XOŞSİFƏT

sif. [ fars. xoş və ər. sifət]
1. Gözəl, göyçək, xoşsima, qanışirin.
Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov.
Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.

2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi.
Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. Koroğlu”.
Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq.
Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XOŞSİFƏT XOŞSİFƏT(Lİ) (gözəl üzü olan adam) Beləliklə rəssam, Yavərin evində hörmətlə qarşılanan xoşsifət və xoşrəftar bir müsahibə çevrildi (M
  • XOŞSİFƏT mehriban — gülərüzlü — iltifatlı — xeyirxah — səmimi — nəvazişkar — sevimli — qanışirin — yapışıqlı

Antonimlər (əks mənalı sözlər)

  • XOŞSİFƏT XOŞSİFƏT – MISMIRIQ Xoşsifət, zarafatcıl, baməzə kişidir (Ə.Vəliyev); İncidən, mısmırığına dəyən odur
XOŞSƏSLİLİK
XOŞSİFƏTLİ

Digər lüğətlərdə