Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buğakar
Buğakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda olmuş kənd. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. 1940-cı illərdə kənd ləğv edilmişdir. Əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. İndi xaraba kənddir. Buğakar piri bu kəndin məşhur ziyaret yeri idi.
Buğavar
Buğavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Buğa (erkək maral) sözündəndir.
Musavar
Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 38 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir. == Coğrafiyası == Musavar kəndi Lerik rayonunun Kirəvud inzibati ərazi vahidi ərazisində yerləşir. Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
Muzalar
Muzalar və ya müzlər (yun. Μοῦσα - düşüncəlilər) - qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıcaları sayılırdılar. "Musiqi" sözü bu sözdən törəmişdir. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da, bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər. Muzalar öz Muzeyon (ondan "muzey" sözü meydana gəlmişdir) adlanan məbədlərinə malik olmuşlar.
Buğakar piri
Buğakar piri — Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib. == Haqqında == Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır. == Tarixi == Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır. == Mənbə == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Muğamlar (1965)
== Məzmun == Film-konsertin əsasını Azərbaycan xalq musiqisi təşkil edir. İfaçılar — Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Rübabə Muradova, Bəhram Mansurov, Azad Əliyev və başqalarıdır.
Zərbi muğamlar
Zərbi muğam janrının özünəməxsus səciyyəvi cəhətləri var. Öz inkişafı cəhətdən tarixən qədim olan vokal-instrumental zərbi muğamların populyarlığına baxmayaraq, bir janr kimi indiyə qədər o, lazımınca tədqiq edilib öyrənilməmişdir. Bunu əsas səbəblərindən bir son illərə qədər zərbi muğamların not yazısının olmamasıdır. Maraqlıdır ki, janrın mahiyyəti onun adını müəyyənləşdirir.mahnı Məhz zərbi muğam sözü instrumental-vokal muğamların ifası zamanı müğənnini müşayiət edən instrumental ansamblların tərkibində zərbli alətlərə böyük yer verilməsi ilə əlaqədardır. Onu da qeyd edək ki, xanəndə muğam hissələrini oxuyan zaman zərb alətlərinin ritmik formullarını xalq çalğı alətləri ansamblına daxil olan başqa alətlər də ifa edirlər. Bu keyfiyyət digər tərəfdən janrın başqa səciyyəvi cəhətini də müəyyənləşdiri. Məlumdur ki, muğam dəstgahları suitaya bənzər çoxhissəli vokal-instrumental əsərlərdir. Onun səciyyəvi xüsusiyyəti vokalın aparıcı rolundadır. Zərbi muğamlar isə birhissəli kompozisiya təşkil edir. Sərbəst metro-ritmə əsaslanan muğam dəstgahlarının əksinə olaraq zərbi muğamlarda vokal musiqi instrumental müşayiəti dəqiq ölçülü fonuna əsaslanır.
Muğamlar (film, 1965)
== Məzmun == Film-konsertin əsasını Azərbaycan xalq musiqisi təşkil edir. İfaçılar — Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Rübabə Muradova, Bəhram Mansurov, Azad Əliyev və başqalarıdır.
Muğar (Əhər)
Muğar (fars. مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (23 ailə).
Kubasar
Kubasar (?-?)—Qıpçaq sərkərdəsi. == Həyatı == Çariça Tamaranın dayısı, gürcü ordusunun məşhur sərkərdəsi Kubasar da qıpçaq idi və çarlığın təhlükəsizliyinin təminatında önəmli rol oynamışdı. Məhz qıpçaqların köməyi ilə 1121-ci ildə gürcülər səlcuqlar üzərində Didqori (Böyük donuz) döyüşündə qələbə qazandı. Səlcuqlarla döyüşü udduqdan sonra IV David Xilafət işğalları nəticəsində yaradılmış Tiflis, Dmanisi və Ani əmirliklərini ləğv edərək onları öz çarlığına qatdı. Bununla yanaşı müsəlman dünyası ilə münasibətləri korlamamaq üçün gürcü çarları kəsdirdikləri sikkələrin üzərində Məhəmməd Peyğəmbərin adını zərb etdirir, Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə donuz saxlamaq, ümumiyyətlə, qadağan olunmuşdu. Çara hədsiz dərəcədə sadiq olan qıpçaqlardan fədakar, qoçaq və sədaqətli sərkərdə Kubasarı özünün ən etibarlı adamı saydı və onu dövlətin əmirsipəhsaları — birinci vəziri və çar ordusunun Ali baş komandanı təyin etmişdi. Loru mahalı birinci vəzir və sərkərdə Kubasara mülk olaraq verildi.
