Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Nobel" mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra alan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (bir milyon dörd yüz min ABŞ dolları)-na bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-cidə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Alfred Nobel
Nobel Alfred Bernxard (isv. Alfred Bernhard Nobel; 21 oktyabr 1833[…] – 10 dekabr 1896[…], San-Remo, İtaliya) — İsveç mühəndis kimyaçısı. Dinamiti kəşf etmiş, tüstüsüz barıtın tərkibini tapmışdır. Təbiətcə sülhpərvər və ixtiraçı olan isveçli kimyaçı Alfred Nobel dinamiti ixtira etmişdir. Lakin bütün müharibələrə son verəcəyini düşündüyü bu ixtira başqaları tərəfindən son dərəcə ölümcül məhsul kimi görüldü. 1888-ci ildə Alfredin qardaşı Lüdviq vəfat etdiyi zaman, bir fransız qəzeti səhvən Alfredi ölüm taciri adlandıran nekroloq yayımlamışdı. Belə dəhşətli epitafiya ilə tarixdə qalmaq istəməyən Nobel qohumlarını təccübləndirən və məşhur Nobel mükafatlarını təsis edən vəsiyyət qoymuşdur. == Həyatı == Alfred Nobel 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. Alfred Nobel Emmanuel Nobelin 3-cü oğlu olmuşdur. 1842-ci ildə Alfredin 9 yaşı olanda, anası (Andritta Alsell) və qardaşları (Robert və Lüdviq) 5 ili öncə Rusiyanın Peterburq şəhərinə getmiş atası Emmanuelin yanına köçmüşdülər.
Nobel Mükafatları
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra alan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (bir milyon dörd yüz min ABŞ dolları)-na bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-cidə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel Mükafatı
Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra alan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (bir milyon dörd yüz min ABŞ dolları)-na bərabərdir. 1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir 27 noyabr 1895-cidə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir.
Nobel qardaşları
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Nobert Yevdayev
Nobert Yevdayev (1929, Bakı – 20 noyabr 2022, ABŞ) — şair, yazıçı, rəssam, jurnalist. 1929-cu ildə Bakıda anadan olmuşdur. Şair, yazıçı, rəssam, jurnalist və bir sıra elmi işlərin müəllifidir. 1989-cu ildən ABŞ-də yaşayan həmyerlimiz orada Azərbaycanın AZEM Həmyerlilər Birliyinin sədridir. 2003-cü ildən Nyu Yorkda təsis etdiyi, rus və ingilis dillərində nəşr olunan "Novıy Rubej" qəzetinin baş redaktorudur. Azərbaycan mədəniyyətinin Amerikada təbliğ olunması istiqamətində bir sıra tədbirlər təşkil etmişdir. Amerikadakı Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Nobert Yevdayev dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 mart 2006-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Nonet (musiqi)
Nonet (it. nonetto; lat. nonus, mənası – doqquzuncu) — əsasən insturmentalistlərdən təşkil olunan doqquz ifaçı üçün nəzərdə tutulmuş musiqi əsəri. Adətən silsilə sonata formasında olur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hoffmann, Peter. 2001. "Xenakis, Iannis". The New Grove Dictionary of Music and Musicians, second edition, edited by Stanley Sadie and John Tyrrell. London: Macmillan Publishers. Kube, Michael.
Debet
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nexbet
Nexbet — Yuxarı misir ilahəsi olub, kərkəs timsalında Yuxarı Misirin himayəçisi sayılır. Onun bütün ziyarətgahları Yuxarı Misirin El-Kab şəhərində yerləşir. Müqəddəs heyvan sayılan Nexbet - ağ dişi kərkəs, başında lələklərdən kəkilli ağ tac olan qadın cildində təsvir olunur. Yuxarı Misirin hökmdar tacı buna görə məhz ağ rəngdədir.
