Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İntellektual
İntellektual (latınca intellegere – dərk etmək, latınca ‘inter’ arasında və ‘legere’ seçmək sözlərindən) ümumilikdə elm və ya incəsənət sahəsində təhsil almış şəxslərə deyilir. Çox vaxt bu anlayış ali təhsillilərə sinonim kimi də işlədilir. Əsasən, Qərbdə geniş yayılmışdır. Keçmiş Sovetlər ölkəsində isə bunun əvəzinə ziyalılar daha çox işlədilir. Sosioloqlar üçün intellektuallar öz yazı və danışıq qabiliyyəti ilə onların məsğul olduğu kompitentlik sahəsindən kənara çıxaraq ictimai məsələlər haqqında bəzi hallarda tənqidi danışan şəxslərdir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur. İntellektualın Teodor Qeiqer (Theodor Geiger) tərəfindən verilmiş başqa tərifinə əsasən: Buraya o şəxslər aiddirlər ki, onlar öz peşə kompetensiyaları ilə dini, estetik və ya elmi həyat anlamlarını qabağa çəkir və ya rasional həyat tərzi üçün nəzəri əsaslar yaradırlar. Ziyalı şəxs o vaxt intellektuala çevrilir ki, o öz fəaliyyət sahəsindən kənara çıxaraq hər hansı bir məsələ haqqında ictimai şəkildə çıxış etsin. Ali təhsilli və intellektual anlayışlarının bir-brinə sinonim işlədilməsi heç də həmişə düzgün deyildir. Ona görə ki, intellektə sahib olan şəxs cəmiyyətdə daha yüksək dəyərləndirilir.
İntellektual tarix
İntellektual tarix — ziyalıların tarixi, yəni müxtəlif ideyalar yaradan, müzakirə edən, təbliğ edən insanların tarixi. Saf fəlsəfə tarixindən (müvafiq olaraq: elm, ədəbiyyat və s.) və onun sıx bağlı olduğu ideyalar tarixindən fərqli olaraq, intellektual tarix ideyaları öz daşıyıcılarının mədəniyyəti, tərcümeyi-halı, sosial-mədəni mühiti vasitəsilə öyrənir. Amerika tarixşünaslığında intellektual tarix bu anlayışın iki kateqoriyası kimi başa düşülür. Birincisi XX əsrin əvvəllərində Ceyms Harvi Robinsonun "Yeni Tarix" adlanan əsəri ilə birlikdə yaranıb və xüsusi tədqiqat sahəsi kimi artıq Perri Millerin adı ilə bağlıdır. Bu konsepsiyanın başqa bir kateqoriyası A. O. Lovcoyun təklif etdiyi tərifə aiddir. O, artıq öz tədqiqat obyektinə, onun öyrənilməsi üzrə fəaliyyət planına, öz metodologiyasına və "öz institusional məkanına — "Journal of the History of Ideas" — yə malik olan subyektə istinad edir. 1940-cı ildə Lovejoy tərəfindən əsası qoyulmuş İdeyaların Tarixi jurnalı (Journal for the History of Ideas). Avropada heç bir tərif geniş yayılmayıb. Almaniyada, bir qayda olaraq, Geistesgeschich tetermini əsasən istifadə olunur. İtaliyada storia intellettuale termini belə yaranmayıb, Delio Cantimori də əsərlərində bundan istifadə etməyib.
İntellektual terminal
İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
İntellektual kapital
İntellektual kapital — mənfəəti və digər iqtisadi və texniki nəticələri maksimuma çatdırmaq üçün məhsuldar şəkildə istifadə olunan xüsusi şəxslərin və qeyri-maddi aktivlərin, o cümlədən patentlər, məlumat bazaları, proqram təminatı, ticarət nişanları və s. bilik, bacarıq və istehsal təcrübəsi. İqtisadi sistemin məhsuldar qüvvələrinin artırılması yollarının müxtəlif kombinasiyası onun strukturunu və inkişaf dinamikasını müəyyən edir. K.Marksın tərifinə görə, 22 “İqtisadi dövrlər nəyin istehsal olunduğuna görə deyil, onun necə, hansı əmək vasitəsi ilə istehsalına görə fərqlənir”. Bu baxımdan ayrı-ayrı resurslar növlərinin əhəmiyyəti sənayedən əvvəlki texnologiyadan sənayeyə, ondan isə sənayedən sonrakı texnologiyaya keçidlə dəyişir. Sənayedən əvvəlki cəmiyyətdə prioritet təbii və əmək ehtiyatlarına, sənaye cəmiyyətində - maddi ehtiyatlara, postindustrial cəmiyyətdə - intellektual və informasiya resurslarına aid idi. Hazırda mərkəzdə informasiya texnologiyaları ilə texnoloji inqilab cəmiyyətin maddi əsaslarını yenidən formalaşdırır. Yeni informasiya iqtisadiyyatında, biliklərə əsaslanan iqtisadiyyatda məhsuldarlığın mənbəyi biliklərin yaradılması texnologiyasındadır. “İnformasiya iqtisadiyyatı” anlayışı (informasiya cəmiyyəti kimi) 1960-cı illərin əvvəllərində elmi dövriyyəyə daxil edilmişdir. Qərb dünyasında inkişaf etmiş reallıqla bağlı olaraq əslində ümumi qəbul edilib.
