MÖHÜB

möhüb düzməg:
(Cəlilabad, Mingəçevir, Şamaxı, Şəki)
əl tutmaq, kömək etmək. – Elə olmaz ki, onın möhübin düzmiyəsən, işi də düzəlmiyə (Cəlilabad); – Möhüb düzməg yaxşı şeydi, sən də bir adamın möhübün düz da (Şamaxı)
MÖHRÜQA
MÖMƏ
OBASTAN VİKİ
Möhübəli Əfəndi Kuzunvi
Möhübəli əfəndi Kuzunvi (1868, Kuzun, Hil rayonu – 1922 və ya 1928, Qıraqlı, Xaçmaz rayonu) — Azərbaycan pedaqoqu, filosofu, dinşünası və partizanı. Ləzgidir. Ləzgi xalqın qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştrakçısı, Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusar-ın Kuzun kəndində anadan olub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu "nadir insan" adlandırmışdır. Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə təhsil almışdır. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyə və dinə aid bir neçə kitab yazmışdır, lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən çaya atılmışdır. Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı belə məlumat vermişdi.