"Nobel" sülh mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Fransız Nobel mükafatçıları
Nobel Mükafatı Muzeyi
Nobel Mükafatı Muzeyi — (əvvəlki adı Nobel Muzeyi [isv. Nobelmuseet]), İsveçin mərkəzi Stokholmdakı köhnə şəhər olan Qamla Standakı (Köhnə şəhər) Sturtoret meydanının şimal tərəfindəki keçmiş Birja Binasında (Börshuset) yerləşir. (İsveç Akademiyası və Nobel Kitabxanası da eyni binadadır.) Nobel Mükafatı Muzeyində, Nobel mükafatı və Nobel mükafatçıları haqqında məlumatlarla yanaşı, mükafatın qurucusu Alfred Nobel (1833–1896) haqqında məlumatları da özündə əks etdirən eksponatlarda nümayiş etdirilir. Muzeydə daima nümayiş olunanlar; şəxsi həyat hekayələri ilə birlikdə təqdim olunan Nobel mükafatı laureatlarının bağışladığı bir çox eksponatlardır. == Tarixi == Nobel Muzeyi 2001-ci ilin yazında Nobel mükafatının verilməsinin 100 illiyi şərəfinə açıldı. Erika Lanner muzeyin yeni direktoru olması ilə yanaşı muzeyin adı 2019-cu ildə Nobel Mükafatı Muzeyi olaraq dəyişdirildi.Muzeyin manifestinə görə buradakı mahiyyət "Nobel mükafatçıları və onların qazandıqları uğurların, habelə Nobel mükafatı və Alfred Nobelin xatirəsini canlandıran" eksponatların olmasıdır. Bu məqsədlərə çatmaq üçün muzey bistro və dükanına əlavə olaraq; elmlə əlaqəli sərgilər, filmlər, teatr tamaşaları və müzakirələri təqdim edir. Muzey sərgilərində Mariya Küri, Nelson Mandela və Vinston Çörçill kimi görkəmli Nobel mükafatçılarıda var.Muzey tez-tez “Elm eskizləri”, Nobel kəşflərinin öz eskizləri ilə çəkilən 42 Nobel mükafatçısı ilə bir foto sərgi təqdim olunur. Bu sərgi Dubay və Sinqapur da daxil olmaqla dünyanın digər yerlərində də nümayiş etdirilib. Muzeydəki parçaların hər hansının maketini evinə aparmaq istəyən qonaqlar üçün Alfred Nobel və muzeylə əlaqəli əşyaların olduğu xatirə mağazası mövcuddur.
Nobel Oil Group
Nobel Oil Group - əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən və sonradan beynəlxaq miqyasa çıxaraq ABŞ, Böyük Britaniya və Rumıniya bazarına daxil olan şirkətlər qrupudur. Qrup, neft-qaz sektorunda kompleks istismar xidmətləri göstərir, həmçinin özünün kəşfiyyat və hasilat üzrə imkan, bacarıq və potensialını inkişaf etdirir. NEQSOL Holdingə daxildir. İş adamı və xeyriyyəçi Nəsib Həsənov NEQSOL Holding-in təsisçisi və 100% sahibidir. == Tarix və inkişaf == “Nobel Oil Ltd” şirkəti ilk olaraq, Xəzər regionunda neft-qaz sənayesi üçün xidmətlər təklif edən texniki xidmət təchizatçısı kimi 2005-ci ildə Nəsib Həsənov tərəfindən yaradılmışdır. Sözü gedən xidmətlərə quyuların əsaslı təmiri, qazma, quraşdırma, tikinti, mühəndis-layihələndirmə və texniki xidmət, təmir və istismar xidmətləri daxildir.2013-cü ildə Nobel Oil şirkəti öz fəaliyyətinin, həmçinin təşkilati bacarıqların, strateji məqsədlərin, fəaliyyət göstərdiyi bazarların, regional və qlobal miqyasda inkişaf istiqamətlərinin, qiymətləndirilməsini hərtərəfli əhatə edən strateji araşdırma həyata keçirmişdir. Nəticədə, 2014-cü ildə şirkətin biznes proseslərinin beynəlxalq standartlara uyğun təşkil etmək məqsədi ilə korporativ strukturu yenidən təşkil edilmişdir. Beləliklə, neft-qaz sənayesinin bütün xidmət seqmentləri Nobel Oil Services (UK) Limited şirkəti altında birləşdirilmişdir, neft yataqlarının kəşfiyyatlı və neft-qaz hasilatı fəaliyyəti isə ayrıca Nobel Oil E&P (UK) Limited şirkəti (Nobel Upstream ticarət nişanı) altında təşkil edilmişdir. Nobel Oil Services (UK) Limited 25 iyun 2014-cü il tarixində Birləşmiş Krallıqda qeydiyyatdan keçirilərək yaradılmışdır. Nobel Oil Services (UK) Limited şirkəti Global Energy Solutions MMC, Prokon MMC, Abşeron Qazma MMC, Llamrei DMCC və sair şirkətlərin ana şirkətidir.
Nobel Sülh Mükafatı
Nobel Sülh Mükafatı — Dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Nobel Sülh Mərkəzi
Norveçin Oslo şəhərindəki Nobel Sülh Mərkəzi — (norv. Nobels Fredssenter) Nobel Sülh Mükafatı və onun təmsil etdiyi amallar üçün bir vitrindir. Mərkəz eyni zamanda mədəniyyət və siyasətin, müharibə, sülh və münaqişələrin həlli kimi mövzularında iştirak, mübahisələrin həlli yollarının birləşdiyi bir arenadır. Mərkəz Oslo, Norveç Bələdiyyə Meydanında (Rådhusplassen) yerləşir. == Tarixi == Nobel Sülh Mərkəzi, 2005-ci ildə Norveç Kralı Əlahəzrət V Harald tərəfindən Norveç və Kanada kral ailələrinin qatıldığı bir mərasimlə açıldı. Nobel sülh mükafatı laureatı Vanqari Maatai də açılışda iştirak edirdi. Mərkəz ildə 250.000 ziyarətçini qəbul edir və Norveçin ən çox ziyarət edilən muzeylərindən biridir. Nobel Sülh Mərkəzi keçmiş Oslo Vestbanestasjon (Oslo Qərb dəmir yolu stansiyası) binasında yerləşir. 1872-ci ildən qalma keçmiş stansiya binası memar Corc Andreas Bull (1829–1917) tərəfindən çəkilmişdir. 1989-cu ildə dəmir yolu stansiyası kimi istifadəsi dayandırıldı.
