Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Nitq
Nitq — ən mühüm ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı təzahür forması, informasiya ötürücü vasitə. Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra parametrlərilə səciyyələnir. Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir. Nitq bədii və obrazlı ola bilər. Bəzən bədii və obrazlı nitqi eyniləşdirirlər. Lakin bu nitq formaları arasında fərq vardır.
Gettysburg nitqi
Gettysburg nitqi, Amerika Birləşmiş Ştatlarının prezidenti, Abraham Linkoln tərəfindən Amerika Birləşmiş Ştatları tarixindəki ən məşhur çıxışlardan biridir. Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya qüvvələrinin Gettysburg döyüşündə Birlik Qüvvələri tərəfindən məğlub edilməsindən dörd ay yarım sonra, 19 noyabr 1863-cü il Cümə axşamı günü Pensilvaniya ştatının Gettysburg şəhərində Gettysburg Milli Qəbiristanlığının açılışı zamanı söylənilmiş olan bir nitqdir. == Nitq mətni == 87 il əvvəl əcdadlarımız bütün insanların bərabər olduqları prinsipinə inanaraq bu qitədə yeni bir millət yaratdılar. İndi biz hal-hazırda bu əsasda qurulmuş hər hansı bir millətin yaşaya bilib-bilməyəcəyini yoxlayan böyük bir vətəndaş müharibəsindəyik. İndi böyük bir toqquşmanın baş verdiyi bir ərazidəyik. Biz buraya buranın bir hissəsini bu millətin yaşaması üçün canını verənlərə son bir istirahət yeri olaraq təqdim etmək üçün gəldik. Digər tərəfdən, bu diyarı xeyir-dua verərək müqəddəsləşdirməyimiz və ya müqəddəs etməyimiz mümkün deyildir. Burada döyüşərək canlarını qurban verən insanlar bu məkanı o qədər müqəddəs etmişdirlər ki, ona bir şey əlavə etmək və ya ondan çıxartmaq bizim imkanlarımız xaricindədir. Dünya burada dediklərimizə az əhəmiyyət versə də, insanların burada nə etdiklərini heç vaxt unutmayacaqdır. Burada bundan belə özlərini həsr etmiş olanlar sağ qalanlardır.
Günel Natiq
Günel Natiq (Günel Natiq qızı Natiq; 12 mart 1980, Bakı) — azərbaycanlı yazıçı, esseist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin (2005) və Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvü, Prezident təqaüdçüsü (2019). == Həyatı == Günel Natiq 1980-cı il martın 12-də Bakıda ziyalı ailəsində anadan olub. 2001-ci ildə Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. == Fəaliyyəti == === Jurnalist kimi fəaliyyəti === Azərbaycan Radiosunun tarixində ən gənc redaktor (17 yaşında) olan Günel Natiq radioya gəldiyi ilk illərdən orijinal üslubu, özünəməxsus ifadə tərzilə seçilib və öz dinləyici auditoriyasını qazanıb. Azərbaycan Radiosunda məşhur "Qərib axşamlar" verilişinin müəllifidir. AzTV-nin rəsmi jurnalında "Qərib axşamlar" haqqında xüsusi reportaj (2011) hazırlanıb. "Qərib axşamlar" ilk illərdə qaçqın və köçkünlərin həyatına dair radio hekayələr formatında efirə verilib. Sonrakı illərdə proqramın formatı dəyişməsə də, qəhrəmanları dəyişib. Azərbaycan və dünya ədəbiyyatının seçilən imzaları Günel Natiqin bələdçiliyilə fərqli rakursdan təqdim edilib. 90-cı illərdən başlayaraq "Gündoğandan-günbatana" verilişinə müəlliflik edən Günel Natiq türkçülüyün təbliğində rol oynayan silsilə proqramlar (qədim türk tarixi, etnoqrafiyası, maddi-mənəvi abidələri haqqında) hazırlayıb.
