ÖVRAQ

ÖVRAQ1

ə. «vərəq» c. 1) vərəqlər; 2) yarpaqlar. Övraqi-gül gül ləçəyi.

ÖVRAQ2

ə. tamamilə sökülüb dağılmış; korlanmış.

ÖVRAD
ÖVRƏNG
OBASTAN VİKİ
Övraqi-nəfisə (jurnal)
"Övraqi-nəfisə" ("Nəfis vərəqlər"; az.-əbcəd اوراق نفیسه‎) — aylıq milli demokratik ruhlu ədəbi-bədii, ictimai-siyasi jurnalı, Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş ilk dövrü mətbuat orqanı. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmisi 6 nömrəsi nəşr edilmişdir. == Haqqında == Naşiri Zülfüqar Hacıbəyov, redaktoru Əliabbas Müznib idi. Rəngli şəkillərini rəssam Əzim Əzimzadə çəkmişdir. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyov, Əliabbas Müznib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər iştirak edirdi. Burada ədəbiyyat, musiqi, teatr, həmçinin memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər, aktyorların həyatı və səhnə fəaliyyəti barədə yazılar dərc olunurdu. Jurnalda ədəbiyyat tarixi məqalələri aparıcı yer tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəili Axundov, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Rəşid bəy Əfəndiyev, Əlabbas Müznib, Xədicə Ədvi, Hacı Səlim Səyyah, Bədri Seyidzadə, Əliağa Vahid və başqalarının tərcümeyi-halı və şeirlərindən nümunələr verilirdi. Topluda Şərq musiqisi və musiqi alətlərinə dair məşhur ərəb yazıçısı Cürci Zeydanın əsəri, memarlıq abidələrindən "Tac Mahal" haqqında məqalə və Bakı abidələrinin rəsmləri dərc edilmişdi. Jurnalın birinci nömrəsi yenicə qətlə yetirilmiş Hüseyn Ərəblinskiyə həsr olunmuşdu.

Digər lüğətlərdə

ду́дочка по-озорно́му подска́зчик помава́ние помолоди́ться при́мус слета́ть це́нное четверокла́ссник безнаря́дный бели́ться выкорчёвываться молока́нин равноси́льность сверка́ние язви́тельный велий сана coriander Erse lopping shears tessella площадка подфарник съём