İntellektual azadlıq
İntellektual azadlıq (ing. Intellectual freedom) — bir fərdin və ya cəmiyyətin düşüncə, bilik və məlumatları sərbəst şəkildə öyrənmək, yaratmaq, ifadə etmək və paylaşmaq haqqına sahib olmasıdır. Həm də azadlıq, insanların fərqli fikirləri müzakirə etmələrinə və mübahisələrə qatılmalarına imkan verir və insan yaradıcılığını və yeniliklərini dəstəkləyir. == Haqqında == İntellektual azadlıq, demokratiyanın əsas sütunlarından biri kimi görülür, çünki o, insanların məhdudiyyətlər və senzura olmadan fikirlərini ifadə edə bilməsini təmin edir. Həmçinin azadlıq həm də elmi tədqiqatların, mədəni inkişafın və sosial tərəqqinin önündə gedən güclərdən biri hesab edilir. Bununla yanaşı, intellektual azadlığın məhdudlaşdırılması, cəmiyyətin inkişafını əngəlləyə və avtoritarizmin güclənməsinə səbəb ola bilər. İntellektual azadlıq, insanın düşüncə, fikir, elm və sənət sahələrində sərbəst şəkildə düşünmə, öyrənmə, ifadə etmə və bilikləri paylaşma haqqını ifadə edir. İntellektual azadlıq, insanın fərdi yaradıcılığı və bilik istehsalı üçün əsas şərtlərdən biridir. İntellektual azadlıq həm də insanların müxtəlif mövzulara dair tənqidi düşünmə, araşdırma aparma və əldə etdiyi nəticələri ifadə etmə hüququnu müdafiə edir. Birləşmiş Millətlər Təşkilatı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində əqli azadlığı əsas insan hüququ kimi dəstəkləyir, burada deyilir: == Əhatə olunan sahələr == Fikir azadlığı — insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilməli və müxtəlif fikirlərə açıq olmalıdırlar.
Nəzəri astronomiya
Nəzəri astronomiya — astronomik obyektləri və astronomik hadisələri təsvir etmək üçün fizika və kimyanın analitik modellərini istifadə etməkdir. Ptolemaiosun Almagest nəzəri astronomiya üzərinə mükəmməl bir məqalə ilə birlikdə hesablama üçün praktik bir əl kitabı olsa da, yenə də uyuşmayan müşahidələri uzlaşdırmaq üçün bir çox güzəşt verməyi ehtiva edir. Nəzəri astronomiya ümumiyyətlə Johannes Kepler (1571–1630) və Keplərin qanunları ilə başlamış olaraq qəbul edilir. Müşahidə ilə bərabərdir. Astronomiyanın ümumi tarixi XVI əsrin sonundan XIX əsrin sonuna qədər Günəş Sisteminin identifikator və nəzəri astronomisinin tarixiylə əlaqədardır. Müasir astronomiya tarixindəki əsərlər arasında ümumi tarixlər, milli və təşkilati tarixlər, cihazları, identifikator astronomiya, nəzəri astronomiya, konumsal astronomiya və astrofizika yer alır. Göy elm, ulduzlar və qalaktik formalaşması və səma mexanikası modellemek üçün hesablama texnikalarını mənimsəmək üçün erkəndən başlamışdı. Nəzəri astronomiya baxımından, riyazi ifadə məqbul dərəcədə doğru olmalıdır, ancaq spesifik problemlərdə istifadə edildiyində, daha irəli riyazi analizə tabe tutula bilən bir formada olmalıdır. Bilinən gərçək, nəzəri astronomiya, göylərdə olan hər ulduzun yerini, ölçüsünü və istiliyini təxmin edə bilməz (və deyilməz). Nəzəri astronomiya, göy cisimlərinin görünüşcə kompleks, lakin vaxtaşırı hərəkətlərini analiz edərək cəmlənmişdir.
