Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nick Jonas
Nikolas "Nik" Cerri Conas (ing. Nicholas Jerry "Nick" Jonas, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü. == Həyatı == Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür. Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır.
Nick Nolte
Nikolas Kinq Nolti (ing. Nicholas King Nolte; 8 fevral 1941[…], Omaha, Nebraska) — ABŞ aktyoru.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. == Həyatı == Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib.O,orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000).O,The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001-2004).Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.O,ayağından zədələnmiş,sonra isə keçmiş qladiator kimi casusluq etmişdir.
Nick Vujicic
Nik (Nikolas) Vuyçiç (serb. Ник Вујичић; ing. Nicholas James Vujicic; 4 dekabr 1982, Melburn) — xristian vaizi. Nik Vuyçiç nadir hallarda rast gəlinən irsi xəstəlik - tetraameliya sindromu ilə ( aşağı və yuxarı ətrafların anadangəlmə olmaması) doğulmuşdur. Uşaqlıqda öz əlilliyi haqqında narahat olaraq, o əhatə edənlə öz təcrübəsiylə bölüşərək və dünyada tanınmış motivasiya yönümlü orator olub öz çatışmazlığıyla yaşamağı öyrənib. Onun çıxışları məhdudlaşdırılmış imkanlarla uşaqlara və gənclərə yönəldilmişdir, onlarda aktivləşməyə ümiddə həyatın mənasının axtarışı. Nik Vuyçiç:mənim missiyam-insanlara həyatda öz yollarını tapmaqda yardım etməkdir. == Bioqrafiya == 4 dekabr 1982-ci ildə serb mühacirlərinin ailəsində Brisben şəhərində doğulub və nadir patologiyaya malik idi: oğlanda məhdudluqlar iştirak etməyirdi — hər iki əl və hər iki ayaq (iki barmaqla bir pəncə qismən olurdu, oğlana gələcəkdə getməyi, üzməyi, skeyt bordda gəzməyi, kompüter oyunları oynamağı və yazmağı öyrənməyə icazə vermiş). Fiziki çatışmazlıqlara baxmayaraq, oğlan sağlam doğuldu və Viktoriya ştatın qanunu dəyişilən kimi valideynləri qərara aldılar ki, onların oğulu Vuyçiç adi məktəbə getməyə başlasın. 1990-cı ildə, öz fiziki çatışmazlıqları haqqında güclü narahat olaraq, oğlan intihar etməyə çalışdı, amma zamanla anladı ki, həyatda onun nailiyyətləri əhatə edənlərə ilham verə bilər.
Nick Jr.
Nick Jr. — məktəbəqədər uşaqlar üçün Nickelodeon kanalıdır. == Haqqında == Kanal 2 fevral 1999-cu ildə Noggin adı ilə yayıma başlamışdır. 28 sentyabr 2009-cu ildə kanal indiki adını almışdır. Kanal İngiltərə, Yunanıstan və Almaniya kimi bir çox ölkədə yayımlanır. Yayım olmayan ölkələrdə Nickelodeon kanalının nəsli kimi yayımlanır. Kanal Viacom-a məxsusdur. Onun qərargahı ABŞ-dadır.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. == Diskoqrafiya == From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!
