Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sırsıra
Sırsıra — hamar buz layı şəklində döşənmə yollarda və s. görünən yağıntılara deyilir. Sırsıra qırova nisbətən daha ağır olduğundan ağaclara daha çox zərər verir.
Hiroşima
Hiroşima (広島市, Hiroşima-şi, azərb. "geniş ada"‎) və ya Hirosima— Yaponiyada, Honşu adasının cənub-qərbində şəhər. Hiroşima prefekturasının inzibati mərkəzi. Çuqoku bölgəsinin ən böyük şəhəri. Hiroşima Yaponiyanın dövlət əhəmiyyətli şəhərləri sırasına daxildir. Atom bombardmanına məruz qalmış ilk şəhərdir. == Tarixi == 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyd-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
Persica
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Xirosima
Hiroşima (広島市, Hiroşima-şi, azərb. "geniş ada"‎) və ya Hirosima— Yaponiyada, Honşu adasının cənub-qərbində şəhər. Hiroşima prefekturasının inzibati mərkəzi. Çuqoku bölgəsinin ən böyük şəhəri. Hiroşima Yaponiyanın dövlət əhəmiyyətli şəhərləri sırasına daxildir. Atom bombardmanına məruz qalmış ilk şəhərdir. 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyd-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
İoşima
İoşima (yap. 硫黄島, ing. Iwo Jima) — vulkan məşəlli ada. Kazan adalarına qrupuna daxildir. Bəzən Bonin adalarına daxil edirlər. Tokiodan 1200 km cənubda yerləşir. Ada şimaldan cənuba 8 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahil xəttinin uzunluğu 22 km-dir. Ən hündür nöqtəsi Suribati dağıdır (169 m). Dağ sönmüş vulkandır.
Fritillaria persica
Fritillaria persica (lat. Fritillaria persica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
Hiroşima (şəhər)
Hiroşima (広島市, Hiroşima-şi, azərb. "geniş ada"‎) və ya Hirosima— Yaponiyada, Honşu adasının cənub-qərbində şəhər. Hiroşima prefekturasının inzibati mərkəzi. Çuqoku bölgəsinin ən böyük şəhəri. Hiroşima Yaponiyanın dövlət əhəmiyyətli şəhərləri sırasına daxildir. Atom bombardmanına məruz qalmış ilk şəhərdir. == Tarixi == 1945-ci ildə Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qaldı. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Hiroşima şəhərinə "B-29" təyyarəsinin pilotu Paul Tibets 14 nəfərdən ibarət idarə heyətinin olduğu Birləşmiş Ştatlara məxsus "Balaca oğlan" adlı təyyarədən 5 tonluq atom bombasını Hiroşimaya buraxmışdı. Şəhərin 60 faizi partlayış nəticəsində tamamilə məhv olmuş, partlayış, yanğınlar və güclü şüa xəstəliyi nəticəsində 200 mindən çox insan həlak olmuşdu. Faciəli partlayışdan sonra Yaponiya qeyd-şərtsiz Amerikaya təslim olmuş, Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirohito amerikalı general Duqlas Makarturun hüzurunda 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalamışdı.
Hiroşima prefekturası
Hiroşima prefekturası (yap. 広島県) — Yaponiyanın Honşu adasının Çuqoku regionunda prefektura. Onun tərkibinə həmçinin Daxili Yapon dənizində yerləşən 140 ada da aiddir. Prefekturanın inzibati mərəzi Hiroşima şəhəridir. Hiroşima prefekturasını çox vaxt "Yaponiyanın miniatür şəkili" də adlandırırlar. Onun şimal və mərkəzi hissələri keçilməz dağ meşə massivindən ibarətdir. Cənub hissəsi isə balıqla zəngin Daxili Yapon dənizənə açılır. Bu prefektura Yaponiyanın ən əsas kommersiya, avtomobilqayırma, kənd təsərrüfatı, və balıqçılıq mərkəzlərindəndir. Prefekturanın ərazisində UNESCO-nun iki obyekti, Miyadzima adasında İsikusima məbədi və Hiroşima şəhərində Sülh abidəsi yerləşir. Hiroşima prefekturasının emblemi yapon katakana əlifbasının ヒ(xi) işarəsisir.
Hiroşima qəsri
Hiroşima qəsri (広島城, Hiroşima-co) – Yaponiyanın Hiroşima şəhərində yerləşən qəsr. Karp qəsri (鯉城, Rico) kimi də tanınır. Hiroşima daymyosunun iqamətgahı olmuşdur. 1590-cı illərdə tikilsə də, 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombası nəticəsində məhv olmuşdur. 1958-ci ildə qəsr yenidən tikilmişdir və hazırda Hiroşimanın müharibədən əvvəlki dövrünə həsr olunmuş muzey kimi fəaliyyət göstərir. == Tarix == Toyotomi Hideyoşinin xidmətçilərindən olan Mori Terumoto Hiroşima qəsrini 1592–99-cu illərdə tikdirmişdir. Qəsr Otaqava çayının deltasında yerləşirdi. Həmin dövrdə Hiroşima şəhəri yox idi və ərazi "beş kənd" mənasına gələn Qokamura adı ilə tanınırdı. 1591-ci ildə Mori Terumoto Yoşida-Koriyama qəsrindən Hiroşima qəsrinə köçmüş və müasir Şimane, Yamaquçi, Tottori, Okayama və Hiroşima prefekturalarının ərazilərini əhatə edən 9 əyaləti buradan idarə etmişdir. Hiroşima qəsri tikilən zaman Qokamura adı Hiroşima ilə əvəz olunmuşdur.
