Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şərili
Şərili — aşıq havası. == Haqqında == Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Ərinti
Ərinti ya Xəlitə - Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda bərk məhlullar alınır. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır.
Sabah Şəriəti
Sabah Saleh oğlu Şəriəti (1 yanvar 1989, Sənəndəc) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Sabah Şəriəti 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Sabah Şəriəti həm də 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının gümüş medalına, 2019-cu ildə Belarusda isə II Avropa Oyunlarının bürünc medalına sahib olub. Sabah Şəriəti Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Sabah Saleh oğlu Şəriəti 1989-cu il yanvarın 1-də Sənəndəc şəhristanının Sənəndəc şəhərində anadan olub. 2002-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Cəmşid Xeyrəbadidir. == Karyerası == === 2009–2010-cu illər: İran yığması === Sabah Şəriəti 2009-cu ilin aprelində Azərbaycanda baş tutan "Azerbaijan Wrestling Federation Cup" beynəlxalq turnirində mübarizə apardı və turnirin qalibi oldu. 2010-cu ilin fevralında isə o, İranın Qum şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə 8-ci pillənin sahibi oldu. Daha sonra Sabah Şəriəti İran yığmasının məşqçilərinin ona etimad göstərməməsinə görə üç il beynəlxalq turnirlərdə mübarizə apara bilməmişdi.
Əli Şəriəti
Əli Şəriəti (fars. علی شریعتی‎; 23 noyabr 1933, Mazinan[d], Rəzəvi Xorasan ostanı – 19 iyun 1977, Sauthempton, Hempşir qraflığı[d]) — İranlı ilahiyyatçı, sosioloq, tarixçi. İran İslam İnqilabının əsas ideoloqlarından biri. == Həyatı == Əli Şəriəti Məzinani 23 noyabr 1933-cü ildə İranın Xorasan əyalətinin Səbzivar bölgəsinin Məzinan çölünün Kahək qəsəbəsində, dindar ailədə dünyaya gəlmişdir. === Təhsili === Əli Şəriəti hələ kiçik olarkən ailəsi Məşhədə köçmüş və o, 7 yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. 16 yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur. Oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bakalavr diplomu ilə bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi. 1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət büdcəsi ilə Avropaya, öz seçimi ilə Fransaya, Parisin Sarbonna Universitetinə göndərilir. Əli Şəriəti beş il Sarbonna Universitetində "Tarix" fakültəsində "Ədəbiyyat və dinlər" ixtisası üzrə oxuyaraq doktorluq dərəcəsi almışdır.
Dərili (Xudafərin)
Dərili (fars. دریلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 429 nəfər yaşayır (84 ailə).
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Dua (Əli Şəriəti)
Dua — Əli Şəriətinin elmi-fəlsəfi əsəri. == Məzmun == Dr. Əli Şəriətinin dərin düşüncələrinin və mənəvi dünyasının məhsulu olan “Dua” kitabı onun digər əsərləri içərisində öz parlaqlığı ilə seçilir. Kitabın birinci hissəsində Dr. Şəriətinin tərcümə etdiyi Nobel mükafatı laureatçısı Aleksis Karrelin mövzu dərinliyi ilə insanı heyrətləndirən “La Priere” (Dua) kitabçası yer almışdır. Sonrakı hissələrdə isə Dr. Şəriətinin özünün duanın mahiyyəti, fəlsəfəsi, eşq, ehtiyac və mübarizə kimi məsələlərin müasir nəzəriyyələrlə qarşılaşdırılması və təhlili, müsəlmanlar arasında durğunluğa səbəb olmuş bu mövzulara müəllifin geniş elmi və dünyagörüşü pəncərəsindən orijinal baxışları yer almışdır. Kitabın ən həyəcanlı səhifələri isə Dr. Şəriətinin coşqun, dərdli, fəlsəfi, tənqidi, üsyankar ruhundan pərvazlanan dualarıdır. Əslində isə, bu, dua müstəvisində onun İslam cəmiyyəti ilə bağlı arzularının və qəlb çırpıntılarının təzahürüdür.
Pələng dərili cəngavər
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeraltı axım
Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir. Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir.