Nobel prospekti (Bakı)
8 Noyabr prospekti — Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən ən uzun, iki istiqamətli 6 zolaqlı küçə. Küçə öz başlanğıcını Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişdiyi nöqtədən götürür və Ramiz Quliyev küçəsi səviyyəsində Zığ şosesinə keçir. Küçənin uzunluğu 6,5 km-dir. Yolun sonu Nargilə dairəsində bitir. 12 aprel 2021-ci ildə prospektin adı "8 Noyabr" olaraq dəyişdirilmişdir.
Nobel Ədəbiyyat Mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir. == Namizədliklərin irəli sürülməsi mexanizmi == Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər: İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri; Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları; Ədəbiyyat üzrə Nobel mükafatı laureatları; Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri. == Laureatlar == == Maraqlı faktlar == Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur.
Fizika üzrə "Nobel" mükafatı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır. Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-ci ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür. == Arxaplan == Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibb və ədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun. Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.
Fizika üzrə Nobel mükafatı
Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır. Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-ci ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür. == Arxaplan == Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibb və ədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun. Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.
Kimya üzrə "Nobel" mükafatı
Nobel Kimya mükafatı - Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur.
Kimya üzrə Nobel mükafatı
Nobel Kimya mükafatı - Kimya elmində vacib kəşflər etmiş alimlər üçün nəzərdə tutlmuşdur.
Nobel Mükafatlarının seçilmə qaydaları
Alfred Nobel (1833-1896) İsveç ixtiraçı, sənayeçi, linqvist, filosof və humanist idi. 1895-ci ilin noyabrında Parisdə Nobel vəsiyyətnamə yazır. Sənədin mətnində deyilənlərə görə, alimin sərvətinin böyük bir hissəsi mükafatın yaardılmasına sərf olunsun. Bu mükafat namizədlərin milliyətindən asılı olmayaraq ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb və s. digər sahələr üzrə verilməli idi. Qeyd edək ki, bu zaman Nobelin sərvəti 31 kron təşkil edirdi. Nobel fondunun yaradılması üçün təşkilatçılara 4 il lazım oldu. Nəticədə fond 1900-cü ildə özəl, müstəqil qeyri-hökumət təşkilatı olaraq yaradıldı. Nobel mükafatı 1901-ci ildən verilməyə başlayıb. Xüsusi yaardılmış Nobel komitəsi tərəfindən bütün il boyu namizəd siyahısı üzərində iş aparılır.
Nobel mükafatı laureatlarının siyahısı
Nobel mükafatları (isv. Nobelpriset, norv. Nobelprisen) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi. 2008-ci ildə qaliblər 10 000 000 İsveç kronu məbləğində mükafat ilə təltif olunublar.
Nobel sülh mükafatı konserti
Nobel sülh mükafatı konserti (Norveç və İsveç dilində: Nobels fredspriskonsert) — mükafatların təqdim edilməsi və nobel şam yeməyi ilə birlikdə nobel həftəsinin üç tərkib hissəsindən biri sayılır. Nobel sülh mükafatı konserti Avropa ölkələrində ilin əsas musiqi hadisələrindən biri sayılır, Skandinaviya ölkələrində isə ilin əsas musiqi hadisəsi hesab olunur. Konsert, 11 dekabr 1994-cü ildən hər il Norveçin paytaxtı Oslo şəhərində keçirilir. Konsertdə zəmanəmizin ən görkəmli klassik musiqiçiləri və sənətçiləri iştirak edirlər. Konsert 2015-ci ilə qədər Oslo Şəhər Ratuşasında təşkil olunurdu. 