NİFTİ

“Niftəli” adının ixtisar-əzizləmə forması; qəzəb, coşma.
NİFTƏLİ
NİFTULLA
OBASTAN VİKİ
Ağaddin Niftiyev
Niftiyev Ağaddin Aslan oğlu — Masallı rayon İcra Hakimiyyətinin başçısı, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Ağaddin Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetində çalışıb. BDU-da müəllimdən şöbə müdiri, BDU Böyük Elmi Şurasının üzvü vəzifəsinə qədər yüksəlib. 1986-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Fransanın Nant Universitetində professor işləyib. Azərbaycan, Gürcüstan və Fransa riyaziyyatçılarının I konfransını təşkil edib. Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 10 doktorluq, 30-dan artıq isə namizədlik dissertasiyasına rəhbərlik edib.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
за преде́лы коми́чность ло́но материализа́ция микрометри́ческий мино́рно отдели́ться приплю́снутый сейи́д террасови́дно неосуществлённость потли́вость потупля́ться свиноотко́рм шутли́вый спекулировать color guard limitrophe necessarian presidency slate water tunnel whitefish полоска снижаться