Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nubarəli Nubari
Nubarəli Ağaqulu oğlu Nubari (1912 - 1 yanvar, 1971) — Azərbaycan təsərrüfatçısı, Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyatı == Nubarəli Ağaqulu oğlu Nubari 1912-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Sutən kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdu. 1946-cı ildə Şimali Azərbaycana mühacirət etmişdi. 1946-1971-ci illərdə Şamaxı rayonunun Lenin adına sovxozunda fəhlə, manqabaşçısı, şöbə müdiri, briqadir işləmişdi. 1950-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdu. Nubarəli Nubari 1971-ci ildə vəfat edib.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. == Ümumi məlumat == "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb.Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir.Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Nubar Ozanyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. == Bioqrafiya == Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, Konstantinopol – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Nubar Ozanyan dəstəsi
Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان‎) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır. == Tarixçə == Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır. 14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir.Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur. 2020-ci ildə Qarabağ döyüşlərində 650 nəfərlik döyüşçü heyəti Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün münaqişə bölgəsinə yollanmışdır.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Filipp Nuare
Filipp Nuare (fr. Philippe Noiret, tam adı Filipp Pyer Fernan Nuare (Philippe Pierre Fernand Noiret); 1 oktyabr 1930[…], Lill, Fransa – 23 noyabr 2006[…], Parisin 7-ci dairəsi[d], Fransa[…]) — fransız kinoaktyoru. == Həyatı == 1 oktyabr 1930-ci ildə Lill(Nor-Pə-Dö-Kəle) şəhərində anadan olub, Fransa. Atası ev tikintisi ilə məşğul olurdu, böyük şirkətin baş meneceri olub. Filip Nuare, Mərakeşdə, Kasablankada böyüyüb, sonra ailəsi Fransaya qayıdır, Tuluzaya. Culi qapalı iyezut kolecində oxuyur. Məhz kolecdə Filip aktör olmaq qərarına gəlir. Tədris teatrının səhnələşdirmələrində fəal iştirak edir, xorda oxuyur. R.Blenin Parisdəki dramatik sənət kurslarını bitirir. Paris teatr, kabarelərində, komik aktör kimi Jan- Pyer Darrasla duetdə TV də işləyir.
Nübar Həkimova
Nübar Muxtarova
Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2009). == Həyatı == Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan “Pedaqoji aləm” adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir.
Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir. Aktrisanın əsas rolları bunlardır: "Qonşu qonşu olsa" Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq) Xumar — ("Qızaran üfüqlər") Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə) Nazlı — ("Ərizə", Əli Əmirli) Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun) Bahar — ("Ana laylası", İskəndər Coşğun) Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla) Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev) Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev) Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni) Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Böyükxanım — ("Aydın" C. Cabbarlı) Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov) Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov) Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens) Qonşu — ("Viktoriya" Knut Hamsun) Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu) Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli) Dayə — ("Romeo və Cülyetta" U. Şekspir) Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev) Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo) Ana — ("Ağ ölüm" V. Siqarev) == Mükafatları == Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Filmoqrafiya == Ağ atlar üçün vals (film, 1987) (tammetrajlı televiziya tamaşası) (Aztv) Bizim Bayram (film, 2008) Cin mikrorayonda (film, 1985) Çölçü (film, 2012) Duel (film, 1995) Həkimlər İmtahan (film, 1987) Koma 0,1 saniyədə (film, 2007) Kuklalar (film, 2009) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Qızıl uçurum (film, 1980) Mənim günahım (film, 1985) Şəkilçi və şəkilçi...
Subaru
Subaru, "Fuji Heavy Industries" tərəfindən 1953-cü ildə yaradılan Yapon avtomobil istehsalçısıdır. Subarunun yaradıcısı olan "Fuji Heavy Industries" şirkəti indi Toyota ilə dost şirkətdir. Toyota "Fuji Heavy Industries"-in 16.5% səhmini satın alıb. == Modellər == Impreza Legacy Forester Outback STI Tribe c Vivio Justy BRZ Impreza wrx sti == Tarixçə == 1917 Chikuhei Nakajima “Aviasiya Tədqiqatlar Laboratoriya”sını qurdu (Daha sonra Nakajima Təyyarə Şirkəti və Fuji Sangyo Şirkəti) 1946 Fuji Sangyo Şti. ilk Scooterini çıxardı. 1949 Fuji Sangyo Şti. Yaponiyanın ilk Skeletsiz Monokok gövdəli arxadan motorlu avtobusunu çıxardı. 1953 Fuji Heavy Industries Ltd.. (FHI) quruldu. 1955 Rabbit Junior 125 cc Scooter tanıdıldı.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Zuvarə
Zuvarə-Liviyada Aralıq dənizi sahilində bərbər dilli şəhər.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. == Coğrafiya == Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Aubari səhrası
Aubari, İdexan-Ubari, Edeyen-Ubari — Liviyanın qərbində yerləşən səhra. Səhranın hündürlüyü 400—500 metr arasında dəyişir. Tənha qum təpələri müşahidə edilir ki, onlarında hündürlüyü 200 metrə çatır. İl ərzində cəmi 10 mm yağıntı düşür. Bütünlüklə bitki örtütündən məhrumdur. Duz gölləri və şoranlıqlara sahibdir ki, buradan doda əldə edilir. Kənarlarında vahələr vardır. Burada əsasən Palma bitir. Əhalisi əsasən köçəri meyvandarlıqla məşğul olur.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. == Həyatı == Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. == Yaradıcılığı == Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Nəqarə (Germi)
Nəqarə (fars. نقاره‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 158 nəfər yaşayır (26 ailə).
Nobar hamamı
Nobar hamamı — Təbrizdə Qacar dövrünə aid hamamlardan biri. Bu hamam təbrizli memar Bala Kazımın əsərlərindəndir. == Haqqında == Nobar hamamı Qacarlar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam 700 kv metr ərazini əhatə edir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. 1999-cu ildən isə mədəni abidələr siyahısına salındıqdan sonra restoran kimi fəaliyyətini davam etdirir. Hamam Tərbiyət küçəsinin yaxınlığında İmam Xomeyni küçəsində yerləşir.
Nuavə (Sərdəşt)
Nuavə (fars. نواوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 492 nəfər yaşayır (68 ailə).
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Nuayare
Nuayare (fr. Noyarey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38281. Kommunanın 2007-ci il üçün əhalisi 2 064 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 191 ilə 1 649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Nuranə Əliyeva (karateçi)
Nuranə Əliyeva (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr;5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. == Bioqrafiya == Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Bübanə (Sərdəşt)
Bübanə (fars. بوبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (29 ailə).
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festifalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festifalında, Karsda keçirilən "Akyaka Tarım" festifalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.