2015-ci ildən Telenor Arenada keçirilir. Konsert dünyanın bir çox ölkələrində canlı nümayiş olunur. == İllər üzrə laureatlar, aparıcılar və sənətçilər == === 1994 === Laureatlar Yasir Ərəfat, Şimon Peres and İshaq RabinAparıcı Erik BaySənətçilər Ofra Haza Mari Boyn Ole Edvard Antonsen Nüsrət Fateh Əli Xan Sigvard Dagsland Şineyd O'Konnor Sondre Bratland === 1995 === Laureatlar Cozef Rotblat === 1996 === Laureatlar Karlos Filipe Ximenes Belo və Jose Ramos-HortaAparıcı Erik BaySənətçilər Anjelik Kidjo Annbyorq Lien Jan Qarbarek / Angelite Coan Osborn Morten Harket – "East Timor" Solveyq Krinqlebotn Sondre Bratland Sølvguttene Tata-May-Lo === 1997 === Laureatlar Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Hərəkat və Codi UilliamsAparıcı Viqdis FinnboqadottirSənətçilər Enn Qret Preus Boyz II Men Emmilu Harris Harri Konnik Cuel Meri Keri – "My All", "Butterfly"; "One Sweet Day" Boyz II Men ilə birgə Nils Petter Molver Şineyd O'Konnor Sølvguttene Yussu N'Dur === 1998 === Laureatlar Con Hyum və Devid TrimblAparıcı Ase KlevelandSənətçilər a-ha – "Summer Moved On", "The Sun Always Shines On TV"; Alanis Morissette The Cranberries – "Dreams", "Promises" Elton Con – "Your Song", "Something About The Way You Look Tonight" Enrike İqlesias Espen Lind – "Pop From Hell" Hariprasad Çaurasiya Ceyms Qoluey Fil Koulter ilə birgə Umu Sanqare Şivkumer Şarma Fil Kollins – "Both Sides Of The Story", "Another Day In Paradise" Şanaya Tveyn – "You're Still the One", "Black Eyes, Blue Tears" Sølvguttene Villard Vayt (replacement for Andrea Bocelli) === 1999 === Laureatlar Sərhədsiz HəkimlərAparıcı Klaus VisSənətçilər a1 Brayan Ferri The Corrs Denys Qreyvs Ismaël Lô Ladysmith Black Mambazo Ole Edvard Antonsen Norveç Radio Orkestrı ilə birgə Secret Garden Stinq Tina Törner "When the heartache is over", "Whatever you need" === 2000 === Laureatlar Kim De ÇjunAparıcı Ceyn SeymurSənətçilər Bon Jovi Brin Terfel Eros Ramazzotti Femi Kuti Li Enn Vumak Moby Natali Koul Sissel Şirşebo Sumi Ço Westlife === 2001 === Laureatlar Birləşmiş Millətlər Təşkilatı və Kofi AnnanAparıcı Liam Nison və Meril StripSənətçilər a-ha – "Differences", "Hunting High and Low " Anastacia Barbara Hendriks Daniela Merkuriy Destiny's Child Beynəlxalq uşaq xoru Jan Qarbarek Kodo Natali İmbrulya Pol Makkartni - "Freedom" Rassel Uotson Vayklef Jan – "Redemption Song" Yussu N'Dur – "My Hope Is In You" Norveç Radio Orkestrı === 2002 === Laureatlar Cimmi KarterAparıcı Entoni Hopkins və Cessika LenqSənətçilər Anjelika Kidjo Hall & Oates Cennifer Lopez – "Jenny From The Block" Cessi Norman Xoakin Kortes Coş Qroban – "To Where You Are", "The Prayer" with Sissel Kyrkjebø Laura Pauzini Mari Boyne Mişel Branç Karlos Santana – "Adouma", "Victory is Won", "Oye Como Va" Sissel Şirşebo – "The Prayer" Coş Qroban ilə birgə Suede Villi Nelson – "Always On My Mind", "The Great Divide", "Georgia on My Mind" Norveç Radio Orkestrı === 2003 === Laureatlar Şirin EbadiAparıcı Ketrin Zeta-Cons və Maykl DuqlasSənətçilər Areta Franklin – "Make Them Hear You", "Wonderful" Angela Georgiu – "Muzica" Baobab Orkestrı Karli Saymon - Let The River Run The Cardigans – "For What It's Worth", "Communication" The Chieftains – "40 Shades of Green" Rozann Keş ilə birgə Kreyq Devid – "World Filled With Love", "Hidden Agenda" Yan Verner Danielsen – "Air" The Kamkars Lene Marlin – "Sorry", "Hope you're happy" Roberto Alanya – "'O sole mio"; "Come prima" Angela Georgiu ilə birgə Robert Plant – "Morning Dew" with Strange Sensation ilə birgə Tim Makqro – "Please remember me", "God's child" *Norveç Radio Orkestrı Hearts In Motion Gospel Choir - "Air" Yan Verner Danielsen ilə birgə === 2004 === Laureatlar Vanqari MaataiAparıcı Opra Uinfri və Tom KruzSənətçilər Andrea Boçelli – "Dell'amore non si sa", "In-canto" Baaba Maal Kris Botti – "Someone To Watch Over Me" Sindi Lauper – "Time After Time" Diana Kroll Coss Stoun Patti Labell The Polyphonic Spree Sondre Lerke Suzanna Ouiio Toni Bennet Norveç Radio Orkestrı === 2005 === Laureatlar Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Məhəmməd Əl-BaradeiAparıcı Culianna Mur və Salma HayekSənətçilər Deyyen Rays – "Unplayed piano", "Cold Water" Duran Duran – "Ordinary world", "(Reach up for the) Sunrise", "Nice" Nayt Qledis – "Party train / Friendship Train medley", "The best thing that ever happened to me", "I've