Həmid Nitqi
Həmid Nitqi (2 sentyabr 1920, Təbriz – 16 iyul 1999, Birləşmiş Krallıq) — azərbaycanlı professor, hüquqşünas, pedaqoq, şair, dilçi və ədəbiyyatşünas alim. İranda müasir ictimaiyyətlə əlaqələr elminin banisi == Həyatı == Həmid Nitqi 1920-ci ildə Güney Azərbaycanda Təbrizin məşhur Surxab məhəlləsində anadan olub. İlk təhsilini mədrəsəsi səviyyəsində bilik verən məhəllə məktəbində almışdır. Daha sonra ibtidai təhsilini İranda ilk dünyəvi təhsil sistemini yaratmış məşhur maarifçi Mirzə Həsən Rüşdiyyənin Təbrizdə açdığı məktəbdə almışdı. Həmin məktəbdə müəllim olan şair Həbib Sahirin Həmid Nitqinin gələcək həyatında böyük rolu olmuşdur. 15 yaşlı Həmidin ilk şeirinin "Şahin"qəzetində çap olunmasına kömək etmişdir. Liseyi bitirən Həmid Nitqi Tehranda hüquq təhsili alıb. 1943-cü ildə İran hökuməti 100-ə yaxın gənci Türkiyəyə oxumağa göndərir. Onların sırasında Tehran Universitetinin hüquq fakültəsinin məzunu Həmid Nitqidə vardı. O, universiteti bitirib doktorantlığı müdafiə etdikdən sonra İrana qayıdır.
Irk Bitig
Irk Bitig (Falnamə) — qədim uyğur dilində yazılmış fal kitabıdır. Orxon-Yenisey Orxon əlifbası abidələrində işlədilən qədim türk hərfləri ilə kağıza yazılmış və indiyə kimi saxlanılmış yeganə kitabdır.bu kitabin dəqiq yazılan tarıxı bəlli deyil amma ən azı 900 yüziliyə Irk Bitigi macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907–ci ildə Çinin Qansu əyalətindəki Dunhuang şəhərində yerləşən Bin Buda Mağaralarında tapmışdır. İndi isə İngiltərənin London şəhərindəki Britaniya Muzeyində Şərq yazılı abidələri bölməsində 8212 sayı ilə saxlanılır. Əlyazma 13.6x8 cm ölçülərində olub, 57 səhifədən ibarətdir. Səifələrin hər iki üzü də işlədilmiş və cildlənməmişdir. X əsrdən daha əvvəl yazıldığı güman edilir. == Azərbaycanda nəşri == İndiyə qədər Vilhelm Tomsendən başlayaraq Hüseyn Namiq Orxun, Sergey Malov, Sir Gerard Klauson, Tetsuro İkeda, Tələt Təkin kimi tədqiqatçılar tərəfindən nəşr olunan kitab, Əlisa Şükürlü, Yusif Məmmədov və Əbülfəz Rəcəbov tərəfindən də araşdırılmışdır. 2013-cü ildə isə Göybəy Uluç, Aygün Hüseynli, Dilbər Mehdiyeva, Özcan Qır, İrana İbrahimova və Ceyran Sərxanbəyova tərəfindən qədim uyğur dilindən çağdaş Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmişdir. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir. Kitab 120 səhifədən ibarətdir.
Müəllif nitqi
Müəllif nitqi — Bədii əsərlərdə müəllifin dilindən yazılan parçalar, obrazların, personajların danışığında işlənməyən parçalar.
Natiq (ad)
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Natiq Allahverdiyev
Natiq İsa oğlu Allahverdiyev (18 may 1973, Culfa rayonu) — AMEA prezidentinin İqtisadi məsələlər üzrə müşaviri, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini icra edir. == Həyatı və təhsili == Azərbaycan Respublikası Naxçıvan MR-nın Culfa rayonunun Bəyəhməd kəndində dünyaya göz açmışdır. Ailəlidir. Orta təhsil gimnaziyasını bitirdikdən sonra Nasxçıvan Muxtar Respublikasının aqronomçuluq üzrə texnikomunu 1991-ci ilədək təhsil almışdır. Bir müddət sonra 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmuş və 2004-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 2004-2006-cı illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində qırmızı diplomla magistr dərəcəsinə yiyələnmişdir. == Əmək fəaliyyəti == 1995—2001 Biologiya elmlərinin yeni sahələrinin inkişafı fondunda işlər müdiri; 2002 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Nəsimi rayon şöbəsinin baş mütəxəssisi; 2002-ci ildən Yeni qlobal dünya iqtisadiyyatının əməkdaşlıq layihəsi üzərində çalışır.