Yeraltı hamam
== Abidələr == Yeraltı hamam — Bakıda yerləşən tarixi abidə. Yeraltı hamam — Şəkidə yerləşən tarixi abidə. Yeraltı hamam — Şuşada yerləşən tarixi abidə. Gənzə hamamı — Ordubad rayonunun Gənzə kəndində yerləşən tarixi abidə. == Memarlıq == Yeraltı hamam — Tarixi Azərbaycan ərazisində yayılmış hamam inşaat forması. Yerüstü və yarımyeraltı hamamlardan fərqli olaraq yeraltı hamamlar əvvəlcədən qazılmış və ya təbii çökək olan ərazilərdə inşa edilir, tikilinin əsas gövdəsi yer altında qalır, dam örtüyü və günbəzləri isə yer səviyyəsinə bərabər olur.
Yeraltı mədəniyyət
Yeraltı mədəniyyət və ya anderqraund mədəniyyət (ing. underground — yeraltı) — müasir incəsənətdə (musiqi, ədəbiyyat, kino, təsviri incəsənət və s.) kütləvi mədəniyyətə, əsas və rəsmi sənətə zidd olan yaradıcı meyllər toplusu. Yeraltıya qeyri-rəsmi, müstəqil və ya senzuralı növlər və sənət əsərləri daxildir. Yeraltı ilə əsas cərəyan arasındakı sərhəd həmişə bulanıqdır, çünki bir yeraltı olaraq başlayan bir çox sənət növü və əsərləri zaman keçdikcə populyarlaşdı və geniş yayıldı. Yeraltı, hakim ideologiyanı pozmaq, üslub və dil məhdudiyyətlərini bilməmək, ümumiyyətlə qəbul edilmiş dəyərləri, normaları, sosial və bədii ənənələri rədd etmək, tez-tez ictimaiyyəti şoka salmaq, üsyanla xarakterizə olunur. Yeraltı cəmiyyətdə qəbul edilən siyasi, əxlaqi və etik istiqamətləri və davranış stereotiplərini rədd edir və tez-tez pozur, gündəlik həyatda yeni davranış modelləri tətbiq edir. Amerika və Avropa yeraltılarının tipik mövzuları "cinsi inqilab", narkotik, din əleyhinə, marjinal qrupların problemləridir. == Tarixi == Bu termin XX əsrin ikinci yarısında yaranıb və istifadə olunmağa başlayıb. Ekstremal və avangard metal və grunge kimi rok musiqisinin bəzi növləri yeraltı olaraq təsnif edildi. Hip-hopun bu anlayışı gi-funk və gangsta rap-ə aid edilə bilər.
Yeraltı sular
Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin , şortəhər , şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş , çox soyuq soyuq , ilıq , isti , çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar. == Yeraltı suların çirklənməsi == Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. == Yeraltı su yataqlarının öyrənilməsinin əsas prinsipləri == Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır: Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır.
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
Yeraltı ədəbiyyat
Yeraltı ədəbiyyat — dili zəncirlərindən azad etmək üçün XIX əsrin ortaları və XX əsrin əvvəllərində formalaşmağa başlayan ədəbi cərəyandır. Sərt, ziddiyyətli, tənqidi, daha çox reallığın və təxəyyülün incə xəttində var olmağa çalışan yeraltı ədəbiyyat alkoqolizmin, seksuallığın, qeyri-adiliyin və küfrün ifadəsidir. Kökləri kifayət qədər qazıldıqda Marquis de Sadeyə (1740–1814) qədər çatmaq olar. Sade yazıları ilə "başqalarına ağrı vermək həzzi" adlandırılan "Sadizm" ideyasının atası oldu. Sağlığında erotizm və zorakılıqla bağlı kitabları olduqca qəribə idi və o, həbs olundu, lakin onun yazıları başqa yazıçılar üçün də ilham mənbəyi olub. Bir çox ədəbi nümunələrə məhəl qoymayan yeraltı ədəbiyyat bizi Charles Bukowskini (1920–1994) tanıdı."Factotum", "The Most Beautiful Woman in Town" (Şəhərin ən gözəl qadını),"Pulp", "Postane" (Poçt şöbəsi) onun əsərlərindən yalnız bir neçəsidir. Xüsusilə "Factotum" müəllifi daha yaxından tanımağa kömək edir. Çünki Bukovski Henry Chinaski kimi həyatının bir dövrünü ortaya qoyur. Müəllif kitabında müxtəlif avaralığını, daim dəyişən işlərini, qadınlarla münasibətlərini təsvir edərkən, onun da yeraltı qəhrəman ola biləcəyinə işarə edir. Son illərdə daha sürətlə inkişaf edən ədəbiyyat, 1999-cu ildə Chuck Palahniuk-un "Döyüş klubu" adlı əsərindən kinoya keçdi və pərəstişkarlarını artırdı.
