Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Antonio Nusa
Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu. == Karyerası == Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir. Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Dipa Nusantara Aidit
Dipa Nusantara Aidit (30 iyul 1923, Belitung – 22 noyabr 1965, İndoneziya) — İndoneziya kommunist siyasətçisi. == Həyatı == Dipa Nusantara Aidit 30 iyul 1923-cü ildə anadan olmuşdur. O, İndoneziya mütərəqqi gənclər hərəkatında iştirak etmiş, 1943-cü ildən İndoneziya Kommunist Partiyasının (İKP) üzcü olmuşdur. İstiqlaliyyət uğrunda mübarizədə iştirak etdiyi üçün 1945-ci ildə Yaponiya, sonra isə Birləşmiş Krallıq və Niderland hərbi orqanları tərəfindən həbs edilmişdir. 1947-ci ildən İKP MK-nın, 1948-ci ildən İKP MK Siyasi Bürosunun üzvü, 1951-ci ildən İKP MK katibi, 1954-1959-cu illərdə MK-nın Baş katibi, 1959-cu ildən İKP MK sədri olmuşdur. Aidit 1959-cu ildən Ali Məsləhət Şurasının üzvü, 1961-ci ildən Müvəqqəti Xalq Konqresi sədrinin müavini 1962-ci ildən İndoneziya hökumətində nazir idi. Aiditin başçılıq etdiyi İKP nümayəndə heyəti 1959-cu ilin fevralında Azərbaycanda olmuşdur. Nümayəndə heyəti Bakı və Sumqayıtın bir sıra sənaye müəssisəsində fəhlələrlə görüşmüşdür. 1965-ci ildə "30 sentyabr hadisələri"ndən sonra Aidit hökumət qüvvələri tərəfindən öldürülmüşdür.
La-Nusia
La-Nusia (isp. La Nucía) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Baxa ərazisinin 21.36 km² hissəsini əhatə edir. 2014-cü ilin siyahıya alınmasına görə əhalinin sayı 20.029 nəfərə çatmışdır. Şəhər inzibati mərkəzdən 8 km məsafədə yerləşir. == İqtisadiyyatı == Onun ənənəvi gəlir mənbəyi, kənd təsərrüfatıdır ki, turizmdən daha üstün olmuşdur. Kənd təsərrüfatı fəaliyyətinə görə, badam və zeytun ağacları üstünlük təşkil edir və meyvələrdən isə ən çox sitrus meyvələri, yapon eriobotriyası və xurma.
Lev Nussimbaum
Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdən qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz, Rusiya İmperiyası, Bolşevik İnqilabının yenicə kəşf etdiyi neft və islam haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı. "Əli və Nino" kitabı 1970-ci ildə Amerika nəşrindən başlayaraq, ümumi tirajı 11 milyon nüsxə ilə yenidən çap edilmiş, 27 dilə tərcümə edilmiş və Azərbaycan ədəbiyyatının klassik əsəri hesab olunur. Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan saldılar[neytrallıq?]. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər[neytrallıq?]. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması[neytrallıq?] və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu. O çox məhsuldar olduğuna görə, ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi.
Nusaybin
Nüseybin (türk. Nusaybin; kürd. Nisêbîn‎; ərəb. نصيبين‎‎; süry. ܢܨܝܒܝܢ‎; yun. Νίσιβις) — Türkiyənin Mardin ilində şəhər. Əhalisi, 2012-ci ilin əvvəlinə 88.047 nəfərdir.
Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Nusrətəddin Məhəmməd Piştəkin
Nusrətəddin Məhəmməd Piştəkin(1210-1230) — Piştəkinlilər sülaləsindən Qaradağ vilayətinin əmiri. Əhər hakimi Nüsrətəddin Məhəmməd Piş-Təkinə (1210-1230) qoşun və avadanlığı ilə Təbriz səmtinə çəkilmək əmrini verir, özü isə 200 qulamı ilə bərabər Azərbaycanın əlçatmaz dağlarında gizlənir. Lakin Xarəzmşahın dəstəsi Nüsrətəddini Məyanic ətrafında yaxalayır, onu darmadağın etdikdən sonra Özbəkin bütün xəzinəsini ələ keçirir, Nüsrətəddinin özünü vəziri Rəbibəddin Dən-danla birlikdə əsir aparır. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011.
Risalətun-Nushiyyə
Stranvaesia nussia
Stranvaesia nussia (lat. Stranvaesia nussia) — gülçiçəyikimilər fəsiləsinin stranvaesia cinsinə aid bitki növü.
Əl-Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Ən-Nusra Cəbhəsi
Nusra Cəbhəsi və ya Cəbhət ən-NüsrəSuriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşər Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir. Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nüsrə döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaqla 450 kürdü öldürüb.