got to use my imagination", "I heard it through the grapevine", "Midnight train to Georgia", "I heard it through the grapevine" Bubba Nayt ilə birgə Xuanes – "La Camisa Negra", "Sueños" Ketrin Cenkins – "L'amore sei tu" ("I Will Always Love You"), "One fine day" Keti Melua – "The closest thing to crazy", "I cried for you", "Nine million bicycles" Madrugada – "The Kids are on high street"; "Lift me" Ane Brun ilə birgə Ska Cubano – "Chicago", "Ay Caramba" Sugababes – "Hole in the head", "Ugly" Westlife – "World of our own"; "You raise me up" Rolf Lıvlend və Fayonnuela Şerri ilə birgə Yo-Yo Ma – "Yozef Haydn: Cello Concerto in C, third movement" Norveç Radio Orkestrı === 2006 === Laureatlar Məhəmməd Yunus və Grameen BankıAparıcı Şeron Stoun və Ancelika HyustonSənətçilər Hakim – "Eda Ba", "Ya Albi" Con Legend – "Save Room", "Used to Love U" Layonel Riçi – "Dancing on the Ceiling", "I Call It Love", "Hello", "All Night Long" Monika Yunus – "O mio babbino caro" Morten Abel – "Big Brother", "Hard to Stay Awake" Nrityanchal, Banqladeşdən olan musiqi qrupu – Peacock dance Paulina Rubio – "Ni Una Sola Palabra", "Beautiful Lie" ("Miénteme Una Vez Más") Rene Fleminq – "issi d'arte", "You'll Never Walk Alone" Rihanna – "SOS", "Unfaithful" Simply Red – "Something Got Me Started", "So Not Over You", "Stars" Vaynonna Cadd – "At Last", "Ave Maria" Yusuf İslam – "Midday (Avoid Life After Dark)", "Peace Train", "Heaven/Where True Love Goes" Norveç Radio Orkestrı === 2007 === Laureatlar İqlim Dəyişikliyi üzrə Beynəlxalq Mütəxəssislər Komissiyası və Albert QorAparıcı Kevin Speysi və Uma TurmanSənətçilər Earth, Wind & Fire – "Fantasy", "September" Melissa Eteric – "I Need to Wake Up", "What Happens Tomorrow" Morten Harket – "Letters from Egypt" Xuanes – "Minas Piedras" Junoon – "Bulleya" Alişa Kiz – "No One", "Fallin'", "Human Nature" Enni Lennoks – "Dark Road", "Sweet Dreams (Are Made of This)" KT Tunstall – "Hold On", "Suddenly I See" Kayli Minoq – "Can't Get You Out of My Head", "2 Hearts" Tine Thing Helset – Trubada ifa Norveç Radio Orkestrı === 2008 === Laureatlar Marti AxtisaariAparıcı Skarlett Yohanson və Maykl KeynSənətçilər Iver Kleive – Overture Robin – “With Every Heartbeat", "Be Mine!" Ceyson Mraz & Maqne Furuholmen – "I'm Yours", "A Beautiful Mess" The Script – "The Man Who Can't Be Moved", "We Cry" Marit Larsen – "I've Heard Your Love Songs", "If a Song Could Get Me You" Il Divo – "The Winner Takes It All", "Adagio", "Somewhere" Dirks Bentli – "Free and Easy", "Feel That Fire", "Beautiful World" Marit Larsen ilə birgə Cülyetta Veneqas – "El presente", "Algún día" Seun Kuti & Egypt 80 Elina Vyahyala – "Fantasy" Diana Ross – "I'm Coming Out", "Where Did Our Love Go", "Baby Love", "Stop!
İqtisadiyyat üzrə "Nobel" mükafatı
İqtisadi Elmlər üzrə Nobel Mükafatı — Nobel Fondu tərəfindən iqtisadiyyat elminə edilmiş töhfələrə görə verilən mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən prestijlisi hesab edilir. İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatları ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və bu bank tərəfindən də maliyyələşdirilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir. == Laureatlar == 2009-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatını heç bir qadın almamışdır. 2009-cu ildə bu mükafatı almış Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk qadındır. 2006-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını amerikan iqtisadçısı Edmond Flip - inflyasiya və işsizlik bağlı tədqiqatları ilə əlaqədar almışdır. 2009-cu ildə İsveç Elmlər Akademiyası ABŞ-dən olan Elinor Ostrom və Oliver Villamsonu Nobel mükafatına layiq görüb. Ostrom “xüsusilə cəmiyyət olmaq üzrə, iqtisadiyyat rəhbərliyi analizləri”, Villiamson isə “xüsusilə şirkətin sərhədləri olmaq üzrə iqtisadiyyat rəhbərliyi analizlərindən” ötrü bu mükafata layiq bilinib. İndiana Universitetində müəllim olan Ostrom Nobel İqtisadiyyat mükafatını qazanan ilk qadın olub.
