nəfər iqtisadi fəal, 328 nəfər hərəkətsiz (fəaliyyət göstərici 80,6%, 1999-cu ildə 76,6%) idi.
Mazıx
Mazıx (2001-ci ilədək Matsex) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Mazıx kəndində orta məktəb, həkim ambulatoriyası, klub, poçt, ATS, uşaq baxçası, baytarlıq dairəsi, asfalt zavodu, Beretbinə kəndində məscid, klub, kitabxana, feldşer-mama məntəqəsi, Qəbizdərə kəndində ibtidai məktəb, kitabxana, feldşer-mama məntəqəsi vardır. Tarixi abidələr: Məscid, Qədim bürc, qəbristanlıq, Hücrə. == Coğrafiyası və iqlimi == Mazıx kəndi, rayon mərkəzindən 5 km aralı, Zaqatala – Balakən şose yolunun yaxınlığında, Katex çayının sağ sahilində yerləşir. Qəbizdərə kəndi, Qazangül qəsəbəsi, Katex çayı ilə həmsərhəddir. Mazıx ərazi nümayəndəliyi 4 (Mazıx, Qəbizdərə, Beretbinə, Cicixana) kənddən ibarətdir. Nümayəndəliyin ərazisi 1568 hektar. == Əhalisi == Zaqatala şəhərindən 13 km uzaqlıqda yerləşən kənddə 376 evdə 1,500 nəfər əhali məskunlaşmışdır , onların 98%-ni avarlar təşkil edir . Dini mənsubiyyəti müsəlman. Nümayəndəlik RİHB-nın ərazi icra nümayəndəsi, Mazıx (Mazıx, Qəbizdərə və Cicixana kəndləri daxildir) və Beretbinə bələdiyyələri tərəfindən idarə olunur.
Modul
Modul (ing. module, ru. модуль) - proqramlaşdırmada: müəyyən məsələni yerinə yetirən və ya spesifik mücərrəd verilənlər tipini təsvir edən altproqramlar və verilənlər strukturlarının toplusu. Modullar, adətən, iki hissədən ibarət olur: sabitlər, verilən tiplərindən, dəyişənlərdən və digər modullara vəya altproqramlara müraciət edən altproqramlar özündə saxlayan interfeysdən və modulun məzmunundan – modulun altproqramlarının ilkin mətnlərindən ibarət olan lokal (yalnız bu modulda əlçatan olan informasiya) hissədən ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Molox
Molox (mas: מֹלֶךְ; q.yun. Μόλοχ, lat. Moloch) — qədim Finikiyada və Karfagen dinində günəş tanrısı. Bibliyada ammonların tanrısı kimi xatırlanır. Finikiya dilində molek – hökmdar deməkdir. Moloxun şərəfinə hərbi əsirlər, bəzi hallarda azyaşlı əyan uşaqları qurban verilərək yandırırdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == Cooper, Alan M. Phoenician Religion [first edition] // Jones, Lindsay (redaktor). Encyclopedia of Religion. 10 (2). Macmillan Reference.
Moqur
Moqur və ya Mohur — Hindistanın qızıl sikkəsi. XVI–XVIII əsrlərdə, 1835–1891-ci illərdə və 1916–1919-cu illərdə kəsilmişdir. 1835-ci ildən moqur rupilərlə ifadə olunmuşdur. 1 moqur 15 gümüş rupiyə bərabər idi.
Morul
Morul — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində keçmiş kənd. 2001-ci ildən etibarən Şəmkir şəhərinə daxildir. == İqtisadiyyatı == Morul kəndinin əsas gəlir mənbəyi əkinçilik , heyvandarlıq və Rusiyadan mədaxil olan pullardır , Əkinçilik sahəsində nəyinki Morullular ümumiyyətlə bütün şəmkir çox irəli bir səviyyədədir beləki Azərbaycanda mövcud olan parniklərin 75% məhz Şəmkir rayonunda yerləşir . Parniklərdən yığılan tərəvəzlərin sortlandırılması gedir , 1 ci sort və defektsiz olan tərəvəzlər Rusiya bazarlarına göndərilir , 2 ci sort tərəvəzlər Bakıya 3 cü sort isə rayonlara və konservasiyaya. Morul da heyvandarlıq da inkşaf etmişdir , beləki Morul Kür yanı qışlaqlar və Gədəbəy yaylaqlarının mərkəzində yerləşmişdir , bu isə kiçik baş heyvandarlıqda çox böyük müsbətdir .