Nəzəri fizika
Nəzəri fizika — fizikanın obyektlərin və sistemlərin riyazi modellərindən və mücərrədliyindən yararlanaraq təbiət və kainatda baş verən hadisələri izah eləməyə, təxmin eləməyə və səmərəliləşdirməyə çalışan bölməsidir. Eksperimental fizikanın "əksi" sayıla bilər. Eksperimental fizika alətlərdən və cihazlardan istifadə edərək həmin təbiət və kainat hadisələrini incəliklərini ayırd eləməyə çalışır. Elmin inkişafı təcrübələrlə nəzəriyyənin arasındakı əlaqədən asılıdır. Bəzi hallarda isə nəzəri fizika riyaziyyatın ciddi standardları ilə vəhdət təşkil edərək təcrübələrə və müşahidələrə kiçik çəki payı saxlayır. Məsələn, xüsusi nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi dövründə Albert Eynşteyn Lorentz transformasiyalarıla məşğul olarkən Yerin efirdəki sürüşməsi haqqında olan Mayklson-Morli eksperimentinin məlumatlarından heç istifadə eləməmişdi. Amma, Eynşteyn Nobel mükafatını isə fotoelektrik effektini izah etdiyinə görə qazanmışdı, hansı ki, həmin effektin təcrübi nəticələri əldə olunanda nəzəri izahının verilməsində çətinliklər var idi. Fiziki nəzəriyyə fiziki hadisələrin modelidir. Nəzəriyyənin fərziyyələri müşahidələrlə üst-üstə düşdüyü müddətdə müzakirə olunur. Bir fiziki nəzəriyyənin keyfiyyəti onun vasitəsilə təxmin olunmuş yeni fərziyyələri ortaya qoya bilmə bacarağına görə də ölçülür ki, hansı ki, müşahidələrlə təsdiqlənməlidir.
Nəzəri mexanika
Nəzəri mexanika — mexaniki hərəkətlər haqqında ümumi qanunları və cisimlərin qarşılıqlı təsirini öyrənən elmdir. Fizikanın bir bölməsi olmuş nəzəri mexanika özünə aksiomlar şəklində fundamental əsas yaradaraq ayrıca elmsahəsi kimi inkişaf etmişdir. O texnikada tətbiqi xarakter daşıdığından geniş tətbiq olunur. Nyutona görə "nəzəri mexanika istənilən qüvvə ilə yaradılmış hərəkətlər haqqında və istənilən hərəkəti yaratmaq üçün tələb olunan isbat olunmuş qüvvələr haqqında elmdir". Nəzəri mexanika aksiomalara əsaslanan bir qanunlara əsaslanır. Bu aksiomlar tətbiqi mexanikanın həqiqəti haqqında induktiv xarakter daşıyır. Nəzəri mexanika deduktiv xarakterə malikdir. Təcrübələrdən əldə edilmiş aksiomalara əsaslanan nəzəri mexanika qanunları sərt riyazi asılılıqlar əsasında təsvir olunurlar. Nəzəri mexanika təbiət elmlərinin bir hissəsinə olub hissələr yox onların modelləri ilə işləyən riyazi üsullardan istifiadə edir. Belə modellərə aşağıdaklar aiddirlər: materiya nöqtəsi və materiya nöqtələr çoxluğu, mütləq bərk cism və bərk cismlər sistemi, bütöv mühitin deformasiyası.
