ZIRILTI

is. dan.
1. Zırıldama, zır-zır ağlama. Zırıltı səsi.
2. Səs-küy, mərəkə, həngamə, dava-qalmaqal, dava-dalaş, araqarışma. Zırıltı qopmaq.
– Mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar. M.S.Ordubadi.
Həpirin yəqini idi ki, bu zırıltıdan sonra atası onun evində qalmaz, baş götürüb gedər. Mir Cəlal.
[Qarı:] Bu zırıltı nədir, deyirlər hökumət dəyişilib? Ə.Əbülhəsən.

◊ Zırıltı ilə – biabırçılıqla, rüsvayçılıqla.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZIRILTI səs-küy — mərəkə — həngamə — dava — qalmaqal — dava-dalaş — araqarışdırma
ZIRILDATMAQ
ZIRINQ

Digər lüğətlərdə