Nusaybin döyüşü
Nusaybin döyüşü — 1421-cu ildə Qaraqoyunlular ilə Ağqoyunlular arasında baş vermişdir.Qara İsgəndər bu döyüş ilə ilk böyük qələbəsini əldə edərək Qara Osmanı darmadağın etdi. Bu dövrdə Şahrux ölkə daxilindəki üsyanları yatırırdı.Şahruxun mübarizəsindən istifadə edən Ağqoyunlu Qara Yuluq Osman bəydə Ərzincanı tutdu.Bu vəziyyətdə Ərzincan əmiri Pir Ömər Qara Yusifdən kömək istəmək məcburiyyətində qaldı.Qara Yusif bu xahişi rədd etmədi və oğlu İskəndər Mirzəni köməyə göndərdi.Qısa müddət ərzində sülh olsa da, münaqişələr davamlı olaraq davam edirdi.Qara Yusifə bağlı olan Ərzincan əmiri Pir Ömər də Kemahı mühasirəyə aldı və Qara Yuluq Osman bəyin oğlu Yaqupu əsir götürdü.Pir Ömər Yaqubu Qara Yusifin yanına göndərdi. Qara Yusif 20000 nəfərlik ordunu Pir Ömərin yanına göndərdi Bu ordu mükəmməl silahlarla təhcizatlanmış və güclü Əmirlər tərəfindən idarə edilirdi. Orduda Türkmənlərdən başqa, təxminən 3000 kürd var idi.Qara İsgəndər qoşunları ilə Mosuldan hərəkət etdikdən sonra Cəzirə bölgəsinə getdi.Kürdlər də ona qoşuldular. Bundan əlavə,Qara Yuluq Osman bəy Mardin qapılarına gəldi.Mardin bəyi Tanrıvermiş şəhəri müdafiə etməyə başladı və bu müdafiəyə qarşı Qara Yuluq Osman bəy Nusaybinə doğru hərəkət etdi.Qara isgəndərin ona yaxınlaşdığını eşidən Qara Yuluq Osman bəy Şeyx Kəndi bölgəsinə gedib Qara İsgəndəri gözlədi. Əsl böyük müharibə olmadan Yolda müxtəlif münaqişələr də olub.Döyüş sözün əsl mənasında Şeyx Kendi düzündə baş verdi.1421-ci ilin martında iki dövlət Şeyx Onlar da üz-üzə gəliblər.Müharibə təxminən 21 gün davam etdi və çox qanlı müharibə oldu. baş verib.Təbii ki, Qaraqoyunlu ordusunda Qara Yusif dövrünün təcrübəli ordusu var. Onu da deyə bilərik ki, İsgəndər Mirzə bu müharibədə hər şeyi verdi.Müharibənin gedişində Akqoyunlu ordusu silah-sursat baxımından kasıb idi. zəif qaldı. Onların oxları azaldı, atları zəiflədi.Mardin hakimi Tanrıvermih Ağqoyunlulara gələn ərzaq və silah yardımının qarşısını kəsdi.Bu döyüşdə Uzun Həsən və oğlu Əli bəy də orada olmuş və igidliklə vuruşmuşlar.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) — həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
NFS
NFS (Network File System)- UDP (User Datagram Protocol) nəqliyyat protokoluna əsaslanan fayl sisteminə erişmək üçün protokollar toplusu. UNIX-maşınlara, PC fərdi kompüterlərinə (Windows NT altında işləyən) və Macintosh fərdi kompüterlərinə, yəni müxtəlif əməliyyat sistemləri altında işləyən maşınlara lokal şəbəkədə faylları birgə istifadə etməyə imkan verir; bu isə faylların çoxlu sayda kopyasını ayrı-ayrı kompüterlərin lokal disklərində saxlamaq zərurətini aradan qaldırır. NFS SUN Microsystems şirkəti tərəfindən 1984-cü ildə işlənib hazırlanıb və RFC 1094 (versiya 2) və RFC 1813 (versiya 3) sənədlərində açıq standart kimi müəyyən olunub. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
NUO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
NZS
NZS (qəsəbə) — Xətai rayonunda yerləşən qəsəbə. NZS FK — futbol klubu.
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Nui
Nui (ing. Nui) — Tualuya daxil olan atollardan və inzibati vahidlərdən biridir. 21 adadan ibarətdir: Fenua-Tapu (ən irisi, 1,38 km²), Meanq, Matupuakaka, Pakantou, Piliavieve, Ponqalei, Talalolae, Tokinivae, Unimai və 12 kiçik adacıq. Yerli əfsanəyə görə Nui adasının sakinləri Gilbert adalarından gəlmişlər. Avropalılardan isə ilk olaraq ispan səyyahı Alvaro de Mendana de Neyra adaya ayaq basmışdır. 1568-ci ildə adada olan səyyah atolu İsa adası (isp. Isla de Jesús) olaraq adlandırır. 2002-ci ildə Nui adasının əhalisi 548 nəfər təşkil etmişdir.Yerli əhali kiribati və tualu dillərindən istifadə edirlər.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Nut
Nut - Qədim Misir mifologiyasına görə səma ilahəsi.