Pələng dərili cəngavər (dəqiqləşdirmə)
Pələng dərili cəngavər - Şota Rustavelinin XII əsrdə tatar-bulqar yazılı eposunun (IX əsr) əsasında yazdığı epik poema. Pələng dərili cəngavər (balet) - Aleksi Maçavarianinin eyniadlı əsər əsasında yazdığı balet.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.
Yuxarı Necili
Yuxarı Necili (?-25.01.1978), Nizami (25.01.1978-indi) — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Yuxarı Necili - İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 1,5 km şimalda yerləşir. 1969-cu ildə Zəngibasar (Masis) rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 155 nəfər, 1873-cü ildə 540 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 791 nəfər, 1908-ci ildə 933 nəfər, 1914-cü ildə 945 nəfər, 1916-cı ildə 732 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 319 nəfər, 1926-cı ildə 365 nəfər, 1931-ci ildə 627 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Bakının yeraltı yolları
Bakının yeraltı yolları — Bakı şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş gizli yeraltı yollar. == Tarixi == Tarixi XII əsrə qədər gedib çıxan Bakının yeraltı yolları tarixən Orta əsr şəhər və qalalarında olduğu kimi ehtiyat üçün tikilmiş yeraltı gizli yollar olmuşdur. Belə ki, bu şəhərdə müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq məqsədilə və müdafiə sistemini asanlaşdırmaqdan ötrü qala divarları boyu yeraltı yollar inşa edilmişdir. Onlar orta əsrlərdə Bakının şəhər infrastrukturunun əsas tərkib hissəsi olmuşdur.İçərişəhərdə olan gizli yeraltı yollar bir-biri ilə kəsişərək qalereyanı, sanki əsl labirinti əmələ gətirmişdir.Belə yollardan bir neçəsi Şirvanşahlar sarayının ərazisində də vardır. Beynəlxalq "İntergeo-Tetis" şirkətinin apardığı tədqiqatlar nəticəsində Şirvanşahlar sarayının yalnız yaşayış binasının altından 8 istiqamətə şaxələnən yeraltı qalereya aşkar edilmişdir. Bu qalereyaların yerləşdiyi dərinlik 3 metrdən 9 metrə qədərdir. Şəhər düşmən əlinə keçdiyi zaman yeraltı yollar vasitəsilə Şah, əyan və mühafizəçilər. müdafiə mövqeyinə çəkilirdilər.Alman səyyahı Engelbert Kempferin 1684-cü ildə çəkdiyi "Bakının ilk qrafik təsviri"ndə, hidroqraf mühəndis-polkovnik K. X. Truzsonun 1796-cı ildə tərtib etdiyi Bakının xəritəsində, rus hidroqrafı, kapitan-leytenant A. F. Ulskinin 1858-ci ildə işlədiyi xəritədə, rus memarı İvan Şeblıkinin 1941-ci ildə çəkdiyi "Bakı XII əsrdə" adlı qrafik rəsmdə Bakının yeraltı yollarına dair cüzi də olsa informasiyalar vardır.İ. Xoven 1861-ci ildə dənizdən 2 arşın, təxminən 1,4 m hündürlükdə olan 8 qüllənin göründüyünü; lakin sakinlərin söylədiyinə görə, su altında qalmış istehkama Qız qalasından yeraltı yolun olduğunu yazmışdır.Bakıda Şərq Xalqların Qurultayının keçirilməsinin qərara alınması səbəbindən 1920-ci ilin avqustunda Nəriman Nərimanovun xüsusi tapşırığı əsasında Xan sarayı və Qız qalası təmizlənərək, qaydaya salınmışdır. Həmin vaxt aparılmış arxeoloji qazıntıların hesabatında göstərilmişdir ki, Şirvanşahlar sarayının ərazisində, əsasən də yaşayış binasında xeyli quyu var; həmin quyuların bir neçəsindən yeraltı yollar başlayır. Bundan sonra davam edən arxeoloji kəşfiyyat işləri ilə yeraltı yolların açılması 1923, 1924, 1925-ci illərdə də həyata keçirilmişdir.