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. == Tarixi == Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Mozel
Mozel (fr. Moselle, Dinlə; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mulux
Mulux — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 30 nəfərdir ki onunda 14 nəfəri kişi, 16 nəfəri qadındır.
Morus
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Andre Morua
Andre Morua (fr. André Maurois; Émile Salomon Wilhelm Herzog adıyla anadan olmuş;26 İyul 1885 - 9 Oktyabr 1967)- Fransa yazıçısı. == Bioqrafiya == Andre Morua, Elbefdə dünyaya gəlibdir və Ruanın Pierr Kornell Lisesində təhsil almışdır,ki hər ikisidə Normandiyada yerləşir. Morua Ernest Herzoq, bir yəhudi tekstil istehsalçısı və Alis (Levi-Rüeff) Herzoqun oğlu idi. Andre Morua bir çox psixoloji romanların və bioqrafik hekayələrin müəllifi olmuşdur. İkinci Dünya müharibəsi zamanı Morua fransız ordusunda kapitan kimi xidmət etmişdir. Daha sonra ABŞ köçüb gedir və Kanzas Universitetinde müəllim kimi işləyir. Bu dövrdə O bioqrafik əsərlərini yazır: Frederik Şopen (1942), general Dvayt Eyzenhaver (1945), Bencamin Franklin (1945) və Vaşinqton (1946). 1943-cü ildə Morua Şimali Afrikaya köçür, 1946-cı ildə isə Fransaya qayıdır. İncə zövqə, dərin psixologizmə və sözün həqiqi mənasında klassik dünyagörüşünə malik andre Morua dünya ədəbiyyatında, əsasən , avtobioqrafik roman janrının ustadı kimi tanınır.Meri Şelli, Corc Bayron , Onore de Balzak, Viktor Hüqo, Aleksandr Düma , Jorj Sand, İvan Turgenyev və Çexov haqqında yazdığı kitablar Moruanın adını bu janrda yazılmış ən yaxşı əsərlər müəllifi kimi əbədiləşdirib.Fransa Müqavimət hərəkatının iştirakçısı olan görkəmli yazıçı İkinci Dünya müharibəsində fransız ordusunda kapitan kimi xidmət göstərmiş, alman qoşunları Parisi işğal edəndən sonra isə ABŞ-yə mühacirətə gedərək Kanzas universitetində çalışmışdır.Həmin dövrdə o , topladığı zəngin sənədli materiallar əsasında Friderik Şopen, Eyzenhaver, Franklin və Vaşinqton haqında bir-birindən maraqlı müxtəlif səpkili işlərinin qələmə almaqla bioqrafik janrda yazdığı əsərlərin səbəblər ucbatından Amerikada məskunlaşmağa məcbur qalmış mühacir fransızların həyatından bəhs edən və bu kitabda yer alan “Love in Exile” və “Qızıl plun qarğışı” adlı mühacirət mövzusunda yazdığı hekayələr də kifayət qədər oxunur.Andre Morua təkcə fransız ədəbiyyatında deyil, tərcümə olunduğu, demək olar ki, bütün xalqların dillərində maraqla qarşılanmasının əsas səbəbi – ilk növbədə, onun müasirliyindədir.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Bozul (kanton)
Bozul (fr. Bozouls) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1203. Bozul kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Bozul kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 6 800 nəfər təşkil edirdi.
Bozun çalarları
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cozue Karduççi
Cozue Karduççi (it. Giosuè Alessandro Giuseppe Carducci; 27 iyul 1835[…] – 16 fevral 1907[…], Boloniya[…]) — italyan şair və tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906). == Həyatı == İtaliyanın ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, şair və tənqidçi Cozue Karduççi 1835-ci ildə İtaliyanın şimalında, Toskana əyalətinin Valdikastello şəhərində doğulmuşdur. Atası həkim idi və İtaliyanın birliyi uğrunda fəal mübarizlərdən biri kimi tanınırdı. Onun siyasi baxışlarına, habelə sərt xarakterinə görə Karduççi ailəsi tez-tez yaşayış yerini dəyişməli olurdu. Nəticədə övladların ən böyüyü olan Cozue ilk təhsilini ev şəraitində almışdı. 1849-cu ildə isə o, heç bir çətinlik çəkmədən Florensiyada, piaristlər dini ordeninin himayəsi altındakı məktəbə daxil olmuşdu. Məktəbdə Cozue İntibah dövrü və çağdaş italyan müəlliflərini, eləcə də Bayron və Şiller kimi sənətkarları dərindən mənimsəmişdi. Eyni zamanda özü də ilk lirik və satirik şerlərini yazmış, "İliada"nın onuncu nəğməsini qədim yunancadan italyan dilinə çevirmişdi. Atasının ziddiyyətli xarakteri Cozueyə də sirayət etmiş, hətta yaradıcılığında da əksini tapmışdı.