Back Orifice
Sistem administratorlarına kompüteri məsafədən (adətən, İnternetdən) idarə etməyə icazə verən alət. “Cult of the Dead Cow” (cDc) adlı haker klubu tərəfindən 1998-ci ildə yaradılmışdı, iki ildən sonra qrup BO2K və ya Back Orifice 2000 adlandırılan daha yeni versiyanı buraxmışdı. Back Orifice krekerlər tərəfindən troyan vasitəsilə yayıla bilər. Quraşdırılandan sonra hədəf kompüteri məsafədən tam idarə etməyə imkan verir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Back vocal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Back vocalist
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Andy Dick
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Jack Griffo
Cek Deyvis Qriffo (11 Dekabr, 1996-ci il doğumlu) Amerikan aktyordur. Nickelodeon telekanalında gedən İldırımadamlar (2013–2018) teleserialında Maks Sandermen rolu ilə daha çox tanınır. Həmçinin Uğursuz kinosunda da tanınmışdır. == Karyerası == Cek Qriffo ilk dəfə televiziyada Disney XD kanalında gedən "Zərbə!" və "Baketa və Skineranın epik macəraları" seriallarında çıxış edib. Hal-hazırda, Qriffo, Nickelodeon kanalında 2013-cü ildən bəri yayımlanan Amerikanın sitkomu "İldırımadamlar" teleserialında Maks Sandermen rolunu oynayır. Həmçinin "Uğursuz!" və "Adamın parçalanması", "Oh, bu mənim atamdır!" teleserialında və digər layihələrdə də iştirak etmişdir. Həmçinin, qonaq aktyor kimi "Dəniz Polisi: Los-Anceles" serialında da rol oynayıb. == Filmoqrafiya == == Mükafat və nominasiyalar == Qriffo Kids' Choice Award mükafatlandırılmasında "Sevimli aktyor" mükafatına 5 dəfə namizəd görülüb. İlk dəfə 2014-cü ildə, ikinci dəfə 2015-ci ildə, üçüncü dəfə 2016-cı ildə, dördüncü dəfə 2017-ci ildə, və beşinci dəfə 2018-ci ildə namizəd görülmüşdür.
Jack Nicholson
Cek Nikolson (ing. John Joseph "Jack" Nicholson 22 aprel 1937, Nyu-York) — məşhur ABŞ kinoaktyoru, 3 Oskar mükafatı sahibi. 76 filmdə rol almışdır. == Həyatı == 2013-cü ildə yaddaşının pozulması səbəbindən öz karyerasına son qoymuşdur. Onun bu addımından əvvəl son çəkildiyi film rejissor Ceyms Bruksun "Necə bilmək olar?" (2010) filmi olub.
Samurai Jack
Samuray Cek (ing. Samurai Jack) — ABŞ cizgi serialı. == Süjet == Samuray Cek hekayəsi, Feodal Yaponiyada Cek (Fil LaMarr səsləndirir) adlı bir gənc şahzadənin atasının imperiyası cild dəyişən cin Aku (Mako İvamatsu) tərəfindən məhv edilməsindən bəhs edir. == Personajlar == == İstinadlar == == Xarici keçidlər == Samuray Cek — Internet Movie Database saytında.
Müəllim Naci
Müəllim Naci (osm. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı.Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Naci Eldəniz
Əbdüllətif Naci Eldəniz (türk. Abdüllâtif Naci Eldeniz) (1875, Bitola – 20 mart 1948, Ankara) — Türk əsgər və siyasətçi. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edən ən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra millət vəkili vəzifəsində xidmət etmişdir. == Hərbi fəaliyyəti == 1893-cü ildə hərbi məktəbi bitirmişdir. 1893–1895-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almışdır. Müxtəlif məktəb komandanlıqlarında və heyətlərində xidmət göstərmişdir. 1895-ci ildə baş leytenant, 1897-ci ildə kapiyan, 1902-ci ildə mayor, 1907-ci ildə qubernator oldu, lakin 1908-ci ildə polkovnik rütbəsinə yüksəlsə də, 1908-ci ildə II Məşrutiyyətin elan edilməsindən sonra 1909-cu ildə çıxarılan Tasfiye-i Rüteb qanunu ilə kapitan dərəcəsinə endirildi. 1914-cü ildə leytenant polkovnik , 1917-ci ildə polkovnik rütbəsinə yüksəldi. 1918–1920-ci illərdə şahzadələrin hərbi müəllimi və eyni zamanda da Sultanın baş yavəri idi.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. == Erkən həyatı == Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Ömər Naci