Makasar
Makasar — İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı. Şərqi İndoneziya bölgəsindəki ən böyük şəhəri və Cakarta, Surabaya, Bandunq və Medandan sonra ölkənin beşinci böyük şəhər mərkəzidir. 1971-ci ildən 1999-cu ilə qədər şəhər rayonlardan biri olan Ucunq Pandanq adını aldı. Şəhər Makassar boğazı ilə üz-üzə olan Sulavesi adasının cənub-qərb sahilində yerləşir. Tarixi boyunca Makasar 17-ci əsrdə Niderland Ost-Hind Şirkəti tərəfindən fəth edilməzdən əvvəl Qova Sultanlığının mərkəzi və Portuqaliya dəniz bazasını qəbul edən əhəmiyyətli bir ticarət limanı olmuşdur. Niderland Ost-Hindində əhəmiyyətli bir liman olaraq qaldı, Şərqi İndoneziya bölgələrinə Makasar balıqçıları ilə Avstraliya sahillərinə qədər gedib çıxdı. İndoneziya müstəqillik qazandıqdan sonra qısa bir müddət ərzində Makasarda üsyanın baş verdiyi Şərqi İndoneziya Ştatlarının paytaxtı oldu. Şəhərin sahəsi 199.3 kvadrat kilometrdir (77.0 kv mi) və 2013-cü ildə təxminən 1.6 milyon əhalisi var. Onun daxili ərazisi Makasar şəhəri və 15 rayonu əhatə edən 1.976.168 əhaliyə malikdir. Rəsmi böyük şəhər sahəsi Mamminasata kimi tanınan və 17 əlavə rayon olmaqla, 2548 kvadrat kilometr ərazini əhatə edir (984 kvadrat mil) və 2010 siyahıyaalmasına görə 2.4 milyon əhalisi var.
Musasir
Musasir — Urartu və Assur mixi yazılarında tez-tez adı xatırlanan müqəddəs bir şəhərdir. Urartu dövründə Haldi məbədi, İspuini və Menuanın ortaq krallıqları dövründə inşa edilmişdir. Assur kralı II Sarqon e.ə.714-cü ildə Xaldi məbədini ələ keçirmiş və qənimətlərin siyahısını tutmuşdu. Bu siyahıya görə ən gözəl əsərlərdən biri, Urartu kralı İşpuininin oğlu Sardurinin heykəli, məbədə hədiyyə edilmiş bir buğa və buzov heykəlidir. Aşşur şəhəri Dur Sarqonda tapılmış bir qabartmada, Musasir şəhəri və Haldi məbədi detalları ilə təsvir edilmişdir. XIX əsrdə Flandin, indi harada olduğu bilinməyən bu məşhur qabartma şəkilininin sürətini köçürmüşdür.Qabartmada məbəd və yanındakı çoxmərtəbəli strukturların bəzisi üçbucaq bəzisi isə dördbucaqlı şəkildədir. Evlər yastı damlı göstərilmişdir.
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. == Tarix == Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
Ruasar
Ruasar (fr. Roissard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38342. Kommunanın 1999-cu il üçün əhalisi 193 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Munasari adası
Munasari adası — Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda yerləşən qayalıqdan ibarət ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenkski rayonu ərazisinə daxildir. Adanın adı fin dilindən tərcümədə «ada-yumurta» mənasını verir. Maynavolok burnundan qərbdə, Belıy Navolok burnundan isə şərqdə yerləşir. Materikdən 10-15 metr aralıda yerləşir. Ada maqmatik suxurlardan təşkil olunmuşdur: Qranit və Qneys.
Çayı subasar
Mən Muğana Vurğunam (1986)
== Məzmun == Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). == Həyatı == 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Müasir Müsavat Partiyasının üzvlərinin 67%-i kişi, 33%-i isə qadın olmuşdur. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Daşbulaq-i Muğar (Əhər)
Daşbulaq-i Muğar (fars. داش بلاغ مغار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (29 ailə).
Mən Muğana vurğunam (film, 1986)
== Məzmun == Filmdə Saatlı bölgəsində məskunlaşmış məshəti türklərinin həyatı, əmək fəaliyyəti və məişəti öz əksini tapmışdır.