Həsən Monax
Həsən Monax (doğum və ölüm tarixləri bilinmir) — 1142–1182-ci illərdə hakimiyyətdə olmuş Xaçın knyazı, sərkərdə. Kürike Baqratuninin qızı Mamaxatunla evlənmiş və altı övladı olmuşdur. Onun hakimiyyətinə Aterk, Ləv qalası, Xaçın qalası və Ablaqaxaç əraziləri daxil idi. Alban Arşakiləri sülaləsindən olan Həsən Monax, Vaxtanq Səkərin oğludur. 1142-ci ildən Xaçın ərazisini idarə etmişdir. 1182-ci ildə hakimiyyəti böyük oğlu Vaxtanq Talavoraza verərək qardaşı Qriqorisin rahib kimi xidmət etdiyi Xudavəng monastırına çəkilmiş və ömrünün sonuna kimi rahib həyatı yaşamışdır. Hələ hakimiyyətdə olduğu dövrdə o, Xudavəng monastırında geniş quruculuq işləri aparmışdı.
Kozue Akimoto
Kozue Akimoto (秋元 梢, Akimoto Kozue, 27 iyul 1987, Tokio) – Yaponiya dəb modeli və aktrisası. LesPros Entertainment ilə əməkdaşlıq edir. Atası 58-ci böyük sumo çempionu olan Çiyonofuci Mitsuqudur. Boyu 1.65 santimetrdir.
Uzux
Uzux — türk və altay mifologiyalarında, əfsanələrdə, nağıllarda bəhs edilən nəhəng insanlardı. Uzuğ və ya Uğuz olaraq da bilinirlər. "Ucugulu" və ya "Uzunbuluk" adıyla da xatırlanırlar. Çox qədim dövrlərdə yaşamış, iricüssəli varlıqlardır. Günəş onların sobası olacaq qədər uzun və böyükdürlər. Yeməkləri günəşə qaldırıb elə bişirirər. Nəhəng xalçalar toxuyurlar. Min ildən çox yaşayırlar. Çinar qədər boyları olduğu və üç yüz il yaşadıqlarını da deyirlər. Başı buludlara qədər uzanır.
Kozue Ando
Kozue Ando (d. 9 iyul 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 126 oyun keçirib, 19 qol vurub.
Marmota monax
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.RSDFP Bakı Komitəsi əvvəldən, qış mövsümü olmasını və dənizdə naviqasiyanın dayandırılmasını nəzərə alaraq, bu tətilin əleyhinə çıxmışdı.
Möhüc
Möhüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Möhüc oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Ehtimala görə, kəndin adı ərəb dilindəki mouc (səngər, sədd, bənd) sözü ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1329 nəfər əhali yaşayır.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Mövüc
Mövüc - (tumlu üzüm qurusu) Abşeronda geniş yayılan çərəz növüdür. Azərbaycan kulinariyasında mövücdən geniş istifadə olunur. Üzüm tumlu qurudulanda mövüc, tumsuz qurudulanda isə kişmiş adlanır. Ən yaxşı üzüm qurusu səbzə, şahani, ağ kişmiş, qara kişmiş və s.-dir. Üzümün növündən asılı olaraq, mövüc və kişmiş açıq-qəhvəyi, tünd qəhvəyi, qaramtıl rənglərdə ola bilir. == Hazırlanması == Mövüc hazırlamaqdan ötrü üzüm salxımı 15-20 dəqiqə müddətində isti duzlu suya salınır. Bundan sonra salxımlar qurudulur. Quruyandan sonra gilələyib qışa saxlayırlar. Digər bir qaydaya görə isə ağ şanı üzüm növünü yalnız günün altında qurutmaqla mövüc hazırlanır. Digər üsula görə, üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır.
Dözüm
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.