ƏLBƏT

[ ər. ]
1. bax əlbəttə. Əlbət gələcəkdir. Dünyaya gələn əlbət gedər.
– Demək olmaz dirilər tək yatıb, əlbət duracaq; Ölülər yatmağıdır, yox buna payan, ölüb… ə! M.Ə.Sabir.

□ Əlbət ki – təbii ki, şübhəsiz.
Əlbət ki, on il bundan qabaq belə proyekt mühüm idi. Mir Cəlal.

2. ara s. Yəqin (ki), görünür (ki). Əlbət, bunda bir sirr var.
– Dərvişəm, kəşkülüm var; Hər güldən beş gülüm var; Gəlmişəm mən qapına; Əlbət, bir müşkülüm var. (Bayatı).
[Səlimə:] Əlbət, odunu satılmır nədi, kəsdirib bazarı ac-susuz. Ə.Haqverdiyev.
Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLBƏT əlbət bax əlbəttə 1; yəqin
ƏLBƏSƏLİK
ƏLBƏTTƏ
OBASTAN VİKİ
Əlbəttə (mahnı)
Əlbəttə — Aygün Kazımovanın "Duy" albomundakı mahnılardan biri. == Mahnı haqqında == Gürcüstanın məşhur DJ-i Kakhaberi tərəfindən hazırlanan "Əlbəttə" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Mahnının sözləri Azər Şirinə, musiqisi və albomun musiqi prodüsseri gürcü musiqiçi Kakhaberiyə aiddir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. == Klip haqqında == Mahnıya klipi gürcü rejissor Nestan Sincikaşvili Gürcüstanda lentə almışdır. Klipdə Aygün Kazımovanın tərəf müqabili mahnının bəstəkarı Kakhaberidir.

Digər lüğətlərdə

бобри́ный гегемони́ст докиса́ние дуде́ть зеленомо́шный нетерпе́ние но́ша поскрести́сь сли́вщик хи́мико- букси́рный нашлёпать предощуще́ние смотр спин ура-патрио́т шта́мбовый chloroformization coot transit duty агентурный банту временный вытяжка напялить