Nəzəri cərrahiyyə
Nəzəri cərrahiyyə qeyri-operativ qərarların təhlilinin və cərrahi müalicələri dəstəkləyən klinik tədqiqatlar sisteminin inteqrasiyasına əsaslanan bir yanaşmadır. Bu üsul akademik cərrahların əsas elm fənləri ilə qarşılıqlı əlaqəsini koordinasiya etmək üçün nəzərdə tutulmuşdur. Bu ideya ilk olaraq 1960-cı illərdə Marburq Universitetində irəli sürülmüşdür. Təklif olunan fərziyələrə uyğun olaraq nəzəri cərrahiyyənin əsas struktur elementləri müəyyən edilmişdir: biotibbi və klinik elmlərin irəliləyişləri arasında tarazlığı qorumaq məqsədi ilə müxtəlif fundamental elm fənlərinin cərrahi tədqiqat metodologiyasına inteqrasiyası ; fundamental alimlər və cərrahlar arasında əməkdaşlığın yaradılması ilə işçi qrupların təşkili; həm metodoloji əsaslandırmaya əsaslanan , həm də klinik əhəmiyyəti ilə xarakterizə olunan elmi tədqiqatların aparılması (sübutlara əsaslanan tibb); tibbi statistika və meta-analiz alətlərindən istifadə etməklə elmi tədqiqatların nəticələrinə əsasən klinik problemlərin həlli. Nəzəri cərrahiyyədə əsasən üstünlük verilən təşkilati format 2 klinik cərrahdan, 1 fundamental tədqiqatçıdan (nəzəri cərrahdan), 1-2 laborant və tələbədən ibarət daimi işçi qruplarından ibarətdir və ümumi fənlərarasındakı hər hansı bir problemə birlikdə diqqət yetirilir. Cərrahi əməliyyatların elmi planlaşdırılması və aparılmasına sistemli elmi yanaşmanın ilkin əsasları 1920-ci illərdə mübahisəli əsərləri ilə Ferdinand Zauerbrux, Ervin Lik və xüsusilə də “Yol kəsişməsində cərrahiyyə” əsəri ilə S. P. Fedorov tərəfindən qoymuşdur. S.P.Fedorovun cərrahi müdaxilələrin planlaşdırılması və aparılması üçün fundamental elmi əsaslar tələbini aydın şəkildə ifadə etdiyi təkliflər, bir çox görkəmli müasirlər tərəfindən cərrahi texnikanın təkmilləşdirilməsi səylərinin əsassız tənqidi kimi qəbul edilmişdir. Bu dövrdə cərrahiyyə elminin inkişaf yolları ilə bağlı gedən müzakirələrdə görkəmli cərrahlar tərəfindən müxtəlif fikirlər ifadə edilmişdir. Beləliklə, S. S. Yudin cərrahi əməliyyatların aparılması zamanı müxtəlif üsulların praktiki istifadəsinin uğurlu olduğunu qeyd etdi, P. A. Herzen isə gələcək cərrahiyənin təkcə texniki təkmilləşmədən deyil, onun digər əlaqəli elmlərlə simbiozundan da ibarət olduğunu müdafiə etdi. 1960-1970-ci illərdə Marburq Universitetində fəaliyyət göstərən alman cərrah və alim Vilfrid Lorenz perspektivli cərrahi müalicə üsullarını əsaslandırmaq üçün sistematik təhlillərdən istifadənin üstünlüyünü qeyd edərək nəzəri cərrahiyyənin inkişafına böyük töhfə verdi.
İntellektual veilənlər bazası
İntellektual verilənlər bazası
İntellektual veilənlər bazası (ing. intelligent database, rus. интеллектуальная база данных, türk. akıllı veritabanı) – sərbəst müəyyən olunmuş və birmənalı olmayan termin; adətən, informasiyanı məntiqi, təbii və əlverişli üsullarla emal edən verilənlər bazalarının idarəolunması sistemlərini təsvir etmək üçün istifadə olunur. Bundan başqa, intellektual verilənlər bazasında axtarış təkcə ənənəvi üsullarla deyil, həm də qabaqcadan göstərilmiş qaydaların, əlaqələrin və hətta verilənlərin təhlilinin köməyilə aparılır. İntellektual verilənlər bazalarına ekspert sistemləri, hipermedia və hipermətn sistemləri, eləcə də informasiyanın interaktiv seçilməsi vasitələri aiddir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Teya (nəzəri planet)
Teya (ing. Theia) — Günəş sisteminin ilkin dövrlərində mövcud olduğuna inanılan və Böyük toqquşma fərziyyəsinə görə bundan 4,31 milyard il əvvəl Yerlə toqquşaraq yox olan planet. Fərziyyəyə görə Teya təqribən Mars ölçüsündə idi və 6000 km diametri vardı. Los-Anceles Kaliforniya Universitetində geoloq olan Eduard Yanq Apollon 12, Apollon 15 və Apollon 17 missiyaları zamanı gətirilən süxur nümunələrini müşahidə edərək, əvvəl təklif olunan fərziyyənin əksinə olan Teya planetinin Yerə üstdən dəydiyi düşüncəsini ortaya atmışdır. Təklif olunan toqquşma modelinə görə Teyanın qalıqları Yerin ətrafında toplanaraq tədricən Ayı formalaşdırmışdır. Bəzi alimlər düşünür ki, Yer ətrafı orbitə saçılan qalıqlardan əvvəlcə iki peyk formalaşdı və sonradan onlar birləşərək bu gün bildiyimiz Ayı meydana gətirdi. Böyük toqquşma fərziyyəsi Yerin nüvəsinin gözləniləndən daha böyük olmasının səbəbini də açıqlayır. Belə ki, toqquşma nəticəsində Teyanın mantiya və nüvəsi Yerlə qarışmışdır. Teya adı yunan mifologiyası ilə bağlıdır. Belə ki, Teya yunan mifologiyasında Ay ilahəsi hesab olunan Selenanın anasıdır.