İqtisadiyyat üzrə Nobel mükafatı
İqtisadi Elmlər üzrə Nobel Mükafatı — Nobel Fondu tərəfindən iqtisadiyyat elminə edilmiş töhfələrə görə verilən mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən prestijlisi hesab edilir. İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatları ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və bu bank tərəfindən də maliyyələşdirilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir. == Laureatlar == 2009-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatını heç bir qadın almamışdır. 2009-cu ildə bu mükafatı almış Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk qadındır. 2006-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını amerikan iqtisadçısı Edmond Flip - inflyasiya və işsizlik bağlı tədqiqatları ilə əlaqədar almışdır. 2009-cu ildə İsveç Elmlər Akademiyası ABŞ-dən olan Elinor Ostrom və Oliver Villamsonu Nobel mükafatına layiq görüb. Ostrom “xüsusilə cəmiyyət olmaq üzrə, iqtisadiyyat rəhbərliyi analizləri”, Villiamson isə “xüsusilə şirkətin sərhədləri olmaq üzrə iqtisadiyyat rəhbərliyi analizlərindən” ötrü bu mükafata layiq bilinib. İndiana Universitetində müəllim olan Ostrom Nobel İqtisadiyyat mükafatını qazanan ilk qadın olub.
Ədəbiyyat üzrə "Nobel" mükafatı
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir. == Namizədliklərin irəli sürülməsi mexanizmi == Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər: İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri; Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları; Ədəbiyyat üzrə Nobel mükafatı laureatları; Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri. == Laureatlar == == Maraqlı faktlar == Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib. Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur.
NuGet
NuGet (Nyu Get deyə tələffüz olunur) — Proqramçıların təkrar istifadə edilə bilən kodu paylaşmalarını təmin etmək üçün hazırlanmış bir paket idarəetmə sistemi. Proqram pulsuz və açıq-mənbəlidir. Outercurve Fondu əvvəlcə NuPack adı altında yaratdı. 2010 -cu ildə istifadəyə verildikdən sonra NuGet daha böyük alət və xidmətlər ekosisteminə çevrildi. == Haqqında == NuGet, proqramçılar üçün bir paket meneceridir. Yaradıcılara faydalı kodu paylaşmağa və istehlak etməyə imkan verir. NuGet paketi, .nupack və ya .nupkg fayl adı sonluğuna malik olan və .NET assemblylərini (Birlikdə işləmək və məntiqi bir funksionallıq vahidi yaratmaq üçün qurulmuş növlər və mənbələr toplusu) və onlara lazım olan faylları ehtiva edən tək bir ZIP faylıdır. NuGet əvvəlcə bir Microsoft Visual Studioya "əlavə funsiya" olaraq paylandı. Visual Studio 2012 -dən başlayaraq həm Visual Studio, həm də Mac üçün Visual Studio NuGet paketlərini yerli olaraq istehlak edə bilər. NuGet-in əsas işlədiləbilən faylı olan nuget.exe, həm paketlər yarada, həm də istehlak edə bilən pulsuz və açıq mənbəli əmr sətiri tətbiqidir.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Ağ nöyüt
Kerosin və ya ağ neft — neftin qovulmasından alınan şəffaf neft məhsulu. Onun qaynama temperaturu 110 °C-dən 320 °C-ə qədər intervalda ola bilir. == Tərkib və xüsusiyyəti == Sıxlıq 0.78-0.85 g / cm³ (+20 °C-də), özlülük 1.2-4.5 mm² / s (+20 °C-də), parlama nöqtəsi + 28… + 72 °C, avtomatik yanma temperaturu 200-400 °C (asılı olaraq mühitin təzyiqi), yanma istiliyi təxminən 43 MJ / kq-dır. Doymuş alifatik karbohidrogenlər – 20-60 % Neftin kimyəvi tərkibindən və emal üsulundan asılı olaraq onun tərkibinə aşağıdakılar daxildir: doymuş alifatik karbohidrogenlər — 20—60 %, Naften karbohidrogenləri – 20-50 %, Bitsiklik aromatik karbohidrogenlər – 5-25 %; Doymamış karbohidrogenlər – 2 %-ə qədər.Kerosinin aşağıdakı növləri fərqləndirilir: aviasiya, lampa (əlavə olaraq qətranın, naften turşusunun və aromatik karbohidrogenlərin miqdarını azaltmaq üçün sulfat turşusu ilə təmizlənir), texniki, həlledici (əlavə olaraq aromatiksizləşdirilir). Xalq təbabəti aviasiya və lampa kerosinini istifadə edir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === V.M.Abbasov və b. Təbiət kimyasının möcüzələri və ondan istifadə qaydaları. “Elm” nəşriyyatı, Bakı-2014. 266 səh.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192).
