Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahide
Oxrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Omoide no Marnie
Omoide no Marnie ( 思い出のマーニー; Marninin xatirələri) Hiromasa Yonebayasinin Studio Ghibli studiyasında yaratdiği tam metrajli animasiya filmi. Məzmun Coan Robinsonun «When Marnie Was There» («Marni orada olanda») kitabı əsasinda qurulub. Filmin premyerası 2014-cü ilin iyulun 19-da baş tutub. On iki yaşlı Anna özünə qapanmış və dostu az olan bir qızdır. Yeganə hobbisi rəssamlıqdır. Orqanizmi zəif olduğundan onu Hokkaydonun kiçik bir şəhərinə yollayırlar. Orada o böyük və zəngin evdə yaşayan Marni ilə tanış olur. Tədricən onlar yaxin dost olurlar. Bu dostluq Annaya özünü və Marninin onun həyatında oynadıği rolu ilə tamaşaçıları tanış etdirəcək. "Fine on the Outside" Amerikan musiqiçisi Priscilla Ahn tərəfindən yazılan mahnıdır.
Oxrid-Prespa qoruğu
Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali Makedoniya və Albaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq. Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir. Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir. Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir. Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geoloji və bioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.
Müqəddəs Sofiya kilsəsi (Oxrid)
Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə. Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər. Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır. Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur.
Oxrid Müqəddəs Sofiya kilsəsi
Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə. Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər. Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır. Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur.
Oxlivə
Oxlivə (lat. Smyrnium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Cahidə Sonku
Cahidə Sonku (türk. Cahide Sonku; d. 27 dekabr 1919, Yəmən, Osmanlı İmperiyası – ö. 18 mart 1981, İstanbul, Türkiyə) — Türkiyə kino aktrisası; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri. == Həyatı == Əsl adı Cahidə Sərab olan bu aktrisa 27 dekabr 1919-cu ildə Yəməndə anadan olmuşdur. Hələ uşaq vaxtlarından sənətə həvəsli olmuşdur. Əvvəl xalq evlərində, sonra isə İstanbul şəhər teatrında fəaliyyət göstərmiş, epizodik rollarda çıxış etmişdir. Uilyam Şekspir, Lev Tolstoy, Anton Çexov kimi məşhur yazıçıların əsərlərinin səhnə quruluşunda rol almışdır. 1933-cü ildə rejissor Muhsin Ərtoğrulun "Yeddi kəndin Zeynəbi" tamaşasındakı rolu ilə özünün nəyə qadir olduğunu göstərə bilir. Ərtoğrul gənc qızın potensial imkanlarını qiymətləndirərək, onu filmdə çəkilməyə dəvət edir.
Dəlinmişyaraq oxlivə
Dəlinmişyaraq oxlivə (lat. Smyrnium perfoliatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin oxlivə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 80 sm olan ikiillik çılpaq ot bitkisidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır. Kökətrafı yarpaqları saplaqlı, ikiqat və ya üçqat üçər-bölümlü yumurtavari; gövdə yarpaqları oturaq, yumurtavari, əsasında ürəkvari; yuxarı yarpaqları tamdır. Çətiri oturaq və ya saplaq üzərində, 6-10 ədəd şüalıdır. Ləçəkləri yaşılımtıl-sarı rənglidir. Sarğı və sarğıcıqları yoxdur. Meyvələri yumurtavari-şarvari, 3 mm uzunluqda, demək olar ki, qara, parlaq, qabırğalarının arası torvari qırışlıdır.
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır. Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.
Zahidə Sultan
Zahidə Sultan (1613-1620) - Osmanlı padşahı I Əhmədin qızı. 1613 tarixində İstanbulda dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. Hələ 7 yaşında ikən vəfat etmişdir.
Zahidə xatun
Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri. Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir.Mənbələrdəki məlumatın təhlili Zahidə xatunun bundan sonra, görünür, Cahan Pəhləvanın hələ 1175-ci ildə Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şəhərin hakimi olduğunu təsdiq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Zahidə xatunun hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Zahidə xatun Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər". Son atabəy Özbək dövründə Naxçıvan Zahidə xatunun qızı, Özbəyin ata bir bacısı Cəlaliyyənin mülkü olmuşdur.
Nahidə Məmmədova
Nahidə Məmmədova — Azərbaycalı qadın futbolçu. AFFA Yüksək Qızlar liqasında Baku Juniyors klubunu təmsil edir. Nahidə Məmmədova 2004-cü ildə anadan olmuşdur. Uşaq vaxtlarından istedadlı qız futbolçular sırasında onun adı da çəkilirdi. 2016-cı ildə ilk uğurunu əldə etdi. U13 yaş qrupu üzrə liqanın ən yaxşı futbolçusu adına layiq görüldü. Buna səbəb isə onun 65 qol vurmasıdır 2017-18 sezonunda da daha bir uğura imza atdı: Liqanın ən yaxşısı adı aldı. 2021/2022-ci ildə Naftalan klubu ilə oyunun 90-cı dəqiqəsində zədələnmişdi. Diaqonuzu isə əzəli bağlarının dartılması olmuşdur. Bu səbəblə liqada sadəcə 17 qol vura bilmişdi.
Cahidə Eke
Cahidə Eke (25 yanvar 2000) — türk paralimpiya cüdoçusu.
Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı (27 iyul 1934, Bakı – 23 yanvar 2016) — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi. Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N. Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur. 1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
Cahidə (teleserial, 1989)
"Cahidə" — 1989-cu ildə TRT 1-də yayımlanmış 5 hissədən ibarət teleserial. Türkiyə kino aktrisası; türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri olmuş Cahidə Sonkuya həsr olunmuşdur.