Ömər Naci (1878, Bursa vilayəti – 1916, Kərkük mühafəzəsi) — Türkiyənin siyasi xadimi, hərbçi, publisist, "İttihad və tərəqqi" cəmiyyətinin fəallarından biri. Türkiyə hökumətinin xüsusi tapşırıqlar üzrə səlahiyyətli nümayəndəsi kimi Cənubi Azərbaycanda milli azadlıq hərəkatının güclənməsinə böyük kömək göstərmişdir. == Həyatı == Ömrünün mühüm bir dövrünü İranda yaşamış, orada türklərin maariflənməsi və təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir. Xoy şəhərində Mirzə Səidin açdığı Siratülmüstəqim məktəbinin müdiri olmuşdur. Məktəb bağlandıqdan sonra dağlara çəkilərək gizli fəaliyyət göstərmişdir. == Hərbi fəaliyyəti == 20-ci əsrin əvvəllərində onun səyi nəticəsində Osmanlı hökuməti Cənubi Azərbaycanda milli azadlıq hərəkatına kömək məqsədilə maliyyə yardımı ayırmışdır. Səttar xanın başçılıq etdiyi 1905–06-cı illər inqilabını yaxından izləmiş, Türkiyə Silahlı Qüvvələrinin Baş komandanı Ənvər paşanın tapşırığına əsasən Cənubi Azərbaycan türklərinin siyasi cəhətdən təşkilatlanması işinə yaxından kömək göstərmişdir. Birinci Dünya müharibəsi (1914–18) illərində türk-alman ordusunun Cənubi Azərbaycanda həyata keçirdiyi hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Tarix ədəbiyyatında "kiçik müharibə" adlandırılan termin onun adı ilə bağlıdır. Beləki, 1915-ci ilin dekabrından başlayaraq, polkovnik Ömər Naci bəy və fon Şeybner-Rixterin komandanlıq etdiyi 650 nəfərlik kiçik mücahidlər dəstəsi Muş-Bitlis-Cənubi Azərbaycan istiqamətində uğurlu hərbi əməliyyat apararaq 1916-cı il yanvarın 14-də Təbrizə daxil olmuşdu.
Back to Black
Back to Black — Emi Uaynhausun albomu. == Treklər == "Addicted" mahnısı albomun ABŞ-dakı versiyasında yoxdur və "You Know I'm No Good" remiksi ilə əvəz olunmuşdur.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. == Əhalisi == Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir.Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar. == İqtisadiyyatı == Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Nicki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
Zakir Naik
Zakir Əbdül Kərim Naik(ing. Zakir Abdul Karim Naik; 18 oktyabr 1965, Bombey) — hind əsilli islam təbliğatçısı, İslam Tədqiqatları Vəqfinin qurucusu və başcısı. Naik, həmçinin 200 milyon izləyici sayına çatmış Peace TV kanalının qurucusudur. O, "müqayisəli dinlər üzrə səlahiyyətli", "Hindistandaki ən təsirli Sələfi ideoloq", "tele-evenqalizmin rok ulduzu və müasir islamın müdafiəçisi", və "dünya aparıcı Sələfi evanqelisti" olaraq adlandırılır. Digər islam təbliğatçılarının əksinə, mühazirələrini nə urdu dilində nə də ərəb dilində deyil, ingilis dilində, adi söhbət qaydasında aparır və adətən kostyum geyinir və qalstuk bağlayır.İctimai spiker olmadan əvvəl, həkim ixtisası üzrə təhsil aldı. Naik islam və müqayisəli dinlər üzrə mühazirələrini kitabça versiyasında nəşr etdirdi. İslamdaki sektaraianizmi açıq olaraq rədd etsə də, Sələfi ideologiyası üzrə və vəhabizmi təbliğ edən radikal islamçı tele-evrnqalist göstəricisi hesab olunur. Onun təbliğatları hazırda Hindistan, Banqladeş, Kanada və ABŞ-də qadağan edilmişdir. == Bioqrafiyası == Zakir Naik Hindistan Mumbay, Maxaraştrada doğuldu. O, Kişinçanad Çellaram Kollecini və Topiuala Milli Tibb Kollecini sonra isə tibb və cərrahiyyə bakalavriyyat dərəcəsini əldə etdiyi Mumbay Universitetini bitirdi.1991-ci ildə "islama dəvət" sahəsində işləməyə və İslam Tədqiqatları Vəqfini qurmağa başladı.