Natiq Aslan
Natiq Fərzəliyev (Natiq Aslan oğlu Fərzəliyev ; 1 fevral 1962, Yevlax rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olmuşdur. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. == Əsas rolları == Siyasi fahişə - ("Komendant saatının lətifələri", S.Manafov) Holland - ("Ox və hədəf", F.Aqamalıyev) Aşpaz - ("Qurbanəlibəy", C.Məmmədquluzadə) Div - ("Kosmosda görüş") Vyolanın qonağı - ("Açar", İ.Məmmədli) Div - ("Məlikməmməd", xalq nağılı) Bəstəçi - ("Sevirəm səni Türkiyə", K.Abdulla) Kor heykəltaraş - ("Neron", M.Xubai) Nağılçı - ("Kim deyir ki, Simurq quşu varmış", K.Abdulla) Dayı - ("Mamay kişinin yuxuları", V.Səmədoğlu) Təlxək-quyruq - ("Sara xatun", N.Saraclı) Meymun – ("Hekayəti-xırs-Quldurbasan", M.F.Axundov) Şirxan – ("Tıq-tıq xanım", A.Şaiq) Burqomister – ("Şelkunçik", E.T.A.Hofman) II Lord – ("Yatmış gözəl" B.Marvin) Səfərin oğlu – ("Əcəl atı" V.Əlixanlı) Poçtalyon Fətoş – ("Buzovna kəndinin əhvalatları" Elçin) Qulaməli – ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə) Mkrtıç – ("Hacı Qara" M.F.Axundzadə) Çırtdan – ("Şahzadə Xəzərin nağılı" K.Ağabalayev, N.Kazımov) Polis – ("Buratinonun macəraları" A.Tolstoy) == Filmoqrafiya == Bala-başa bəla! (film, 1995) Yarımştat (film, 1996) Yol yoldaşları (film, 2003) Mükafat (film, 2004) Tilsim (film, 2005) Kəndim+nizə qayıdın!?
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. == Həyatı == Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Natiq Novruzov
Natiq Novruzov — şəhid, «Azərbaycan Bayrağı ordeni» ilə təltif olunmuşdur. == Həyatı == Natiq Novruzov 1973-cü ilin may ayının 22-də Gürcüstanın Borçalıda anadan olmuşdur. 1981-ci ildə Nərimanov rayonunun 258 nömrəli məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra “Rabitə “ texnikumuna daxil olub və 1992-ci ildə bitirdikdən sonra hərbi xidmətə çağırıldı. İki illik hərbi xidmətini bitirməsinə baxmayaraq, qardaşı Novruzov Azər ilə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşdülər. Natiq 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və yanvarın 1-də şəhid olmuşdur. Bu zaman qardaşı Azər məzuniyyətdə olub, öz qardaşının ölümündən xəbərsiz olmuşdur. Məzuniyyətdən qayıdandan sonra xəbər tutub ki, qardaşı şəhid olub və bütün meyidlər mühasirədə qalıb . Yanvarın 16-da meyidləri erməni mühasirəsindən çıxararkən Azər də şəhid olub. Yanvarın 22-də onlar Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunmuşlar.
Natiq Paşa
Natiq Hidayət oğlu Paşa == Həyatı == 1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. 40-dan çox elmi əsərin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər idarəsinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib. Hazırda Azərbaycan Texniki Universitetində Sənaye ekologiyası və HFT kafedrasının dosentidir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. N.H.Paşa 40-dan çox elmi əsərin müəllifidir.
Natiq Qasımov
Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (əsgər) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Natiq Qocayev
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == 1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub. Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır. Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. 24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib. 4 fevral Natiq Qocayevin atası Vəli Qocayev vəfat edib. == Əmək fəaliyyəti == Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o, Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir. 2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir. Ermənistan və Azərbaycan Respublikalarının milli qəhrəmanlarının müqayisəli şəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar.
