[Musanın nəvəsi] qəzada qalıb atasının ortağı ilə ticarətə qurşandı.
□ Ortaq olmaq – başqası ilə birlikdə bir iş görmək, bir işə iqdam eləmək, şərik olmaq.
Murovlar olublar oğruya ortaq.
Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi.
// Zərf mənasında. Birlikdə, şərikli.
[Əhməd] bir tacirlə də ortaq alver etmək istəyəndə etibarı olmadığından heç kəs ona yaxın durmayırdı.
◊ Ortaq bölən riyaz. – bir neçə ədədin qalıqsız bölündüyü ədəd; məs.: 3 ədədi 6, 12, 21 ədədlərinin ortaq bölənidir.
Ortaq bölünən riyaz. – bir ədədə qalıqsız bölünən ədədlər; məs.: 4, 6, 20 ədədləri 2 ədədinin ortaq bölünənləridir.