Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Morqana Qmaç
Morqana Qmaç (d. 17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Oman Sultanlığı
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
== Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. == Omanın relyefi == Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni,(ərəb. نشيد السلام السلطاني‎), 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
== Oman iqtisadiyyatının əsas xüsusiyyətləri == Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir.Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin tikintisinə qoyulur.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Oman tarixi
Oman tarixi — Hazırda Oman Sultanlığı adlanan ərazinin tarixi. == Qədim dövrlər == Omanın ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan əvvəl IV–III minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı. E.ə. I minilliyin əvvəllərində Omanda yəməni ərəb tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və iqtisadiyyatının inkişafına təsir göstərdi, lakin VI əsrdə Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları Omanın tənəzzülünü sürətləndirdi. == Orta əsrlər == VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil edilən Oman feodal münasibətləri inkişaf edən bir dövlətə çevrildi. VIII əsrin ortalarında isə Oman (ibadilik məzhəbinin rəhbərliyi altında) müstəqillik əldə etmişdi. İbadilərin əsas fərqləndirici xüsusiyyəti hakimlərin ümumi razılıq əsasında seçilməsi idi. İbadilər silahlı çıxış və üsyandan imtina edir, dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı.
Oman şəhərləri
Oman şəhərləri
Omar Eyssa
Omar Eyssa (18 sentyabr 1996) — Misirli üzgüçü. Omar Eyssa Misiri 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Omar Eyssa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.43 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 35-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Omar Momani
Omar Momani (ərəb. عمر المومني‎, d. 25 aprel 1981) — İordaniya karikaturaçısı. Onun karikaturaları əsasən futbol mövzularını əhatə edir.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. == Həyatı == Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Omar Sivori
Enrike Omar Sivori (isp. Enrique Omar Sívori, 2 oktyabr 1935[…] – 17 fevral 2005) — karyerası ərzində hücumçu mövqeyində çıxış etmiş italyan əsilli argentinalı keçmiş futbolçu və məşqçi. Klub səviyyəsində 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində İtaliyanın Yuventus klubundakı çıxışları ilə tanınır, bundan başqa vətəni Argentinada River Pleyt və İtaliyanın daha bir təmsilçisi Napolidə də oynamışdır.
Oman imamlığı
Oman imamlığı və ya Oman imaməti (ərəb. إِمَامَة عُمَان‎), britaniyalılar tərəfindən Əsas Oman (ing. Oman Proper, ərəb. عُمَان ٱلْوُسْطَى‎) — Omanda tarixi vilayət və dövlət. Dövlətin ərazisi Ərəbistan yarımadasının cənub-şərqindəki "daxili" torpaqları əhatə edirdi, Maskatdan uzaqda, Cəbəl-Əxdar dağlarından kənarda yerləşirdi, paytaxtı Nizva şəhəri olmuşdur. Bu ərazi Oman sultanlığının, sonra isə Britaniyanın protektoratının bir hissəsi idi. 1970-ci ildə saray çevrilişindən sonra "Oman" termini Maskat sultanının hakimiyyəti altında olan bütün müasir dövlətə münasibətdə istifadə olunur.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri - (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares - armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Azərbaycan–Oman münasibətləri
Azərbaycan–Oman münasibətləri — Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyul ayının 13-də qurulmuşdur.
Hindistan–Oman münasibətləri
Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir. == Miqrasiya == Omanda 500 min hindistanlı yaşayır.
Oman Telecommunications Company
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Oman şəhərlərinin siyahısı
Oman şəhərləri
Omar Bonqo Universiteti
Omar Bonqo Universiteti (fr. Université Omar Bongo) — Qabonun paytaxtı Librevil şəhərində yerləşən universitet. 1970-ci ildə Qabon Milli Universiteti adı ilə qurulmuşdur. 1978-ci ildən ölkənin sabiq prezidenti Omar Bonqonun adını daşıyır. Qabonun ilk universitetidir.
Omar Torriyos Herera
Omar Torriyos Herrera (13 fevral 1929[…] – 31 iyul 1981[…], təq. ) — Omar Torriyos kimi daha çox tanınan Panama Müdafiə Qüvvələri komandiri və de-fakto 1968-1981-ci illərdə qeyri-rəsmi Panama prezidenti. Bunun əvəzinə “Panamanın Ali Lideri, İnqilab və Ali Hökumət Başçısı” adından istifadə etmişdir. Hakimiyyətə gəldikdən sonra bir sıra sosial islahatlara başlamış və rejimi mütərəqqi hesab edilmişdir. Ən çox 1977-ci ildəki Torriyos-Karter müqaviləsini müzakirə etməsi ilə məşhurdur. Bu müqavilə ilə Panama Atlantik okeanı və Sakit okeanı birləşdirən ən qısa su yolu olan Panama kanalı üzərində tam suverenliyini təmin etmişdir. Bu razılaşma ABŞ-nin 1903-cü ildən bəri istifadə etdiyi Panama kanalının 1999-cu ildən Panamanın nəzarəti altına alınmasını şərtləndirirdi. 31 dekabr 1999-cu ildə sazişin son mərhələsi olaraq ABŞ Panama kanalındakı nəzarətindən imtina etmişdir. Beləliklə kanal və onun ətrafındakı bütün bölgələr Panamanın suverenliyi altına daxil olmuşdur. Oğlu Torino Torriyos 2004-2009-cu illərdə Panama prezidenti olmuşdur.
Umac
Umac - Azərbaycanın milli yeməyi. == Tərkibi == Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz == Hazırlanma qaydası == Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca əfəran şirəsi vurulur, üstünə nanə səpilir.
İMac
iMac<ay-mək> – Apple Inc. şirkətinin istehsalı olan monobloklu fərdi kompüterlər seriyası. İlk iMac G3 modeli 1998-ci ildə təqdim olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12 0D 4A 51 9B 03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Mac OS
Mac OS (ing. Macintosh Operating System) — Apple tərəfindən 1984-cü ildə Macintosh seriyasının davamı üçün yaradılmış əməliyyat sistemi. 1984-cü ildə Apple, orijinal Macintosh Sistem Təminatını çıxartması ilə indi "Klassik" Mac OS olaraq bilinən əməliyyat sistemini debüt etdi. 1996-cı ildə "Mac OS" adı dəyişdirilən sistem 2002-ci ilə qədər hər Macintosh-da əvvəlcədən quraşdırılmış və 1990-cı illərdə qısa müddətə Macintosh klonlarında təklif edilmişdir.
Mac OS777
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Macintosh (Mac)
Macintosh - Apple şirkətinin hazırladığı kompyuterlər üçün yazılmış əməliyyat sistemi. 24 yanvar 1984-cü ildə qrafik interfeysə malik və siçanla təchiz edilmiş ilk fərdi kompüteri 1995 ABŞ dollarına satışa çıxarmışdır. Bu kompüterin yaddaşı 128 kilobayt, ekranının diaqonalı isə 12 düym idi. “Macintosh” adını isə onun yaradıcısı Stiv Cobs (Steve Jobs) öz sevdiyi alma növünün adına (McIntosh) uyğun olaraq düşünmüşdür. Hazırda OS X adı ilə inkişafına davam etdirilir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.