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Dyula Nemet
Dyula Nemet (mac. Németh Gyula; 2 noyabr 1890[…], Karçaq[d], Yas-Nadkun-Solnok[d] – 14 dekabr 1976[…], Budapeşt) — macar dilçi, türkoloq, Macarıstan Elmlər Akademiyasının üzvü. == Həyatı == Dyula Nemet Macarıstanın Szlnok əyalətinin Karçaq şəhərində dünyaya gəlmişdir. Türk dilinə olan marağı da məhz burada başlamışdır. Ali təhsilini Budapeşt Universitetində almışdır. 1907-ci ildə İstanbula köçmüş, 1908-ci ildə Aydın və İzmir şəhərlərinə səyahət etmişdir. 1911-1914-cü illər arasında təhsil almaq üçün Leypsiq, Kil və Berlin şəhərlərində olmuşdur. 1915-ci ildə Budapeşt Universitetinin professoru olaraq burada çalışmağa başlamışdır. 1930-cu ildə Türk Filologiya İnstutunu yaratmışdır. Macarıstan Elmlər Akademiyasının və Türk Dil Qurumunun fəxri üzvlərindəndir.
Emmi Nöter
Emmi Nöter Amali (23 mart 1882[…] və ya 1882, Erlangen, Almaniya imperiyası[…] – 14 aprel 1935[…] və ya 1935, Brin-Mar[d], Pensilvaniya, ABŞ) — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis. == Həyatı == Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və "Noter teoremi" ilə xatırlanır. Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; d. 25 may 1925, Şəki - ö. 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Neşet Ertaş
Nəşət Ərtaş (1938, Çicəkdağı[d], Kırşəhər ili – 25 sentyabr 2012) — Türk ozan. Abdal musiqiçi olaraq da tərif edilir. Bozkırın Tezenesi olaraq da bilinir. Kırşehir Abdallarındandır. == Həyatı == Nəşət Ərtaş 1938-ci ildə Çiçəkdağında doğulub. 25 sentyabr 2012-ci ildə İzmirdə vəfat edib.
Nikolas Löbel
Nikolas Löbel (17 may 1986, Manhaym, Baden-Vürtemberq) — Almaniya Federativ Respublikası Bundestaqının xarici əlaqələr, eləcə də mədəniyyət və mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı. == Həyatı == Nikolas Löbel 17 may 1986-cı ildə Almaniyanın Mannheimdə şəhərində anadan olub. 2006-cı ildə Mannheim Lessing-Gimnaziya Məktəbini bitirib. 2013-cü ilin mart ayına qədər Mannheim Universitetində hüquq təhsili alıb. 2013-cü ildən 2014-cü ilə qədər Berlindəki Steinbeis Universitetində biznes idarəçiliyi üzrə təhsil alıb. Həmin ali məktəbdə İncəsənət bakalavrını (B. A.) bitirib. 2012-ci ildən 2019-cu ilədək Hagen İdarəetmə İnstitutunda Hagen idarəetmə təhsillərini yarımçıq başa vurub. FernUniversität Hagen-in İqtisadiyyat fakültəsinin magistr təhsilini uğurla başa vurub. == Fəaliyyəti == === Siyasi fəaliyyəti === Nikolas Löbel gənc yaşda siyasətə qoşulub.2012-ci ildə Almaniya Federativ Respublikasının 15-ci Federal Məclisinin üzvü seçilib. 2017-ci ildə federal seçkilərində rəqibini məğlub edərək, Bundestaqa millət vəkili seçilib.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi.İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi. 1935-ci ildə Kurat soyadını aldı.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. == Həyatı == Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Fonbet
Fonbet (rus. Фонбе́т) — Rusiyada Bukmeyker fəaliyyəti göstərən şirkət. Şirkət 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılıb."Fonbet" şirkətinin mərc qəbulu məntəqələri şəbəkəsinin Moskvada 100-dən çox klubu və Rusiyanın 82 bölgəsində 1000-dən çox filialı var. == Tarix == "Fonbet" bukmeker şirkəti ilk dəfə "F.ON." adı altında, 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılır. Maçulksi hələ Sovet dövründə şahmatçılar arasında, qumar oyunlarının böyük bir bilicisi sayılırdı.Şirkətin ilk mərc qəbul etmə nöqtəsi "Ulitsa 1905 qoda" metro stansiyası yaxınlığında açılır. 1995-ci ildə şirkətin məntəqə sayı 5-ə yüksəlir. Şirkətdə mərclərin qəbulu və işlənməsi prosesi kompürləşdirilir. 1997-ci ildə şirkət rəsmi veb saytını açır və 1998-ci ildə internet üzərindən mərc qəbul etməyə başlayır. 1998-ci ildə Sankt-Peterburq şəhərində şirkət ilk filialını açır. 2003-cü ildə artıq şirkətin mərc qəbulu nöqtələri şəbəkəsi, Rusiya və MDB ölkələrində 100-dən çox filialdan ibarət idi.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Köbər
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Lobez
Lobez (ˈwɔbɛs, {{{2}}}) - Polşanın üçüncü ən iri şəhəri. == Demoqrafik == == Bələdiyyə başçıları == == Abidələr == == Məşhur sakinləri == Franz Andreas von Borcke (1693–1766), ümumi Ferdinand Nemitz (1805–1886), siyasətçi Oskar Beyersdorff (1830–1887), həkim Felix Genzmer (1856–1929), memar Otto Puchstein (1856–1911), arxeoloq Franz Georg von Glasenapp (1857–1914),ümumi Walter Goehtz (1878–1946), siyasətçi Fritz Puchstein (1893-1968), aktor Kazimierz Obuchowski, (1931-2014), psixoloq Zbigniew Harbuz (1932), tarixçi Ignacy Gryczyński (1948), bioloq Zygmunt (Karol) Gryczyński (1958), fizik Andrzej Gudański (1979), rəssam == Qardaş şəhərlər == Affing (alm. Affing‎), Almaniya Wiek (alm. Wiek‎), Almaniya Kėdainiai (lit. Kėdainiai, pol. Kiejdany), Litva İstra, (rus. Истра), Rusiya Svalöv (isv. Svalöv), İsveç Paikuse (est. Paikuse), Estoniya Гуча (serb. Гуча), Serbiya == İdman == MLKS "Światowid" - Futbol.