Nico qəsri
Nico qəsri – Yaponiyanın Kioto şəhərində yerləşən qəsr. UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına salınan 17 Qədim Kioto Tarixi abidəsindən biridir.
Back to December
Back to December — amerikalı müğənni, musiqi müəllifi Teylor Svift tərəfindən yazılan və səsləndirilən kantri-pop tərzində sinql. Müğənninin "Speak Now" adlı üçüncü studiya albomunun ikinci sinqlı olan mahnı 15 noyabr 2010-cu il tarixində Big Machine Record şirkətinin dəstəyi ilə yayımlanmışdı. Sinqlın prodüserləri isə Svift özü və Neytan Çapman idi. Svift "Back to December" adlı bu sinqlının bir şəxsdən üzr istədiyi ilk mahnı olduğunu bildirmişdir. Sinqlın yayımlanmasından sonra tənqidçilər mahnının Sviftin köhnə sevgilisi Teylor Lotnerə yazıldığını iddia etsələr də, nə Svift, nə də Lotner bu fikirin doğru olub-olmadığı barədə heç bir fikir bildirmədilər. Janr olaraq bu sinql orkestr kontri-pop balladasıdır. Sinqlın sözlərində isə əsas mövzu iki sevgilinin ayrılığıdır. "Back to December" bir çox tənqidçi tərəfindən müsbət tənqidlər almışdır. Həmçinin sözləri səbəbi ilə bu sinql "Speak Now" albomunun ən cəlbedici mahnılarından biri olmuşdur. Bir çox tənqidçilər sinqlın mənalı sözlərini, təkrarlanan sabit melodiyasını bəyənmiş və Sviftin inkişaf etmiş vokal ifasına təriflər söyləmişdilər.
Love Me Back
Love Me Back (Azərbaycanca: Sən də Məni Sev) — Türkiyə 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Can Bonomo ifa etdiyi mahnıdır. 7-ci yeri tutdu.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kick Ci Star
Kick Ci Star — 1997-ci ildə Böyük Britaniyada anadan olub . Anası zaza millətindən olub Türkiyə əsillidir , atası Almaniyadan olub, zaza əsilli müğənnidir .
Mirzə Mehdi Naci
Mirzə Mehdi Naci (1805, Yelizavetpol – 1882, Yelizavetpol) — XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat. == Həyatı == O, 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət"in fəalüzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə türbəsində, hələ sağlığında özü üçün hazırladığı məqbərədə dəfn edilmişdir. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Qaracan Əli Naci
Qaracan Əli Naci — Türk jurnalist, publisist, yazıçı. == Həyatı == İstanbulda ziyalı ailəsində doğulmuşdur. == İctimai fəaliyyəti == Qalatasaray lisseyini bitirdikden sonra mətbuatda çalışmağa başlamış, dövrünün Nəcməddin Sadak, Falik Rıfqı Atay, Kazim Şinasi kimi marifçiləri və jurnalistləri ilə dostlaşmışdır. 1918 - ci ildən “Axşam”, “İnqilab”, “Dan”, “Milliyət" qəzetlərində, Anadolu agentliyinin Sofiya müxbiri kimi fəaliyyət göstərmişdir. “Ya hürriyət, ya ölüm”, “Lozanna konfransı və İsmət İnonü kitablarının, publisistik əsərlərinin müəllifidir.
Ömər Naci hərəkatı
Şimali İran üzərindən Azərbaycan türkləriylə əlaqə qurmaq istəyən Ömər Naci İstanbuldakı "İttihad və Tərəqqi" Mərkəzi Komitəsi vasitəsilə III Ordudan Scheubnerlə özünə nizami birlik verilməsinə nail oldu. Ömər Naci ilə Scheubner məqsədləri eyni olduğu üçün hər ikisi birləşərək birlikdə hərəkət etməyə qərar verdilər. Ömər Nacinin birliyində yaxşı təlim görmüş 500 atlı və bir dağ topu, Scheubnerin birliyində isə 100 atlı, bir dağ topu və 30 könüllü, ayrıca da beş alman zabiti var idi. Scheubnerin birliyinin xərcləri, Ərzurumdakı Alman Əlaqə Zabitliyi tərəfindən ödənilirdi. Ömər Naci Scheubner 1915-ci ilin sentyabrın sonlarına doğru Bitlis və Başqala üzərindən Mosula çatmaq üçün yola çıxdılar. Başqalaya gəldikləri zaman buradan Urmiyə istiqamətində hərəkət etmək istədilərsə də, Van gölünün cənubunda rusların güclü müqaviməti ilə qarşılaşdılar və Mosula tərəf hərəkət etmək məcburiyyətində qaldılar. 1916-cı ilin fevral ayının ortalarında Ömər Naci bəyin göstərişiylə ruslara qarşı savaşan bölgədəki bəzi kürd aşirətləri də Scheubnerin taburuna qatıldılar. Lakin Scheubner onların intizamsız olduqlarını və əsgəri təlim görmədiklərini, bu səbəbdən də hərbi əhəmiyyətləri olmadıqlarını çatdırdı. 1916-cı ilin fevralından həmin ilin may ayınadək ruslarla Scheubnerin taburu arasında bir neçə döyüş olmuşdusada Scheubner rus birliklərini yenib Cənubi Qafqaza da çıxmağa müvəffəq оlmamışdı. Ruslarla olan döyüşlərdə silah və cəbbəxana əskikliyi özünü kəskin şəkildə hiss etdirmiş, həm də Scheubnerin birliyində tif xəstəliyi yayılmış, ölüm halları artmışdır.
Naço (futbolçu)
Naço — İspaniyanın Real Madrid futbol klubunun müdafiəcisi. Naço 1990-cı il 26 yanvarda İspaniyanın paytaxı olan Madrid şəhərində doğulub. Karyerası boyunca sadəcə Real Madrid klubunun formasını geyinib. İspaniya milli futbol komandasının heyətində çıxış edib. Real Madriddə 89 oyunda 3 qol vurub. Birinci qolunu Santyaqo Bernabeu stadionundakı Real Madrid-Alaves FK oyununda vurub. Oyun Real Madrid klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 2-ci qolunu isə 37-ci turda Sevilya ilə oyunda cərimə zərbəsindən vurub. Oyun Real Madridin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyunda qolları Ronaldo (2), Naço və Toni Kroos vurub.
Bock (dudy)
Bock (Çexcə: Dudy) — ənənəvi Bohemiya tuluq zurnasıdır. Aləti çalma adəti XX əsrə kimi ilk əvvəl Blata, Chodsko, Bohemyanın Egerland və Saksonya bölgələri arasında çəkdi. Bock adı (almanca buck:erkək keçi) onun düzəldilməsində keçi dərisindən istifadə olunması ilə əlaqəlidir. Bockun dronu (musiqi alətinin hissəsi, səs çıxarır) adətən chanterin (musiqi alətinin bir hissəsi melodya yaradır, üzərində deşiklər olan boru) tonundan 2 oktava aşağı düşür. Bockun mövcud variantı ümumilikdə körüklə üfürüləndi. Buda tuluqzurnaçıya aləti çalmaqla bərabər mahnı oxumasınada şərait yaradır. Borunun yuxarı hissəsi adətən keçi başı formasındadır. Egerland tərzi alətlərdə dron (musiqi alətinin bir hissəsi, hansı ki səs çıxarır) torbadan aşağı asılarkən, Bohemiya tərzində isə onun çalanın çiynindən arxaya doğru uzanır. Bu musiqi aləti daha çox osrkestrlarda istifadə olunur. Bu musiqi aləti indi daha çox Çexiya Respublikasında, xüsusilə Cənubi Bohemiyadakı Strakonicede və Qərbi Bohemiyada Chodsko olaraq bilinən Domažlice regionunda istifadə olunur.
Neoseiulus inak
Neoseiulus inak (lat. Neoseiulus inak) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.