Dərinquyu yeraltı şəhəri
Dərinquyu yeraltı şəhəri (yun. Μαλακοπή) — Türkiyənin Nevşəhər ilinin Dərinquyu bölgəsində yerləşən çoxqatlı yeraltı şəhər. 60 metrə yaxın dərinliyə malik olan bu yeraltı şəhər eyni anda 20000 insanın birgə yemək və su ilə təmin edə biləcək bir sığınacaqdır. Kapadokiyada bir neçə belə yeraltı şəhərin tapılmasına baxmayaraq bu Türkiyənin ən böyük yeraltı şəhəridir. Yeraltı şəhər 1969-cu ildə ziyarətə açılmıştır və təxminən yarısı ziyarət üçün turistlərə açıqdır. == Təsviri == Dərinquyu yeraltı şəhəri içəridən ağır qaya qapılar ilə qapanır. Hər bir otağın ayrıca belə qapılaı vardır. Şəhər eyni anda 20000 insana ev sahibliyi edə bildiyi halda həmçinin içərisində şərab və yağ sıxacaqları, axır, depo, ibadət zalı, yemək zalı kimi gündəlik ehtiyyacları qarşılaya bilirdi ki, bu da Kapadokiyanın digər yeraltı komplekslərinə də köməklik edirdi. Yeraltı şəhərin 2 ci qatında bənzərsiz geniş qübbəli bir otaq da vardır. Bu otaqların dini dərslər keçilməsi üçün sinif olduğu və soldakı otaqların isə çalışma otaqları olduğu aşkarlanmışdır.
Gəncənin yeraltı yolları
Gəncənin yeraltı yolları və ya Gəncənin yeraltı fayton yolları — Gəncə şəhərində vaxtilə istifadə edilmiş, lakin sonralar baxımsızlıqdan yararsız hala düşmüş yeraltı fayton yolları. == Tarixi və inşası == Tarixi VIII əsrə qədər gedib çıxan bu yollar Aran memarlıq üslubunda inşa edilmişdir. Bəzi mənbələrə görə X əsrdə inşa olunmuş bu yollar 8 metr dərinlikdə idi. Yollar tağlarla hörülmüş, çirkab sularının axıdılması üçün xüsusi arxlar quraşdırılmış, fayton keçidi üçün geniş yerlər qoyulmuşdur.Bu yolların inşası zamanı burada faytonların hərəkət etməsi də nəzərə alınmışdır.Gəncənin yeraltı yollarına giriş Gəncə xan sarayından buradan başlayırdı. Sarayın yaxınlığında olan Çökək hamam ilə Şah Abbas məscidi arasından keçən bu yolun hər iki abidəyə də girişi olmuşdur. Türkiyənin Amasiya şəhərində olan məscidin hasarı üzərindəki kitabədə Gəncənin yeraltı yollarını inşa edən və şəhərin monqol işğalından sonra vətənini tərk edərək Türkiyəyə köçmüş memar Mahmud oğlu Məhəmmədin adı qeyd olunmuşdur.Görkəmli elm xadimi və tanınmış memar Şeyx Bəhaəddin Amuli 1606-cı ildə Gəncə şəhərində aparılan yenidənqurma işlərinə rəhbərlik etdiyi zaman yeraltı yollara xüsusi həssaslıqla yanaşmış, onların qorunmasını təmin etmişdir.Sovet dövründə bu yollardan bəziləri bağlanılmışdır. Bəzilərindən isə həbsxana kimi istifadə edilmişdir. == Məqsədi == Yeraltı yollar əsasən döyüş zamanı hərbi strateji məqsədlər uçun istifadə olunmuşdur. Belə ki, yadellilərin şəhərə hücum və yürüşləri zamanı bu yollardan istifadə etməklə şəhərin mülki əhalisini qorumaq mümkün olmuşdur. Eyni zamanda, burada ərzaq və silah anbarları da yerləşdirilmişdir.