Mobəd
Mobəd (pəhl. 𐭬𐭢𐭥𐭯𐭲) — Sasanilər dövründə İranda ali rütbəli zərdüşti kahin. Dövlətin siyasi həyatında mühüm rol oynayan və geniş nüfuz sahibi olan mobədlər hər cür vergi və mükəlləfiyyətdən azad idilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Rapp, Stephen H. The Sasanian World through Georgian Eyes: Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature. Ashgate Publishing, Ltd. 2014. səh. 58. ISBN 978-1472425522. Nigosian, Solomon Alexander, The Zoroastrian Faith: Tradition and Modern Research, Montreal, Quebec: McGill-Queen's University Press, 1993, səh.
Nisbət
Nisbət — iki ədədi müqayisə etmək üçün çıxma və bölmə əməlindən istifadə olunur. Çıxma zamanı bir ədədin o birindən neçə vahid böyük və ya kiçik olduğu tapılır. Bölmə zamanı isə bir ədədin o birindən neçə dəfə böyük və ya kiçik olduğu tapılır. a və b ədədlərinin bölünməsindən alınan qiymətə bu ədədlərin nisbəti deyilir.Nisbətdə iştirak edən I ədədə nisbətin I həddi (əvvəlki həddi), II ədədə isə II həddi (sonrakı həddi) deyilir. Məsələn: I hədd:6 II hədd:3 6:3=2 Deməli 6 ilə 3-ün nisbəti 2-dir.Deməli 6 3-dən 2 dəfə böyükdür.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Noreg
Norveç, rəsmi olaraq Şimali Avropada Skandinav ölkəsidir, materiki Skandinaviya yarımadasının qərb və ən şimal hissəsini əhatə edir. Arktikanın ucqar adası Yan Mayen və Şpitsbergen arxipelaqı da Norveçin bir hissəsidir. Subantarktika qurşağında yerləşən Buve adası Norveçdən asılıdır; ərazisinə, həmçinin I Pyotr adası və Kraliça Mod Torpağı Antarktika ərazilərini iddialarına daxildir . Paytaxtı və ən böyük şəhəri Oslodur. Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır. Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Nosel
Nosel (Averon)
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Nöqtə
Nöq́tə:
Noren
Noren (暖簾) – otaqda və ya girişdə asılan ənənəvi yapon pərdəsi. Müxtəlif ölçüləri və formaları mövcuddur. == Tarixi == Norenlər ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Belə ki, noren qışda istiliyi saxlamaq, yayda isə evi sərinləşdirmək üçün istifadə olunan alət idi. Muromaçi dövründən etibarən iş yerlərinin giriş hissəsini toz, topraq, pis qoxu və tüstüdən qorumaq üçün noren asılmağa başlanmışdır.Edo dövründə müştərilər restorandan çıxarkən əllərini norenə sürtüb təmizləyirdilər. Noren nə qədər çirkli idisə, restoran bir o qədər yaxşı və bol müştərisi olan restoran hesab olunurdu. Noren üzərindəki simvollarla birlikdə dükkan sahibi üçün reputasiya simvoluna çevrilmişdir. Dükkan işçisi öz dükkanını açarkən çalışırdı ki, keşmiş iş yerinin mötəbərə norenindən istifadə etsin. Dükkan sahibinin bu icazəni verməsi həm işçi üçün fəxr hesab olunurdu, həm də işçi ilə dükkan sahibi arasındakı əlaqəni təmsil edirdi.Norenlər Tayşo dövrünə qədər geniş şəkildə istifadə olunsa da, iş yerlərinin qərbləşməsi nəticəsində öz əhəmiyyətini itirmişdir. Hazırda norenlər yapon üslubunda olan dükkan və restoranlarda istifadə olunur.
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.