Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Darkənd
Darkənd (əvvəlki adı: Dər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Dər kəndi Darkənd adlandırılmışdır. == Tarixi == Kənd Gilançayın sağ sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatçılar bu oykonimi ərəb dilindəki deyr (məbəd, monastır) sözü ilə əlaqələndirir və güman edirlər ki, bu coğrafi ad kəndin ərazisində qədim məbəd xarabalıqlarının olduğunu bildirir. Əslində, Zəngəzur silsiləsinin ən yüksək zirvəsi olan Qapıcıq dağının rayonun ərazisində yerləşməsi "qapı", "kecid" mənalı Dər toponiminin də yaranmasına səbəb olmuşdur. Fars dilində dər "qapı" deməkdir.. == Əhalisi == Əhalisi 525 nəfərdir.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Qərbənd
Qərbənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində “Yıxılmış“ və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində “Şahbad“ adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda “Qərvənd“ formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Yarkənd
Yarkənd nahiyəsi (Uyğurca: يەكەن ناھىيىسى, Yekən nahiyisi, Yərkənt, Yərkənt; əski Türkcə: YérkəntÇincə: 莎车县 vəya 莎車縣, Shāchē Xiàn; əski yazılarda Suōchē) dənizdən yüksəkliyi 1189 metr yüksəkdə olan Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunda bir nahiyə mərkəzidir. == Ümumi məlumat == Şərqi Türkistannın Qaşqardan sonra ikinci büyük şəhridir. Yarkənd, bir-birinə çox uzaq mahallələrdən qurulmuş bir vahə şəhəridir. Təklə-makan səhrasının qərb ucundadır. Tarım çayınin bir qolu olan Yarkənd çayı şəhərdən keçir. == Qəsəbə və kəndlər == Yarkənd İlçəsi, yeddi qəsəbə (镇 zhèn), iyirmi iki qırsal bələdə (乡 xiāng) və bir özəl qırsal bələdə (虚拟乡) kimi yerləşim birimlərindən təşkil edilib. == İqlimi == == Tarixi == Digər verilən adlar: So-chə-chən, Yarkənd Yangi-shahr, Yarkənd, So-chə-hsiən, Yarkant, So-chə-shih, Yangi-shahr, Yarkənd , Yarkənd Nəw City, Yarkənd, So-chə. Yarkənd muhtəmələn Türkcə yar (yar, suların açtığı uçurum.) ilə kənd (şəhir; kalə vəya doğu ülkələrində hər şəhrə vərilən bir addır.) birləşməsindən əldə ədilmiş olabilir. 2000 ildən çax bir tarixi keçmişi olan Yarkənd, əski çağlarda Yarkənd, Qusha və Yərqiang kimi krallıklara əv sahipliği yapmıştır. 502-550 illər arasında Hunlar, 552-648-ci illər arasında Göytürklər, 648-649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791-təxminən 842-ci illər arasında Tibetlər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032-1210-cu illər arasında Şərqi Qaraxanlılar dövləti, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227-1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370-1514-cü illər arasında Şərqi Cığatay xanlığı bu bölgədə hegemonluq etmişdir.
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Narbon
Narbon (fr. Narbonne, oks. Narbona) — Fransanın Od (fr. Aude) departamentində qədim şəhər, Lion körfəzindən 12 km Aralıq dənizini Atlantik Okeanı ilə birləşdirən Cənubi Kanalın bir hissəsində yerləşir. Şəhər əhalisi 46510 nəfərdir (1999) == Tarix == Narbon (Colonia Narbo Martius) - Kolumbiya şəhərində ilk Roma koloniyası olan Naronia dan böyüyüb. O, dövrdə şəhər Aralıq dənizinin sahillərində dayanmış və mühüm dəniz limanı kimi xidmət etmişdir. İmperatorluq dövründə də bu, hərbi mərkəzi və Cənubi paytaxtı idi və ya Narbon Qallo şəhəri kimi hesablanırdı. Narbon döyüşündən sonra (436) Vestqot burada hökmranlıq ediblər. 719-759-cu ildə Narbon və ətraf ərazisi (lat. Septimania) məxsus idi.
Navənd
Navənd (fars. ناوند‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (24 ailə).
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Darkənd gümbəzi
Darkənd gümbəzi - Ordubad rayonunun Darkənd kəndində yerləşir. XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Gümbəz kompozisiyası və dekorativ elementləri ilə fərqlənir. Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvari türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır. Darkənd gümbəzi dörd tərəfində yerləşən portallar qülləvarı türbələrə xas olsa da, mərkəzi özəyə söykənən, bir növ, dayaq divarlarını xatırladan quruluşa malikdir. Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir. Üzərində kitabə olmadığından türbənin tarixini dürüst müəyyənləşdirmək mümkün deyildir. Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi mülahizəsini irəli sürməyə imkan verir.
Darkənd hamamı
Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi.1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub. Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.
Darkənd türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir.Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur. == Tarixi və tədqiqi == Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş V. M. Sısoyev]] və İ. Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər.
Daşbənd (Bukan)
Daşbənd (fars. داش‌بند‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,801 nəfər yaşayır (353 ailə).
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
«Dərbənd» qəzeti — Dağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.
Carbeni
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Tarbena
Tarbena (isp. Tárbena) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Baxa ərazisinin 31.67 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahiya alinmasına görə əhali 801 nəfərə çatmışdır. Şəhər mərkəzdən 72 km məsafə uzaqlıqda yerləşir.
Cudi Qarlend
Cudi Qarlend (ing. Judy Garland; 10 iyun 1922[…], Qrand-Rapids[d], Minnesota – 22 iyun 1969[…], Çelsi, London, Birləşmiş Krallıq[…]) — ABŞ aktrisası və müğənnisi. == Həyatı == Onun ən məşhur rolu Dorothy Gale filmində oynadığı roldur. Cudi Oskar mükafatına namizəd göstərilmişdir. Bundan başqa o, karyerası boyu bir çox başqa mükafatlara layiq görülmüşdür. O aktrisa və müğənni Liza Minnellinin anasıdır.1997-ci ildə Cudi Qarlend ölümündən sonra Grammy Lifetime Achievement mükafatına layiq görülmüşdür. 1999-cu ildə Amerika Film İnstitutunun məlumatına əsasən Cudi Qarlend yüzilliyin ən yaxşı 100 qadın aktirisadan biri seçilmişdir.