Nuts
𐕎 (səslənməsi /n/, transkripsiyası N, n) — Alban əlifbasının 31-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Նուց (Nucʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə N səsini bildirir. Erməni tədqiqatçı Aşot Abramyan bu qrafemin formasını erməni əlifbasındakı Ն hərfi ilə əlaqəli hesab edirdi. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Happie Nuts
Happie Nuts (ハピーナッツ, Hapii Natsu) – Yaponiyanın Inforest nəşriyyatı tərəfindən nəşr olunmuş qyaru dəbi jurnalı. 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulmuşdu. Jurnal, xüsusilə, one-qyaru stilinə və tünd dəri rəngi trendinə həsr olunmuşdu. 2004-2016-cı illərdə Tokioda nəşr olunmuşdur. == Tarixi == "Happie Nuts" jurnalının ilk sayı 2004-cü ilin noyabrında nəşr olunmuşdur və əslində yeniyetmə qızlar üçün nəzərdə tutulmuş "Happie" dəb jurnalının davamçısı idi. Jurnalın 2005-ci ilin oktyabrında "Koakuma & Nuts" adlı xüsusi buraxılışı nəşr olunmuşdur. Bu buraxılış böyük maraq cəlb etmiş və "Koakuma Ageha" jurnalına çevrilərək Yaponiyada populyar olmuşdur. 2014-cü ildə jurnalın nəşri dayansa da, 2015-ci ilin iyulunda yeni sayları çıxmağa başlamışdır. 2016-cı ilin martında son buraxılışı işıq üzü görmüşdür. == Modellər == Jurnalın ekslüsiv modelləri "Nuts yoldaşı" adlandırılırdı.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Mikulkin Nos
Mikulkin Nos — burun Kanin yarımadasının şərqində yerləşir. Cənubdan isə Çyeşskaya estuarisi ilə yuyulur. Burun yaxınlığında vaxtı ilə eyni adlı qəsəbə yerləşirdi. 1990-cı illərdə qəsəbə tamamilə boşalmışdır.
Motu-Nui
Motu-Nui adası (isp. Motu Nui) — Pasxa adasından cənubda yerləşən kiçik qayalıq ada. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Motu-Nui Çilinin ən ucqar qərb nöqtəsi kimi tanınır. Dununla yanaşı adaya məşhurluq qazandıran digər amil onun xristianlığın gəlişinə qədər müqəddəs yer sayılması idi. Burada Onychoprion fuscatusun mövsümdə ilk yumurta qoyması ilə əlaqədar adət vardı. Bununla yanaşı o yaxınlıqda yerləşən bir neçə ada ilə birlikdə Okeaniyanın əl çatılmayan yeri olan Nemo nöqtəsinə ən yaxın quru parçasıdır. Motu-Nui yaxınlığında (3,9 ha) başqa iki qayalı adacıq vardır — Matu-İti (1,6 ha) və Matu-Kao-Kao (0,1 ha). Adalar yeganə sahinləri dəniz quşlarıdır. Patrick C. McCoy: The Place of Near-Shore Islets in Easter Island Prehistory.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Nüşa
Nüşa (rus. Нюша; tam adı: Nüşa Vladimirovna Şuroçkina rus. Ню́ша Влади́мировна Шу́рочкина; doğum adı: Anna Vladimirovna Şuroçkina rus. Анна Владимировна Шурочкина; 15 avqust 1990, Moskva) - rusiyalı gənc musiqiçi, bəstəkar, rəqqas, prodüser. Populyar müğənni. 15 avqust 1990 tarixində musiqiçi ailəsində dünyaya gəlib. Atası - Vladimir Şuroçkin "Laskoviy May" qrupunun keçmiş solisti və onun prodüseri olub. Anası 2 yaşında atası ilə boşanır. Ögey anası Oksana Şurockinadan isə ögey bacısı Mariya Şiroçkina var. O gənclər arasında üzgüçülük üzrə ikiqat Avropa çempionudur.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Ernest Buş
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885 – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernst Buş
Ernst Buş (aktyor) — aktyor. Ernst Buş (marşal) — marşal.
Kuş gölü
Kuş gölü — iri şirinsulu göl Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Balıkəsir ilinin Bandırma ilçəsi ərazisində yerləşir. Kiçik Asiya yarımadasının şimal-qərbində qərarlaşır. Göllə Bandırma şəhəri arasında məsafə 18 km-dir. == Coğrafiyası == Gölün su səthinin sahəsi 160–176 km², orta dərinliyi 1–2 metr arasında dəyişir. Maksimal dərinliyi 4 metrdir. Gölün su səviyyəsi mövsümlərə görə dəyişir. Yazın əvvəllərində gölün səviyyəsi kifayət qədər qalxır və ətraf sahillərini basır. Yay ayları isə istilərlə əlaqədar səviyyəsi kifayət qədər azalır. Gölün nörmal səviyyəsi 16.800 hektardır.