NƏZRİ

nəzrə aid olan, nəzrə məxsus olan.
NƏZMİRƏ
NƏZRİN
OBASTAN VİKİ
Nəzrin Cavadzadə
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası. == Həyatı == 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir.Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü.Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Nəzrin Cəfərzadə
Nəzrin Cəfərzadə (d. 11 avqust 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Məryəm Səfərova və Nərminə Səmədova ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb. == Həyatı == Nəzrin Cəfərzadə 2004-cü il 11 avqustda anadan olub. == Karyerası == Nəzrin Cəfərzadə 2007-ci ildən etibarən bədii gimnastika ilə məşğul olur. Nəzrin Cəfərzadə birinci uğurunu 2016-cı ildə qazandı. Nəzrin Cəfərzadə, Mingəçevir şəhərində baş tutan Azərbaycan Çempionatında, bürünc medala layiq görüldü. === IV İslam Həmrəyliyi Oyunları === Nəzrin Cəfərzadə 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Məryəm Səfərova və Nərminə Səmədova ilə birgə, Mina obrazınının canlandırdı.
Nəzrin Əfəndiyeva