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı
Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ing. World Intellectual Property Organization; həmçinin Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı) — BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı. Stokholm konvensiyasına uyğun olaraq yaradılmışdır və Cenevrə şəhərində yerləşir. ÜƏMT-nin hazırkı Baş Direktoru 2008-ci il oktyabrın 1-də vəzifəsinin icrasına başlamış Frensis Harridir. Üzv dövlətlərin sayı 189-dur. Azərbaycan 1995-ci ildən bu təşkilatın üzvüdür. Əqli mülkiyyət sənaye mülkiyyətinə və ədəbi, musiqi, bədii, fotoqrafiya, kinematoqrafiya və audiovizual əsərlərə olan hüquqdur. ÜƏMT-nin rəsmi məqsədi iştirakçı ölkələrin yaratdığı ittifaqlar arasında inzibati qarşılıqlı fəaliyyət və dövlətlər arasında əməkdaşlıq yolu ilə əqli mülkiyyətin mühafizəsinə yardım göstərməkdir. ÜƏMT yeni beynəlxalq müqavilələrin bağlanmasına, milli qanunvericiliyin təkmilləşməsinə təsir göstərir, texniki və hüquqi yardım göstərir, elmi tədqiqatların nəticələrini və seminarların mətnlərini dərc etdirir. Rəhbər orqanları Baş assambleya (məclis), əlaqələndirm üzrə komitə, konfrans, sənaye mülkiyyətinə dair informasiya üzrə daimi komitə və beynəlxalq bürodur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur. 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Nəqliyyatın intellektual idarəetmə sistemləri
Nəqliyyatın intellektual idarəetmə sistemləri (İNS ing. Intelligent transportation system) — yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; İNS istifadə olunan texnologiyalarla fərqlənir: sadə avtomobil naviqasiya sistemləri, işıqforun idarəedilməsi, yük idarəetmə sistemləri, müxtəlif siqnal sistemləri (məlumat lövhələri daxil olmaqla), nömrə tanıma sistemləri və nəqliyyat vasitələrinin sürət qeydiyyatı sistemləri, video nəzarət sistemləri, həmçinin digər sistemlər, parklama idarəetməsi və məlumat sistemləri (PGI) sistemləri, hava xidmətləri, körpü açma sistemləri və digərləri kimi müxtəlif mənbələrdən məlumat və rəylərini özündə birləşdirir. Bundan əlavə, İNS, modelləşdirmə və əvvəllər yığılmış məlumatlara əsaslanan proqnozlaşdırma texnologiyalarından istifadə edə bilər.
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Nəzəri və tətbiqi kimya (jurnal)
Pure and Applied Chemistry Almaniyada mərkəzi yerləşən Beynəlxalq Fundamental və Tətbiqi Kimya İttifaqı adından Valter de Qrüyter tərəfindən aylıq nəşr olunan elmi jurnaldır. Jurnalda Kimya ilə əlaqəli materiallar dərc olunur.
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqı ing. International Union of Pure and Applied Physics,fizika ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Elm üzrə Beynəlxalq şuranın üzvüdür. Beynəlxalq Nəzəri və Tətbiqi Fizika İttifaqının hədəfləri: fizikanın ümumdünya inkişafına,kömək fizika sahəsində beynəlxalq əməkdaşlığın dəstəyi, bəşəriyyətin problemlərinin həlli üçün fizikanın tətbiqi.