Hulthemia persica
Fars itburnusu (lat. Rosa persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. == Xüsusiyyət == Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Ligularia persica
Ligularia persica (lat. Ligularia persica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Persica vulgaris
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Prunus persica
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Mərkəzi və Şimali Çində geniş yayılmışdır. Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. Azərbaycanda bir neçə sortu yetişdirilir.
Reaumuria persica
İran keçiağacı (lat. Reaumuria persica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü. Azərbaycanın, Orta Asiya və İranda təbii аrеаlı vаrdır. Naxçıvan MR-də və Xızı rayonunda (Altı-ağacda) təbii hаldа yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. NT. Аşаğı dаğ zоlаğındа quru, gilli və dаşlıq, bəzən şoran yаmаclаrdа, dəniz sahilində rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 15-30 sm-ə qədər olan yаrım kоldur. Gövdəsi оduncаqlı bünövrəsindən çıхır. Gövdə düzdür, sıх yаrpаqlı və budаqlı dеyil, Yаrpаqlаrı ətli, silindrik, оturаq, uzunluğu 1 sm-ədək, еni təхminən 1 mm-dir.
Rosa persica
Fars itburnusu (lat. Rosa persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Sorbus persica
İran quşarmudu (lat. Sorbus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Azərbaycan, Türkiyə, İran və Orta Asiyada (Türkmənistan, Tyan-Şan, Pamir Alay) təbii arealı vardır. Naxçıvan MR-in dağlıq hissəsində (Ərəci, Batabat, Tilək meşələri) dəniz səviyyəsindən 2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU B1ab (ii,iii) +2ab (iii). Orta və yuxarı dağ qurşaqlarında, qayalıq yerlərdə kolluqlarda yayılmışdır. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 7-9 m-ə qədər olan ağac və ya koldur. Yarpaqları yumru ellipsvari və ya uzunsov ellipsşəkillidir.
Ferula persica
İran ilankölgəsi (lat. Ferula persica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c; B1ab (iii). Azərbaycanın nadir növüdür.<ref> == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Yarpaqları tez quruyan, bozumtul, hər iki tərəfədən qısa tüklü, kökətrafı yarpaqları qısa, yoğunsaplaqlı, enli romb şəklində, üçər, üçqat lələkvari yarılmışdır. Gövdə yarpaqları çox kiçilmiş, enli şişkin, qınlıdır. Çətirləri çoxçiçəklidir, mərkəzdəkilər oturaq, 12 -20 şüalıdır, yan tərəfdəkilər uzun, yoğun ayaqlardadır. Meyvə uzunsov ellipsvaridir, 11-14 mm uzunluğunda, 7-9 mm enindədir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-may, meyvə əmələgəlmə iyun aylarına təsadüf edir. Kserofitdir.
Syringa × persica
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Tragacantha persica
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Hirosima Universiteti
Hirosima Universiteti (広島大学, Hiroshima Daigaku) — ​​Yaponiyanın Hiqaşirosima və Hirosima şəhərlərində milli—tədqiqat universiteti. Universitet 1929-cu ildə yaradılmış və 1949-cu ildə bir sıra milli təhsil müəssisələrinin birləşməsindən sonra universitet kimi təsis edilmişdir. == Tarixi == Milli Məktəb Təsis Qanununa əsasən, Hirosima Universiteti 31 may 1949-cu ildə yaradılmışdır. İkinci Dünya Müharibəsindən sonra Yaponiyada məktəb sistemi tamamilə islahat edilmiş və müharibədən əvvəlki sistemdə olan ali təhsil müəssisələrinin hər biri yenidən təşkil edilmişdir. Ümumi qayda olaraq, hər prefekturada bir milli universitet yaradılmış və Hirosima Universiteti müharibədən əvvəlki ali təhsil müəssisələrini Hirosima prefekturasında birləşdirərək yeni sistemə uyğun olaraq milli universitetə ​​çevrilmişdir. Aşağıdakı 8 məktəb yeni təhsil sisteminə uyğun olaraq Hirosima Universitetinə birləşdirilib: Hirosima Ədəbiyyat və Elm Universiteti Hirosima Ali məktəbi Hirosima Qadın Ali Pedaqojı məktəbi Hirosima Ali məktəbi Hirosima Pedaqojı məktəbi Hirosima Gənclər məktəbi Hirosima Ali Texniki məktəbi Hirosima Bələdiyyə Ali Texniki məktəbi 1953-1956-cı illərdə Hirosima Tibb Kolleci Hirosima Universitetinə birləşdirildi. İndiki Hirosima Universiteti Yaponiya universitetləri və kollecləri arasında mühüm mövqe tutur. İstehsalat sənayesində bir çox məzunu olan Hirosima Ali Texniki Məktəbi 1920-ci ildə yaradılmış və 1944-cü ildə Texniki Kollec kimi yüksəlmişdir. Hirosima Ali Məktəbi 1923-cü ildə İmperator və hökumət tərəfindən dəstəklənən digər universitetlər üçün tələbələr hazırlayan müharibədən əvvəlki ali məktəblərdən biri kimi yaradılmışdır. Bu institutlar 6 avqust 1945-ci ildə Hirosimaya atılan atom bombası səbəbindən böyük ziyan görsələr də, yenidən qurularaq, birləşərək Hirosima Universitetinə çevrildilər.
Ephedra persica
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteistikası == Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.
Galega persica
Dərman çəpişotu (lat. Galega officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin çəpişotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galega vulgaris Lam.