Parıltı (film, 1980)
Parıltı (ing. The Shining) — rejissor Stenli Kubrikin Stiven Kinqin eyniadlı romanı əsasında 1980-ci ildə çəkdiyi film. Filmdə Cek Torensi Cek Nikolson, Torensin arvadını isə Şelli Dyuval canlandırır. Filmin büdcəsi 19 milyon dollardır. Filmdən təxminən 44 milyon dollar gəlir əldə edilmişdir. Uzun müddət steadicam istifadə edən ilk film "Parıltı" olmuşdur. Ən çox çəkiliş təkrarı edən filmdir. Stenli Kubrik Cek Nikolsonun tualetə balta ilə girməyə çalışdığı səhnənin 127 dublunu etmişdir.
Qaymaqlı yeraltı şəhəri
Qaymaqlı yeraltı şəhəri — Türkiyədə yerləşən ən böyük yeraltı şəhərlərdən biri. Şəhər 8 mərtəbəlidir, tunnelər və otaqlardan ibarətdir. Qaymaqlı yeraltı şəhərinin tarixi e.ə. 3000-ci ilə gedib çıxır. Belə ki yeraltı şəhərdə ilk tikinti aparanlar hettlər imiş. Mənbəyə əsasən yeraltı şəhərdən xristianlar ərəblərdən gizlənmək üçün istifadə edirdilər.
Qərb yeraltı səhləb
Qərb yeraltı səhləb və ya Rhizanthella gardneri – səhləbkimilər fəsiləsinə aid çiçəkli bitki növüdür və Qərbi Avstraliyanın cənub-qərbində endemikdir. Çiçəkləmə də daxil olmaqla, bütün həyat dövrünü torpaq səthində və ya aşağıda keçirən bir bitkidir. May-iyul ayları arasında üfüqi köklü iri, krem ​​rəngli braktlarla əhatə olunmuş, 100-ə qədər kiçik qırmızıdan krem ​​rəngli, içəri baxan çiçəklərin başları yetişir. == Təsvir == Rhizanthella gardneri, torpaq səthindən 60–120 mm (2,4–4,7 düym) aşağıda üfüqi kök salmış yarpaqsız, simpodial bitkidir. May ayının sonundan iyunun əvvəlinə qədər bitki 4–5 mm (0,16–0,20 düym) enində, altı-on iki çəhrayı rəngli qaymaqlı budaqlarla əhatə olunmuş 100-ə qədər kiçik, içəri baxan çəhrayıdan tünd qırmızıya qədər və krem ​​rəngli çiçəklər əmələ gətirir. Çubuqlar çiçəklərin üzərində əyilir, laləyə bənzər bir baş əmələ gətirir və torpaq səthindən bir neçə millimetr yuxarıda kiçik bir açılış buraxır. Tozlanmadan sonra hər bir çiçək 150-yə qədər toxumdan ibarət ətli, giləmeyvəyə bənzər meyvə verir. Küləklə səpələnmiş kiçik, tozşəkilli toxumlar əmələ gətirən digər səhləblərin kapsullarından fərqli olaraq, bu növ qeyri-bərabər meyvələr verir. == Haqqında == Bu səhləb bütün həyatını yerin altında keçirir. Xlorofil olmadığı üçün saf ağdır.
Yeraltı hamam (Bakı)
Yeraltı hamam — İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsidir. İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m2) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir. 2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu. == Tədqiqi == Şirvan-Abşeron memarlıq məktəbinə aid olan hamam, 2015-ci ilə kimi İçərişəhər ərazisində torpaq altında qorunan yeganə abidə olduğundan funksionallıq baxımından unikal memarlıq kompleksi hesab edilir. Hamam, memarlıq üslubu, tikilmə texnikası, memarlıq elementlərinə görə Hacı Bani hamamı (XV əsr) ilə oxşar xüsusiyyətlərə malikdir.
Yeraltı hamam (Göyçay)
Yeraltı hamam və ya Yer hamamı — XIX əsrdə Göyçayda tikilmiş abidə. Azərbaycanın nadir memarlıq abidələrindən biri. Göyçay rayonunda Atatürk prospektində yerləşir və təyinatı üzrə istifadə edilmir. == Haqqında == “Yeraltı hamam” XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən tikilib. Qeyd edilir ki, Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları varmış. Uzun illər insanların xidmətində olan bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Aparılan araşdırmalara baxmayaraq, hamamın çirkab sularının hara və necə axıdılması ilə bağlı bu sual hələ də cavabsız qalır.“Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub.