Harold Nikolson
Harold Nikolson (ing. Harold Nicolson, 21 noyabr 1886[…], Tehran – 1 may 1968[…]) – ingilis diplomatı, yazıçısı və publisisti, siyasi xadimi. 1909–1928-ci illər ərzində Madrid, İstanbul, Tehran, Berlin və Londonda müxtəlif diplomatik vəzifələrdə çalışmışdır.
Sonrakı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, İngiltərə parlamentinin üzvü seçilmişdir.
== Həyatı ==
Harold Nikolson 21 noyabr 1886-cı ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində anadan olmuşdur.
Harold Nikolson 1 may 1968-ci il Kent qraflığında, Böyük Britaniyada vəfat etmişdir.
== Diplomatik fəaliyyəti ==
Nikolson özü ideal diplomatın zəka, bilik və müşahidə qabiliyyətindən başqa aşağıdakı keyfiyyətlərə malik olmasını vacib hesab edirdi: dürüstlük, dəqiqlik, təmkinlik, aramlılıq, təvazökarlıq, loyallıq. Nikolson diplomat üçün ən böyük nöqsanın şöhrətpərəstlik olduğunu düşünürdü.