NAB

v (-bb-) d.d. 1. həbs etmək, cinayət başında yaxalamaq; He was nabbed by the police for stealing the money O, pulu oğurladığı üçün polis tərəfindən həbs edildi; 2. oğurlamaq, çırpışdırmaq; Who’s nabbed my pen? Mənim qələmimi kim çırpışdırıb?

N
NAG
OBASTAN VİKİ
Elvira Nabiullina
Elvira Saxipzadovna Nabiullina (29 oktyabr 1963, Ufa, Başqırdıstan MSSR, RSFSR, SSRİ ) — Rusiya dövlət və siyasi xadimi . 24 iyun 2013-cü ildən Rusiya Federasiyası Mərkəzi Bankının sədri. Rusiyanın əməkdar iqtisadçısı. Rusiya Federasiyasının birinci dərəcəli həqiqi dövlət müşaviri(2002). == İlk illəri == Tatar ailəsində anadan olub. Ata Saxipzadə Saitzadayeviç sürücü işləyirmiş, anası isə Züleyxa Xamətnurovna cihazqayırma istehsalatında aparatçı işləyib. Elvira Ufanın 31 saylı orta ümumtəhsil məktəbini tam əlaçı kimi bitirib, lakin qızıl medalsız qaldı . 1986-cı ildə Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "iqtisadçı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Sov.İKP üzvü. . 1990-cı ildə Moskva Dövlət Universitetinin (xalq təsərrüfatı və iqtisadi təlimlərin tarixi kafedrası) aspiranturasını bitirmişdir, namizədlik dissertasiyasını hazırlamışdir, lakin müdafiə etməmişdir .
Erigeron nabidshonii
Erigeron nabidshonii (lat. Erigeron nabidshonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Kedjau Nabali
Kedjau Nabali (8 iyul 1990) — Ukraynalı cüdoçu. Kedjau Nabali Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kedjau Nabali birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:101 hesabı ilə uduzdu.
Moskovski nablüdatel
Moskovski nablüdatel (rus. Московский наблюдатель) — 1835—1839-cu illərdə Moskvada nəşr olunan tarix və ədəbiyyat jurnalı. Ayda 2 dəfə nəşr olunurdu. Jurnalın ilk redaktoru statistika alimi və siyasi iqtisadçı Vasili Androsov idi. Jurnalın aparıcı ədəbi tənqidçisi Stepan Şevıryov idi. Aleksey Xomyakov, İvan Kireyevski, Vladimir Odoyevski və Yevgeni Baratınski jurnalın əsas əməkdaşları idilər. Moskovski nablüdatel slavyanpərəstlik mövqeyi ilə çıxış edirdi. Jurnal ədəbiyyatın "ticarət" istiqamətini, xüsusən "Oxuma üçün kitabxana" nəşrini tənqid edirdi. 1836-cı ildə Vissarion Belinski "Teleskop" jurnalında "Moskovski nablüdatelinin tənqidi və ədəbi fikirləri haqqında" məqaləsini dərc etdi, bu da Teleskop və Moskovski nablüdatel arasında qızğın mübahisənin yaranmasına bir bəhanə oldu. Jurnal oxucular arasında o qədər də populyar deyildi.
Nabalus
Nabalus (lat. Nabalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Nabalus acerifolius Maxim. Nabalus alatus Hook. Nabalus albus (L.) Hook. Nabalus altissimus (L.) Hook. Nabalus angustilobus (C.Shih) Sennikov Nabalus asper (Michx.) Torr. & A.Gray Nabalus autumnalis (Walter) Weakley Nabalus barbatus (Torr. & A.Gray) A.Heller Nabalus bootii DC. Nabalus carrii (Singhurst, O'Kennon & W.C. Holmes) Weakley Nabalus crepidineus (Michx.) DC. Nabalus faberi (Hemsl.) Sennikov Nabalus glaucus (Raf.) DC. Nabalus leptanthus (C.Shih) Sennikov Nabalus mainensis (A.Gray) A.Heller Nabalus nipponicus Franch. & Sav.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. 71st Venice International Film Festival, Italy. August 27-September 06, 2014.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018). N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Nabat xanım Aşurbəyova-Rzayeva
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabatdağ
Nabatdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3393,0 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosen yaşlı sönmüş vulkanın aqlomerat və brekçiyavari andezit-porfirit lavalarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma və Zəngəzur qalxım zonalarını ayıran Şərqi Ordubad dərinlik qırılması zonasında yerləşir.
Nabatkənd
Nabatkənd (əvvəlki adı: Xanlarkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi adlandırılmış, Xanlarkənd kənd inzibati ərazi dairəsi Nabatkənd kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisinin sayı 1656 nəfərdir. Kənd Muğan düzündədir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə salınmışdır. Əvvəllər inqilabçı Xanlar Səfərəliyevin (1885-1907) adı ilə adlandırılmışdır. Memorial toponimdir. Kənddə "Zeynəbiyyə" məscidi dini icması fəaliyyət göstərir.
Nabaxtevi
Nabaxtevi (gürc. ნაბახტევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 855 nəfər idi. 2014-cü ildə 688 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Naberejnıe Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Naberejnıye Çelnı

Nabi Avçı
Nabi Avçı (8 oktyabr 1953, Demirköy[d], Biləcik ili) — professor, Türkiyənin milli təhsil naziri. Nabi Avçı 1953-cü ildə Biləcikdə anadan olub. Ortadoğu Texniki Universiteti məzunu olan Avçı Anadolu Universitetində müəllim olub. Çox sayda kitabı olan Avçı parlamentin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri olub.
Nabil Atif
Nabil Atif, Mərakeş aktyoru, 1972-ci ildə Kasablankada anadan olub. Bir sıra Mərakeş filmlərində və seriallarında iştirak etmişdir.
Nabil Hatum
Nabil Saleh
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Nablus (şəhər)
Nablus, Шхем (ərəb. نابلس‎; ivr. ‏שְׁכֶם‏‎ — Şxem, antik dövrdə Flaviya Neapolis, lat. Flavia Neapolis) — Nablus əyalətinin inzibati mərkəzi olan Samariyanın tarixi bölgəsində Fələstin Muxtariyyətinə daxil İordan çayının qərb sahilində şəhər. Əhalisi əsasən fələstinlilərdən ibarət təxminən 130.000 min nəfərdir. Şəhər əhalisinin çoxu müsəlmanlardır. Qarizim dağında ayrı bir ərazidə 350-yə yaxın samariyalı yaşayır. Nablus şəhəri İncil dövrünlərdən Xiva tayfasının əsas mərkəzi kimi tanınmışdır. Bizim eradan əvvəl 400-cü ildə şəhər iri mədəniyyət mərkəzinə və samariyalıların müqəddəs yerinə çevrildi. Eramızın əvvəllərində romalılar tərəfindən tutularaq imperator Vespasianın şərəfinə Flavius Neapolis adlandırıldı.
Nablus sabunu
Nablus sabunu (ərəb. صابون نابلسي‎, ṣābūn Nābulsi) — Fələstinin qərb sahilində yerləşən Nablus şəhərində istehsal olunan zeytun yağından hazırlanan sabundur. Onun əsas inqredientləri zeytun yağı (regionun əsas kənd təsərrüfatı məhsullu), su və natrium qələvisidir.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. Göy Börü Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.

Digər lüğətlərdə