Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adile Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Adilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Nazim İbrahimov (naşir)
Nazim Sadıq oğlu İbrahimov (1 fevral 1935, Bakı – 1 sentyabr 2019, Bakı) — publisist, naşir, jurnalist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986). İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olmuşdur. İki övladı və dörd nəvəsi olmuşdur. 1957–1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971–1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980–1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993–2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru olub. 1975-ci və 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub. "Prezident Heydər Əliyev", "Zərifə Əliyeva" kimi fundamental kitabların, həmçinin, "Üzeyir Hacıbəyov", "Cəlil Məmmədquluzadə" ensiklopediyalarının baş redaktoru və 10 cildlik Azərbaycan Ensiklopediyasının baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü olub. Bir sıra kitabların müəllifi və tərtibçisi olub.
Naşide Göktürk
Naşide Göktürk (1 aprel 1965, İstanbul – 30 avqust 2016, Bodrum, Muğla ili) — türk pop musiqisi müğənnisi.
Naşidə Gözdə Durmuş
Naşidə Gözdə Durmuş (türk. Naşide Gözde Durmuş; 1985, İzmir) — Türkiyə genetiki. 1985-ci ildə İzmirdə dünyaya gəlib. 2003-cü ildə Orta Doğu Teknik Üniversitesinin Molekulyar biologiya ixtisasına daxil olmuşdur. Fulbright kursunu qazanaraq Amerika Birləşmiş Ştatlarında oxumağa gedir. 2014-cü ildə Stantord Universitetində doktorluq işini müadifə edir. 2015-ci ildə mükafata layiq görülür. İnsan genetikası öyrənmiş və prof. Ronald Deyvislə birlikdə araşdırma aparmışdır. 1985-ci ildə İzmirdə anadan olmuşdur.
Ədilə Naşit
Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır. Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub. Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.. 11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
Noşi
Noşi (熨斗) – Yaponiya mədəniyyətində hədiyyələrə yapışdırılan oriqami ornamenti. Uğur diləmək üçün istifadə olunur və abalonu təmsil edir. Yaponiya mətbəxində qida məhsulu istifadə olunan abalonlar keçmiş dövrlərdə dini əhəmiyyətə malik idi və qızardılaraq dini qida kimi kamilərə təqdim olunurdu. Belə ki, yapon dilində abalon tikəsini bildirmək üçün "noşiavabi" sözündən istifadə olunur. Yapon dilində "noşi" sözü "uzanmaq" mənasına gəldiyi üçün abalonlar uzunömürlülük diləmək üçün təqdim olunan qida məhsulu kimi tanınmışdır və əhəmiyyətli tədbirlər üçün göndərilmiş hədiyyələrin üstünə əlavə olunurdu. Tədricən noşi adəti sadələşmiş və uğur dilmək üçün kağızdan hazırlanmış noşilər hazırlanmağa başlanmışdır. Müasir dövrdə noşilər toy, ad günü kimi tədbirlər üçün göndərilmiş hədiyyələrə yapışdırılan oriqami ornamentidir. Bəzən kağızdan hazırlanmış noşi yerinə noşi simvolundan istifadə olunur. Noşi hoşoqami adlı bərk kağızdan hazırlanır və mizuhiki adlı xüsusi iplə bağlanır. Hazırlanması zamanı ağ və qırmızı kağızdan, eləcə də, sarı zolaqdan istifadə olunur.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Müəllim Naci
Müəllim Naci (osman. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı. Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Nabi Avçı
Nabi Avçı (8 oktyabr 1953, Demirköy[d], Biləcik ili) — professor, Türkiyənin milli təhsil naziri. Nabi Avçı 1953-cü ildə Biləcikdə anadan olub. Ortadoğu Texniki Universiteti məzunu olan Avçı Anadolu Universitetində müəllim olub. Çox sayda kitabı olan Avçı parlamentin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri olub.
Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Nafi Cusoyti
Nafi Cusoyti — Sovet və Osetiya şairi, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi, Osetiyanın xalq yazıçısı. Filologiya elmləri doktoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, Yabloko Narts mükafatı laureatı. Şair Taymuraz Hacetinin qardaşı. Cənubi Osetiyanın Kudar dərəsində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə Kirov orta məktəbini qızıl medalla bitirib və Böyük Vətən müharibəsinin başlaması ilə iyulun 24-də könüllü olaraq cəbhəyə yollanır. 1945-ci ilin noyabrında tərxis edilir. 1945-ci ildə müharibə bitdikdən sonra Cənubi Osetiya vilayət partiya komitəsinin təlimatçısı kimi işə başlayır. 1947-ci ildən 1949-cu ilə qədər Cənubi Osetiya başlıqlarının senzurası, "Zarya Vostoka" qəzetinin Cənubi Osetiyada xüsusi müxbiri işləyir. V.I. adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində qiyabi təhsil alır. 1949-cu ildə məzun olur.
Naji-Yurt
Naji-Yurt (çeç. Нажи-Юрт) — Çeçenistan Respublikası, Naji-Yurt rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naji-Yurt rayonunun və Naji-Yurt kənd sovetliyinin mərkəzidir. Naji-Yurt kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Çeçenistan Respublikasının şərqində, yamansu çayının sahilində, Qroznı şəhərindən 90 km cənub-şərqdə, Xasavyurtdan km cənub-qərbdə yerləşir. yaınlıqda yerləşən yaşayış məntəqələri: şimalda — Balansu və Yamansu kəndləri; şimal-şərqdə — Çapayevo və Novolak kəndləri; cənub-şərqdə — Çurç-İrzu kəndi; cənubda — Biltı və Mexkeştı kəndləri; cənub-qərbdə — İşxoy-Xutor, Roqun-Kaja və Ayti-Moxk kəndləri; qərbdə — Betti-Moxk kəndi; şimal-qərbdə — Yeni Zamay-Yurt kəndi. Dağların oynunda yerləşən kənd demək olar ki, hərtərəfdən meşələrlə əhatələnmişdir. Yamansu çayı kəndin mərkəzindən keçərən onu iki hissəyə bölür. Kəndi adı Nojay — «palıd» və yurd — «kənd» sözlərinin birləşməsindən ortaya çıxmışdır. «Palıd yolunda kən» anlamındadır.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır. Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Nani Breqvadze
Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983). Nani Breqvadze 21 iyul 1936-cı ildə (digər mənbəyə əsasən, 1938-ci ildə) Tbilisidə anadan olmuşdur. Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi. Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
Naoşi Nakamura
Naoşi Nakamura (d. 27 yanvar 1979) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nari (Mərgavar)
Nari (fars. هاشم اباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Nari Li
Nari Li (6 iyun 1972, Kamboca) — Kambocalı marafonçu. Nari Li Kambocanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nari Li birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 20 dəqiqə 20 saniyəyə qət edərək 157 marafonçu sırasında 133-cü yeri tutdu.
Nazi Paikidze
Nazi Nodarovna Paikidze-Barns (gürc. ნაზი პაიკიძე, 27 oktyabr 1993, İrkutsk, Rusiya) ABŞ şahmatçısı, qrosmeyster (2010), iki dəfə Gənc Qızlar arasında Dünya Çempionu (öz yaş qrupunda), dörd dəfə Gənc Qızlar arasında Avropa Çempionu (öz yaş qrupunda) və Qadınlar arasında ABŞ Çempionu (2016). Paikidze Sibirin ən böyük şəhəri olan İrkutskda anadan olub. Atası mexanika mühəndisi, anası isə biokimyaçı idi. Şahmat oynamağı 4 yaşı olarkən atasından öyrənib. Həmin ildə ailəsi ilə birlikdə Gürcüstanın paytaxtı Tbilisiyə köçürlər. 1999-cu ildə ilki peşəkar məşqiçi ilə məşğul olmağa başlayıb və sürətlə irəliləyib və 2003-cü ildə ilk beynəlxalq turniri olan Avropa Gənclər arasında Şahmat Çempionatının (10 yaşa qədər) qalib olub. Bu turnirdən sonra FİDE Ustası titulunu qazanıb. Daha sonra ailəsi ilə birlikdə Moskvaya köçdü (2006). 2008-ci ildə Validmir Belov məşqiçisi olub.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Riçard Nagi
Riçard Nagi (9 mart 1993) — Slovakiyalı üzgüçü. Riçard Nagi Slovakiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Riçard Nagi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:26.48 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Taşi Dentup
Yelü Daşi
Yelü Daşi (çin. 耶律大石; Pinyin: Yēlǜ Dàshí; Wade-Giles: Yeh-Lü Ta-Shih və ya çin. 耶律達實; Pinyin: Yēlǜ Dáshí; 1087 – 1143, Mərkəzi Asiya) — Qarakitaylar dövlətinin qurucusu, Lyao sülaləsinin üzvü idi. İkinci adı Çonqde (重德) olub müsəlman mənbələrində Nuşi Taifu, Quşqin Taifu və Balğu oğlu Quşqin kimi də xatırlanır. Yapon tədqiqatçı Masaaki Suqiyamanın fikrincə onun adı Daşi çin titulu olan taişinin bir versiyasıdır. "Kidan dövlətinin qeydləri" (çin. 契丹國志) kitabına görə isə Daşi onun sadəcə olaraq ləqəbi idi. Yelü Daşi Lyao sülaləsinin aparıcı sülaləsi olaraq Yelü sülaləsinin elə də önəmli olmayan bir üzvü və imperator Abaocinin dörcü oğlu Yelü Yaliquonun (耶律牙里果) nəslindən gəlirdi. Onun doğum tarixi tam aydın deyil, lakin Liao tarixinin müxtəlif hesablarına görə 1087 və ya 1094-cü ildə ola bilər. "Lyao Tarixi" onu "Xitan və Çin yazılarını yaxşı bilən, at sürməkdə və ox atmaqda üstün olan" və 1115-ci ildə "ən yüksək imperiya imtahanından keçmiş" biri kimi təsvir edir.
Yusif Nabi
Yusif Nabi (1642[…], Şanlıurfa – 10 aprel 1712, Konstantinopol) — türk şairi. Yusif 1642-ci ildə Urfada anadan olmuşdur. Şair idi. Nabi təxəllüsü ilə yazırdı. Firudin bəy Köçərli onun haqqında yazır: "Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
NAVI
NAVI — Artsyom Lukyanyenka (vokalist və gitaraçı), Kseniya Juk (vokalist), Alyaksandr Tabolski (gitaraçı), Uladzislav Çaşçavik (bassist) və Uladzimir Beherdən (təbilçi) ibarət Belaruslu musiqi qrupu. Onlar Belarusu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. NAVI qrupu 2013-cü ildə Artsyom Lukyanyenka və Kseniya Juk tərəfindən Belarusun paytaxtı Minskdə yaranmışdır. Onların ilk mahnısı olan "Abdymi myane" həmin ilin yayında təqdim edilmişdir. Belarusda radio hitə çevrilən mahnı qrupun karyerasının başlanğıcı olmuşdur. 2014-cü ildə NAVI qrupunun Lovi və Soncam sahretyja adlı ilk iki albomları işıq üzü görmüşdür. Qrupun musiqi faəliyyəti bir neçə rus, belarus və ukraynalı musiqiçiləri tərəfindən müsbət qiymətləndirilmişdir. Daha sonra qrup ardıcıl olaraq bir çox Belarus telekanallarında çıxış etməyə başlamış, ölkənin Minsk, Qrodno və Qomel şəhərlərində ilk konsertlərini vermişdirlər. NAVI qrupu eyni zamanda Milad ərəfəsində Moskvanın Dövlət Akademik Böyük Teatrında çıxış etmişdir. 2014-cü ildə qrup Belarusun Drujba, Musical evenings in Mir Castle festivallarında və Polşanın Halfway festivalında da çıxış etmişdir.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Asi
Asi (عاصی - üsyançı):
Azərbaycan nanı
Boyaq nazı
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Аvrоpа və Аsiyаdа yаyılmışdır. Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Davasko daşı
Davasko daşı — bu məfhumun varlığı məntiq və fizika qanunlarına ziddir. 300 tondan ağır olan bu daş parçası qayanın kənar ucluğunda küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, bu daş bu şəkildə dayanır, sanki fövqəl birgüc onu bura bərkidib. Davasko daşı Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Davasko daşı burda çoxdan bəri dayandığına görə, artıq heç kəs onun haçan və necə peyda olduğunu xatırlamır. Artıq 200-dən çox nəsil dəyişib, amma daş hələ də dayanaraq bemolca həyatı müşahidə edir. Yerli sakinlərdə belə bir rəvayət var ki: "1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. O əkinçiliyi, maldarlığı və s. sənətkarlığı insanlara yiyələndirir. O qızıl qarşısında intizamı xüsusi ilə öyrədir.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi. Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M. Seyidov, akad. V. V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə" hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.