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı
Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İYUPAK, ing. International Union of Pure and Applied Chemistry, IUPAC) — kimya sahəsində tərəqqiyə dəstək verən beynəlxalq qeyri-hökumət təşkilatı. Milli təşkilatlardan ibarətdir. Kimyəvi elementlərin adlandırılması və standartlarının hazırlanması üzrə nüfuzlu təşkilat hesab edilir. Elm üzrə Beynəlxalq Şuranın üzvüdür (ing. International Council for Science, ICSU). == Tarixi == 1919-cu ildə yaradılıb.
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
Elm Tarixi və Elmşünaslıq (Beynəlxalq elmi-nəzəri jurnal)
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Nəzər
Elhad Nəziri
Elhad Nəziri (29 dekabr 1992, Bakı) — futbolçu, Petrolul klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == Elhad Nəziri 1992-ci ilin 29 dekabr tarixində Zəngilan rayonunda anadan olub. Gənc yaşlarında futbolla məşğul olub, Neftçi və Qarabağ klublarında oynayıb. 2011–2012-ci il mövsümündə Lokomotiv-Biləcəri klubunun heyətində Azərbaycan Birinci Liqasında çıxış edib. 2012-ci ilin yayında Moldova çempionatına keçən Elhad Nəziri Milsami klubu ilə 2 illik (1+1) müqavilə imzalayıb. Milsamidə 6 oyun keçirən Elhad Nəziri 2013-cü ilin fevral ayında Ruminiyanın Petrolul klubuna transfer olub və bu klub ilə 3,5 illik müqavilə bağlayıb. == Milli komanda == 2012-ci ilin oktyabr ayında Elhad Nəziri Berti Foqts tərəfindən milliyə dəvət olundu. Şimali İrlandiya milli komandası ilə keçirilən oyunda Elhad millinin heyətində debüt etdi.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıbaba Nəzərli
Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı – 1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru. == Həyatı == Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur. Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934), 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir. Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
Hikmət Nəzərli
Hikmət Nəzərli (7 mart 1966, Bakı – 26 fevral 1992, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. == Döyüşlərdə iştirakı == Ağdam rayonunda Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral Ermənistan Silahlı Qüvvələrinin Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla ermənilərə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı. Bu döyüşdə xeyli erməni əsgərini öldürən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Nəzərli (Qardabani)
Nəzərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 5.808 nəfər (2.943 nəfəri kişilər, 2.865 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.
Nəzərli (Şəbüstər)
Nəzərli (fars. نظرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 4,984 nəfər yaşayır (1,169 ailə).
Nəcəfqulu Nəzərli
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Orxan Nəzərli
Orxan Faiq oğlu Nəzərli (5 dekabr 1984, Ağdam) — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlamış, 2005–2015-ci illərdə Azərbaycanda yerləşən audit firmasında çalışmışdır. 2014-cü ildə ABŞ-nin Alyaska ştatında sertifikasiyadan keçib mühasibatlıq üzrə lisenziya almışdır. 2015–2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 may 2021-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
Səfalı Nəzərli
Səfalı Nəzərli (14 dekabr 1948, Ləmbəli) — Respublika "Qızıl qələm" mükafatı laureatı, 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2007-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dövlət qulluğunun kiçik müşaviri. Səfalı Avdal oğlu Nəzərli 1948-ci il dekabrın 14-də Ermənistan SSR-in Ləmbəli kəndində anadan olmuşdur. 1966-1968-ci illərdə zavodda operator işləyib. 1968-1970-ci illərdə hərbi xidmətdə olub, hərbi rütbəsi baş leytinantdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini Fərqlənmə diplomu ilə bitirib. 1975-1981-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiyalarında redaktor işləyib. AzKP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını "əla" qiymətlərlə bitirib. 1981-1983-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyinin rəis müavini, rəisi olub. Sonra 10 il "İşıq" nəşriyyatında baş redaktor, direktor vəzifələrində çalışıb. 1993-2000-ci illərdə respublikada ilk Azərbaycan – Türkiyə birgə müəssisəsi olan "Göytürk" şirkətində Baş redaktor-direktor müavini vəzifəsində çalışıb.
Tezeri
Tezeri (gürc. ტეზერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 783 nəfər idi. 2014-cü ildə 620 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır. Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir.
Nezera cathartica
İşlədici kətan (lat. Linum catharticum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinin kətan cinsinə aid bitki növü. Cathartolinum catharticum (L.) Small Cathartolinum pratense Rchb. [Illegitimate] Nezera cathartica (L.) Nieuwl.