Natiq Qubadoğlu
Natiq Qubad oğlu Babayev, Natiq Qubadoğlu (20 may 1959, Ucar) — Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, telejurnalist, c.ü. fəlsəfə elmləri doktoru, "Qızıl qələm" mükafatı laureatı (2012), Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2009). "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Peşəkar jurnalist" mükafatçısı (2008). == Həyatı == Natiq Qubadoğlu əslən Ucar rayonunun Çiyni kəndindəndir. O, 1959-cu il may ayının 20-də İsmayıllı rayonunun Keyvəndi sovetliyinin Minkə kəndində anadan olub. Bir müddət sonra ailəsi yenidən Ucar rayonunun Çiyni kəndinə qayıdıb. Natiq Qubadoğlu həmin kənddə 8 illik, Qaradağlı kəndində isə 10 illik orta məktəbdə təhsil alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Natiq Babayev 2005-ci il iyulun 4-də İctimai televiziyanın Ədəbiyyat və incəsənət verilişləri departamentinin direktor müavini vəzifəsinə təyin olunana qədər Azərbaycan Televiziyası və Radio Verilişləri Dövlət Komitəsində kiçik redaktordan böyük redaktora qədər müxtəlif vəzifələrdə çalışmışdır. O, xüsusilə 1993-cü ildən 2005-ci ilə qədər həmin televiziyanın İctimai-siyasi proqramlar redaksiyasının böyük redaktoru vəzifəsində çalışdığı müddət ərzində özünü bacarıqlı reportuyor, istedadlı redaktor və ölkədə baş verən hadisələrin nəbzini tutmağı bacaran, milli təfəkkürə malik, daim dövlətçiliyə xidmət edən təcrübəli jurnalist kimi göstərmişdir.
Natiq Quliyev
Natiq Quliyev (müəllim)
Natiq İsmayılov
Natiq Əjdər oğlu İsmayılov (5 mart 1980; Bunud, Qəbələ rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. 8-ci sinifə qədər Qəbələ rayon Bunud kənd tam orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirmişdir. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Natiq İsmayılov 2001-ci ildə ali təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Natiq İsmayılov 1-5 aprel 2016-cı ildə baş verən Aprel döyüşlərində vuruşmuşdur. 2020-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır.
Natiq Şahmuradov
Natiq Şahmuradov (14 avqust 1963, Kərkicahan – 8 may 1992, Şuşa, Dağlıq Qarabağ) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.
Natiq Şıxməmmədov
Natiq Zakir oğlu Şıxməmmədov (20 aprel 1991, Dağ Kəsəmən, Ağstafa rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Şıxməmmədov 1991-ci il aprelin 20-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2001–2012-ci illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Natiq Şıxməmmədov 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Natiq Şıxməmmədov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Şıxməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Natiq Əhmədov
Natiq Əhmədov (milli qəhrəman) — Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı. Natiq Əhmədov (çavuş) — Vətən müharibəsi şəhidi.
Natiq Əliyev
Natiq Ağaəmi oğlu Əliyev (23 noyabr 1947, Bakı – 9 iyun 2017, İstanbul) — dövlət xadimi, geoloq. Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005–2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. == Həyatı == Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Natiq Əliyev ailəli olmuş, bir övladı və iki nəvəsi var idi. == Təhsili == 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda "Dağ geoloqu" ixtisası üzrə təhsil alıb. Natiq Əliyev 1971-ci ildən 1974-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb. Ali təhsilini başa vurandan sonra Natiq Əliyev "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azərdənizneftkəşfiyyat" trestində, kompleks dəniz geoloji-kəşfiyyat konturunda çalışıb. O, 1979-cu ilə qədər bu vəzifədə işləyib. 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olmuşdur.
Natiq Qurbanlı
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
ITIS
== Həmçinin bax ==
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. == Elmi faktlar == Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Namiq Quliyev Natiq Oğlu
Namiq Natiq oğlu Quliyev (31 dekabr 2001, Sumqayıt – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub.